Birinci fəsil: İslam, İslam inqilabı, İslam Respublikası quruluşu


Üşüncü məqsəd: Dünyada təkqütblü sistemi təkmilləşdirmək



Yüklə 407 Kb.
səhifə15/62
tarix10.01.2022
ölçüsü407 Kb.
#108721
1   ...   11   12   13   14   15   16   17   18   ...   62
    Bu səhifədəki naviqasiya:
  • Sual
Üşüncü məqsəd: Dünyada təkqütblü sistemi təkmilləşdirmək

Üçüncü məqsəd budur ki, İranla müzakirənin özü böyük güc olan Amerika üçün çox əhəmiyyətlidir. Bəziləri təəccüb edib deyə bilərlər: məgər İran nədir ki, böyük güc olan Amerika üçün onunla müzakirə stolu arxasında oturmaq bu qədər əhəmiyyət kəsb etsin?! Bəli, çox əhəmiyyətlidir. Təsadüfən böyük güc olduğu üçün çox əhəmiyyətlidir. Böyük güc dünyanın bütün siyasi güclərindən üstün olan və onları öz iradəsinə məcbur edə bilən gücdür.

Bir gün dünyada iki böyük güc - Amerika və Sovet vardı. Onların hər biri bir bölgəyə nəzarət edir və istədikləri işi görə bilirdilər. Hətta Amerika bu düşməninə yaxın Avropa ölkələrində özünün Kroz və digər raketlərini yerləşdirmişdi. Zavallı avropalılar da bir söz demirdilər; çünki keçmiş Sovet qarşısında müdafiə üçün lazım idi. Sovet də öz təsir regionunda bu işləri görürdü. Bu gün SSRİ dağıldığından Amerika dünyada təkqütblü sistem yaratmağa iddialı və çox israrlıdır; adı dünya olan böyük imperiyanın başında tək özünün durmasını istəyir.

Amerikanın siyasi nəzəriyyəçiləri bunu deməkdən çəkinmirlər, ABŞ mətbuatında bu məzmunda elmi-siyasi məqalələr çap olunur. Təxminən bir ay öncə Amerikanın bir mətbu orqanında gördüm ki, siyasi yazılar yazan bir məşhur amerikan yazıçı dünyaya müraciətlə ABŞ-ın vahid dünya imperiyasının başında durmasını əsaslandırır; Amerika bu gün belədir, elədir və sair. Ümumiyyətlə onların iddiaları budur, bunu istəyirlər.

Bu qədər iddialı və siyasi qüdrəti olan bu böyük gücə bir yerdə dəyər və etibar tanımır, hörmət etmirlər. O yer haradır? İran İslam Respublikası. İslam Respublikası və İran xalqı dünyada Amerikanın böyük güc sindromunu sındırdı. Mən dəfələrlə demişəm ki, böyük güclərin əsas qüdrətləri heybətlərinə görədir. Bunlar daxil olduqları hər bir yerdə top-tüfəng işlətmirlər, qeyz və heybətləri dövlət başçılarını və siyasi liderləri qorxudur və güzəştə vadar edir.

Müsəlman İran ilk gündən aydın dəlillərə görə Amerikanın qarşısında möhkəm dayandı, ona təslim olmadı və onunla müzakirə aparmayacağını elan etdi. İndi isə onun "çox gözəl, baş üstə, biz də müzakirə apararıq" deməsi Amerika üçün böyük əhəmiyyət kəsb edir. Deyəcəklər ki, budur, böyük güc kamil oldu, boyunduruq altına girməyən bu ölkə də təslim oldu və qarşısında əyildi. Buna əsasən, müzakirənin özü onlar üçün çox əhəmiyyətlidir.

Əlbəttə, əlaqə məsələsində belə deyil. Sonra deyəcəyəm ki, amerikalılar əlaqə barədə başqa şey fikirləşirlər. Onlar üçün böyük əhəmiyyət kəsb edən müzakirədir; İranın müzakirə stolu arxasında oturmasını istəyirlər. Müzakirələr başlanandan sonra isə böyük macərası olan əlaqə məsələsi ortaya çıxacaq.1
Sual: İranla müzakirə nə üçün Amerikaya bu qədər önəmlidir? Buyurduğunuz məqsədlərdən əlavə, İran İslam Respublikasının Amerika ilə müzakirəyə razılaşmasının böyük şeytana başqa xeyirləri də varmı?

Cavab: İran İslam Respublikasının və İran xalqının hərəkəti dünyanın hər bir tərəfində İslam hisslərinin oyanmasına səbəb oldu, Afrikada, hətta Avropada müsəlmanlar İslam devizi və öz İslam hissləri ilə mübarizəyə qalxdılar. Bu mübarizələrin bəzisi hakimiyyətə qarşı siyasi mübarizələrdir, bəzisi isə islahat uğrunda mübarizələr. Hər halda, mübarizə aparırlar. Bunların hamısı İslam Respublikasından, imamdan və bu xalqdan qaynaqlanmışdır.

Mən İslam dünyasında elə adamlar tanıyıram ki, Əhli-beyt (ə) məzhəbini heç bir təbliğat olmadan, yalnız bizdəki müharibəyə görə qəbul etmişlər. Siz gənclərin, əlillərin, döyüşçülərin müharibəyə getməsinə dair xəbərlərin dünyaya yayılması, anaların şücaətlə müqavimət göstərməsi, cəsurluğu dünyada bəzi adamları müsəlman, bəzilərini şiə etdi, bəzilərini inqilaba, imama və İran xalqına daha da vurğun etdi və İslam hissləri meydana çıxdı. Əslində bütün bunların mərkəzi İran xalqı və İslam Respublikası quruluşudur.

İslam Respublikası Amerika ilə müzakirə stolu arxasında otursa, amerikalılar bu cəhətdən arxayın olacaq, dünyanın hər bir yerində deyəcəklər: "Siz nədən ötrü çalışırsınız? Siz ki İran ola, İrana çata, nə etsəniz, onlar kimi bir quruluşa və şücaətə sahib ola bilməzsiniz. Amma nəhayət onlar da müzakirə stolu arxasına keçməyə məcbur oldular. Daha siz nə deyirsiniz?!" Yən İran xalqının və İran İslam Respublikası quruluşunun Amerika ilə müzakirə stolu arxasında oturmağa razılaşması onu İslam dünyasının oxşar mübarizəsi sarıdan arxayın edəcək.

Baxın, bir çox ölkələrdə hökumətlər Amerika dövləti ilə dostdur, onun nüfuzu və təsiri altındadırlar, siyasi mövqeləri Amerika dövlətinə bağlı və ümumilikdə Amerikaya tabedirlər. Amerika hökm edir ki, filan yerlə əlaqəni kəsin, filan yerlə ticarət əlaqələri qurun, filan yerlərlə bazarlıq etməyin, nefti belə edin, misi elə edin və s. Amerikaya təslim olan bu hökumətlərdə tədricən bu fikir yaranır ki, İran İslam Respublikası adlı bir hökumət Amerikaya heç bir əhəmiyyət vermir, Amerika da ona ciddi ziyan vura bilmir. Bəs bizim Amerikadan bu qədər qorxmağımıza səbəb nədir?!

Bu sual bu gün necə deyərlər, üçüncü dünyanın müsəlman və qeyri-müsəlman ölkələrinin bir çox məmurlarında yaranmış və ABŞ rejimi üçün ciddi problemə çevrilmişdir. İslam Respublikasını görəndən sonra onlarda Amerika tabeliyindən çıxma meylləri yaranmışdır. Düşünürlər ki, İslam Respublikası Amerikaya heç bir əhəmiyyət vermir, qarşılığında Amerika da ona qarşı əsaslı bir iş görə bilmir. Düzdür, bəzən qart-qurt eləyir, misal üçün, Damato qanunu qəbul edir və bu qanun da bir neçə aydan sonra öz-özünə ləğv olur. Əsaslı bir iş görə bilmir. Bəs nə üçün biz özümü əbəs yerə Amerikaya əsir etmişik?

Amerikanın dostlarında və tabe dövlətlərində bu fikrin yaranması onun üçün olduqca təhlükəlidir. Amerika cavab axtarır. Bir iş görüb onları başa salmalıdır ki, baxın, saldığımız iqtisadi blokada və tətbiq etdiyimiz sanksiyalar nəhayət İslam Respublikasını yordu, o gəlib diz çökməyə və iddialarından əl çəkməyə məcbur oldu. O özünə tabe hökumətləri başa salmaq istəyir ki, bizimlə olmayan salamat qala bilməz, İslam Respublikası da nəhayət əyilməyə məcbur oldu.

Müzakirəni bir böyük güc olaraq Amerika üçün həqiqətən önəmli edən başqa bir məsələ də var. On doqquz, yaxud iyirmi ildir dünya siyasətində iki mübariz qütb arasında döyüş gedir. Bir tərəfdə hegemon qütb, bir tərəfdə isə İslam qütbü dayanır. Hegemon qütbə ABŞ rəhbərlik edir, İslam qütbünün mərkəzində isə İslam Respublikası quruluşu durur. İndiyə qədər İslam qütbü uğurla inkişaf etmişdir. Siz dünyaya baxsanız, İslam hərəkatının ətri belə duyulmayan bəzi ölkələrdə ən azı özlərinə uyğun şəkildə İslam hökumətlərinin qurulduğunu görərsiniz; Türkiyədə, Əlcəzairdə və həmçinin digər yerlərdə. Düzdür, bunların hamısına qarşı tədbir gördülər, amma xalqın hisslərinə heç nə edə bilməzlər. Xalqın hisslərinə qarşı Türkiyədə Rifah partiyası iqtidarına, yaxud başqa bəzi iqtidarlara qarşı gördükləri tədbiri görə bilməzlər. Xalqın hissləri öz yerində qalır.

İndiyə qədər bir-birinə qarşı mübarizə aparan hegemon və İslam qütblərinin bir-birinə qarşı mübarizəsində inkişaf və qələbə İslam qütbünə məxsus olmuşdur. İslam qütbü həmişə inkişaf etmiş, hegemon qütb isə inkişaf edə bilməmişdir. Bunlar İslam Respublikasının müzakirə aparmaq istədiyinə dair fikir formalaşdıranda İslam Respublikasının təslim olduğunu, onlara tərəf keçdiyini, güzəştə getməyə və müzakirə aparmağa məcbur olduğunu söyləməklə bu döyüşdə nəhayət İslam qütbünün məğlub və geri çəkilməyə məcbur olduğunu, hegemon qütbün isə qalib gəldiyini göstərmək istəyirlər.

Onlar düşmənin qələbə çaldığını və İslamın geri çəkilməyə məcbur olduğunu göstərmək istəyirlər. Demək istəyirlər ki, inqilabçı İslam sözlərini geri götürdü və yolundan göndü; demək istəyirlər ki, bu 19 ilin onunda imamın söylədiyi, imamdan sonrakı 9 ildə də məmurların və xalqın söylədiyi bütün sözlər kənara qoyuldu, unuduldu və yanlış hesab edildi. İmam dəfələrlə buyurmuşdu ki, biz düşmənlə razılaşmayacaq, ona təslim olmayacağıq. Bu şayiələr həmin keçmişi pisləmək məqsədi güdür. Hər bir halda Amerika İslam Respublikasının təslim olmasını, Amerika ilə müzakirə stolu arxasında oturmaq istəməsini, özünün hegemonluğa qarşı söz və iddialarından əl çəkməsini yayaraq bundan maksimum bəhrəni götürəcək. Təbliğat ajiotajı bundan ötrüdür.1


Sual: Siz nə üçün Amerika ilə müzakirəyə müxalifsiniz və quruluşun məmurlarını bundan çəkindirirsiniz?

Cavab: Müzakirə nədir? Sizin Amerika ilə oturub danışmanızla, müzakirə etmənizlə problemlər həll olunacaq? Belə deyil. Siyasi leksikonda müzakirə bazarlıq deməkdir. Amerika ilə müzakirə aparmaq - Amerika ilə bazarlıq etməkdir. Bazarlıq da alış-verişdir, yəni bir şey al, bir şey ver. Sən İslam inqilabından Amerikaya nə vermək istəyirsən ki, ondan bir şey alasan. Sizin Amerikaya verib qarşılığında nəsə almaq istədiyiniz nədir? Biz Amerikaya nə verə bilərik? O bizdən nə istəyir? Bilirsinizmi nə istəyir: "Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar".1 Allaha and olsun ki, Amerika İran xalqının müsəlman olması və əsl Məhəmməd (ə) İslamına sadiq olması qədər heç bir şeyindən narahat deyil. O istəyir ki, siz bu sadiqliyinizdən əl çəkəsiniz. O istəyir ki, sizin bu dik boynunuz olmasın. Razısınız?!

Deyirlər gəlin girovlarla bazarlıq edin.2 Bu da sadəlövhlükdür. Biz əlbəttə, əvvəldən elan etdik ki, gücümüz çatan qədər girovların azad olunmasına kömək etmək istəyirik. Biz girovların sahibi deyilik, onlar məzlum və məhrum insanlardır, müxtəlif səbəblərə görə girovları saxlayırlar. Bizim prinsiplərimiz baxımından eybi olmayan həddə və sözümüzün kəsəri qədərincə kömək etməyə hazırıq; amma Amerikaya görə yox, insani borcumuza, insaniyyətə və prinsiplərə görə. Bunlar bizim prinsiplərimizdir. Amerika kimdir?! Biz Amerikaya görə bu işi görərik?! Fərz edək bir nəfər gəlib Amerikaya görə bu işi gördü; Amerika hansı cavabı verəcək?

Dünənki və srağagünkü telekslərdə oxuduq ki, Buş girovların azadlığı üçün göstərdiyi köməyə görə Suriyaya təşəkkür etmişdir. Digər tərəfdən də Amerika hökuməti Suriyaya xəbərdarlıq etmişdir ki, elə bilməyin bu girovların azadlığı sizin Amerika ilə rabitələrinizin adiləşməsinə kifayət edəcək; siz siyasətlərinizə yenidən baxmalısınız. Sonra sadalayır ki, ərəblərin İsraillə müharibəsinə aid siyasətlərə yenidən baxın; yəni Kemp-Deyvid müqaviləsinə qoşulun.

Amerikanın belə boyunduruqları altına girən xalqın və hökumətin başına kül ələnsin! Amerikanın azca zəiflik duyduğu şəxslərə qarşı gözləntisi belədir. Açıq şəkildə deyir ki, siyasətlərinizə - ərəblərlə İsrailin müharibə siyasətlərinə yenidən baxmalısınız. Gedib hegemon, insani prinsiplərə və beynəlxalq hüquqa inanmayan təkəbbürlü bir qurumla stol arxasında oturmağımızı istəyən şəxslər necə də sadəlövhdürlər! Amerikalılar beynəlxalq hüquq və prinsiplərə inanmırlar.

ABŞ-ın cinayətkar zabitinin əmri ilə raket atıb bir neçə yüz nəfərlik sərnişin təyyarəsini suya saldılar, kişini, qadını, uşağı və böyüyü məhv etdilər, amma Amerika hökuməti bu zabiti mühakimə etmədi. Eşitdim ki, Amerikanın indiki prezidenti1 həmin zabitə ləyaqət ordeni vermişdir. Bunlar belədirlər. Siz nə deyirsiniz?! Məgər bunlar beynəlxalq hüquq tanıyırlar?! Məgər bunlar insan hüquqları tanıyırlar?! Xeyr! Mən Amerika ilə müzakirənin əleyhinəyəm. İslam Respublikası hökumətinin mənim icazəm olmadan belə bir iş görməsi imkansızdır və təbii ki, özləri də bununla müvafiq deyillər.2


Yüklə 407 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin