BiRİNCİ FƏSİL



Yüklə 0,78 Mb.
səhifə20/27
tarix22.10.2017
ölçüsü0,78 Mb.
#10272
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

Qədir məscidi



374- İmam Sadiq (əleyhis-səlam): Qədir məscidində namaz qılmaq müstəhəbdir. Çünki Peyğəmbər (səlləllahu əleyhi və alih) Əmirəl-möminini (əleyhis-səlam) burada imamət məqamına ucaltdı. Bura Allah-Təalanın haqqı aşkar etdiyi yerdir.406

375- Əl-Kafi: Əbdürrəhman ibn Həccac rəvayət edir: İmam Kazimdən (əleyhis-səlam) səfərdə olarkən, gündüz vaxtı Qədir-xum məscidində namaz qılmaq barəsində soruşdum. Buyurdu (əleyhis-səlam): Orada namaz qıl. Bu iş çox fəzilətlidir. Atam həmişə mənə bunu (orada namaz qılmağı) tapşırardı.407
9/10

Fəth məscidi



376- Müsnədi-ibn Hənbəl: Cabir ibn Abdullah rəvayət edir: Peyğəmbər Fəth məscidində üç gün dua edərdi. Bazar, bazar ertəsi və cümə axşamları. Sonra cümə axşamı iki namazın arasında olan fasilədə O həzrətin (səlləllahu əleyhi və alih) duası qəbul olduqda, sevindi.408
10/10

Fəzix məscidi



377- İmam Baqir (əleyhis-səlam): Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) xurma şərablarının dağıdıldığı gün bu məsciddə əyləşdiyinə görə, (xalq arasında) oranı “fəzix məscidi”; yəni, “xurma şərabı məscidi” adlandırdılar. Çünki ən çox dağıdılan şərab növü xurma şərabı idi.409

378- Əl-Kafi: Leys əl-Muradi rəvayət edir: İmam Sadiqdən (əleyhis-səlam) bu məscidin nə üçün “fəzix” adlandırılması haqqında soruşdum. Buyurdu (əleyhis-səlam): Xurma ağacının bir növü də, “fəzix” adlandırılır. Elə buna görə də, bu məscidə “fəzix” deyirlər.410

379- Əl-Kafi: Əmmar ibn Musa rəvayət edir: Mən İmam Sadiqlə (əleyhis-səlam) birlikdə Fəzix məscidinə daxil oldum. Buyurdu (əleyhis-səlam): Ey Əmmar bu çuxuru görürsənmi?

Dedim: Bəli.

Buyurdu (əleyhis-səlam): Cəfərin həyat yoldaşı (ki, sonralar Həzrət Əlinin(əleyhis-səlam) yəhat yoldaşı oldu,) övladları ilə birlikdə burada oturmuşdu. O, ağlayırdı. Övladları ondan soruşdular: Ana nə üçün ağlayırsan?

Dedi: Əmirəl-möminin üçün.

Dedilər: Nə üçün bizim atamıza deyil, ona ağlayırsan.

Dedi: Bu siz düşündüyünüz kimi ağlamaq (yas saxlamaq) deyil. Əmirəl-mömininin mənə sölədiyi bir sözü xatırladım, ona görə ağlayıram.

Dedilər: O, nə sözdür?

Dedi: Mən və Əmirəl-möminin (əleyhis-səlam) bu məsciddə əyləşmişdik. O mənə buyurdu: Bu çuxuru görürsənmi?

Dedim: Bəli.

Buyurdu (əleyhis-səlam): Mən Allahın rəsulu (səlləllahu əleyhi və alih) ilə birılikdə burada oturmuşdum. O Həzrət (səlləllahu əleyhi və alih) başını mənim çiynimə qoyub, mürgüləməyə başlabı. Və yavaş-yavaş dərin yuxuya getdi. Beləcə əsr namazının vaxtı gəlib-çatdı. Onun başını çiynimdən qaldırmağa urəyim gəlmədi. Ona mane olmaq istəmədim. Əsr namazının (fəzilətli) vaxtı keçdi. Sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) yuxudan ayıldı və soruşdu: Ey Əli! Namaz qıldınmı?

Dedim: Xeyr.

Buyurdu (səlləllahu əleyhi və alih): Nə üçün?

Dedim: Sizə mane olmaq istəmədim.

Allahın rəsulu (səlləllahu əleyhi və alih) ayağa qalxıb, üzü qibləyə dayanıb, əllərini səmaya qaldıraraq, buyurdu: Pərvərdigara! Günəşi əvvəlki vaxtına qaytar ki, Əli namazını (fəzilətli vaxtında) qıla bilsin.411


11/10

Hədislər məcmuəsi



380- Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih): Dörd şey kamilliyə və dörd şey də, günahların bağışlanmasına səbəb olar... Günahların bağılanmasına səbəb olan amillər ibarətdir: Ramazan ayında oruc tutmaq, Allahın evinə həcc ziyarətinə getmək, Allah rəsulunun (səlləllahu əleyhi və alih) məscidinə getmək və Beytül-müqəddəs məscidinə getmək.412

381- İmam Əli (əleyhis-səlam): Yalnız üç məscidin ziyarəti üçün səfərə çıxılar: Məscidül-həram, Məscidün-Nəbi və Kufə məscidi.413

382- İmam Baqir (əleyhis-səlam): Kufədə nifrin olinmuş(lənətlənmiş) məscidlər və (bununla yanaşı) fəzilətli məscidlər vardır. Bərəkətli və fəzilətli məscidlər bunlardır:

Ğəna məscidi. And olsun Allaha ki, bu məscidin qibləsi dəqiq və torpağı pakdır. Onu mömin bir şəxs tikibdir. Qiyamət günü gəlib çatmamış onun kənarında iki bulaq və onun da yanında iki bağ yaranar. Bu məscid əhli hamiliqla lənətlənibdir. Bu məscidin onlarla heç bir əlaqəsi və bağlılığı yoxdur.

Bəni Zəfər (Səhlə) məscidi, Xəmra məscidi və Cufa məscidi ki, indi ondan əsər-əlamər belə yoxdur.414

383- İmam Baqir (əleyhis-səlam): (Fəzilətli) dörd məscid bunlardır: Məscidül-həram, Məscidün-Nəbi, Beytül-müqəddəs və Kufə məscidi. Ey Əbu Həmzə! Bu məscidlərdə qılınan hər vacib namaz bir həcc ziyarətinə bərabərdir. Bu məscidlərdə qılınan hər müstəhəbb namaz isə bir həcci-ümrə ziyarətinə bərabərdir.415

384- İmam Sadiq (əleyhis-səlam): Mübarək məscidlər və ziyarətgahlara getməyi tərk etmə. İlk gündən təqva üzərində bina olunmuş Quba məscidi kimi, Məşrəbəti-Ümm İbrahim, Fəzix məscidi, şəhidlərin qəbirləri, Əhzab məscidi (Fəth məscidi) kimi (müqəddəs yerləri ziyarət etməyi unutma).416

385- Əl-Kafi: Üqbə ibn Xalid rəvayət edir: İmam Sadiqdən (səlləllahu əleyhi və alih) soruşdum: Biz Mədinənin ətrafındakı məscidlərə getmək istədikdə (əvvəlcə) hansı məsciddən başlayaq?

Buyurdu (əleyhis-səlam) Quba məscidindən başla və orada çox namaz qıl. Çünki (Quba məscidi) Peyğəmbərin bu məntəqədə namaz qıldığı ilk məsciddir. Sonra Məşrəbəti-Ümm İbrahimə get və orada namaz qıl. Çünki bu məkan da Allahın rəsulunun (səlləllahu əleyhi və alih) məskəni və namaz qıldığı yerdir. Sonra da Peyğəmbərin (səlləllahu əleyhi və alih) namaz qıldığı Fəzix məscidinə gedib, orada namaz qıl.

Bütün bunları yürinə yetirdikdən sonra Uhud məntəqəsinə gedib, Hərrənin aşağı səmtində yerləşən məsciddə namaz qıl. Ardınca Həmzə ibn Əbdül-Mütəllibin qəbrini ziyarət et və ona salavat göndər. Sonra şəhidlərin qəbirlərini ziyarət edib, belə de: Salam olsun sizə, ey bu diyarın əhli! Siz bizdən öncə bu dünyadan köçdünüz və şübhəsiz ki, biz də sizə qoşulacağıq.

Ardınca Ühüdə daxil olduqda sağ tərəfdə yerləşən geniş dağların kənarındakı yerdə namaz qıl. Peyğəmbər (səlləllahu əleyhi və alih) müşriklərlə qarşı-qarşıya gəldikdə, bir az hərəkət etdikdən sonra namaz vaxtı gəlib çatdıqda, orada namaz qıldı.

Beləcə ziyarətinə davam et və qayıdış yolunda şəhidlərin qəbirlərinin kənarında, Allahın sənə yazdığı (buyurduğu) qədər namaz qıl.

Sonra qarşı tərəfə üz tutub, Əhzab məscidinə get. Orada namaz qıl və Allahı çağır. (Dua et.) Çünki Peyğəmbər (səlləllahu əleyhi və alih) Əhzab müharibəsi zamanı orada dua edərək, buyurdu: Ey çətinlikdə olanların dadına çatan, ey çarəsizlərə əlac edən və ey dərdli insanların qəmini dağıdan! Mənim qəm-qüssəmi və çətinliklərimi həll et. Sən mənim və tərəfdarlarımın hansı vəziyyətdə olduğunu daha yaxşı bilirsən.417





Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin