Биринҹи фәсил



Yüklə 8.85 Mb.
səhifə50/65
tarix08.03.2020
ölçüsü8.85 Mb.
1   ...   46   47   48   49   50   51   52   53   ...   65

ƏLİ (Ə) GÖZ YAŞI TÖKÜR


Cəməl döyüşü Əlinin (ə) qələbəsi ilə sonra yetdikdən sonra İmam düşmənin ölüləri arasına gəlib onların cəsədlərinə baxaraq, hönkür-hönkür ağlamağa başladı. Bu bəşər tarixi boyunca heç bir qalib hərbçinin həyatında müşahidə olunmayıb. Ağlamağının səbəbi soruşulduqda Əmirəl-möminin buyurdu: «Ürəyim İslamı qəbul edib, oruc tutub, namaz qılaraq behiştə daxil olmalı şəxslərə yanır. Onlar məsum imama qarşı çıxaraq, özlərini əbədi əzaba düçar etdilər».

ƏZAB ƏHLİ


Əzaba düçar olanlar Allah-təaladan beş dəfə nicat istəyərlər. Lakin hər dəfə rədd cavabı alarlar. Sonuncu dəfə isə onların ağızlarını danışmamaları üçün əbədi olaraq bağlayarlar. Həmin beş dəfədən biri aşağıdakı ayədə qeyd olunmuşdur:

«Onlar orada fəryad edib deyəcəklər: «Pərvərdigara! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, (dünyada) edirdik». (Onlara belə deyəcəyik:) «Məgər sizi ibrət almaq istəyən kimsənin ibrət ala biləcəyi qədər yaşatmadıqmı?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Dadın (cəhənnəm əzabını). Zalımların imdadına yetişən olmaz!»1.

Əziz atalar! Sizin əməllərinizin ən mühümlərindən biri övladınızın tərbiyəsinə, inkişafına diqqət yetirməyinizdir. Övladlarınızın tərbiyəsinə etinasız yanaşmayın. Evinizi onlar üçün pak saxlayın. Onlara halal yemək yedizdirin. Öz həyat yoldaşınızla gözəl əxlaqi keyfiyyətlər əsasında davranın ki, sizin ən yaxşı cəhətləriniz övladlarınıza xoş təsirlər bağışlasın və onlar da bir gün öz övladları üçün sizin kimi yaxşı ata olsun.

Əziz atalar! Bilin ki, Allah, peyğəmbər və imamlar sizin əməllərinizi müşahidə edəcəklər:

«Allah, Onun peyğəmbəri möminlər əməllərinizi görəcəklər»2.

Bütün davranışlarınızda diqqətli olun. Çünki bu, ailə üzvlərinə təsir göstərir. Peyğəmbər və imamlar bu incə məsələni daim diqqət mərkəzində saxlamış və atalara lazımi tövsiyələr etmişlər.

Ata evdə bir dövlət başçısına bənzəyir. Dövlət başçısı cəmiyyətdə baş verən hər hansı bir anlaşılmazlığın məsuliyyətini daşıdığı kimi, ata da öz həyat yoldaşı və övladlarının məsuliyyətini daşıyır və qiyamət günü bunun cavabını verməli olacaq.

Övladlarınızı ürəyitəmiz yetişdirin. Onları yaxşı işlərə rəğbətləndirin. Onların qəlbinə elmə və alimə olan eşq toxumu səpin. Onları özünüzlə ilahi məclislərə aparın. Həddi-buluğa çatmamışdan öncə onlarla vacib məsələləri öyrədin. Bir sözlə, onlara dost olun və mülayim davranın.

Peyğəmbər (s) və imam Əli (ə) bütün atalar üçün ən yaxşı örnəkdir. Bu böyük şəxsiyyətlərin keçdikləri həyat yolunu diqqətlə araşdırın, sonra isə onlar kimi yaşamağa çalışıb, bunu ailənizə də aşılayın. Qoy, sizin övladlarınız örnək seçərkən yanılmasınlar. Xarici və daxili ünsürlərin əvəzinə o dahi şəxsiyyətlərdən, mömin insanlardan dərs alsınlar. Qoy, Peyğəmbər (s) və imamlar sizin övladlarınızın idealına çevrilsinlər. Bu vasitə ilə sizin də dünya və axirət səadətiniz təmin olunsun.

ŞƏHİD ŞEYX FƏZLULLAH NURİNİN HƏYATINDAN MARAQLI BİR MƏQAM


O dahi insan Allah yolunun döyüşçüsü, mərcəyi-təqlid, millətinə, xalqına can yandıran görkəmli şəxs, şərəfli, mömin və pak ata-ana övladıdır.

Valideynləri onun tərbiyəsi uğrunda əllərindən gələni əsirgəmədilər. Atası onun elmə böyük rəğbət bəslədiyini görüb, oğlunu Nəcəfi-əşrəfə göndərdi. Fəzlullah orada məsum davamçılarından olan Şeyx Ənsari, Mirzə Şirazi, Mirzə Hüseyn Nuri və s. kimi görkəmli şəxsiyyətlərdən bəhrələnərək, yüksək elmi və əxlaqi məqamlar kəsb etdi. İllər keçdikdən sonra Tehrana dönərək, şaha qarşı məşrutə hərəkatında iştirak edən alimlərin cərgəsinə qoşuldu. Məşrutə inqilabı qələbə çaldı. Lakin özünü satmış xainlər təsir altına düşərək, məşrutə inqilabını da Londonun təsir dairəsinə daxil etdilər.

Fəzlullah məsələnin nə yerdə olduğunu daha yaxşı bilirdi. Ona görə də səsini ucaltdı, hicrət etdi, bəyanat verdi, lakin onun bu fəaliyyətləri nəticəsiz qaldı. Hakim rejim onu edam cəzasına məhkum etdi. Bu cəza tədbirinin səbəbi, onun məşrutənin Quran, şiə fiqhi əsasında fəaliyyət göstərməsini tələb etməsi idi. Onda mövcud olan bu şücaət, bəsirət, paklıq, xalis niyyət atasının və müəllimlərinin təsirindən doğmuşdur. Bütün bunlar pak ana və halal qida cütlüyünün bağışladığı xoş təsir idi.

O, rəcəb ayının 13-də, Əlinin (ə) mövlud günü dini, qanuni tələblərinə görə masonlar tərəfindən edam edildi.

Onlara elə gəlirdi ki, Şeyx Fəzlullahı edam etməklə onun fikirlərini də edam etdilər. Lakin onlar bu ayədən xəbərdar deyildilər:

«Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə, kafirlərin xoşuna gəlməsə , öz nurunu tamamlayacaqdır»1.

Onun edam olunmasından səksən il keçdi. Rəcəb ayının on üçü, sübh saat onda, o ilahi şəxsiyyətin edam olunduğu «Topxana meydanı» yaxınlığında minlərlə şəhid vermiş İran millətinin inqilabı nəticəsində dahi Xomeyninin təşəbbüsü ilə İslam Şura Məclisi öz işinə başladı və o böyük şəhidin ideyaları həyata keçirildi.

Mən o illər parlament nümayəndəsi idim. Müşahidə etdiklərim məni təəccübləndirmirdi. Çünki uca Allah möminin imdadına yetişir. Onun pak ideyalarını, özü şəhadətə yetsə belə, həyata keçirir. Xoş bu şəhidin atasının halına. Qiyamətdə belə övladı olduğu üçün alnıaçıq, qəlbi fərəhli olacaq.





Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə