BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə15/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

İYİRMİ BEŞİNCİ FƏSİL

MÜHARİBƏ VƏ FƏDAKARLIQ


Həzrət Əli (ə.s) öz köməkçilərini düşmənlə cihad və mübarizəyə rəğbətləndirmək üçün onlara belə göstəriş verirdi: – Zirehli paltar geyənləri ordunun ön cəbhəsinə göndərin, silahsız döyüşçüləri isə arxa cəbhədə qərar verin, dişlərinizi biri-birinə möhkəm sıxın, çünki bu, qılıncların başınıza az tə`sir qoymasına səbəb olur. Nizə atan zaman ilanvari hərəkət edin ki, nizəni düşmənə vuranda tə`sirli olsun. Nəzərlərinizi aşağı salın, çünki (bu iş) ürəklərinizi güclü və aram edər. Səs-küy qoparmayın! Çünki mətanətli və vüqarlı olmaq düşməni hər şeydən artıq qorxuya salır. Öz bayrağınızı möhkəm saxlayın, onun ətrafını boş qoymayın və onu ordunun şücaətlilərinə və təhlükəni sizdən uzaqlaşdıranlara həvalə edin.[343] Məhz onlar bayrağın ətrafını tutur və dörd tərəfdən onun keşiyini çəkirlər. Nə ondan geri çəkilirlər ki, düşmənə təslim olsunlar, nə də ondan qabağa keçirlər ki, yalqız qalsınlar.[344]

O Həzrət Siffeyn müharibəsi günlərində öz köməkçilərinə buyurur: – Allahdan qorxunu öz şüarınız edin, qədəmlərinizi möhkəmlədin, aramlığı qoruyub saxlayın, dişlərinizi bir-birinə sıxın, çünki bu iş qılıncları başınızdan uzaqlaşdırır; zirehi diqqətlə geyinin, qılınclarınızı qınında hərəkət etdirin, düşmənə qəzəbli gözlərinizin guşəsi ilə nəzər salın. Hər tərəfdən nizə atın, qılınclarınızın ucu ilə döyüşün. Əgər qılınclarınız çatmırsa, qabağa gedib onu düşmənə çatdırın.[345]


İYİRMİ ALTINCI FƏSİL


ŞÜBHƏNİN DƏF EDİLMƏSİ

1-QOYUNUN HARAM HİSSƏLƏRİ


Bir gün Əli (ə.s) qəssablar bazarından keçirdi. Onlara qoyunun (əti halal olan heyvanların) doqquz şeyini satmağa qadağan etdi:

1-Qan;


2-Ürəyinin qulaqcıqları;

3-Dalaq;


4-Onurğa beyni;

5-Vəzilər;

6-Xayalar;

7-Cinsiyyət aləti.

Qəssablardan biri dedi: – Ya Əmirəl-mö`minin! Dalaqla ciyər birdir, bunların arasında heç bir fərq yoxdur!

İmam (ə.s) buyurdu: – Belə deyil! (Bilmək istəyirsənsə) mənim üçün iki qab su, bir dalaq və bir ciyər gətir.

İki qab su, bir ciyər və bir dalaq gətirdilər. Həzrət buyurdu: – Hər ikisini ortadan yarın!

Daha sonra göstəriş verdi ki, hər ikisini suya salıb islatsınlar. Bu zaman ciyər ağardı və ondan heç bir şey azalmadı, lakin dalaq ağarmadı və onun hamısı qana çevrildi, bir qədər dəri və bir neçə damar qaldı. Bu zaman Həzrət Əli (ə.s), ona e`tiraz edən şəxsə buyurdu: – Gördüyün onların fərqidir! Ciyər ətdir, dalaq isə çirkdir.[346]


2-QADINLARIN HƏYA VƏ İFFƏTİ


Sərvi «Mənaqib» kitabında qeyd edir ki, qırx qadın Ömərin yanına gəlib ondan şəhvət barəsində soruşdular. Ömər dedi: – Kişilərdə bir, qadınlarda isə doqquz pay şəhvət var.

Soruşdular: – Bəs necə olur ki, kişilər müxtəlif daimi və müvəqqəti izdivaclardan, habelə kənizlərdən istifadə edirlər, lakin qadınlar üçün birdən artıq kişi caiz deyildir?!

Ömər bu sualın cavabını bilmədiyi üçün Əli (ə.s)-dan soruşdu, Həzrət onlara göstəriş verdi ki, hər biri bir qab dolusu su gətirsin. Sonra buyurdu ki, onları böyük bir qaba töksünlər. Daha sonra hər birinə buyurdu: – İndi hər biriniz öz tökdüyünüz suyu götürün!

Dedilər: – Bunu ayırıb götürmək mümkün deyildir!

İmam Əli (ə.s) nəticə alaraq buyurdu ki, əgər o qanun olmasaydı, övlad və nəsəb arasında fərq qoymaq olmazdı, miras və nəsəb qanunları pozulub aradan gedərdi.[347]

Müəllif: Mütəal Allah qadınlara səbir, həya və iffət əta etməklə bu məsələni cübran etmişdir. Belə ki, bu mətləb Əsbəğ ibni Nəbatənin həzrət Əli (ə.s)-dan nəql etdiyi hədisdə də qeyd olunmuşdur.[348]

Məs`ədətin nəql etdiyi rəvayətdə qeyd olunur ki, «Allah-Taala hər bir qadına on kişinin səbir və müqavimətini əta etmişdir.»[349]

3-SAKİTLƏŞDİRMƏ ÜSLUBU


Əli (ə.s) bəsrəlilərə qələbə çalıb, əsirlərini azad etdiyi zaman o həzrətin köməkçilərindən bə`ziləri dedilər: – Necə olur ki, onların qanları bizə halal, lakin əsirləri haram olur?

Həzrət Əli (ə.s) buyurdu: – Müsəlmanların ölkəsində yaşayan şəxslərin arvad-uşaqları sizə necə halal ola bilər?! Düşmənin öz ordugahında yerə qoyduğu şeylər sizin üçün qənimət sayılır, lakin onların öz evlərində gizlətdikləri şeylər sizə halal deyildir.

Səhabələr bu sözə israr etdikləri zaman Həzrət onları sakitləşdirmək üçün buyurdu: – Ayişəyə (əsirliyə götürülmək üçün) püşk atın! Hər kəsin adına çıxsa Ayişəni ona verəcəyəm!

Bu sözü eşitdikdən sonra ayılaraq özlərinə gəldilər, tövbə və istiğfar edərək o Həzrətin yanından getdilər.[350]


4-Ə`VƏR (BİRGÖZLÜ)


Bir kişi Əli (ə.s)-ın yanına gəlib dedi: – Mən həm sizi sevirəm, həm də sizin filan düşməninizi.

Əli (ə.s) buyurdu: – Sən indi ə`vərsən (bir gözlüsən); ya tamamilə kor ol, ya tamamilə görən (gözü açıq).»[351]


İYİRMİ YEDDİNCİ FƏSİL


HİKMƏTİN BƏYANI

1-SUDA VƏ HAVADA OLAN CANLI VARLIQLAR


Əli (ə.s) buyurur: – Evin damından havaya, həmçinin axar suya bövl etməyin. Hər kəs belə etsə və bir bəlaya düçar olsa özündən başqasını məzəmmət etməsin. Çünki havada və suda canlı varlıqlar yaşayır.[352]

2-ÖMƏRİN XATASI


Ömər Kə`bə evinin zinətlərini müsadirə etmək istədikdə Əli (ə.s) ona buyurdu: – Qur`an Peyğəmbər (s.ə.v.v.)-ə nazil olduqda, ümumxalq əmlakı olan mal-dövlətləri dörd qismə böldü və hər birinin də harada sərf olunmasını müəyyən etdi: 1-İrs, 2-Fey`, 3-Xüms, 4-Sədəqə-lər və zəkatlar. Kə`bə evinin zinət əşyaları o gün də mövcud idi, (halbuki) Allah onların barəsində heç bir hökm vermədi. Belə isə, onları müsadirə etmək fikrindən keç!

Ömər Əli (ə.s)-ın göstərişinə əməl etdi və dedi: – Əgər Əli olmasaydı, mən rüsvay olardım.[353]


3-HƏCƏRUL-ƏSVƏDİN FAYDASI VƏ ZİYANI


Ömər Həcərul-Əsvədi öpən zaman ona xitab edərək dedi: – Bilirəm ki, sən adi bir daşsan və bir kəsə nə zərər çatdırırsan, nə də fayda. Əgər Peyğəmbərin sənin öpdüyünü görməsəydim, heç vaxt səni öpməzdim!

Əli (ə.s) ona buyurdu: – Bu daşın həm ziyanı vardır, həm də xeyri!

Ömər dedi: – Necə?!

Əli (ə.s) buyurdu: – Allah bəni-Adəmdən əhd-peyman aldığı zaman onlar üçün bir əhd yazdı, həmin daş da o əhdi özünə uddu. Qiyamət günündə də mö`minin vəfasına və kafirin inkar etməsinə dair şahidlik edəcəkdir. Bu da Həcərul-Əsvədi ləms edən zaman oxunan duanın mə`nası-dır: «Allahummə imanən bikə və təsdiqən bikitabikə və vəfaən biəhdikə: Pərvərdigara! Mən Sənə iman gətirir, Sənin kitabını təsdiq edir və Sənin əhdinə vəfalı qalıram.»[354]



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin