Биринҹи фәсил



Yüklə 8,85 Mb.
səhifə51/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   47   48   49   50   51   52   53   54   ...   65

GƏNCLƏR, AYIQ OLUN


Əziz gənclər! Sizə çox mühüm bir tövsiyəm var. Ailə qurmazdan öncə yaxşı atanın xüsusiyyətlərinə malik olmağa çalışın. Çünki izdivacdan sonra gec olacaq. Özünüzü indidən saflaşdırın. Öz get-gəllərinizə, yoldaşlarınıza, xüsusilə də qidanıza fikir verin. Çünki sizin nütfənizdə olan «gen» adlı bir maddə bütün xüsusiyyətlərinizi övladlarınıza keçirir. Buna etinasız yanaşmayın. Çünki yalnız qərb alimlərinin tədqiqatlarının nəticəsi deyil ki, sizə «yalan sözdür» deməyə əsas versin. Bu, İslamın ilk saçdığı günlərdə diqqət yetirdiyi təbii bir məsələdir.

Bu mövzu ilə bağlı mühüm bir rəvayətə nəzər salaq: «Bir gənc pərişan halda özünü Peyğəmbərin (s) hüzuruna yetirərək, ərz etdi: «Mən və həyat yoldaşım hər ikimiz ağ dəriliyik. Həyat yoldaşıma çox e’timadım vardır, lakin bizim dünyaya gələn övladımız qara dərilidir. Bu mənim üçün bir müəmmadır». Peyğəmbər (s) buyurdu: «Gen insanın xüsusiyyətlərini övladına keçirir».

«İrq» sözünün qarşılıqlı mənası «gen», «dəssas» sözünün mənası isə «keçirən», «ötürən» deməkdir.

Həzrət gənci bu bir cümlə ilə iztirabdan xilas etdi. Bəli, Peyğəmbərin (s) buyurduğu bu məsələ bu gün elmi yollarla sübuta yetirilmişdir.

Buna görə də izdivacdan öncə İslamın atadan istədiyi xüsusiyyətlərə malik olmağa çalışın. Bütün bunlara biganəlik göstərərək, yalnız cinsi ləzzət və maddi həyat üçün ailə qurmayın. Belə olduqda, sizin övladlarınız cəmiyyət üçün səmərəli olmayacaq.

Rəsulullah (s) və imamlar İbrahim peyğəmbərə mənsub olduqları üçün sevinirdilər. O böyük şəxsiyyətin insani keyfiyyətləri, əxlaqi xüsusiyyətləri pak nəslinə keçmişdir.

Biz «Varis ziyarətnaməsi»ni oxuyarkən imam Hüseyni (ə) Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın, Məhəmmədin (s) və Əlinin (ə) varisi adlandırırıq. Həzrətə çatan miras var-dövlət deyil, ilahi elm, mənəvi özəlliklər, insani keyfiyyətlər, şərəf və ləyaqətdir.

Biz atalar övladlarımızın faydalı olması üçün bunlardan nəyə görə faydalanmamalıyıq?


AZĞIN ATALAR VƏ ÖVLADLARIN VƏZİFƏSİ


Mümkündür, hər hansı bir ailədə ailə başçısı, ailənin atası dini tərbiyədən uzaq olaraq, ilahi buyruqları qəbul etməsin. Belə olan halda həddi-büluğa çatmış, ağlı kəsən övlad ilk növbədə onu yumşaq dil ilə haqqa qaytarmalı, bunun bir təsiri olmadıqda isə, atasının təsiri altına düşmədən, öz pak həyatını davam etdirməlidir.

Belə hallarda Peyğəmbərin (s) qoşunu sıralarında Ühüd döyüşündə şəhid olan gənc, mömin, mücahid Müsəb ibn Ümeyrdən dərs almağa çalışmaq lazımdır.

Müsəbin valideynləri müşrik idilər və ona çox bağlı idilər. O, fitrətinin, ağlının çağırışı ilə Peyğəmbərə (s) iman gətirdi. Hicrətdən öncə Rəsulullahın göstərişi və Mədinə camaatının tələbi ilə bu şəhərə təbliğ etməyə gedərək, həm bir çoxlarının müsəlman olması və həm də Peyğəmbərin hicrəti üçün zəmin yaratdı. Peyğəmbər Mədinəyə gəldikdən sonra bir gün Müsəbin aşılanmamış qoyun dərisindən hazırlanmış köynək geyindiyini gördü və onu səhabələrə göstərərək buyurdu: «Allahın, qəlbini nurla doldurduğu şəxsə nəzər salın. Bir zamanlar mən onu Məkkədə – valideynlərinin yanında ən ləziz yeməklər yeyib, ən gözəl libaslar geyinən görmüşdüm. Lakin Allah, Allah rəsulunun eşqi onu gördüyünüz bu həyata gətirib çıxarmışdır».1

Gənclər, övladlarının dindar, mənəviyyat sahibi olmalarını istəməyən valideynlərlə sərt davranaraq, dava etməsinlər. Bu, Allahın və Onun rəsulunun (s) buyruqlarına ziddir. Yalnız onların təsiri altına düşməmək kifayətdir. Belə ki, Allaha, Peyğəmbərə, imamlara onlara e’tiqadınızı əldən verməyin. Məhəmməd ibn Əbu Bəkrdən dərs alın. O, Əliyə (ə) olan eşqlə, Qurana, Peyğəmbərin (s) qoyduğu yola olan məhəbbətlə ilahi dinin möhkəmlənməsi yolunda canını verdi.


FƏZİLƏTLİ ATA


Təbliğ məqsədilə Mehrcerdə getdiyim zaman Qum elm mərkəzinin banisi Şeyx Əbdülkərim Hairinin xalası oğlu deyirdi: «Şeyxin atasının 15 il övladı olmadı. O çox narahat idi. Qəssablıqla məşğul idi. Amma peşəsi onun başını qatmırdı. Bir gün həyat yoldaşı ona dedi: «Mən sənin qüssənə dözə bilmirəm. Çox güman ki, övladımızın olmamasının səbəbi mənəm. Məncə bu məqsədlə yenidən ailə qurmağın heç bir eybi yoxdur. Özüm sənin üçün münasib qadın taparam».

Bir neçə müddətdən sonra əri üçün gənc, həyat yoldaşı ölmüş dul bir qadın tapdı və yoldaşına bu qadınla evlənməyi təklif etdi. Toy mərasimi keçirildi. Qədim adət-ənənə üzrə gəlinlə bəy əl-ələ tutdular. Bu an gəlinin keçmiş yoldaşından olan üç yaşlı qızının fəryadı ərşə yüksəldi. O, anasından ayrılmır, xalası onu özü ilə aparmaq istəsə də, bacarmırdı. Yetim uşağın səsi kişini də təsirləndirdi. O, gəlinə dedi: «Mən bu yetimin səsinə tab gətirə bilmərəm. Bu uşaqdan başqa mənim sənin vasitənlə uşağım olması, bu yetimə pis təsir bağışlaya bilər. Mən bu evliliyin xeyrindən keçirəm».

Oradaca gəlinin kəbin haqqını ödəyib, gecə ikən Mehrcerdə qayıtdı və həmin gecəni ilk arvadının yanında keçirtdi. Həmin gecə bu şərəfin, ləyaqətin əvəzi olaraq Şeyx Əbdülkərimin nütfəsi bağlandı və Qum elm mərkəzini təsis edən bir insan dünyaya gəldi».

O, minlərlə alimin müəllimi oldu. Onun tərbiyəsini görmüşlərdən biri də İran İslam İnqilabının banisi, şərqi-qərbi heyrətə salan, İslamı məhv olmaqdan qoruyan dahi Xomeynidir. Xomeyni Şeyx Əbdülkərimin, Şeyx Əbdülkərim isə fəzilət sahibi olan bir qəssabın məhsulu idi. Bu şərəfli atanın qiyamətdə övladının, onun şagirdlərinin və İran İslam İnqilabının qarşılığında hansı mükafatlar alacağını yalnız Allah bilir.


PİS ƏMƏLLİ ATA, ƏMƏLİSALEH ÖVLADLAR


Həccac ibn Yusif Səqəfi zalım, qatil, xain və çirkin simalardan idi. Onun övladları da etibar olunası şəxslər deyildilər. Lakin Seyyid Murtəzanın dövründə onun nəslindən şərəfli, Əhli-beyt aşiqi, məsumları, xüsusilə də Əlini (ə) və imam Hüseyni (ə) mədh edən Əbu Əbdullah Katib adlı bir şəxs meydana çıxdı.

O, ata-babasının malik olduqları xislətlərdən uzaq idi. Ağılının, fitrətinin çağırışına «Bəli» deyərək, haqqı qəbul etmiş və bununla da, Əhli-beytin diqqətini özünə cəlb etmişdi. Belə ki, «Riyazül-üləma» kitabından nəql olunur ki, Abdullah Əfəndi yazır: «Seyyid Mürtəza müəyyən səbəbə görə onunla sərt davranır. Həmin axşam Peyğəmbəri yuxuda görür. O, Peyğəmbərə salam verir, lakin Rəsulullah onunla sərt davranır. «Təqsirim nədir?»-deyə ərz etdikdə, Rəsulullah buyurur: «Bizim şiə şairimizlə sərt davranmısan. Get ondan üzr istə». Seyyid sübh açılan kimi Əbu Əbdullahın evinə gedir. Ondan üzr istəyib, könlünü alır».

Əziz gənclər! Uca Allah sizə azadlıq qüdrəti bəxş etmişdir. Bu istiqlalınızı qoruyun. Aludə, çirkin əməlli insanlardan, hətta sizin atanız olsa belə, uzaq durun. Onların rənginə boyanmayın. Haqqın doğru yoluna qədəm qoyaraq, əqidənizdə möhkəm olun.


Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin