Bismillahir-Rəhmanir-Rəhim


Sual: 80. Sünni alimlərindən Məhdəviyyət əqidəsini inkar edən varmı? Cavab



Yüklə 1,7 Mb.
səhifə73/410
tarix10.01.2022
ölçüsü1,7 Mb.
#110467
1   ...   69   70   71   72   73   74   75   76   ...   410
Sual: 80. Sünni alimlərindən Məhdəviyyət əqidəsini inkar edən varmı?

Cavab: Sünni alimlərindən bəziləri Məhdəviyyət əqidəsini açıqlayan rəvayətləri inkar etmişlər. Belə alimlərdən bəziləri ilə tanış olaq:

1. İbn Xəldun – Bu şəxs Məhdəviyyət mövzusunu İslamın məşhur mövzularından saysa da, “rəvayətçini şübhə altına almaq onu təsdiqləməkdən öndə gəlir” prinsipini əsas götürərək Məhdəviyyət rəvayətlərini etibarsız saymışdır.4

2. Məhəmməd Əbu-Zöhrə -bu şəxs də İbn-Xəldunun yolunu davam etdirmiş və demişdir: “Sünni alimləri arasında bu hədislərin doğruluğu haqqında tərəddüd var. Bu səbəbdən də uyğun əqidə sünnə əhli tərəfində təsdiqlənmir.”1

3. Səd Məhəmməd Həsən (Əzhər şeyxlərindən) – Bu şəxs də Məhdəviyyət hədislərini tənqid edərək əvvəlki alimlərin yolunu getmişdir.2

4. Məhəmməd Fərid Vəcdi – O deyir: “Bir çox hədis alimləri Məhdəviyyət hədislərini zəif saymışdır...”3

5. Əhməd Əmin Misri – Bu şəxs də ibn-Xəldunun münasibəti ilə razılaşmışdır.4

6. Şeyx Cəbəhan – Bu şəxs də Məhdəviyyət hədislərini etibarsız sayanlardandır.5

8. Şeyx Saih Liviyayi – Bu şəxs də Məhdəviyyət hədislərini tənqid edənlərdəndir.6

Məhdəviyyət hədislərinə müxaliflərin ümumi istinadgahı İbn-Xəldun olduğundan onun sözlərinə xülasə şəkildə cavab veririk:

1. İbn-Xəldun Məhdəviyyət hədislərini tənqid edərkən yalnız bəzi rəvayətləri nəzərdə tutur. Hansı ki, mötəbər mənbəsi olan başqa hədislər də var. Doktor Bəstəvi öz kitabında Məhdəviyyət mövzusunda 46 etibarlı hədis nəql edir.7

2. İbn-Xəldun səhəbәlərdən yalnız bəzilərinin adını çəkir. Hansı ki, Məhdəviyyət hədisləri çoxları tərəfindən nəql olunmuşdur. Şeyx Əbdül-Möhsin ibn Həmdül-İbad Məhdəviyyət hədisi nəql edən 26 səhabənin adını göstərir.8

3. Həmin müəllif deyir: “İbn-Xəldun ricalçı (hədisçi) yox, tarixçidir. Onun mülahizələrinə əsasən hədis zəif sayılmır...”9

4. İbn-Xəldunun “təsdiqdən öncə şübhə” prinsipi bütün sünnə əhli tərəfindən qəbul olunmur. Bəziləri kiçik bir səbəblə rəvayətçiyə şübhə edir. Hansı ki, şübhə sübuta yetirilməlidir. İbn Həcər Əsqəlani, Qazi Səbki, Xətib Bəğdadi, Nəvəvi, Səxavi, Süyuti və Sənədi kimi alimlər uyğun qaydanı qəbul etmir. Doktor Əbdül-Həkim Bəstəvi deyir: “Rəvayətçi şübhə doğursa belə, hər şübhə rəvayəti etibardan salmır. Yalnız ciddi şübhələr əsasında rəvayəti etibarsız saymaq olar...1

5. İbn-Xəldun hədisləri hesablamadığından onların “təvatir” (yetərlilik) həddini keçdiyini bilmir. Əslində bu həddə çatan hədisin sənədini araşdırmağa ehtiyac yoxdur.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin