Bismillahir-Rəhmanir-Rəhim


Sual: 45. İntizar hansı səciyyələrdən təşkil olunmuşdur? Cavab



Yüklə 1,7 Mb.
səhifə44/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   40   41   42   43   44   45   46   47   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 45. İntizar hansı səciyyələrdən təşkil olunmuşdur?

Cavab: Xilaskarın zühuru intizarı üç xüsusiyyətə malik olmasa, zühur gerçəkləşməz:

1. Əqidə səciyyəsi: İntizarda olan şəxs xilaskarın zühuruna və onun yardımına əmin olmalıdır.

2. Nəfs səciyyəsi: İntizarda olan şəxs daim hazırlıq halında olmalıdır.

3. Əməli səciyyə: İntizarda olan şəxs daim əməl və rəftarı ilə xilaskarın zühuru üçün ictimai və fərdi zəmin yaratmalıdır.

Bu üç səciyyədən biri yoxdursa, intizar məna kəsb etmir.
Sual: 46. İntizarın neçə növü var?

Cavab: Fərəc (həzrət Mehdinin (ə) zühur) intizarı iki növdür:

1. Qurucu, təşviqedici, məsuliyyət yaradan intizar: bu, bəlkə də ən fəzilətli ibadətdir.

Ayə və rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru haqqın batil üzərində qələbəsi ilə başa çatan mübarizə halqalarındandır. İnsan əməldə haqq əhlindən olarsa, bu səadətə şərik olar. Məsum imamlar və rəhbərlər intizarın yetərincə dolğun təsvirini verərək onu bir əməl saymışlar. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən fəzilətli əməli fərəc intizarıdır.”1

İmam Sadiqdən (ə) nəql olunmuş digər bir rəvayətdə oxuyuruq: “Ən böyük əməl fərəc intizarıdır.”2

Hazırlığın və zəmin yaratmağın əhəmiyyətini imam Sadiqin (ə) bir buyuruğundan öyrənmək olar: “Sizin hər biriniz bir oxla da olsa, qeybdə olan imamın zühuru üçün hazırlıq görməlisiniz.”3

2. Dağıdıcı, iflicedici intizar: Bəziləri Məhdəviyyət, həzrət Mehdinin (ə) qiyamı dedikdə elə başa düşürlər ki, zühur sırf partlayış mahiyyətli bir hadisədir. Onların nəzərincə, bu zühur yalnız və yalnız zülm bütün yer üzünü bürüyəndə və bir nəfər olsun haqq tərəfdarı tapılmayanda baş verəcək.

Belə bir düşüncə islahatlarla zidd olduğundan, fitnə-fəsadı müqəddəs hərəkat üçün başlanğıc saydığından dialektikanın oxşarı adlandırılmalıdır. Dialektikada islahatlarla müxalifətçiliyin səbəbi mübarizənin daha da alovlu olmasıdır. Uyğun təfəkkür bir növ arzu olunan məqsədə çatmaq üçün fitnə-fəsada rəvac verməyə çağırır.

Bu baxış dini fəaliyyətləri süstləşdirdiyindən heç bir İslam ölçüsünə sığmır.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin