3
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
ÖN SÖZ
“(Ey Peyğəmbərimiz) sözü dinləyib onun ən yaxĢısına tabe olanlara müjdə ver. Onlar
həmin kəslərdir ki, Allah onları (düz yola) hidayət etmiĢdir və məhz onlar əql
sahibləridir.”1
Ġslam Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql
olunmuĢ məĢhur bir rəvayətdə buyurulur:
“Mənim ümmətim yetmiĢ üç firqəyə (dəstəyə) bölünəcəkdir, o firqələrin birindən
baĢqa, hamısı od və cəhənnəm əhlidir.”2
Bu hədisi bütün Ġslam alimləri öz kitablarında nəql etdikdən sonra yalnız özlərinin
düzgün yolda olduqlarını bəyan etmiĢ, ixtilaf yaratmaq təqsirini isə baĢqa firqələrin
üzərinə yıxmıĢlar. Halbuki, Qurani-Kərim belə buyurur:
“Hamılıqla Allah ipindən yapıĢın və heç vaxt təfriqəyə düçar olub dağılmayın.”3
Belə bir sual yaranır ki, görəsən həqiqətdə “Allah “ipi” dedikdə nə nəzərdə tutulur və
bu ayəni lazımınca izah edib həqiqəti insanlara çatdırmaq kimin öhdəsinədir ki, onlar da
bu ipə sarılaraq heç vaxt dağılmasınlar? Bu vəzifəni yerinə yetirməyin kimin öhdəsinə
olduğunu isə, məhz Qurandan soruĢmaq lazım-dır. “Tövbə surəsində Allah taala
dinĢünas-ları Allah dininin təbliğçiləri kimi bəyan edib buyurur:
“Gərək hər bir tayfadan bir neçə nəfər hicrət edib dini dərindən öyrənsin və öz
qövmlərinə tərəf qayıtdıqda onları (ilahi əzabdan) qorxutsunlar, bəlkə onlar da (pis
iĢlərdən) çəkinələr.”4
Deməli, həqiqi dini camaata olduğu kimi çatdırmaq din alimlərinin öhdəsinə düĢən
vəzifədir.
Növbəti sual budur ki, görəsən bu mühüm əhəmiyyət kəsb edən iĢ hansı firqə alim-
lərinin üzərinə düĢür? Və nə üçün hər hansı bir firqə bu ilahi vəzifəni yerinə yetirməkdə
özünü sair firqələrdən üstün sayır, baĢqalarını isə batil yolda hesab edir? Bunları hansı
alim həll etməlidir?!
Digər məsələ budur ki, bütün Ġslam ümmətinin ona sarılmağa əmr olunduqları “ip”
dedikdə məqsəd nədir?
Bu məsələni düzgün Ģəkildə anlayıb “Allah ipinə” sarılmaq üçün, ilk növbədə tarixi
düzgün Ģəkildə araĢdırıb baĢ vermiĢ hadisələri olduğu kimi təhlil etmək, nəticədə Ģəffaf
su-yun haradan və nə üçün bulandığını bilməliyik.
Son dərəcə təəssüflə qeyd etməliyik ki, sünnü alimləri düzgün və həqiqi tarixi
1
“Zümər” surəsi, 17-18-ci ayələr
2
Fəxr Razinin “Təfsiri-kəbir” kitabı, 1-ci cild, səh.4; “Biharül-ənvar”, 28-ci cild, səh.29, 36, 37 və 336.
3
“Ali-Ġmran” surəsi, 103-cü ayə.
4
“Tövbə surəsi, 122-ci ayə.
4
oxumağı öz əsrlərində haram etmiĢ və tarixi oxumağın ölülərin qeybətini etməkdən ibarət
olduğunu əsas tutaraq bu iĢi qadağan etmiĢlər.
Böyük sünnü alimlərindən olan Məhəmməd Qəzzali belə deyir: “İmam Hüseynin
Kərbəla faciəsini və səhabələr arasında yaranan ixti-lafları camaata çatdırmaq
haramdır. Çünki, bu hadisələr camaatda bəzi səhabələrə qarşı nifrət hissi oyadır.
Halbuki, səhabələr böyük din təbliğçiləridir.”5
Firqələr arasında yaranmıĢ ixtilafların həqiqi səbəbini tapmaq üçün Peyğəmbərin
vəfatından qabaq və sonra baĢ vermiĢ hadisələri araĢdırmaq lazımdır. Çünki,
Peyğəmbərin öz zamanında müsəlmanlar təqribən hamısı müttəfiq idilər. Münafiq
səhabələr isə Peyğəm-bərə (s) məkrli planlar tökdükdə Peyğəmbər (s) Cəbrailin vasitəsi
ilə göndərilən vəhy ilə onların qabağını alıb, münafiqlərin hiylələrini zərərsizləĢdirirdi.
Beləliklə qəti Ģəkildə hökm etmək olar ki, bütün ixtilaflar Peyğəmbərin vəfatından sonra
baĢ vermiĢdir. Məhz buna görə də haqq-həqiqətin aĢkar olması üçün Həzrəti
Mühəmmədin vəfatından sonra baĢ verən hadisələri araĢdırmalıyıq. Çünki, Ġslam
firqələrinin hamısı Peyğəmbərin vəfatından sonra yaranmıĢdır. Ġslamın ilk çağlarındakı
müsəlmanlar Peyğəmbərin vəfatından sonra iki dəstəyə bölündülər. Onların bir hissəsi
həzrət Əli ibni Əbu Talib (ə)-ın tərəfdarı (Ģiə), digəri isə Əbu Bəkrin tərəfdarı (sünnü)
oldular.
Müaviyə hiyləgərliklə hökuməti ələ aldıqdan sonra elə onun dövründə xəlifələrin
tərəfdar-ları “Əhli sünnət” (sünnü) və ya “cəmaət” adlandırıldılar.
Ġmam Sadiq (ə)-ın dörd mindən artıq tələbəsi var idi. Məhəmməd ibni Nöman ibni
Sabit (Hənəfi məzhəbinin banisi) və Malik ibni Ənəs (Maliki məzhəbinin banisi) də onun
tələbələrindən idilər.
Bunlardan sonra isə ġafei və Hənbəli məzhəbləri yarandı. Bunlar da Abbasilərin
köməyi ilə Ġslam cəmiyyətində çaxnaĢma salıb hakimiyyəti ələ keçirdilər.
Ġndi isə biz Ġslami rəvayətləri araĢdıraraq haqqı batildən seçib onu camaata
tanıtdırmalı və hamının dində müttəfiq olub Allah ipindən yapıĢması və behiĢt əhli
olması üçün əlimiz-dən gələni əsirgəməməliyik.
Dostları ilə paylaş: