Биринҹи фәсил


ÜÇÜNCÜ FƏSİL İSLAMDA AİLƏ QURMAĞIN ÜLVİ MƏQSƏDLƏRİ



Yüklə 1,82 Mb.
səhifə6/33
tarix17.11.2018
ölçüsü1,82 Mb.
#82799
1   2   3   4   5   6   7   8   9   ...   33

ÜÇÜNCÜ FƏSİL

İSLAMDA AİLƏ QURMAĞIN ÜLVİ MƏQSƏDLƏRİ

PAK AİLƏ


Ailə qurmamış bir gəncin - istər oğlan, istərsə də qız, istər kişi və istərsə də qadın - pak, günahsız qalması, fəsaddan uzaq düşməsi qeyri-mümkün nəzərə tapır.

Milyonlarla insan arasında ailə qurmamış pak, saf, iffətli, özünü günahdan uzaq tutan bir gənc kişi və ya qadın tapmaq olduqca çətindir. Əgər ailə qurmadığı halda pak, günaha mürtəkib olmayan bir gənc tapsaq, onun Allah övliyalarından olduğunu e᾽tiraf etməliyik.

Ailə qurmadan özünü günahdan qorumaq Yusifə yaraşan bir işdir.

Ailə qurmamış kişi və qadın yaşayan ev fəsad və günahdan uzaq deyil. Ərsiz qadın, yaxud arvadsız kişi qərizə və şəhvətlərinin canlandığı bir vaxtda fəsad və günahdan, hətta çox az olsa belə, uzaq olmayacaq.

İzdivac ‒ bu ilahi və təbii proses bir çox problemləri asanlaşdıran, cavanların paklığını davam etdirən, ilahi təqvanı və iffəti qoruyan başlıca amildir.

Cəmiyyətdə hər hansısa bir ailənin təməl daşı sağlamlıq və aramlıq üzərində qurularsa, qadın və kişi ailə qurmaqla, bir-birinin hüquqlarını pozmayaraq yaşayarlar.

Müsəlmanın evinin hansı ölkədə, hansı şəhərdə olmasından asılı olmayaraq, ora Tanrı vəhyinin nuru, əzəmət və ucalıq rəmzi, gecə və gündüz edilən Allah ibadətinin məhsuludur: «(Həmin taxça çıraq) Allahın tikilib ucaldılmasına öz adının zikr edilməsinə izn verdiyi o evlərdədir ki, orada səhər-axşam Onu təqdis edib, şəninə riflər deyərlər»1.

Belə bir ev, bu xüsusiyyətlərə malik olan ailə, Allaha ibadət olunan, Onun hökmü ilə ailə qurulan, bütün ilahi əmrlərə itaət edilən ev mö᾽min evidir.

Bəli, Qur᾽an ailə qurmağı əmr edir ki, bu yolla qadın və kişinin problemləri yüngülləşsin. Hər ikisi günah və fəsaddan çəkinsinlər və əl-ələ verib, öz evlərini Allahın zikr və ibadət məhəllinə çevirsinlər.

Belə bir ailə şəraitində qadın və kişi Haqqın bəndəsi, övladları fəzilət səmərəsi, bütün əməlləri ilahi göstərişlərin göstəricisi və əziz peyğəmbərlərin üslubudur.

Mö᾽min qadın digər mö᾽min bir kişi ilə ailə qurduqda hər biri özünü ilahi əmrlərin icrasına borclu bilir. Onlar iki dost, həmkar, həmdəm, sirdaş, iman mənbəyi, iki eşq, məhəbbət sütunu kimi öz həyatlarını hər hansısa bir problemin daxil olmasından qoruyurlar. Hər hansısa bir problem yarandıqda, özlərini itirmədən sadə və asan yol ilə onu həll edirlər. Səbir, dözüm, helm və hövsələ silahı ilə hər bir dərdə əlac tapırlar.

CAMAATIN ƏN PİSİ


Tənhalıq və tənha yaşamaq, adama yovuşmazlıq və küncə qapılmaq bir çox problemlərə, ruhi, əxlaqi və əsəbi xəstəliklərə gətirib çıxarır. Tənhalıq və özünə qapılmaq insanı xəyallar, qeyri-məntiqi fikirlər və bir çox problemlər dəryasına qərq edir.

Rəsulullah (s) ailə qurmağın fəziləti və izdivacdan qaçmağın zəlaləti haqqında belə buyurur: «Qiyamətdə cəhənnəm əhlinin əksəriyyəti izdivac və ailə qurmaqdan imtina edənlər olacaq»;1 «Sizin ölülərinizin ən alçaq səviyyəlisi subay qalanlardır»;2 «Sizin ən şər adamınız subay qalanlardır və onlar şeytanın qardaşıdırlar»;3 «Mənim ümmətimin ən yaxşıları ailəlilər, ən pisi isə subay qalanlardır»;4 «Əgər subay qalanlar öldükdən sonra dirildilsələr, mütləq ailə qurarlar»;5 «Allah ailə qurmaqdan boyun qaçıran adama lə᾽nət etmişdir». 6

Peyğəmbərin (s) izdivacdan yayınanları «atəş əhli», «səviyyəsiz insanlar», «şeytanın qardaşları», «şər insanlar» və «lə᾽nət olunmuşlar» xüsusiyyətləri ilə vurğulamasının başlıca səbəbi budur ki, izdivacdan boyun qaçıranlar çarəsizlikdən günah və haram girdabına yuvarlanacaqlar. Cəmiyyət və ailə üçün problemə çevriləcək və həyatın bütün sahələrində bir çox problemlərə yol açacaqlar.

Qur᾽an ayələrinə, rəvayətlərə, həyat təcrübələrinə müraciət etdikdə görürük ki, izdivac insana şərəf və ləyaqət verir, onu Haqqın əzabından xilas edir, səviyyəsizlik və şəxsiyyətsizlikdən qoruyur, şeytanın toruna düşməkdən hifz edir. İnsanı şər mənbəyi olub Haqqın lə᾽nətinə gəlməkdən amanda saxlayır və bütün bunlar rahatlığın, asudəliyin, rifahın, əmniyyətin, təqvanın, həyat yükünün yüngülləşməsinin başlıca səbəbidirlər. Elə buna görə də Qur᾽an izdivacın ilahi qanuna çevrilməsinin səbəbini belə açıqlayır:

«Allah, üzərinizdə olan ağırlığı (həyat proqramını) yüngülləşdirmək istəyir».1

İSTE᾽DADIN ÇİÇƏKLƏNMƏSİ


Fitrət və təbiətə uyğun olaraq ilahi qanunlar, Haqq peyğəmbərlərinin üslubu əsasında ailə quran iki gənc ilahi əzab uçurumundan, daxili xəbislikdən, şeytanın təhlükəli hiyləsindən, Allahın lə᾽nətinə gəlməkdən, bütünlüklə subay qadın və kişini əhatə edən bu bəlalardan xilas olmuş olacaqdır. İzdivac sayəsində fikri rahatlığa, daxili əmniyyətə nail olacaq, subaylıqdan irəli gələn problemlərə qələbə çalacaq, tənha yaşamaq başağrısından şəfa tapacaq və ilahi bir mühitə ayaq basacaqdır. Düzgün fikir və gələcəyə ümidlə baxmaq üçün zəmin yaranacaq, şəhvət və qərizələrin tüğyanı sönəcəkdir. Şübhəsiz ki, onların daxilindəki gizli iste᾽dadlar çiçəklənəcək və həyat ağacı barlı, bəhrəli məhsullar verəcəkdir.

Tarix səhifələri, ailə qurduqdan sonra yüz ilə gediləsi yolu bir gecədə gedən İslam alimləri və dahi şəxsiyyətlərlə doludur. Onlar daxili əmniyyət və aramlıq yaradan izdivac sayəsində yüksək elmi məqamlar kəsb etmişlər. Belə ki, hamı ağızdolusu onların elm, təqva, şərəf və ibadətlərindən, eləcə də cəmiyyətə və İslama olan xidmətlərindən danışır.

«Ayətullah Brucerdinin keçdiyi həyat yolu» kitabının 95-ci səhifəsində qeyd olunur:

1314-cü ildə ömründən 22 il keçirdi ki, atası ona bir məktub yazıb Brucerdə çağırdı. O, güman edirdi ki, atası onu təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə ‒ şiə aləminin ən böyük elm mərkəzinə göndərəcək. Lakin Brucerdə gəlib atası və digər qohumları ilə görüşdükdən sonra ‒ fikirlərinin əksinə olaraq ‒ ailə qurmaq üçün hər şeyin hazır olduğunu gördü.

Belə bir vəziyyətin yarandığını görüb narahat olur. Atası narahatlığının səbəbini soruşduqda isə deyir: «Mən rahat, tam asudəliklə təhsil almaq istəyirəm. Amma indi qorxuram ki, izdivac mənimlə məqsədim arasında bir əngələ çevrilsin». Atası ona deyir: «Oğlum, bunu bil ki, əgər atanın əmrinə əməl etsən, Allah mühüm elmi tərəqqilərə nail olmaqda səni müvəffəq edər. Lakin bunu da bil ki, əgər atanın bu arzusunu həyata keçirməsən, bütün ciddiyyətinə baxmayaraq, bir yerə çıxmayacaqsan».

Atasının sözləri ona çox tə᾽sir edir. Onun bütün tərəddüdlərini aradan qaldırır. Nəhayət, ailə qurduqdan bir az sonra yenidən İsfahana qayıdıb, beş ildə müxtəlif fənn və elmlərə yiyələnir.

Onun vəfalı həyat yoldaşı İsfahanda bu böyük insana lazım olan bütün şəraiti yaradır. O, mehriban bir dost, mətanətli bir xidmətçi kimi onun tərəqqisi üçün əlindən gələni edir. Həyat yodaşı ilə İsfahanda yaşadıqları beş il ərzində müxtəlif elmlərə dərindən yiyələnərək, olduqca rahat, ciddiyyət və arxayınlıqla, hətta bə᾽zən gecələri sübhə qədər elmi araşdırmalar və mütaliə ilə məşğul olur. Belə ki, o dahi insan özü dəfələrlə buyurmuşdur ki, boş vaxtlarında Qur᾽an əzbərləyirdi. Nəticədə, İsfahanda olduğu müddətdə «Bəraət» surəsini əzbərləmişdi. O, ömrünün axırına qədər bu surəni əzbər bilir və daim təkrarlayırdı.

«Təfsiri-mizan» kitabının müəllifi Əllamə Təbatəbai özünün bir çox elmi və mə᾽nəvi tərəqqilərini həyat yoldaşına borclu olduğunu bildirmişdir.

Bəli, izdivac əmniyyət və aramlığın, iste᾽dadın çiçəklənməsinin başlıca nişanələrindəndir.


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin