Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə37/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   33   34   35   36   37   38   39   40   ...   65

QURAN


Quran ilahi kitab, hidayət nuru, daha ideal həyata gedən yolun bələdçisi, işləri tənzimləyən, düzgün yol, haqqı batildən ayıran və ulu Tanrının yer üzərindəki höccətidir.

Kişi və qadın bu misilsiz nemət qarşısında məsuliyyət daşıyırlar. Onların məsulliyyəti onu öyrənmək və həyatın bütün sahələrində ona əməl etməkdir.

Allahın kitabına qarşı etinasız olmaq olduqca böyük bir günahdır.

Quran Haqqın öz bəndəsinə göndərdiyi bir məktubdur. Bəndənin bu məktuba cavab verməsi vacibdir. Bu cavab qəlb baxımından haqq əqidəyə tapınmaq, nəfs baxımından əxlaqi keyfiyyətlərlə bəzənmək, cism baxımından isə saleh əmələ qarşı addımlamaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: «Fitnələr qaranlıq gecə kimi sizə hücum etdikdə Qurana sığının və bu hücum səflərini Qurana əməl etməklə sındırın. Həyatınızın fitnələrin hakimiyyəti altına düşməsinə imkan verməyin.

Quran şəfaəti qəbul olunan şəfaətçi və şikayəti qəbul olunan şikayətçidir. Quranı rəhbər tutaraq ona əməl edən şəxs behiştə nail olar. Ona qarşı etinasız olan şəxsin yolu isə cəhənnəmə tərəfdir. Quran ən gözəl yol bələdçisidir.»1

Məsumların Quran haqqında buyurduqlarına nəzər salaq:

İmam Sadiq (ə) buyurur: «Quranla haqqı tapmayan şəxs fitnədən kənar deyil»;2 «Yaxş olar ki, mömin dünyadan köçməmiş Quranı öyrənsin, yaxud öyrətməkdə olsun».3

Əmirəl-möminin (ə) buyurur: «Quran ən yaxşı zikrdir. Quranla sinələr (Haqqa) açılır və insanın daxili aləmi nuraniləşir»;4 «Həqiqətən, Quran ən gözəl hekayət, ən bəlağətli öyüd-nəsihət və ən faydalı təlimdir»;5 «Həqiqətən, Quran küfr, nifaq və azğınlıq kimi ən böyük dərdlərin dərmanıdır».6

Rəsulullah (s) buyurur: «Quran misilsiz sərvətdir. Ona yiyələndikdən sonra heç bir yoxsulluq qalmaz»;7 «Sizin ən yaxşınız Quranı öyrənən və öyrədən şəxsdir».

Olduqca mühüm olan bu rəvayətlərə nəzər saldıqda, ailə başçısının ağır məsuliyyəti aydınlaşır.

Ailə başçısı öncə Quranı öyrənməli, həyat yoldaşının və övladlarının öyrənməsinə şərait yaratmalı, sonra isə ona əməl etməklə, ailəni aludəçiliklərdən kənarlaşdırıb, onları əxlaqi keyfiyyətlərə tərəf yönəltməlidir. Bu zaman onun evi və ailəsi behiştin bir nümunəsinə çevriləcəkdir. Hansı ki, onda zülm və ədavətdən əsər-əlamət yoxdur. Quran təqvadan bəhrələnərək əmin-amanlıq, sədaqət və doğruluqla doludur. Belə ki, bu evdə məskunlaşan insanlar Quran əhlidir və Quranın bərəkəti sayəsində fikir baxımından böyük tərəqqiyyə nail olmuşlar.


NÜBUVVƏT (PEYĞƏMBƏRLİK)


Peyğəmbərlər insanları düzgün yola yönəldir, onları Haqqa tərəf dəvət edirlər. Peyğəmbərlər insanları Haqqın ibadətinə səsləyir və onları zalım hakimlərin ibadətindən çəkindirirlər. Onlar insanlara sağlam yaşamağın, əməlisaleh olmağın yolunu göstərirlər. Əmirəl-möminin Əli (ə) Rəsuli-əkrəmin (s) peyğəmbərliyi haqqında buyurur: «O, Allah bəndələrini Haqqın ibadətinə sövq etdirməyə, onları Şeytana itaətin zillətindən Haqqa itaətin izzətinə çatdırmaq üçün göndərilmişdir».1

Haqq elçisi insanların tərəqqisi, Quran tilavəti, nəfslərin aludəçilikdən saflaşması və Quranı təlim etmək üçün göndərilmişdir. O, insanları zülmətdən çıxarıb nura daxil etmək üçün qiyam etmişdir. O, yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək, pakları halal, çirkinlikləri haram etmək niyyəti ilə zorla camaatın boynuna qoyulmuş mədəniyyətlərin ağır yükünü qaldırmaq və boyunlarına bağlanmış şeytani zəncirləri açmaq üçün meydana atılmışdır. Ona iman gətirərək hörmətini saxlayanlar, ona köməyə qalxanlar, Qurana tabe olanlar nicat tapanlardır. Onlar göndərildilər ki, sabah qiyamət günü yolunu azmışlar «Peyğəmbərimiz olsaydı, yolumuzu azmazdıq»-deyə bəhanə gətirməsinlər.

Allah-təala peyğəmbərlərin bütün davranışlarının insanlar üçün örnək, ülgü olduğunu buyurmuşdur. Əməlisalehlik, səxavət, problemlər qarşısında səbir, möminin haqqını ödəmək, pakizəlik, gülərüzlük, ailəyə məhəbbət, namaz qılmaq və xoş iyli ətirlərdən istifadə etmək ‒ hamısı ilahi ənbiyaların əxlaqi keyfiyyətlərindəndir.

Peyğəmbərlər insanları təqvaya, paklığa, əmanətdarlığa, doğruluğa, şücaətə, vəfalı olmağa, sədaqətə, mehribanlığa, mərhəmətə, səmimiyyətə, əməlisaleh olmağa dəvət edir və onlara hər bir çirkin, xoşagəlməz işdən uzaq durmağı buyururlar. Peyğəmbərlər qiyamət günü əməl meyarıdırlar. Camaatın əməli onların əməli ilə ölçüləcək, onların xilas və ya əzaba düçar olmaqları peyğəmbərlərin buyruqlarına nə dərəcədə tabe olmaqları ilə müəyyənləşəcəkdir.


İMAMƏT


Ulu Tanrı nemətini tamamlamaq, dinini kamilləşdirmək üçün həzrət Əlini (ə) və onun on bir övladını seçdi. Onları seçdi ki, insanlar Peyğəmbərdən (s) sonra Quran və Əhli-beytə (ə) sığınaraq, doğru yolda sabitqədəm olsunlar.

Məsum imamlar öz dövrlərində fitnələrə məruz qalmalarına, zalım hakimiyyətdə yaşamaqlarına baxmayaraq, bir an belə haqqı deməkdən, insanları yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirməkdən, ilahi maarifi müxtəlif yollarla xalqa çatdırmaqdan yorulmadılar.

İmamlar Haqq elçiləri kimi qiyamət günü ölçü meyarıdırlar. Əgər camaatın yaşayışı onlarla uyğunlaşarsa nicat tapar, uyğunlaşmazsa əzaba düçar olarlar.

DİN ALİMLƏRİ


Peyğəmbərlər və imamlardan sonra Quran və hədisləri dərindən bilən şəxslər, fəqih və din mütəxəssisləri Allahın yer üzündə höccətidirlər. Camaat onlara tabe olmalıdır. Onlara - lazımi şəraitə malik olan alimlərə - tabeçilik imam və peyğəmbərə tabeçilikdir. Belə ki, insan bunun sayəsində nicat tapmağa müyəssər olur.

Ailə başçısı bu məsələyə olduqca diqqət yetirməli və Quranı, nübuvvəti, imaməti və vilayəti-fəqihi tanıtdırmaq üçün müəyyən vaxt ayırmalı, özü bacarmadıqda isə bu işin mütəxəssisindən istifadə etməlidir. Çünki bu, dünya və axirət səadətinin qarantıdır.

Ailə üzvləri bu məsələdə ailə başçısına kömək etməli və onun bu təşəbbüsünü qiymətləndirərək, qədrini bilməli, ailə başçısı bu məsələyə laqeyd olduqda isə onu rəğbətləndirərək buna şərait yaratmalı, razılaşmadıqda isə ona heç bir formada tabe olmamalıdırlar. Belə olduqda, onlar özləri bu məsələnin ardınca getməli və səadət yolunu keçməlidirlər.

Ailə başçısı Quran oxumaqla, münacat etməklə ailədə mənəvi bir hal yaratmalı və ailə üzvlərinin gözəl aqibətlərini təmin etməlidir.



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin