Биринҹи фәсил


HALAL VƏ HARAMIN TƏSİRLƏRİ



Yüklə 8,85 Mb.
səhifə53/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
#102266
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

HALAL VƏ HARAMIN TƏSİRLƏRİ


Böyük alim və din xadimlərindən biri deyir: «Qum şəhərində Həzrət Xomeynidən təhsil aldığım zaman, məhərrəm ayında təbliğ məqsədi ilə müxtəlif bölgələrə gedirdim.

Məhərrəm ayına yaxın o ilahi insanın yanına gedib: «Bu il də məhərrəm ayı üçün dəvət almışam. Mənim üçün dua edin»-deyə xahiş etdim. İmam mənim üçün dua edib, camaatla davranmağım və təbliğ etməyim haqqında müəyyən tövsiyələr etdi.

Dəvət olunduğum yerə getdim. İki-üç min əhalisi olan bu məntəqəyə daxil olduqda, çiyninə bel alan nurani bir əkinçi mənə yaxınlaşıb, gəlişimin məqsədini soruşdu. Təbliğ üçün gəldiyimi bildikdə dedi: «Burada yalnız Allahın halal-haramından de. Çünki buranın camaatının bu məsələlərə daha çox ehtiyacı var. Bu on günü mənim evimdə qal. Mən sənə yalnız halal mal yedizdirərəm. Mənim çörəyimi yeməyin qəlbini işıqlandırar, çıxışların da daha çox təsir göstərər».

Onun evinə getdim və dediyi kimi rahat, dilim topuq vurmadan çıxışlar etdim.

O, sübh tezdən çölə gedir, şam namazı vaxtı məscidə qayıdırdı. Çıxışımdan sonra isə birlikdə evə gedirdik.

Bir gün ondan xəbərsiz bir nəfərin təkidi ilə qonaqlığa getdim. Həmin gün axşam çıxış edərkən ağırlıq hiss etdim. Danışmağa çətinlik çəkirdim. Dinləyicilərin bundan xəbəri olmamasına baxmayaraq, mən sözləri ağzımdan güclə çıxarırdım. Evində qaldığım əkinçi, sanki mənə etiraz edirmiş kimi, iki-üç dəfə qəzəblə mənə baxdı. Məclis sona yetdikdən sonra evə getdik. O, sərt tərzdə mənə dedi: «Qarnına od yemişsən, bu gün mənim evimdən başqa yerə getmisən. Bunu sənin çıxışından anladım. Nə qədər buradasan, başqa yerə getməyə haqqın yoxdur. Ömrünün axırına qədər yeməyinə, get-gəlinə fikir ver. Halal nuranilik gətirir, haram isə zülmət».

Bir daha bu mövzuda Həzrət Peyğəmbərin (s) mübarək kəlamına nəzər salaq: «Övladlarınız üçün yalnız halal ruzi aparın».

ŞEYX ZAHİD


Tehranda Şeyx Məhəmməd Zahid adlı böyük bir alim yaşayırdı. O, sözün əsl mənasında zahid idi. Bir çox gəncləri məscidə, dini məscidlərə cəlb etmiş və onlara dini tərbiyə vermişdi.

Şeyx Zahid deyirdi: «Bir yerə dəvət olunmuşdum. Getməməli idim, lakin qeyri-ixtiyari olaraq getdim və yalnız məcburi bir dondurma yedim. Gecə ibadət etmək üçün yuxudan durdum. Dəstəmaz almağa gedərkən, pilləkandan yıxıldım və alnım parçalandı. Həyat yoldaşım alnıma məlhəm qoyub bağladı. Yaranın ağrısından ibadətimi davam etdirə bilmədim. Yatağıma uzandım və məni yuxu tutdu. Yuxuda bu sözləri eşitdim. «Şeyx, sən hara, dondurma hara?» Yuxudan ayıldım və alnımın parçalanmağının dondurmanın kəffarəsi olduğunu bildim.

Həzrət Peyğəmbər (s) buyurur: «Övladın ata üzərində olan hüququ ona yaxşı ad qoyması, vaxtı çatdıqda onu evləndirməsi və ona yazmaq öyrətməsidir».1

Bir kişi Rəsulullahdan (s) soruşdu: «Övladımın mənim üzərimdə olan hüququ nədir?» Həzrət buyurdu: «Ona yaxşı ad qoy, yaxşı tərbiyə ver və onu yaxşı yerdə yerləşdir».2

O həzrət (s) digər bir kəlamında buyurur: «Övladının izdivac vaxtı çatdıqda imkanı olan ata onu evləndirməzsə, oğlunun bu səbəbdən bulaşdığı hər bir günahın məsuliyyəti onun öhdəsinə düşür».3

Əli (ə) buyurur: «Övladın ata üzərində olan hüququ üçdür: gözəl ad seçmək, yaxşı tərbiyə vermək, Quran öyrətmək».1

Ənsardan bir kişi imam Sadiqə (ə) dedi: «Kimə yaxşılıq edim?» Həzrət (ə) «Ata-anana»-deyə buyurdu. Kişi dedi: «Ata-anam dünyasını dəyişib». İmam «O zaman övladlarına»-deyə buyurdu.2

Rəsuli-əkrəm (s) buyurmuşdur: «Övladlarınızı üç xüsusiyyətlə bəzəyin: peyğəmbərinizə eşqlə, Əhli-beytə eşqlə və Quran qiraəti ilə».3

Peyğəmbəri (s) və Əhli-beyti (ə) övlada tanıtdırmaq ata-ananın vəzifəsidir. Uşaq kiçik yaşlarından həzrət Peyğəmbəri (s) və məsum imamları tanımalı və onların eşqi ilə böyüməlidir. Uşaq həyatının bütün sahələrində onlardan dərs almalı və onlardan başqa örnək tanımamalıdır. Bu onun üçün ən yaxşı xeyirdir.

ŞİRİN BİR XATİRƏ


İlk dəfə təbliğ üçün Təbrizə dəvət olunduqda, yerli əhali ilə yoxsul məhəllədə, sadə evdə qalacağımı şərt etdim və onlar da şərtimi qəbul etdilər.

Mən Təbrizə getdikdə, hər şeyin şərtimiz əsasında hazırlandığını gördüm. Mənim üçün adi bir məhəllədə ev tutmuşdular. Ev iki mərtəbə idi. Bir mərtəbəsində ev yiyəsinin ailəsi yaşayırdı, digər mərtəbəsində isə bir Hüseyniyyə var idi.

Ev sahibi normal gəlirli bir şəxs idi. İbadət və gecə namazı əhli idi. İlk baxışdan qəribə insan təsiri bağışlayırdı. Məndən «Bu evə gəlməyinin səbəbini bilirsənmi?-deyə soruşdu. Dedim: «Mən özüm Tehranda məni dəvət edənlərlə belə şərtləşmişdim». O dedi: «Yox, sizinlə bağlı deyil. Mən Məşhəddə sizin «Ərəfə duası»nı oxuduğunuz məclisdə iştirak etmişəm. Dua qurtardıqdan sonra imam Rzanın (ə) hərəminə gedib, ağlayaraq ərz etdim: «İlahi! Əgər bir gün bu şəxs Təbrizə gəlməli olarsa, mənim evimə gəlməli olsun. Sizi bura imam Rza (ə) gətiribdir. Bu ev, mən və ailəm Əhli-beytə bağlıyıq. Biz Əhli-beyt xidmətçilərindənik».

Sonra atası haqqında aşağıdakı sözləri dedi: «Atam ömrü boyu ibadət və gecə namazı ilə məşğul olmuş, məni də on üç, on dörd yaşlarımdan böyük məhəbbətlə ibadətə səsləmişdir. O, gecələr məni ibadət üçün oyatdıqda deyirdi: «Oğlum, hamı yuxudadır. İndi çox münasib vaxtdır. Gəl bir küncə çəkilib, imam Hüseynin (ə) məzlumiyyətinə ağlayaq. Biz Hüseynlə (ə) yaşayıb, Hüseynlə (ə) böyümüşük və Hüseyndən (ə) əl çəkən deyilik. Qiyamətə qədər onun xadimi olmaqda qərarlıyıq».

Həzrət Sadiq (ə) buyurur: «Uşaq yeddi il ata-anasının evində oynamalıdır. Növbəti yeddi ildə Quran öyrədilməli, sonrakı yeddi ildə isə halalını, haramını öyrənməsi üçün şərait yaradılmalıdır».1

Əmirəl-möminin (ə) buyurur: «Öz övladlarınızdan elm və bilik ardınca getmələrini tələb edin».2

Digər bir hədisdə isə buyurur: «Övladlarınıza namaz öyrədin. Onlar həddi-büluğa yetdikdə isə, bu məsələyə daha da ciddi yanaşın».3

Həzrət Peyğəmbərdən (s) xəlq olunan üç mühüm rəvayətdə qeyd olunur: «Övladlar valideynlərini incidərək valideynin üzünə olduqları kimi, valideynlər də övladlarının hüquqlarını pozmaqla onların üzünə ağ olurlar. Valideynlərin hüquqlarını qorumaq övlada vacib olduğu kimi, övladların da hüquqlarını qorumaq valideynlərə vacibdir».4



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin