BiSMİllahir-rəhmanir-rəHİm kitabda istifadə olunan əDƏbiyyat



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#106540
1   ...   39   40   41   42   43   44   45   46   47
Peyqemberin-s-haqq-canishini

QURANIN MÜƏLLİMİ KİMDİR? 

Allah-taala Qurani kərimdə buyurur: 

 

“Allah O kəsdir ki, bu (asimani) kitabı sənə nazil etdi. Onun ayələrinin bir qismi və 



əsas hissəsi “möhkəm” (Mənası aĢkar Ģəkildə bəyan olunan) ayələrdir. Ġkinci qismdə olan 

ayələr  isə  “mütəĢabeh”  ayələrdir  (mənasında  bir  neçə  ehtimal  verilən  ayələr).  Ancaq 

qəlblə-rində  inhiraf  və azğınlıq olan Ģəxslər  mütəĢabeh ayələri  seçirlər ki,  fitnə  yaradıb 

(camaatı  yoldan  azdırsınlar)  və  onu  (düzgün  olmayan  tərzdə)  təfsir  və  məna  etsinlər. 

Halbuki, onların (həqiqi) təfsir və mənasını Allah və elmin dərinliklərinə yiyələnənlərdən 

baĢqa heç kimsə bilmir. (Ġlahi elm sayəsində Quranın bütün sirlərini dərk etmək istəyən-

lər)  deyirlər:  Biz  onun  hamısına  iman  gətir-miĢik.  Hər  bir  Ģey  Allah  tərəfindəndir.  Əql 

sahiblərindən baĢqa heç kimsə (bunu) dərk edə bilməz.”184 

Bu  ayədə  Allah-taala  elmin  dərinliklərinə  yiyələnən  ağıllı  Ģəxsləri  Quran  müəllimi 

kimi  təqdim  edir.  Ġndi  görək,  elmin  dərinliklərinə  yiyələnən  ağıllı  Ģəxslər  kimlərdir? 

Quran bu Ģəxsləri baĢqa bir ayədə belə təqdim edir: 

 

“Lakin onların içində elmin dərinliklərinə yiyələnən Ģəxslər və möminlər sənə (yəni 



Peyğəmbərə) və səndən qabaqkı peyğəmbərlərə nazil edilənlərin hamısına iman gətirən, 

                                                

184

 “Ali-Ġmran” surəsi, 7-ci ayə. 




 

57 


namaz qı-lıb, zəkat  verən,  Allaha  və  qiyamət  gününə  iman  gətirənlərdir.  Tezliklə onlara 

böyük mükafat verəcəyik.”185 

Quran baĢqa bir ayədə belə buyurur: 

 

“Sizin vəli və ixtiyar sahibiniz yalnız Allah, Onun rəsulu və iman gətirib, namaz qılan 



və rüku halında zəkat verənlərdir.”186 

Sünnü  alimlərinin  mötəbər  kitablarında  bu  ayə  barəsində  belə  deyilir:  “Yüz  əlli 

nəfərdən  artıq  səhabə  “rüku  halında  zəkat  verənlər”  deyildikdə  məqsədin  Əli  olduğunu 

bəyan ediblər.” 

 Amma Fəxr Razi deyir: “Rüku halında zəkat verənlər” dedikdə məqsəd Əbu Bəkrdir. 

Təəc-cüblü  burasıdır  ki,  Əbu  Bəkrin  özü  özünü  elmin  dərinliklərinə  yiyələnən  hesab 

etmir,  amma  onun  tərəfdarları  bunu  iddia  edirlər.  Əbu  Bəkr,  can  üstə  olanda  deyirdi: 

“KaĢ üç Ģeyi Peyğəmbərdən soruĢaydım! Birincisi: Özün-dən sonra vəli və vəsinin kim 

olduğunu; 

Ġkincisi: Ənsarların xilafətdən payları olub-olmadığını; 

Üçüncüsü:  Bibi  və  xala  qızının  irsdən  nə  qədər  pay  apardığını.  Mən  hələ  də  bunu 

bilmirəm.”187 

Sadə  bir  məsələ  olan  “bibi  və  xala  qızının  nə  qədər  irs  aldığını”  bilməyən  bir  Ģəxs 

Quranın  sirlərinə  varıb,  onu  camaata  bəyan  edə  bilərmi?  Yoxsa  Allah-taala  onu  elmin 

dərinliklərinə yiyələnən adlandırıb?! 

Əbu  Bəkrin  elmin  dərinliklərinə  yiyələn-diyini  necə  demək  olar,  halbuki  onun  özü 

deyirdi:  “Mənim  üçün  həmişə  məni  yoldan  azdıran  bir  şeytan  var.  O  nə  vaxt  mənim 

yanıma  gəlib,  mənə  qalib  olsa  məndən  uzaq  olun  ki,  sizin  mal  və  canınıza  zərər 

yetirməyim.”188 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin