Bismillahir-Rəhmanir-Rəhim


Sual: 10. Ümumdünya ədalət hökumətinin zəruriliyini tarixi hadisələrə istinad etməklə sübuta yetirmək olarmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə12/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   8   9   10   11   12   13   14   15   ...   410
Sual: 10. Ümumdünya ədalət hökumətinin zəruriliyini tarixi hadisələrə istinad etməklə sübuta yetirmək olarmı?

Cavab: Keçmiş və müasir tarixə müraciət etdikdə məlum olur ki, bəşəriyyət tarix boyu müxtəlif zülm-sitəmlərə, qətl-qarətlərə düçar olmuşdur. Xüsusi ilə də müvəhhid (təkallahçı) insanlar həqiqətin müdafiəsində suçlanaraq müxtəlif şəkillərdə incidilmişlər.

Qurani-Kərim «Uxdud əshabı» haqqında söz açır. Bildirilir ki, müxaliflər böyük bir xəndək qazıb onda yetərincə əzəmətli bir tonqal qaladılar. Onların məqsədi möminləri və müvəhhidləri diri-diri bu odda yandırmaq idi.1

Tarixdə oxuyuruq ki, Misir fironu yalnız yuxusuna əsaslanaraq neçə böyük cinayətlərə əl atdı. Yuxusundan əndişələnən bu kəs öz vücudunu qorumaq üçün misilsiz cinayətlər törətdi.

Tarixin digər bir səhifəsində Həccac ibn Yusif Səqəfi haqqında danışılır. O, İraqda 20 illik hakimiyyəti dövründə dəhşətli cinayətlər törətdi.1

1-ci dünya müharibəsində günahsız insanlar amansızlığa düçar oldu. Rəsmi statistikaya görə bu müharibədə öldürülənlərin sayı 22 milyona çatmışdır. Çox keçməmiş ikinci dünya müharibəsi başladı. Bu müharibə 70 milyon insanın həyatına son qoydu.

Əlcəzairin işğalı zamanı fransalılar 2 milyondan artıq müsəlmanı qətlə yetirdilər. Vyetnam müharibəsində yüz minlərlə günahsız insan amerikalılar tərəfindən öldürüldü.

Ötən 50 ildə İsrail qəsbkarlarının çəkmələri altında yüz minlərlə fələstinli öldürüldü, yaralandı və ev-eşiyindən didərgin düşdü.

Bəşəriyyətin gələcəyini, müxtəlif millətlər arasındakı düşmənçilikləri bir qədər araşdırsaq, bəşəriyyəti necə böyük bir təhlükə gözlədiyinə şahid olarıq. Bu gün bir çox ölkələr bir-birlərini məhv etmək üçün kütləvi qırğın silahları hazırlayır. Bu silahlar yer kürəsini bir neçə dəfə məhv etmək üçün bəsdir. Samuyel Hantiqton kimi Amerika ideoloqlarının hazırladığı mədəniyyətlərin savaşı proqramı Amerika siyasətçiləri üçün başlıca plan olmuşdur. Bütün bunları nəzərə aldıqda bəşəriyyət hansı gələcəyə ümid edə bilər? Uyğun problemlərin həll yolu nədir?

Görəsәn bəşəriyyət öz gücü ilə bütün dünyanı səadətə çatdıracaq proqram hazırlayıb onu həyata keçirə bilərmi? Şübhəsiz, bu mümkünsüzdür. Çünki bu vaxtadək həmin iş görülməmişdir. Bundan sonra da insan Allah-təalanın göstərişləri, qeybi məlumatlar olmadan bir şey bacarmayacaq. Nəzərdə tutulan xoşbəxtliyə çatmaq üçün Allah tərəfindən qeybi bir xilaskarın gəlişi, bəşəriyyəti mövcud bəlalardan xilas etməsi zəruridir. Bu şəxs zühuru vəd olunmuş həzrət Mehdidir (ə).


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin