Биринҹи фәсил



Yüklə 2,31 Mb.
səhifə80/175
tarix10.01.2022
ölçüsü2,31 Mb.
#109967
1   ...   76   77   78   79   80   81   82   83   ...   175
Əgər ləzzəti tərk etməyin ləzzətini bilsən,

Artıq nəfs ləzzətini ləzzət adlandırmazsan.

İmandan, Allaha, qiyamətə diqqətdən bəhrələnərək ailəni mənəvi fəzilətlər məkanına çevirmək olar. Bu çətin iş deyil. Allah kimə lütf edərsə, digərləri üçün çətin olan iş belə onun üçün asan olar.


ON ALTINCI FƏSİL

İSLAM VƏ AİLƏNİN MADDİ MƏSƏLƏLƏRİ

SƏRVƏTİN XEYİR VƏ ZİYANI


İnsanın ailəsini idarə etməsi üçün sərvətə olan ehtiyacı tam mənada təbiidir. Sərvət, ticarət, öz-özlüyündə, insana heç bir bağlılığı olmadan heç bir xeyir və ziyana malik deyil. Misal üçün, dəmir sərvətdir, müxtəlif şəkillərə düşür. Bir çox əşyalar ondan hazırlanır. Lakin insanın ixtiyarında olmadıqda xeyirsiz və ziyansız bir maddəyə, qeyri-mömin insanın əlinə keçdikdə isə ziyanlı bir maddəyə çevrilir.

Dəmir (dəmirdən hazırlanmış xəncər) İbni Mülcəmin əlinə düşdükdə qədr gecəsi, məscid mehrabında möminlərin ağasını ‒ Əmirəl-möminin Əlini (ə) qətlə yetirir və ən bədbəxt şəxsin bariz nümunəsinə çevrilir.

Deməli, dəmir (xəncər) onun əlinə keçdikdə, daxili vəziyyətdən asılı olaraq, əvəzi olmayan bir ziyan qaynağına çevrilir. Həmin dəmir (xəncər) Əlinin (ə) əlində olduqda isə dinin yaşamasına, genişlənməsinə səbəb olur. Belə ki, Əlinin (ə) onu bir dəfə işlətməyi həzrət Peyğəmbərin (s) buyruğuna əsasən, cin və insanların ibadətindən üstündür.

Pul, var-dövlət ilahi insanlar üçün Haqqa yaxınlaşmaq, Pərvərdigarın rəhmətini əldə etmək üçün bir vasitədir.

Bəli, mömin, ilahi əxlaqa yiyələnmiş insan var-dövlətdən Haqqa, dünya və axirət səadətinə çatmaq üçün istifadə edir.

Heç təsadüfi deyil ki, Allah-təala «Bəqərə» surəsində vəfat etmiş möminin dünyada qalmış var-dövlətini «yerdə qalmış xeyir» adlandırır1.

Bəli, möminin imanı, əxlaqı, səxavəti onun var-dövlətini «yerdə qalmış xeyir»ə çevirir. Bu malın üçdə biri öz vəsiyyətinə uyğun olaraq xeyir işlərə xərclənməli, qalan üçdə ikisi isə Quran ayələrinə əsasən, varisinin ixtiyarına verilməlidir.

Həzrət imam Sadiq (ə) «Bəqərə» surəsinin 201-ci ayəsini izah edərkən buyurur: «Axirətin xeyiri Haqqın razılığı və behişt, dünyanın xeyiri isə ruzi və gözəl əxlaqdır».1

Bütün bunlara əsasən pul, sərvət möminlərə Haqq razılığını, behişti vəd edir. Çünki mömin halal qazancla Haqqa itaət sayəsində öz ailəsinin ehtiyacını ödəyir, ona vacib olan haqları (xüms, zəkat) lazımi yerlərə çatdırır, imkansızlara kömək edir, qohumlarının əlindən tutur.

Halal yolla əldə olunmuş pulu bu növ şəri məsələlərə sərf etmək, sözün əsl mənasında, Allaha ibadət və itaət, Quranın buyruğuna əsasən isə, dünya və axirət xeyiridir. Elə buna görə də Allahın kitabında var-dövlət «xeyir» kimi göstərilmiş, möminin onu qazanıb xərcləməsi Haqqa ibadət hesab olunaraq, sonsuz bir savaba layiq olduğu qeyd edilmişdir.

Əli (ə) dinsiz əhalinin əlinə keçən var-dövlət haqqında buyurur: «Sərvət şəhvət vasitəsi, hadisələri tarac edən, arzuları gücləndirən, varisin başını qatan bir amildir. Var-dövlət dünyada bir yırtıcını yüksəldir, axirətdə isə alçaldır».2

Həzrət Peyğəmbər (s) buyurur: «Qızıl və gümüş sizdən öncəkiləri həlak etdi, sizi də həlak edəcək»;3 «Hər bir ümmətin buzovu (bütü) var. Bu ümmətin buzovu (bütü) puldur».4

Bəli, pul, sərvət zəif imanlı şəxslərin əlinə keçdikdə, onları dünya və axirətdən yayındırır.


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin