Bismillahir-Rəhmanir-Rəhim


Sual: 248. İmam Hadi (ə) həzrət Mehdinin (ə) qeybini xəbər vermişdirmi? Cavab



Yüklə 1,7 Mb.
səhifə218/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   214   215   216   217   218   219   220   221   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 248. İmam Hadi (ə) həzrət Mehdinin (ə) qeybini xəbər vermişdirmi?

Cavab: Şeyx Səduq Əbu-Haşim Davud ibn Qasim Cəfəriyə istinadən imam Hadidən belə nəql edir: “Məndən sonra canişin övladım Həsəndir. Ondan sonrakı canişin gözə görünməz, onun adını çəkmək halal deyil...”1
Sual: 249. İmam Əsgəri (ə) övladı Mehdinin (ə) qeybi üçün zəmin hazırlamışdırmı?

Cavab: İmam Əsgərinin (ə) uyğun sahədəki fəaliyyətlərini bir neçə qismə bölmək olar:

1. Təlimat və bəyanat – İmam Əsgəri (ə) Əhməd ibn İshaqa buyurmuşdur: “Ey Əhməd ibn İshaq! O, bu ümmət arasında Xızır və Zül-Qərneyn kimidir. And olsun Allaha! Onun üçün qeyb dövrü var. Yalnız Allah tərəfindən onun imamətinə münasibətdə sabit qərar verilənlər və dua ilə onun zühurunun tezləşməsini istəyənlər həlak olmayacaq...”2

İmam buyurur: “Agah olun! Həqiqətən, övladım üçün elə bir qeyb var ki, yalnız Allahın hifz etdikləri bu qeybə şəkk etməz.”3

2. Şiələrlə əlaqələrin azaldılması – Məsudi deyir: O imamət məqamına çatdığı vaxt həm yaxınları, həm də başqaları ilə pərdə dalından danışardı. Yalnız sultanın sarayına aparıldığı vaxt belə olmurdu.”4 Bu səbəbdən də şiələr həzrətin yolu üstündə otururdular ki, onu görə bilsinlər.5

3. Vəkalət qurumunun təşkili – Vəkalət qurumu öncədən mövcud olsa da, həzrət Əsgərinin (ə) dövründə bu qurum Mehdinin (ə) gəlişinə hazırlıq üçün daha da genişləndirildi. Bu məqsədlə Osman ibn Səid və onun övladı vəkil olaraq tanıtdırıldı: Şahid olun ki, Osman ibn Səid Əmri mənim, onun övladı Məhəmməd isə övladım Mehdinin (ə) vəkilidir.”6

Məhəmməd ibn Əhməd ibn Cəfər ibn Seyqəl də imamın vəkillərindən idi. (həmin mənbə, c. 50, s. 309, 310)

4. Övladı üçün qurbanlıq etməsi – Şeyx Səduq Əbu-Cəfər Əmriyə istinadən belə nəql edir: Ağa dünyaya gələn vaxt imam Əsgəri (ə) Əbu-Əmri yanına çağırıb buyurdu: “On min peymanə çörək və on min peymanə ət al və onu bəni-Haşim arasında böl. Onun tərəfindən filan sayda qoyun əqiqə et.” (Əqiqə - mövludla bağlı verilən ehsan).1

5. Həzrət Mehdinin (ə) xüsusi şiələrə təqdimi – İmam Əsgəri (ə) şiələri əmin etmək üçün həzrət Mehdini (ə) bəzi yaxın adamlarına göstərdi. Onlar imamın övladında bir sıra möcüzələr müşahidə etdilər. Orada olanlardan biri də Əhməd ibn İshaq Əşəri idi.2



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin