Bismillahir-Rəhmanir-Rəhim


Sual: 276. Böyük qeyb dövründə ümumi naiblik məsələsi necə izah olunur? Cavab



Yüklə 1,7 Mb.
səhifə242/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   238   239   240   241   242   243   244   245   ...   410
Sual: 276. Böyük qeyb dövründə ümumi naiblik məsələsi necə izah olunur?

Cavab: Ümumi naiblik dedikdə hər bir dövrdə etibarlı bir şəxsin cəmiyyətdə imamın nümayəndəsi kimi tanınması nəzərdə tutulur. Kiçik qeyb dövründə təqdim olunan naiblər xüsusi naiblər idi.

Rəvayətlərə əsasən, ümumi naiblik məqamı imamların, xüsusi ilə həzrət Mehdinin (ə) vasitəsi ilə ləyaqətli fəqihə verilir. Uyğun baxışın sübutu üçün iki rəvayət misal göstərilə bilər.

1. Əmr ibn Hənzələ imam Sadiqdən (ə) soruşur ki, iki şiə arasında mübahisə baş verdikdə dövrün hakimi tərəfindən təyin olunmuş qaziyə müraciət etmək olarmı? Həzrət buyurur: “Onlara müraciət haramdır. Onlara müraciət zalım hakimə müraciətdir. Allah zalım hakimə müraciəti qadağan etmişdir.” Əmr növbəti dəfə sual verir: “Bəs nə edilməlidir? Müraciət edilməyəcəyi halda həmin şəxsin haqqı tapdanır?” Həzrət zəruri şərtlərə malik alimləri meyar göstərərək buyurur: “Özünüz şiə fəqihlərindən hədislərimizi rəvayət etmiş, halal-haramı tanımış, hökmlərimizi bilən şəxsi seçib çətinliklərinizi onun vasitəsi ilə həll edin. Çünki onlar mənim tərəfimdən seçilmişdir və mən də onları sizə hakim etmişəm. Əgər onlara müraciətdən sonra mübahisə edən tərəflər sağlam hökmü qəbul etməsə, bizi rədd etmişdir. Bizi rədd edən əslində Allahı rədd edir. Belə bir şəxs müşrik yerindədir.”1

2. İshaq ibn Yəqub həzrət Mehdidən (ə) müəyyən sualların cavabını istəyir. İmam suallara cavab olaraq naib Məhəmməd ibn Osman Əmri vasitəsi ilə qeydlərini göndərir. Həmin məktubda əks olunan məsələlərdən biri budur: “Qarşıya çıxan hadisələrdə hədislərimizi rəvayət edənlərə müraciət edin. Onlar bizim üçün höccətdir.”2



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin