Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə46/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   42   43   44   45   46   47   48   49   ...   65

ÖVLADA EŞQ BƏSLƏMƏK


İmam Sadiq (ə) Peyğəmbəri-əkrəmdən rəvayət edir: «Övladlarınızı sevin və onlara mərhəmət göstərin».1

Camaatın bəzisi öz övladlarına bir o qədər də meyl göstərmirlər. Meylləri, məhəbbətləri olduqda isə onu izhar etmir və onlarla pis rəftar edirlər. Belə şəxslər bilməlidirlər ki, onlar bu qeyri-insani və qeyri-islami işləri ilə özlərini Allahın rəhmətindən məhrum edirlər.

İmam Sadiq (ə) buyurur: «Həqiqətən, Allah, bəndəsinin öz övladına olan məhəbbətinə görə ona rəhm edir.»2

İmam Sadiq (ə) buyurur: «Allah-təala qadın və uşaqların xeyrinə olan qəzəbi kimi heç bir şeyə qəzəb etmir».3

Allahın qəzəbi kişilərin ailələrinə qarşı pis rəftarlarının və vəfasızlıqlarının məhsuludur.

İmam Sadiq (ə) buyurur: «Həzrət Musa (ə) Tur dağında Allah-təalaya ərz edir: «Pərvərdigara! Sənin yanında ən yaxşı əməl hansı əməldir?» Allah-təala buyurdu: «Uşaqları sevmək».4


ÖVLADLARI ÖPMƏK


Böyük şiə alimi F.Nişapuri dəyərli «Rövzətül-vaizin» kitabında məsumlardan rəvayət edir: «Öz uşaqlarınızı öpün. Hər öpüşünüzün qarşılığında behiştdən bir dərəcə alacaqsınız. Hansı ki, onun uzunluğu beş yüz il yoldur».5

Bir kişi həzrət Peyğəmbərin yanına gələrək dedi: «Mən indiyədək övladlarımı öpməmişəm». Həzrət buyurdu: «Həqiqətən, bu kişi cəhənnəm əhlidir».

Bu mövzuda qız və ya oğlanın heç bir fərqi yoxdur. Qız və oğlan hər biri Allahın lütfü, insanın övladıdır. Lakin əgər qızı olan şəxslərin siması dəyişirsə, deməli cahiliyyət dövrünə oxşar bir ruhiyyələri vardır.

Allahın lütfü ilə növbəti fəslimizdə qız övladının dəyərindən söhbət açacağıq. Bununla da, İslamda qız övladının yüksək məqamı və dəyəri aydınlaşacaq.

Övladlar haqqında məsumların digər bir sifarişi də vardır ki, buna riayət etmək əxlaqi baxımdan olduqca mühümdür:

«Qız və oğlan uşaqlarının yerini on yaşlarına çatdıqları zaman ayırın».1

Həzrət Peyğəmbərin (s) də bu mövzuda çox mühüm və diqqətəlayiq bir sifarişi var: «Oğlanla oğlanın, oğlanla qızın, qızla qızın yatağını on yaşlarına çatdıqları zaman ayırın».2

Bəli, iki oğlanın, bir oğlan bir qızın və iki qızın bir yataqda yatması məsləhət deyil. İslam dini bunu bəyənmir!

İmam Sadiq (ə) buyurur: «Yeddi yaşına qədər uşağı oynaması üçün azad burax. Yeddi yaşından sonra onu bütün varlığınla qoru. Əgər dindarlığı, tərbiyəni qəbul etsə, çox yaxşı, əks təqdirdə, ondan bir xeyir gözləmə.»3

Həzrət Peyğəmbər (s) buyurur: «Övladlarınıza üzməyi və ox atmağı öyrədin»;4 «Övladlarınızı əzizləməklə, onları gözəl davranışa sövq etməklə özünüzü bağışlatdırın».5

Malik Dinyar deyir: «Məsuliyyətsiz bir şəxs idim. İslamdan xəbərim yox idi. Üç dəfə ailə qurdum. Uşağım olmadığı üçün boşandım. Sonrakı həyat yoldaşımdan bir oğlum oldu. Altı yaşında onu məktəbə apardım. Axşamçağı evə qayıtdıqda, oğlumun xəstələndiyini gördüm. Məlum oldu ki, müəllimin ona ilk öyrətdiyi şey Quranın bu ayəsi olub:

«Uşaqları saçlı qocalara döndərəcək gün (qiyamət günü)»1.

Uşağın xəstəliyinə əlac tapılmadı və o, dünyasını dəyişdi. Bir gecə yuxuda gördüm ki, qorxulu bir səhrada təkəm və qəribə bir hay-küy mənə hücum edir. Qaçmağa başladım. Bir divarla qarşılaşdım. Divarı aşıb bu səs-küydən yaxa qurtarmaq istəyirəm. Birdən oralarda oynayan bir neçə uşaq gördüm. Oğlumu soruşdum, onu çağırdılar. Ondan «əzizim, haradasan?»-deyə soruşdum. Oğlum dedi: «Öldükdən sonra məni Quran sinfinə apardılar. Quranı öyrəndikdən sonra behiştə daxil olmağa, Haqqın rəhmətinə qovuşmağa ləyaqət tapacağam». «Məni təqib edən bu səs-küy nədir?»-deyə soruşdum. Dedi: «Ata, bu sənin pis əməllərinin zühurudur». Qorxu içində yuxudan ayıldım. Bütün aludəçilikləri kənara qoydum və tövbə etməyə müvəffəq olaraq, Haqq yolunda addımlamağa başladım.

İYİRMİ İKİNCİ FƏSİL

İSLAMDA QIZ ÖVLADININ DƏYƏRİ

ÖVLAD BƏXŞ ETMƏKDƏ HAQQIN İRADƏSİ


Haqq-təala müqəddəs varlıq olaraq yerin və göyün maliki, qadir, alim, rəhman və rəhimdir. Onun Öz bəndələri haqqında iradəsi onlara olan lütfü, eşqi və mərhəmətidir. Onun bəndəsi üçün istədiyi hər bir şey bəndəsinin dünya və axirətinin xeyrinədir. Bəndəsi onun iradəsinə, ədalətinə təslim olmalıdır. Bu təslimolma ənbiya və övliyaların əxlaqi xüsusiyyətlərindən biri kimi ən böyük ibadətdir.

Bəzilərini sonsuz etmiş, bəzilərinə qız, bəzilərinə oğlan, bəzilərinə isə ekiz oğlan və ya qız vermişdir. Bütün bunlar Allah-təalanın tam rəhmət və lütfündən doğur:

«Göylərin yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə ancaq oğlan verir. Yaxud da hər ikisindənhəm oğlan, həm qız verir, istədiyini sonsuz edir. O, (hər şeyi) bilən, (hər şeyə) qadirdir!»1

Bu ayəyə əsasən qız övladı Rəbbin iradə və mərhəmətinin təcəllasıdır. Hər hansı bir valideynin qız övladına sahib olması Haqqın elminin, qüdrətinin, iradə və malikiyyətinin tələbidir.

Qız övladı dünyaya gəldikdə əsəbiləşərək qaş-qabaq sallamaq Allaha, onun iradəsinə, elminə, seçiminə qarşı çıxmaqdır. Bu olduqca böyük günah və axmaqcasına atılan bir addımdır.

İmam Sadiqin (ə) buyurduğuna görə, uşaq dünyasını dəyişdikdə bərzəx aləmində İbrahim və Saraya tapşırılır. Onların himayəsi altında tərbiyə alaraq, valideynlərinin axirəti üçün saxlanılır.

«Məskənül-fuad» kitabında imam Sadiqdən (ə) nəql olunur: «Uşağın ölümünə səbir etməyin, haray-həşir salmaqdan çəkinməyin savabı, uşağın sağ olaraq imam Zamanın (ə) qoşunu sıralarında Allah yolunda cihad edərək şəhid olmasından çoxdur».

İmam Hüseyn (ə) şəhid olmuş altı aylıq uşağını xeyməyə gətirib bacısı Zeynəbin (ə) ağuşuna qoydu. Özü torpaq üstündə oturaraq, Haqq-təalaya ərz etdi: «İlahi! Bu altı aylıq şəhidi mənim axirətim üçün saxla».

Vəfat etmiş bir uşağın bu qədər dəyəri olduğu bir halda böyüyüb boya-başa çatdığı və valideynlərinin yorulmadan çəkdikləri zəhmətlə tərbiyə olunduğu zaman nə qədər dəyəri olar? Burada oğlan və qızın heç bir fərqi yoxdur. Məqsəd, insanın övladıdır.

Quranın «Ənfal» surəsində buyurulduğuna görə, insanın övladları onun üçün Haqqın imtahanıdırlar. Əgər valideynlər onlara bəxş olunan övladları üçün şükür etsələr, onların təlim-tərbiyəsi üçün çalışsalar, imkan daxilində onun ailə qurması üçün şərait yaratsalar, onun ehtiramını qorusalar bu ilahi imtahandan alnıaçıq çıxaraq, böyük bir mükafat əldə edəcəklər. Məgər Quranda buyurulmurmu?!:

«Mal-dövlət, oğul-uşaqlar (oğullar) bu dünyanın bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm (Allahın mərhəmətinə) ümid etibarı ilə daha xeyirlidir».1

Öz övladının tərbiyəsi üçün əziyyət çəkən, onu Haqla, peyğəmbərlərlə, imamlarla, Quranla tanış edən şəxs misilsiz, daim savabından bəhrələnəcək bir saleh əməl, xeyirli iş görmüşdür. Hansı ki, Allah yanında daha yaxşı və insanın aqibəti üçün xeyirlidir.

Məgər həzrət Məryəm, Xədicə, Asya, Fatimə (s.ə) və Zeynəb (s.ə) öz ataları üçün daim savabından bəhrələnəcəkləri savab əməl deyildilərmi? Nə üçün hər hansısa bir şəxs qız atası olduqda narahat olmalıdır? Qız övladının ana bətnində formalaşıb dünyaya gəlməsi Allahdan qerisinin iradəsidirmi? Bu yalnız Haqqın iradəsi, Onun lütf və mərhəmətidir. Elə buna görə də, Haqqın iradəsi və seçiminə təslim olmaq və daim bu övladın şükrünü etmək lazımdır.

Bu reallığa hökmən diqqət yetirin: Həzrət Peyğəmbərin (s) Qasım, Təyyib, Tahir və İbrahim adında oğlanları dünyaya gəldi, lakin Peyğəmbər (s) onların heç birinə görə Allah tərəfindən təbrik olunmadı. Bu məqsədlə Quranda da heç bir ayə nazil olmadı. Lakin həzrət Fatimə (s) ana bətninə düşdükdə, «Kövsər» surəsi nazil olaraq, Rəsulullaha daimi bir yaxşılıq müjdəsi verdi.



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin