BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə12/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

ON YEDDİNCİ FƏSİL


HEY`ƏT VƏ NUCUM (ASTRONOMİYA )

1-ATMOSFER


Əli (ə.s) «Siffeyn» müharibəsinə getmək istəyəndə asimanların və yerin necə yaradılması, dağların necə inşa edilməsini göstərən bu duanı tilavət etdi: «Pərvərdigara! Ey uca asimanların Pərvərdigarı! Yayılmaqdan qorunub saxlanan cəvvin (atmosferin) Pərvərdigarı! Sən onu (cəvvi) gecə və gündüzün gəlib-getmə yeri qərar vermisən»[265]

Şəhristani «Əl-hey`ətu vəl-islam» kitabında (səh.51) belə qeyd edir: Bu duada «cəvvin məkfuf» – dedikdə məqsəd budur ki, yeri əhatə edən hava təbəqəsi özü-özlüyündə pərakəndə olmağı tələb və yayılmağa sə`y etdiyindən, onları müəyyən bir yerdə saxlamaq Allah-Taalanın qüdrət nişanələrindəndir.

Eləcə də «əlləzi cəəltəhu muğizən lilləyli vən-nəhar» cümləsinin şərhində belə deyir: «Muğiz» kəlməsi suyu udan və onu özünə cəzb edən yer mə`nasınadır. Sanki o Həzrət (istiarə şəklində) gündüzü nur və gecəni qaranlıq mə`nasına bəyan etmiş və belə demişdir: «Pərvərdigara! Sən işığı və zülməti hava qatlarında – cəvvdə batırmısan və nurun cəvvdə batması nəticəsində gecə, qaranlığın da cəvvdə batması nəticəsində gündüz əmələ gəlir.» O Həzrət belə fərz etmişdir ki, hava həm nuru, həm də zülməti udur. Hal-hazırda, uzun əsrlər keçdikdən sonra astronomlar spektroskop cihazının vasitəsi ilə kəşf etmişlər ki, atmosfer qatı öz tələbinə uyğun olaraq günəş şüalarının müəyyən miqdarını udur və qalanını bizim üçün buraxır. Bu elmi kəşf fizikada onlar üçün minlərlə elm və sirri açmışdır. Lakin elm şəhərinin qapısı – Əli (ə.s)-dır. Peyğəmbər (s.ə.v.v.)-dən nəql olunan səhih rəvayətlərə əsasən, o Həzrət Əli (ə.s)-a min elm babı öyrətmişdir ki, hər birindən də yenidən min elm babı açılır. Bəlkə də o həzrətin bu mö`cüzəli kəlamı həmin elm bablarından biridir ki, mühəqqiqlər və alimlər ondan minlərlə məsələni öyrənirlər.

Allaha and olsun! Fəlsəfə fənlərini dərindən mənimsəmiş hər bir kəs o həzrətin nurani kəlamlarına diqqət yetirsə, onun üçün hikmət və elm çeşmələri axmağa başlayar və Əli (ə.s) barəsində deyilən «Əlinin kəlamı Xaliqin kəlamından aşağı, məxluqun kəlamından yuxarıdır» – deyənlərin sözünün doğruluğunu dərk edər.


2-YERİN HƏRƏKƏTİ


Əli (ə.s) «Nəhcül-bəlağə»nin 202-ci xütbəsində dağların yaradılmasının hikməti barəsində buyurur: «Yer özünün malik olduğu hərəkətlərlə birlikdə – özünün yumşaq və o əşyaların ağır olmasına görə – öz əhlini iztiraba salmadan, yaxud onları udmadan, yaxud da öz mövqeylərindən (orbitindən) kənara atmadan sakin oldu.»

«Əl-he`yətu vəl-islam» kitabında belə qeyd olunur: Xütbənin bu iki cümləsi yerin günəş ətrafında fırlanma hərəkətinə dair iki aydın dəlildir. Halbuki, birinci cümlədəki «əla» kəlməsi «məə» mə`nasınadır.[266] «Ov təsixə bihəmliha» cümləsinin mə`nası budur ki, yer üzərində ağır dağların mövcud olması onun öz əhlini udmasının qarşısını alır.

«Ov təzulə ən məvaziiha» cümləsinin izahında qeyd olunur ki, bu kəlamın zahiri yerin öz orbiti ətrafında müxtəlif hərəkətlərə malik olduğunu göstərir. Çünki, son əsrin alimlərinin inancına görə Yer müxtəlif hərəkətlərə malikdir ki, onların hamısı da on ikilik təşkil edən bürclərin qarşısında müəyyən orbitə malikdir. Buna əsasən, «əla hərəkatiha» cümləsi günəş ətrafında illik fırlanma hərəkəti ilə özünə düzgün mə`na alır. Dağlar və onların kökləri yerin daxili quruluşunun qorunub saxlanmasına kömək edir, onların parçalanıb dağılmasının, eləcə də yerin öz məxsus orbitində olan xüsusi mövqeyindən çıxmasının qarşısını alır. Bu cümləyə əsasən, o həzrət yer üçün müəyyən mövqelər bəyan edir. Aydındır ki, bu hikmətli kəlam yerin mərkəziyyətinə və sükunətdə olmasına inanan qədim hey`ətə (astronomiyaya) əsasən, doğru sayılmazdı. Çünki, sükunətdə olan bir şeyin çoxlu orbitləri yox, yalnız bir orbiti və mövqeyi ola bilər.

3-YERİN HƏRƏKƏTLƏRİ


Əli (ə.s) «Nəhcül-bəlağə»nin 90-cı xütbəsində buyurur: «Və əddələ hərəkatiha birrasiyati min cəlamidiha: Pərvərdigari-aləm yerin hərəkətlərini dağların və ağır cisimlərin vasitəsi ilə mö`tədil vəziyyətə salır.»

Şəhristani bu cümlənin şərhində deyir: Bu kəlamın zahiri mə`nası budur ki, ağır dağlar yerin, müxtəlif hərəkətlər səbəbi ilə titrəyişlərə düşməsinin, eləcə də cazibə və dafiə qüvvələrinin bir-biri ilə çarpazlaşması nəticəsində öz mö`tədilliyini itirməsinin qarşısını alır. (Sonra əlavə edir:) Bizim əsrimizin alimləri yer üçün müxtəlif hərəkətlər olduğuna inanırlar ki, onların ən məşhuru da beş hərəkətdir. Fransa alimi Feliks Verne yerin on bir hərəkətə malik olduğunu demişdir. Biz onların səkkizini burada qeyd edirik:

1-Gecə-gündüzdə mehvəri (öz oxu ətrafındakı) hərəkət;

2-Yerin günəş ətrafındakı illik hərəkəti;

3-İqbali hərəkət;

4-Yer kürəsinin həziz və ovc nöqtəsinin hərəkəti;

5-Payızda və yazdakı e`tidal təqdim hərəkəti;

6-Ayın irtiaşi (vibrasiyalı) hərəkəti;

7-Günəşin irtiaşi (vibrasiyalı) hərəkəti;

8-Təb`i hərəkət.[267]


4-AY, GÜNƏŞ VƏ FƏLƏK


Əli (ə.s) «Əşbah» xütbəsində günəşin və ayın yaradılışının hikməti barəsində buyurur: «(Allah-Taala) Asimandakı günəşi gündüzün aydınlıq gətirən bir nişanəsi, ayı da (gecədəki zülmətli qaranlığı aradan aparmaq üçün) kəmrəng bir nur qərar verdi.»[268]

İmam Cə`fər Sadiq (ə.s) Müfəzzələ buyurdu: Ey Müfəzzəl! Günəşin gecə-gündüzü əmələ gətirməsi üçün doğub-batması barədə yaxşı fikirləş. Əgər Günəş saçmasaydı, aləmin bütün işləri batil və əbəs olar, insanlar kəsb-ticarətlə məşğul ola, (işgüzar) fəaliyyət edərək özlərinin məişət həyat ehtiyaclarını tə`min edə bilməzdilər, dünya başdan-başa zülmətə qərq olardı. İnsanlar nurun səfa və gözəlliyindən istifadə etmədiklərinə görə həyatdan ləzzət almazdılar. Bu məsələ hamıya gün kimi aydındır. İndi Günəşin qürub etməsində də diqqətlə fikirləş: əgər bu iş olmasaydı, insanların bədənlərinin istirahətə olan şiddətli ehtiyacı aradan qalxmaz, bədənin yorğunluğunu almaq, qüvvələrini yeniləşdirmək, həzm orqanlarını gücləndirmək, qidanı həzm etmək və həzm olunduqdan sonra bədən üzvlərinə çatdırılması üçün asudəliyi, asayişi və rahatlığı olmazdı. Bundan əlavə, yer günəşin ardıcıl saçması nəticəsində şiddətlə qızar, onun üzərində olan heyvanlar və bitkilər məhv olub aradan gedərdi.

Nəhayət, buyurdu: – Qaranlıq gecədə ayın saçmasında dərindən fikirləş və bunun ardınca gələn mənfəətləri gözlərin önündə canlandır. O cümlədən, insanlar yeri əkib şumlamaq, ağac kəsmək və s. kimi bə`zi işləri və məşğələləri vaxtın azlığı, günün qızmar olması və sair səbəblərə görə gündüz görə bilmədiyi işləri gecələr görürlər. Eləcə də (Allah-Taala) ayın saçmasını gecədə və onun işığını günəşin işığından az qərar verdi ki, gecənin yaranması üçün nəzərdə tutulan hikmət qorunub saxlansın. Xüsusilə, ayın təsərrüfündə (vəziyyətinin dəyişməsində), hilallarında, muhaqında[269], artıb-azalmasında və tutulmasında insanlar üçün Allah-Taalanın qüdrətinə dair qəflət yuxusundan bir növ ayıltma vardır. Belə ki, dünya işlərinin islah olunması (sahmana salınıb tənzim edilməsi) məqsədi ilə ona belə təsərrüflər vermişdir. Onda elə dəlalətlər vardır ki, (yalnız) ibrət əhli ondan ibrət alarlar.

5-NÜCUM (ASTRONOMİYA) ÖYRƏNMƏK


Mərhum Seyyid Rəzi «Nəhcül-bəlağə»nin 76-cı xütbəsində belə qeyd edir: Əli (ə.s) xəvariclə müharibəyə gedəndə o həzrətin dostlarından biri gəlib dedi: – Ulduzlar vəziyyəti pis göstərir. Sənin üçün (bu vaxt hərəkət etməyindən) qorxuram. Əgər bu gün hərəkət etsən, öz məqsədinə çataraq düşmənə qələbə çala bilməzsən!

Əli (ə.s) onu tənbih edərək buyurdu: – Yoxsa sən güman edirsən ki, yaxşı və pisi bilirsən və nəticədə camaatı yaxşılıqlara və pisliklərə doğru hidayət edirsən?! Hər kəs bu (puç) təsəvvüründə səni təsdiq etsə, Qur`anı təkzib etmiş olar, istənilən şeylərə çatmaq və xoşagəlməz şeyləri dəf etmək yolunda Mütəal Allahdan kömək istəməkdən ehtiyacsız olar! Yaxşı olar ki, sənin sözünə əməl edənlər Allaha yox, sənə həmd-səna edələr! Çünki, onları yaxşılıqlara və xoşluqlara çatdıran sənsən, onları xəsarətlərdən və ziyanlardan sən amanda saxlamısan! (Sonra camaata üz tutub buyurdu:) Nücumu (belə məqsədlər üçün) öyrənməkdən həzər edin! Onu yalnız quru və dərya yollarında istifadə etmək üçün öyrənin. Çünki bundan qeyri hallarda onun öyrənilməsi insanı kahinliyə tərəf çəkir. Münəccim kahin kimidir, kahin də sehrkar kimidir, sehrkar da kafir kimidir, kafir də cəhənnəm odundadır. (Sonra buyurdu:) Ey insanlar! Allahın adı ilə məqsədə doğru hərəkət edin!

Müəllif: İmam Əli (ə.s)-ın, eləcə də mə`sum Əhli-beyt (ə)-ın sözlərindən mə`lum olur ki, ulduzlar bə`zi hadisələr və fenomenlər üçün əlamətdir, onlar müəyyən hadisələrin baş verməsində heç də müstəqil olaraq tə`sirli deyildirlər. Əlbəttə, onların pis tə`sirlərini sədəqə vermək, dua etmək və Allah dərgahına yalvarmaqla aradan qaldırmaq olar.

Belə ki, İbni Əsbat İmam Sadiq (ə.s)-ın belə buyurduğunu nəql edir: Mən münəccim bir şəxs ilə bir torpaq sahəsində şərik idim. O, torpaq sahəsini bölməyi tə`xirə saldı, öz gümanına əsasən, yaxşı bir saatda xaric oldu və məni pis bir saatda çölə apardı ki, yaxşı pay ona düşsün. Sonra onun gümanı ilə belə bir saatda xaric olduq və yeri böldük. Təsadüfən torpağın yaxşı hissəsi mənə qismət oldu. Münəccim heyrətlə başına vurub deyirdi: – Mən indiyə qədər belə bir gün görməmişəm! Mən münəcciməm, səni pis saatda, özümü isə yaxşı saatda çıxartmışam. İndi görürəm ki, torpağın yaxşı hissəsi sənə qismət oldu!

İmam Sadiq (ə.s) ona buyurdu: – İndi sənin üçün bir hədis nəql edim. Atam Rəsuli Əkrəm (s.ə.v.v.)-in belə buyurduğunu rəvayət edir: «Hər kəs Allahın gündüzün pisliklərini ondan uzaqlaşdırmasını istəyirsə, günün əvvəlində fəqirlərə sədəqə versin. Hər kəs Allahın gecə pisliklərini ondan uzaqlaşdırmasını istəyirsə, gecənin əvvəlində sədəqə versin.» Mən evdən çıxmaq istəyəndə sədəqə verdim. Bil ki, mənim bu hədisim sənin münəccimliyindən qat-qat yaxşı və faydalıdır.[270]

Bəli, əgər Allah bir kəsin barəsində müəyyən bir şeyi təqdir edibsə, münəccimin xəbər verməsi və o xətərin özündən dəf etməsi üçün gördüyü tədbirlər ona heç bir fayda və müsbət nəticə verməyəcəkdir. Bu xüsusda Fir`on və Nəmrudun hadisəsini qeyd edirik: Fir`onun xüsusi münəccimləri ona xəbər vermişdilər ki, Bəni-İsraildə dünyaya gələcək bir körpə sənin taxt-tacını məhv edəcəkdir. Fir`on bu təhlükənin qarşısını almaq üçün günahsız körpələrin başını kəsir, cinayətdə ifrata varırdı. Lakin görəsən, kim və hansı düşüncə Allahın qüdrətli tədbirinin qarşısını ala bilər?! Elə oldu ki, ona və`də verilən yeganə düşməni onun öz evində böyüyüb boya-başa çatdı: «Fir`onun əhli-beyti (Asiya) Musanı dəryadan tutdu ki, bu da Fir`onun düşməni və onun qəm-qüssəsinə səbəb oldu.»[271]

Tarixdə bu xüsusda çoxlu qəribə hadisələr qeyd olunmuşdur ki, onların nəql olunması bu kitab ilə uyğun deyildir.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin