Bismillahir-Rəhmanir-Rəhim


Sual: Həzrət Mehdinin (ə) hökumətində bütün insanlar islah olacaqmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə400/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   396   397   398   399   400   401   402   403   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: Həzrət Mehdinin (ə) hökumətində bütün insanlar islah olacaqmı?

Cavab: Bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) islahatı bütün yer üzünü bürüyəcək. İmam Həsən Müctəba (ə) buyurur: “Allah-tәala dünyanın sonunda bütün azğınları və günahları islah edəcək bir şəxs göndərər.”2
Sual: Zühurdan sonra həzrət Mehdinin (ə) dәstәsi harada mərkəzləşəcək?

Cavab: Bəzi rəvayətlərə əsasən, bu hökumətin paytaxtı Kufə olacaq. İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə isə imamın Səhlə məscidində məskunlaşacağı bildirilir.1
Sual: Əgər zühur dövründə ağıllar kamilləşəcəksə, imama nə ehtiyac var?

Cavab: Bilməliyik ki, zühur dövründə ağıllar təbii yolla kamilləşəcək. Bu işdə əsas təbii amil imam Mehdinin vücududur.
Sual: Həzrətin zühurunun hansı təsirləri və bərəkətləri var?

Cavab: 1. Bu imtiyazlardan biri insanın imamla bir əsrdə yaşamasıdır. Həmin vaxtda hazırda əldə olmayan bərəkәtlər insana nəsib olar.

2. Həzrət Mehdinin (ə) zühuru dövründə insanlar üçün yer üzündə behişt yaranar. Belə bir əsr hətta peyğəmbərin (s) dövründə də olmamışdır. Zühur dövründə ideal həyat üçün tam şərait yaranar.


Sual: İmam zühur etdikdən sonra bugünkü texnologiyanı inkişaf etdirəcəkmi?

Cavab: İmam həm dövrün texnoloji tərəqqisindən bəhrələnəcək, həm də onu inkişaf etdirəcək. Amma bu tərəqqidə əsas məqsəd insanı yaranış məqsədinə çatdırmaqdır.
Sual: Həzrətin zühur dövründə hansı əlamətlər müşahidə olunacaq?

Cavab: İslam alimləri zühur əlamətlərini iki qismə bölürlər: bu əlamətlərdən bir hissəsi zühurdan öncə gerçəkləşəcək. Zühur vaxtı gerçəkləşəcək əlamətlər sırasında bir dəstənin Beyda çölündə yerə batmasını, səmadan gələn səsi, nəfsi-zəkiyyənin qətlini göstərmək olar.
Sual: Belə əzəmətli bir hadisəni bir nəfər öz öhdəsinə necə götürə bilər?

Cavab: Bilməliyik ki, insan həmişə tarixi şəraitdə formalaşmır. İnsanın qeyb aləmi ilə sıx rabitəsini nəzərə alsaq, bu dərin rabitə insanı xoş gələcəyə istiqamətləndirə bilər. Yeni mədəniyyətin başlanğıcını qoymuş İslam peyğəmbəri keçmiş mədəniyyətin övladı deyildi. Həzrət Mehdinin təcrübəsi İslam peyğəmbərinin təcrübəsidir. İlahi bir şəxsiyyət tarixi gedişatı dəyişməyə qadirdir.
Sual: Əgər imama imam qüsl verməlidirsə, həzrətə kim qüsl verəcək?

Cavab: Rəvayətlərdə bildirilir ki, rәcətdən sonra imam Hüseyn (ə) bu işi görəsidir. İmam Sadiq (ə) buyurur: “Höccətin ölümü çatar, onun qüsl, kəfənləmə, hənut, dəfnini imam Hüseyn (ə) öhdəsinə götürər...”1

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   396   397   398   399   400   401   402   403   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin