Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə52/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   48   49   50   51   52   53   54   55   ...   65

KƏRAMƏTLİ ATA


Bənzərsiz filosof, fəlsəfə elmində böyük inqilab yaratmış Sədrül-Mütəəllihin Şirazi Şirazda məşhur var-dövlətli bir kişinin oğlu idi. Atası lə’l-cəvahirat ticarəti ilə məşğul adi. O, oğlunun da özü ilə birgə ticarət etməsini çox istəyirdi.

Atasının sənətini davam etdirmək məqsədilə bir müddət Bəsrədə qaldı. Bir-iki ildən sonra Şiraza qayıdaraq, böyük hörmətlə atasından sənətini tərk edib təhsil almağa icazə verməsini xahiş etdi. Atası «Sənin özün üçün məsləhət bildiyini qəbul etməyə hazıram»-deyə cavab verdi.

Sədrül-Mütəəllihin var-dövlətdən əl çəkərək, Şiraz elm hövzəsində təhsilə başladı. Çox keçmədən gənc yaşlarında, atasının diqqət və qayğısı nəticəsində tanınmış bir alim oldu. Artıq Şirazda elm baxımından onu qane edəcək bir şəxs yox idi. İsfahana getmək üçün atasından izn alaraq, oraya yollandı. Burada Mir Damad, Şeyx Bəhayi və Mir Fendriski kimi dahilərin dərslərində iştirak etmək şərəfinə nail olaraq, çox keçmədən Sədrül-Mütəəllihin oldu.

HARAM YEYƏN ƏLİ ƏKBƏR YETİŞDİRƏ BİLMƏZ


Uşaq vaxtlarımda qonşumuzda ixtiyar bir kişi yaşayırdı. Olduqca təqvalı və intizamlı idi. Tehran bazarında ticarətçilər arasında vasitəçilik edirdi. Dindar, mömin olduğu üçün bütün tacirlər ona etibar edirdilər. O, bütün namazlarını camaatla qılırdı.

Onda qəribə bir cəzzabiyyət var idi. Uşaqları məscidə cəzb edirdi. Mən də onun eşqi ilə, hətta sübh namazını da məsciddə qılan uşaqlardan idim.

Səksən illik ömründə müşahidə etdiyi çox maraqlı və ibrətamiz əhvalatlar danışırdı. O deyirdi: «Nasir Xosrov məntəqəsində mömin və nurani bir gənc yaşayırdı. Atası dini məsələlərə qətiyyən riayət etmirdi. Oğlu daim dini məclislərdə elm adamları ilə əlaqədə olduğu üçün atasının vəziyyətinə görə narahat idi. Onun səmimi öyüd-nəsihətləri atasına təsir etmirdi. Nəhayət, küsərək Rey şəhərinə ‒ H.Əbdüləzimin məqbərəsinin yaxınlığına gedir. Bir neçə il orada ticarətlə məşğul olub, bazar əhli üçün şəri məsələlər deyir.

Günlərin bir günü - «Aşura» günü - sübh çağı ata-anasını görməyə gəlir. Valideynləri əzadarlıq məclisinə getdikləri üçün o da oraya yollanır. Gözlənilmədən səhnəyə qoyulacaq tamaşada Şimr rolunu oynayacaq şəxs xəstələnir. Bu arada tamaşaya rəhbərlik edən şəxs valideynlərini yoxlamaq üçün Tehrana gələn gənci görür və onunla tanışlığı olduğu üçün Şimr rolunu oynamasını xahiş edir. Gənc səhnə paltarını geyinib, ona verilən rolu məharətlə oynayır. Atası camaatın içindən oğlunu tanıyaraq, onun Şimr rolu oynadığı üçün narahat olur.

Mərasim sona yetdikdən sonra hamı öz evinə dağılışır. Oğlu ilə birlikdə evə gələn atası onun yemək yeyib-yemədiyini soruşur. Oğlunun mənfi cavabını eşitdikdə deyir: «Yan otaqda mürəbbə və qatıq qabı var. Gətir, ye». Gənc mürəbbə qabını açdıqda içərisində ölü bir siçan görür. Yalnız qatıq götürüb, yeməyə başlayır. Atası «Nə üçün mürəbbə gətirmədin?»-deyə soruşduqda, gənc deyir: «Mürəbbənin içində ölü siçan var. O, nəcisdir. Nəcisi yemək isə haramdır». Atası sərt tərzdə deyir: «Sən hələ bu müqəddəslik oyunlarından əl çəkməmisən?!»

Bir neçə dəqiqə sükutdan sonra atası deyir: «Oğlum, bir ildən sonra qayıdıb Şimr rolunu niyə oynadın?» Gənc gözəl və mülayim bir tərzdə cavab verir: «Ata, içinə ölü siçan düşmüş mürəbbəni yeyənin nütfəsinin Əli Əkbərə çevriləcəyini gözləmə. Haram yeməyin nəticəsi Şimr olar».

Gənclər gələcəkdə əməlisaleh, ləyaqətli ata olmağa çalışsınlar. Əks təqdirdə, onların övladlarının daxili, mənəvi dünyası məhv olacaqdır.

İYİRMİ BEŞİNCİ FƏSİL

ÖVLADIN ATA VƏ ANA ÜZƏRİNDƏ OLAN HÜQUQU

XEYİRƏ GEDƏN YOL


Sözümüzə başlamazdan öncə Əmirəl-mömininin (ə) hikmətli, insanı xeyirə doğru yola yönəldən bir kəlamına nəzər salaq.

O Həzrət (ə) «xeyir» nədir?-deyə soruşan bir şəxsin cavabında buyurur: «Xeyir mal-dövlətin, övladların çoxluğunda deyil. Xeyir elmin, helmin çoxluğundadır. Xeyir ondadır ki, Pərvərdigarına ibadət etməklə fərəhlənəsən. Əgər davranışın yaxşıdırsa, Allaha şükür edəsən. Yox, əgər pisdirsə, Allahdan bağışlanmanı diləyəsən. Bu dünyada xeyir yalnız iki nəfər üçündür: günaha bulaşıb onu tövbə ilə bağışlatdıran və sürətlə yaxşılıqlara doğru addımlayan şəxs üçün. Təqva ilə edilən əməl az deyil. Qəbul olunmuş əməl necə az ola bilər?»1

Bu dahiyanə kəlamda üç mühüm məsələyə ‒ elm, helm və onlardan bəhrələnməyə toxunulmuşdur. Hansı ki, Haqqa ibadət hesab olunur. Qeyd olunduğu kimi, elm və helmdən istifadə günahdan çəkinməklə yanaşı olmalıdır. Əks təqdirdə, Haqq dərgahında qəbul olunmayacaq.

Sahibinin təqvası olmayan elm, pərhizkarlıqla yanaşı olmayan helm və təqvanın heç bir rolu olmayan ibadət yalnız ziyan, təhlükə törədir.

Bu dünyada özlərini bir yerə yetirənlər elm və bəsirət, ibadət və tövbə, təqva və günahdan çəkinməklə yetirmişlər.

Çıxarı olmayanlar, hövsələsizlər, həva-həvəs kölələri ziyan mənbəyidirlər.

Hər halda yuxarıdakı kəlamdan məlum olur ki, valideynlər ilk mərhələdə övladlarının onların üzərində olan hüquqlarını bilməlidirlər. Növbəti mərhələdə isə ‒ onların hüquqlarını qoruyarkən olduqca səbirli, hövsələli olmalıdırlar.

Bu hüquqlara riayət etmək böyük bir ibadətdir. Bu ibadəti etdikləri üçün onların qəlbi fərəhlənməli, sevinməlidir. Onlara belə bir ibadət nəsib etdiyi üçün Allaha, şükür etməli, bu yolda olan qüsurlarının bağışlanmasını diləməlidirlər. Zəhmətlərinin hədərə getməməsi və onun bəhrəsini dünya və axirətdə görmələri üçün bütün sahədə təqvalı olmalıdırlar.


ÖVLADLARIN ATA VƏ ANA ÜZƏRİNDƏ OLAN HÜQUQLARI


Həzrət Peyğəmbər (s) buyurur: «Ata övladına yazmağı, üzməyi, ox atmağı öyrətməli və ona yalnız halal ruzi yedizdirməlidir».1

Əlbəttə, bunları ata özü şəxsən öyrətməyə də bilər. Övladını məktəbə və ya etimad etdiyi hər hansı bir idman salonuna göndərərsə, bununla öz vəzifəsini yerinə yetirmiş olar. Halal qida məsələsi isə çox çətindir və o, bu məsələyə daha çox diqqət yetirməlidir.

Çox gözəl olardı ki, hər bir məktəbin yanında idman salonu və məscid olsun. Övladlarımız dərslərini oxuduqdan sonra üzgüçülüyü, ox atmağı, öz dini məsələlərini də öyrənsinlər və onların bədənləri, fikirləri və ruhları birgə inkişaf etsin.

Yazmaq və ya ümumiyyətlə savadlanmaq, üzmək, ox atmaq və halal qidalarla qidalanmaq övladlarımız üçün dörd güc mənbəyidir. Bütün bunlar gənclərin, uşaqların boş vaxtlarını doldurur və daxili hisslərini, xüsusilə şəhvətlərini kontrol edir.

Şeyx Bəhayi halal mal haqqında Həsən adlı birindən nəql edir: «Əgər halal bir çörək qırıntısı əlimə keçərsə, onu əzib toz halına salıram. Sağalmayan bir xəstə mənə müraciət etdikdə, həmin halal tikənin tozundan bir az ona verirəm və halal tikədən dadmaqla onun xəstəliyi sağalır».


Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin