“Əs-səvaiqül-muhriqə” kitabının müəllifi Fəxr Razinin sözlərinə oxĢar sözlər
dedikdən sonra yazır: “Peyğəmbər (s) Qədir-Xum çölündə buyurdu: Mən hər kimin
mövlasıyamsa, Əli də onun mövlasıdır. Pərvərdigara! Əlinin dostla-rını dost tut,
O, daha sonra yazır: “Bu rəvayəti Peyğəmbərin səhabələrindən otuz nəfəri nəql
Hənəfi məzhəbindən olan alim Həskani özünün “ġəvahidut-tənzil” adlı kitabında bu
ayənin Əli (ə) barəsində nazil olduğunu göstə-rən səkkiz rəvayət nəql edib.171
50
Ziyad ibni Münzər deyir: Ġmam Əbu Cəfər Mühəmməd ibni Əli (ə)-ın yanında idik.
O, camaata hədis deyirdi. Bəsrə əhlindən olan Osman ƏĢa ondan soruĢdu: “Sənə qurban
olum, Həsən Bəsri bu ayənin bir Ģəxsin barəsində nazil olduğunu dedi, ancaq həmin
Ģəxsin adını demədi.”
Əbu Cəfər (ə) dedi: “Əgər deyə bilsəydi, deyərdi. O, qorxduğu üçün deməyib.
Cəbrail, Peyğəmbərə nazil olub dedi: “Allah-taala əmr edir ki, öz ümmətinə namaz
qılmağı əmr et.” Peyğəmbər də camaatı namaza dəvət etdi. Sonra Cəbrail yenə dedi:
“Allah-taala əmr edir ki, öz ümmətini zəkat verməyə dəvət et.” Peyğəmbər də onun
dediyi kimi etdi. Cəbrail yenidən nazil olub dedi: “Allah-taala əmr edir ki, ümmətinə
həccə gedib, oruc tutmağı çatdırasan.” Peyğəmbər də elə Cəbrailin dediyi kimi etdi.
Sonra Cəbrail yenidən nazil olub dedi: “Cama-atın vəlisini (rəhbərini) onlara tanıtdır.
Necə ki, namazı, orucu, həcci çatdırmısan. Çünki, bunların hamısını icra etmək üçün
mütləq bir rəhbərə ehtiyac duyulur. Peyğəmbər (s) dedi: “Pərvərdigara! Mənim ümmətim
hələ də cahiliyyət dövrünə yaxındır və özlərində təkəbbürlük hissi keçirirlər. Onlardan elə
birisi yoxdur ki, öz rəhbərlərinə zülm etməsin-lər. Mən bu məsləhəti ümmətimə
çatdırmaqdan qorxuram. Əgər desəm, qəbul etməyəcək və məni təkzib edəcəklər. Elə bu
zaman Allah-taala bu ayəni nazil etdi:
Allah-taala Peyğəmbərin canının qorunma-sına təminat verdikdən sonra o, Əli (ə)-ın
əlindən tutub dedi: “Ey camaat! Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.
Pərvərdigara! Əlini sevib dost tutanları Sən də sevib dost tut, onunla düĢmənçilik
edənlərlə Sən də düĢmən ol. Əliyə kömək edənlərə Sən də kömək ol, Əliyə kömək
etməkdən imtina edənləri məhv et. Əlinin dostlarını sev, Əliyə qəzəb edənlərə qəzəb
et.”172
Ziyad ibni Münzər yazır ki, Abdullah ibni Abbas belə deyirdi: “Bir gün Peyğəmbər
(s) merac hədisini bəyan edərkən belə dedi: Allah-taala buyurub ki, Mən hər bir
peyğəmbəri göndərmiĢəmsə, hökmən onun üçün vəzir də seçmiĢəm. Heç bir
peyğəmbərdən sonra onun ümmətini baĢsız qoymaq olmaz. Sən Allahın peyğəmbəri, Əli
isə sənin vəzirindir.”
Peyğəmbər camaatın bəzilərinin inad edəcəyini bildiyi üçün bu məsələni onlara necə
deyəcəyi barədə fikirləĢirdi. Bu hadisədən altı gün keçmiĢdi ki, bu ayə nazil oldu:
“Bəlkə sənə nazil olan bəzi ayələri (qəbul olunmamasından qoxduğun üçün) bir az
yubadıb (camaata çatdırmağı) təxirə salasan!”173
Peyğəmbər səbr etdi. Allah-taala zilhəccə ayının 17-də baĢqa bir ayə nazil etdi.
Bu ayə nazil olandan sonra Peyğəmbər Bilala əmr etdi ki, camaata elan etsin, Qədir Xum
çölündə bir yerə toplaĢsınlar. Camaat ora toplaĢdıqdan sonra Peyğəmbər (s) buyurdu: “Ey
camaat! Allah-taala, sizə elə bir Ģeyi çatdır-mağı mənə əmr etdi ki, sinəm daraldı,
qorxdum ki, qəbul etməyib mənim sözümü təkzib edəsiniz. Amma Allah-taala məni
qorxudub bu sözləri sizə çatdırmağımı istədi.”
Sonra Əli (ə)-ın əlindən tutub o qədər yuxarı qaldırdı ki, hətta Peyğəmbərin
qoltuğunun altı göründü. Sonra buyurdu: “Ey camaat! Allah-taala mənim mövlam, mən
də sizin mövlanızam. (Mövla – ixtiyar sahibi.) Mən hər kəsin mövlasıyamsa, Əli də onun
172
“ġəvahidut-tənzil”, 248-ci hədis
173
“Hud” surəsi, 12-ci ayə.
51
mövlasıdır. Pərvərdigara! Əlinin dostlarını dost, düĢmənlərini isə düĢmən tut. Ona kömək
edənlərə kömək et. Ona kömək etməkdən imtina edənləri isə məhv et!” Elə bu zaman
“Əl-yövm əkməltu ləkum diynəkum” ayəsi nazil oldu. Yəni: “Ey Peyğəmbər, özünə
vəsini təyin etdikdən sonra sənin dinini kamil etdik. Səndən sonrakı niĢanəmizi camaata
tanıtdırdıq. Hər zaman Quranda və yaxud dində müəyyən bir çətinliklə qarĢılaĢsalar, bu
müəllimə (Əliyə) müraciət etməklə həll etsinlər.174
Bu ayələr aĢkar Ģəkildə göstərir ki, Peyğəmbərin mütləq bir caniĢini olmalıdır və bu
da baĢqası deyil, yalnız Əli ibni Əbu Talib (ə)-dır.
“Əlyovm əkməltu” ayəsinin hansı hadisə ilə əlaqədar nazil olması haqda iki rəvayəti
qeyd etməklə kifayətlənirik:
Sünnülərin mötəbər kitablarında ən çox Əbu Hüreyrədən hədis nəql olunur. O, deyir:
“Hər kim zilhəccə ayının 18-ci günü oruc tutsa, Allah-taala ona 60 günlük oruc savabı
yazar. Bu gün Qədir-Xum günüdür. Peyğəmbər həmin gündə Əlinin əlindən tutub
camaata “Mən möminlərin mövlası deyiləmmi?” - dedi. “Əlbəttə, mövlasısınız, ya
Rəsuləllah!” - deyə cavab verdilər. Peyğəmbər buyurdu: “Mən hər kimin mövlasıyamsa,
Əli də onun mövlasıdır.”
Ömər ibni Xəttab ayağa qalxıb Əlini (bu məqama seçdildiyi üçün) təbrik etdi və dedi:
“Sənə mübarək olsun, ey Əbu Talibin oğlu! Sən bu gündən mənim və bütün möminlərin
mövlası oldun.”
Elə bu zaman “əl-yovmə əkməltu” ayəsi nazil oldu. Yəni Allah buyurur ki, bu gün
Peyğəm-bərdən sonra ona caniĢin təyin etməklə Öz dinimi sizə təkmil etdim, Öz
nemətlərimi sizə tamamlayıb, Ġslam dinini sizin (əbədi) dininiz kimi qəbul etdim.”
“ġəvahidut-tənzil” kitabının müəllifi bu rəvayəti təsdiq etmək üçün Əbu Səid
Xidridən digər bir hədis də nəql edib:
Əbu Səid Xidri deyir: “Peyğəmbər camaatı Əli (ə)-a itaət etməyə səslədi. Onun
qolundan tutub yuxarı qaldırdı. Onlar hələ bir-birindən ayrılmamıĢdı ki, (Əl-yovm) ayəsi
nazil oldu. Peyğəmbər (s) dedi: “Allahu əkbər! Allah dini kamil edib nemətlərini bizə əta
etdi. Allah mənim risalətimə və Əlinin vilayətinə razı oldu.” (Sonra camaata üz tutub
dedi:) “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”175
Dostları ilə paylaş: