BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə14/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

İYİRMİ İKİNCİ FƏSİL


QƏRİBƏ MƏXLUQLAR

1-AYIRD EDİLMƏ YOLU


Əli (ə.s)-ın xilafəti dövründə iki başı və iki sinəsi olan, lakin bədənin aşağı hissələri bir olan uşaq dünyaya gəldi, İmam (ə.s)-dan onun mirası barəsində soruşduqda buyurdu: «Yuxuda olan zaman üstünə qışqırın! Əgər hər iki başı birdən oyansa, bir nəfərdir və mirası da o aparır. Əgər biri oyansa, amma digəri oyanmayıb yuxuya qalsa, hər ikisi miras aparır.»[319]

2-ÖMƏR KÖMƏK İSTƏYİR


Bir-birinə bitişik iki başı, iki ağzı, iki burnu, iki aləti, iki məq`ədi (ğaitin məxrəci) və dörd gözü olan bir kişini bacısı ilə birlikdə Ömərin yanına gətirdilər ki, onun birmi, yoxsa iki adam olduğunu ayırd etsin. Ömər Peyğəmbər (s.ə.v.v.) səhabələrini bir yerə topladı və onlardan kömək istədi, amma heç biri cavab verə bilmədi, sonra onlarla birlikdə Həzrət Əli (ə.s)-ın yanına getdilər. Həzrət buyurdu: «Əgər yuxuda gözlərinin hamısını yumursa, yaxud hər iki burnundan nəfəs alıb xoruldayırsa, bir bədəndir. Əgər gözlərindən bə`zisini yumursa, yaxud bir burnundan səs gəlirsə, onda iki nəfərdir. Bunun isbat olunmasının digər yolu da budur ki, qarnı doluncaya qədər yemək yesin, əgər bövl və ğait hər iki məxrəcdən birlikdə ifraz olunsa, bir bədəndir, əks halda iki bədəndir.»[320]

3-KİŞİLİK VƏ QADINLIQ ƏLAMƏTLƏRİ


Müaviyənin göndərdiyi adam Əli (ə.s)-dan müəyyən suallar, o cümlədən, kişiliyi və qadınlığı mə`lum olmayan bir kəs barəsində soruşdu. Əli (ə.s) buyurdu: «Belə adam həddi-büluğa çatdıqdan sonra möhtəlim olursa, kişidir, əgər heyz görürsə və döşləri böyüyürsə, qadındır. Həddi-büluğdan qabaq da divarın üzərinə bövl etsə, bövlü divara çatırsa, kişidir, əgər arxaya qayıdırsa, qadındır.»[321]

4-BİRİ-BİRİNƏ YAPIŞAN İKİ UŞAQ


Ömərin xilafəti dövründə iki uşaq bir-birinə yapışan halda doğuldu: biri diri, digəri isə ölü idi. Ömər dedi: – Onları dəmirlə kəsib biri-birindən ayırın.

Əli (ə.s) isə göstəriş verdi ki, onları yan-yana qoyub ölənin üstünü torpaqla örtsünlər və həmin halda diriyə süd versinlər. Belə etdilər. Bir neçə gündən sonra diriyə heç bir xəsarət dəymədən ondan ayrıldı.[322]


İYİRMİ ÜÇÜNCÜ FƏSİL


PÜŞK

1-BİR UŞAĞIN ÜÇ ATASI!


Üç nəfər bir kənizlə – eyni bir paklıq dövründə – yaxınlıq etmiş və kəniz də övlad dünyaya gətirmişdi.[323] O üç nəfərdən hər biri övladın özününkü olduğunu deyirdi. Bu məsələni Əli (ə.s)-a dedilər. Həzrət bu çətinliyi püşk ataraq həll etdi. Püşk kimin adına çıxdısa, uşağı ona verdi və buyurdu: – Qalan iki nəfərdən hər birinə üçdə bir diyə ödəməlisən.

Peyğəmbəri Əkrəm (s.ə.v.v.) bu qəzavəti eşidəndə elə təbəssüm etdi ki, mübarək dişləri göründü.[324]


2-QUL İLƏ AZAD İNSANIN SƏHVƏ DÜŞMƏSİ


Həzrət Əli (ə.s) Yəməndə olan zaman evin uçması nəticəsində bir neçə nəfər onun altında qalıb öldü, onlardan cəmisi iki uşaq – biri azad, o biri isə qul salamat qalmışdı. Əli (ə.s) azad uşağın tə`yin edilməsi üçün püşk atdı və meyyitin mal-dövlətini ona verdi, digərini isə azad etdi.[325]

3-PÜŞK YOLU İLƏ VƏSİYYƏTİN TƏ`YİN EDİLMƏSİ


Bir kişi vəsiyyət etmişdi ki, öldükdən sonra qullarının üçdə birini azad etsinlər. Əli (ə.s) püşk ataraq onların hansılarının azad ediləcəyini tə`yin etdi.[326]

4-PÜŞK VASİTƏSİLƏ ÜSTÜNLÜK VERİLİR


Əgər iki nəfər öz müddəasının doğruluğuna dair şahid gətirsəydi, şahidlərin hər ikisi də say və ədalət baxımından biri-birilə bərabər olsaydı, Əli (ə.s) onların arasında püşk atırdı ki, hansı birinin and içəcəyini tə`yin etsin. Püşk kimin adına çıxırdısa və o da and içirdisə, həzrət onun iddiasına uyğun olaraq hökm edirdi. O həzrət püşk atan zaman bu duanı oxuyurdu: «Allahummə Rəbbəs-səmavatis-səb`i, əyyuhuma kanə ləhul-həqqu fəəddihi iləyh: Pərvərdigara! Ey yeddi səmanın Pərvərdigarı! Bunlardan hər biri haqq sahibidirsə, haqqı ona çatdır.»[327]

İYİRMİ DÖRDÜNCÜ FƏSİL


ŞƏR`İ İSTİLAHLAR

1-«CÜZ`»ÜN MƏ`NASI


Bir nəfər öz mal-dövlətinin bir «cüz`»ünü vəsiyyət etmişdi. Ölümündən sonra vərəsələr cüz`ün mə`nası barəsində ixtilafa düşdülər və bu barədə Əli (ə.s)-dan öz nəzərini bildirməsini istədilər. Həzrət buyurdu: «Onun mal-dövlətinin yeddidə-birini vəsiyyət edilən şeylərə sərf edin.» Sonra bu ayəni şahid gətirdi: «Ləha səb`ə-tu əbvabin, likulli babin minhum cuz`un məqsum: Cəhənnəmin yeddi qapısı vardır, hər bir qapı üçün azğınlardan müəyyən bir dəstəsi vardır.»[328]

2-«SƏHM»İN MƏ`NASI


Bir nəfər öz mal-dövlətinin bir səhmini (ölümündən sonra xeyir işlərdə xərclənmək üçün) vəsiyyət etdi, sonra vərəsələr səhmin mə`nası barəsində ixtilafa düşdülər. Əli (ə.s) buyurdu: «Onun mal-dövlətinin səkkizdə birini (vəsiyyət üçün) ayırın.» Sonra bu şərif ayəni tilavət etdi: «İnnəməssədəqatu lil-fuqərai vəl-məsakin: Sədəqə səkkiz sinfə verilməlidir və onlardan hər birinə bir səhm düşür.»[329]

3-«QƏDİM»İN MƏ`NASI


Bir nəfər özünün qədim qullarının azad edilməsinə dair vəsiyyət etdi. Onun vəsisi qədimin mə`nasını bilmədi. Həzrət Əli (ə.s)-dan soruşduqda, İmam (ə.s) buyurdu: «Hər qul altı ay onun mülkiyyətində olubsa, azad olunmalıdır.» Sonra bu ayəni tilavət etdi: «Vəl-qəmərə qəddərnahu mənazilə hətta adə kəl-urcunil-qədim: Ay üçün müəyyən mənzillər təqdir etdik (ki, ayın axırında) xurma salxımının (saplaqlarının) qurusu kimi olar.» Xurma salxımının saplaqları, meyvəsi dərildikdən altı ay sonra quruyub nazikləşir.»[330]

4-«HİYN» KƏLMƏSİNİN MƏ`NASI


Bir nəfər «bir hiyn» (hiyn – zamana dəlalət edən kəlmədir) müddətində oruc tutmağı nəzir etmişdi. Əli (ə.s) ona buyurdu: – Altı ay oruc tutmalısan. Dəlili də bu ayədir: «Tu`ti ukuləha kullə hiynin biizni Rəbbih: – O, meyvəsini hər vaxtda Pərvərdigarının izni ilə verir.» O (vaxt) da altı aydır.[331]

5-«ŞEY» KƏLMƏSİNİN MƏ`NASI


Bir nəfər öz mal-dövlətindən bir «şey»i vəsiyyət etdi. Vəsilər şey kəlməsinin mə`nasını İmam Səccad (ə.s)-dan soruşduqda buyurdu ki, «şey» Əli (ə.s)-ın kitabında altıda-birdir.[332]

6-«SÜFLƏ»NİN MƏ`NASI


Bir nəfər Ömərin yanına gəlib dedi: – Arvadım mənə dedi ki, «sən süfləsən! (yə`ni alçaqsan)» Mən də ona dedim ki, əgər süflə olsam, sən boşanmalısan!

Ömər ona dedi: – Əgər nağıl deyən, mə`rəkə qoparan adamları axtarır və padşahların sarayına gedirsənsə, süfləsən və arvadın səndən ayrılmalıdır.

Əli (ə.s) ona buyurdu: – (Xeyr, süflənin mə`nası belə deyil!) Əgər sənin barəndə deyilən və öz dediyin sözlər barəsində e`tinasızsansa, süfləsən.[333]

7-«ZAMAN»IN MƏ`NASI


Bir nəfər «bir zaman» oruc tutacağına dair nəzir etmişdi. Əli (ə.s) buyurdu: «Zaman beş ay, hiyn isə altı aydır.»[334]

8-«LA ŞEY`Ə» KƏLMƏSİNİN MƏ`NASI


Roma padşahının Müaviyədən yazılı şəkildə soruşduğu suallardan biri də «la şey`ə» kəlməsinin mə`nası idi. Müaviyə onun mə`nasını bilmədi, Əmr As hadisədən xəbərdar olduqda ona dedi: – Yaxşı bir atı satılmaq üçün Əlinin ordusuna göndər və göndərdiyin adama de ki, əgər atın qiymətini soruşsalar, de ki: «la şey`ə»dir. Ümidvaram ki, müşkül bu yolla həll olunacaq.

Sonra bir nəfərə yaxşı bir at verib Əli (ə.s)-ın ordusuna göndərdilər. Əli (ə.s) Qənbərlə birlikdə həmin kişinin yanından keçəndə Qənbərə buyurdu: – Get, atı o kişidən al!

Qənbər ona yaxınlaşıb dedi: – Atı neçəyə satırsan?

Dedi: – «La şey`»ə.

Əli (ə.s) Qənbərə buyurdu: – Atı ondan al!

O kişi dedi: – Bəs mənim «la şey`»imi kim verəcək!

Əli (ə.s) onu çölə apardı, ilğımı ona göstərdi və buyurdu: – Bu, «la şey»dir.

Kişi dedi: – Haradan deyirsən?

Əli (ə.s) buyurdu: – Qur`anda belə buyurulur: «Yəhsəbuhuzzəm`anu maən, hətta iza caəhu ləm yəcidhu şəy`ən: Susuz adam uzaqdan ilğımı görüb onun su olduğunu təsəvvür edir, ona yaxınlaşdıqda isə heç bir şey olmadığını görür.»[335]

9-İKRAH VƏ İCBARIN MƏ`NASI


Əli (ə.s) buyurur: – Qohumluq əlaqələrini kəsməyə, zülm etməyə dair and içməyin, eləcə də ikrah və icbar halında and içməyin heç bir tə`siri yoxdur.

İkrahla icbarın fərqini soruşduqda buyurdu: – İkrah (məcbur edilmə) padşah tərəfindən, icbar isə arvad-uşaq tərəfindəndir.[336]


10-«QAMƏT»İN MƏ`NASI


İmam Sadiq (ə.s) buyurur: «Əli (ə.s)-ın kitabında (qeyd olunur ki,) «bir qamət» bir zira, iki qamət iki ziradır.»

Müəllif: Rəvayətlərdə zöhr namazının nafiləsinin axırıncı vaxtı ünvanı ilə qeyd olunan «bir qamət» bir zira, əsr nafiləsinin vaxtının axırıncı vaxtı ünvanı ilə gələn «iki qamət» isə iki ziradır. Burada qamət dedikdə bir insanın, yaxud iki insanın boyu nəzərdə tutulmur, çünki, Peyğəmbər (s.ə.v.v.)-in rəhlinin qaməti (uzunluğu) bir zira olmuşdur. Belə ki, mərhum Şeyx onu «Təhzib» kitabının 2-ci cildinin 23-cü səhifəsində, (hədis:–24) namazın vaxtları babında nəql etmişdir. Əhli-beyt (ə)-dan nəql olunmuşdur ki, onun mə`nasından biri də «kəsir», yə`ni çox deməkdir.

Xətib «Tarixi Bağdad» kitabında qeyd edir ki, Abbasi xəlifələrindən olan Mütəvəkkil xəstələndikdə nəzir etmişdi ki, bu xəstəlikdən sağalarsa, Allah yolunda «kəsir mal» infaq etsin. O, sağalıb öz nəzrinə əməl etmək istədikdə «kəsir mal»ın mə`nasını və nə qədər olduğunu bilmədi. Onu sünnü fəqihlərindən soruşdu, amma onlar bu kəlmənin mə`nasında ixtilafa düçar oldular. Bə`ziləri «on min dirhəmdir», bə`ziləri «yüz min dirhəmdir» – deyə cavab verdilər.

Mütəvəkkil bu məsələnin hökmünü İmam Hadi (ə.s)-dan soruşduqda o həzrət buyurdu: – «Kəsir mal» səksən üçdür; çünki Qur`anda belə buyurulur: «Və ləqəd nəsərəkumullahu fi məvatinə kəsirətin; Allah-Taala sizə çoxlu yerlərdə kömək etmişdir.» O da səksən üç yerdədir.[337]

«Kəsir»in antonimi olan «qəlil» kəlməsinin mə`nası barəsində də Şeyx Səduq «Məanil-əxbar» kitabında İmam Sadiq (ə.s)-ın «və ma amənu məəhu illa qəlil: onunla (Nuhla) birlikdə yalnız qəlil (az) adam iman gətirmişdi» ayəsi ilə əlaqədar belə buyurduğu nəql olunur: «Onlar səksən nəfər idi.»[338]

İmam Sadiq (ə.s) «ənə uhdi hazəttəamə: mən bu təamı hədiyyə edirəm» - deyə nəzir edən şəxsin barəsində buyurur: – Onun öhdəsinə heç nə düşmür, çünki «hədy» kəlməsi dəvənin qurbanlıq edilməsi barəsində işlənən xüsusi bir istilahdir.

«Hədy» ünvanı ilə nəzir edən şəxs barəsində isə buyurur ki, gərək bir dəvəni təqlid və iş`ar etsin,[340] onu Ərəfata aparsın (və Minada nəhr etsin). «Cəzuri»[341] qurbanlığı nəzir edən şəxs barəsində isə belə buyurmuşdur: «Onu istədiyi yerdə nəhr edə bilər.»[342]


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin