Birinci fəsil: Mədəni hücum və mədəni mübadilə


- Tədqiqat mərkəzlərini və tədqiqatçıları dəstəkləmək və gücləndirmək



Yüklə 416,28 Kb.
səhifə61/73
tarix10.01.2022
ölçüsü416,28 Kb.
#109968
1   ...   57   58   59   60   61   62   63   64   ...   73
6- Tədqiqat mərkəzlərini və tədqiqatçıları dəstəkləmək və gücləndirmək

Biz inanmalıyıq ki, bu gün düşmənlərimizin mədəni hücumlarına məruz qalırıq; həm inqilab mədəniyyətimizi müəyyən amillərlə qarışdırır, həm də ölkəni idarə edəcək bacarıqlı və mütəxəssis insanlar yetişdirməyə mane olurlar. Düşmənin bütün bunlara dair proqram hazırladığı şübhəsizdir. Qlobal hegemonizm beyinləri və parlaq istedadları oğurlamaq sahəsində üçüncü dünyanın bütün ölkələrinə, İslam inqilabına və hegemonizmə dair təhlükələrinə görə özəlliklə bizim ölkəmizə qarşı proqram hazırlamış, güclü beyinlərin və parlaq istedadların inkişaf edib çiçəklənməsinə mane olmaq üçün çoxlu fəaəliyyətlər nəzərdə tutmuşdur. Onların uşaqlıqdan, yeniyetməlikdən, gənclikdən parlaq istedadları təyin etmək və oğurlamaq üçün xüsusi idarələri var.530


Universitet özünün elm və tədqiqat fəaliyyətini inqilabi və dini həvəslə həyata keçirməlidir, əks təqdirdə, onların taleyi tağut dövrünün universitetlərindən yaxşı olmayacaq. O zaman əcnəbilər qarşısında özünə inamsızlıq və öz dəyərlərini təhqir etmək istedadların qarşısını alır, beyinləri ölkədən qaçmağa həvəsləndirirdi.531
Biz düşmənin əməllərinə adekvat proqramlar hazırlamalıyıq. Ümumi mədəniyyət məsələsində müşahidə edirik ki, cəmiyyətimizdə, misal üçün, dövlət qurumlarında xalqın işləri rahatlıqla görülmür, süründürməçilik edilir, xalqın işlərinə qayğıkeş şəkildə baxılmır. Bunlar mədəni bir xəstəliyə və nöqsana görədir. Görürük ki, bizim bacarıqlı elmi şəxsiyyətlərimiz universitetlərdə, iş yerlərində və tədqiqat mərkəzlərində bir tədqiqatçı üçün qazancı və şöhrəti az, zəhməti isə çox olan yenilik və ixtiralara az girişir, daha asan işlərlə məşğul olurlar. Bu bir mədəni xəstəlikdir. Elm dünyasının böyük tədqiqatları kimlər tərəfindən görülmüşdür? Adətən tədqiqat dövründə məşhur olmayan, zəhmətlə, tədqiqata, elmə və işlərinə sevgi ilə işə başlayan və çətinliyə dözən şəxslər tərəfindən görülmüşdür. Bu işin nəticəsi bir xalq üçün möhtəşəm olmuşdur. Bizdə bunlar azdırsa, mədəni bir xəstəliyə görədir. Biz bunu müalicə etməliyik. Bunun məktəb, universitet və digər yerlərə aidiyyəti yoxdur. Bu başqa bir proqramlı mədəni fəaliyyət tələb edir və biz bu işi görməliyik.532
Tədqiqat mərkəzlərinin çatışmazlıqları və bizim tədqiqatçılarımızın elmi araşdırmalara lazımi həvəsi göstərməməsi mövcud problemlərdən biridir.533
Universitet və məktəb müəllimlərinin çoxlu problemləri var. İnsanı elmə sövq edən həvəs və maraq müxtəlif maddi və mənəvi amillərə bağlıdır. Ən mühüm amillərdən biri şagirdlərin müəllimlərə hörmət etməsidir. Bundan əlavə, kəmiyyət baxımından da universitet müəllimimiz azdır. Mənim gördüyüm statistikaya əsasən, universitetlərdə təxminən qırx faiz müəllim çatışmazlığı var. Məktəb və universitetlərin binaları da belədir.534
Araşdırmalar sübut edir ki, bizim gənclərimizin istedadı dünyaya nisbətən orta həddən yüksəkdir. Təbii ki, bizim müəllimlərimiz də belədirlər. Bu baxımdan, güclü təhsil və tədqiqata dəyər və əhəmiyyət verməliyik.535
Cəmiyyətin fəal, həvəskar və qabaqcıl təbəqəsi olan tələbələr onun gələcəyinin qorunmasında və ümumi hərəkətinin təsvirində digər sahələrə nisbətən daha böyük rol ifa etməlidirlər.

Mən tələbələrlə müxtəlif görüşlərimdə dəfələrlə demişəm, indi də sizə deyirəm ki, bu təsir bir-birinin yanında olan iki amillə həyata keçir: biri budur ki, universitet və tələbə adının reallaşması, müəllim sözünün mənasını tapması və ölkənin gələcəyi üçün təsvir olunan ümidlərin puç olmaması üçün dərs, elm və təhsil amili olmalıdır. Gənclər yaxşı dərs oxumalı, müəllimlər onları yetişdirməli və yönəltməlidirlər ki, ölkənin elmi və praktik gələcəyi təmin olunsun. Təhsilin kənarında tədqiqatın rolu fövqəladə əhəmiyyət kəsb edir. Məsul şəxslər bununla məşğul olmalıdırlar. Buna əsasən, birinci amil dərs və elmdir. Onu kiçik saymaq, ona əhəmiyyətsiz yanaşmaq olmaz.

Əziz tələbələr yaddan çıxarmasınlar ki, heç bir şey onların elmi fəaliyyətlərinin bir an da dayanmasına səbəb olmamalıdır. Çünki düşmən bunu istəyir və siz buna qoymamalısınız. Düşmənin istəyinin əksinə olaraq, ölkədə elm çiçəklənməli və ümid bəxş etməlidir. İkinci amil isə əziz imamımızın vəsiyyətnaməsində tövsiyə olunan və onun çoxlu çıxışlarında toxunduğu mühüm məqamdır. Mən Dini Ekspertlər Məclisində oxuduğum vəsiyyətnamədə bəlkə dörd-beş və ya daha çox yerdə universitetin düşüncə, siyasi və inqilabi istiqaməti üzərində dayandım. Bu amil elmə can, ruh və istiqamət verir.536
Tələbələrin istedadlarının çiçəklənməsi üçün onları həvəs göstərdikləri fakültələrə sövq etmək lazımdır. Bəzən televiziyada bir tələbədən soruşurlar ki, siz bu fakültəni öz istəyinizləmi seçmisiniz? O da cavab verir ki, xeyr. Bizim qəbul imtahanlarımız belədir. Yaxşı olar ki, imkan olan həddə bu çatışmazlığı aradan qaldıraq. Baxın, cənablar! Əgər biz insanın istedadına diqqət yetirsək, onu istedadı və həvəsi olan sahəyə yönəltsək, bu gün də əbu əli sinaların, məhəmməd ibn zəkəriyya razilərin və onlar kimilərin peyda olması mümkündür.

Güman etmək olmaz ki, bu gün dünya elmdə bizdən çox inkişaf etdiyindən və biz geri qaldığımızdan, deməli, istedadların və dahilərin yetişməsi mümkün deyil. Xeyr, belə deyil. Dahilərin və istedadların yetişməsi o zaman da elmi inkişaf sayəsində baş verməmişdi. Elmi inkişaf orta səviyyəli bir tələbənin öyrənməsi üçün yaxşıdır, amma nümunə tələbənin istedad çeşməsini müxtəlif şəraitlər aça bilər. Axtarıb bu tələbələri tapmaq lazımdır. Bu yalnız o zaman mümkün olar ki, kim hansı sahəni sevirsə, hansı sahəyə istedadı varsa və hansı sahə üçün yaradılmışdırsa, həmin sahədə işləyib dühasını və istedadını göstərsin. Əgər meylinə, rəğbətinə və istedadına uyğun olmayan bir sahə ilə məşğul olsa, daxilində istedadı olsa da, aşkara çıxmayacaq. Onun yollarından biri yerli tələbə məsələsidir. Universitetlərin proqramını elə tənzim etməliyik ki, Bircənddə, Zahidanda, Məşhəddə, İsfahanda, Şirazda və digər yerlərdə yaşayanlar öz şəhərlərində - Allaha şükür ki, bu gün şəhərlərin çoxunda universitet var – təhsil ala bilsinlər. Müstəsna vəziyyətdə olanlar isə başqa yerlərə köçürülsünlər və yerləri dəyişilsin. Bunun üçün də bir proqram lazımdır. İnşallah cənablar bu işlə də məşğul olsunlar.537




Yüklə 416,28 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin