Bismillahir-Rəhmanir-Rəhim


Sual: 55. Xilaskarın intizarının hansı imtiyazları var? Cavab



Yüklə 1,7 Mb.
səhifə52/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   48   49   50   51   52   53   54   55   ...   410
    Bu səhifədəki naviqasiya:
  • Sual
Sual: 55. Xilaskarın intizarının hansı imtiyazları var?

Cavab: Sünnə əhli həzrət Mehdinin (ə) fərəc intizarını qəbul etsə də, onun dünyaya gəlişinə inanmır. İmamiyyə şiə məzhəbi və bəzi digər İslam məzhəblər bu əqidədədirlər ki, xilaskar hal-hazırda mövcuddur, əməl və rəftarlarımızı, eləcə də, müsəlmanların problemlərini görür. Bu sayaq intizar daha böyük təsirə malikdir və cəmiyyətdə ümid ruhunu gücləndirir. Fərəc həqiqətinə inanan, amma xilaskarın həyatda olduğunu və əməlləri müşahidə etdiyini qəbul etməyən kəs intizardan bir o qədər də faydalanmır. İmamın (ə) dünyada olduğuna inanan kəs isə əmindir ki, çətinliyə düşdükdə imam onun yardımına yetişəcək. Bu sayaq etiqadın insan ruhiyyəsinə böyük təsiri var. Belə bir təsir sadəcə fərəcə etiqadın təsiri ilə müqayisəyə gəlməz.

Şiələr imamın dünyada olması ilə müşayiət olunan intizara inandıqlarından tarix boyu məyus olmamış, problemlərə boyun əyməmişlər.

Şiə insan həmişə özünü xilaskarla yanaşı hiss edir və bu hiss onun tərbiyə və imanına böyük təsir göstərir.
Sual: 56. Fərəcin (zühurun) təxirə düşməsi qəlbi daşlaşdırmırmı?

Cavab: Hər bir möminə, bəlkə də hər bir insana vacibdir ki, fərəcin təxirə düşməsindən məyus olmasın. İnsan mənzil başına çatmaq üçün səbir ipinə sarılmalıdır. Qəlb imanı üçün yeganə çıxış yolu budur. Allah heç vaxt vədinə xilaf çıxmır. İnsan keçmiş ümmətlərin böyük çətinliklərindən sonra Allah-təalanın yardımı ilə xilas olduğunu yada saldıqda arxayınlaşır. Eləcə də, fitrət və daxili meylə müraciət etdikdə xilaskarın zühuruna batini meyl insana ümid verir.

İmam Sadiq (ə) “Hədid” surəsinin 16-cı ayəsi ilə bağlı buyurmuşdur: “Bu ayə qeyb dövrünün insanlarına ünvanlanmışdır. Qeyb dövrü digər dövrlərdən fərqlənir. Allah-təala öz höccətinə (xilaskara) şəkki şiələrə qadağan etmişdir. İnsan düşünməməlidir ki, Allah yer üzünü hətta bir göz qırpımı höccətsiz qoya bilər.”1




Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin