ƏLLİ SӘKKİZİNCİ DӘRS 1. DUA ALLAHI TANIMA
Dua edən hər bir şəxs Aləmlərin Rəbbi və hər şeyə qadir olan Allaha iman gətirməlidir.
Peyğəmbər (s) bu haqda buyurur:
«Allah-taala buyurur: Kim Məndən bir şey istəsə, xeyir və zərərin Mənim əlimdə olduğunu bilsə, duasını qəbul edərəm».1
İmam Kazim (ə) buyurur:
«Səhabələr imam Sadiq (ə)-dan soruşdu: Nə üçün etdiyimiz dualar qəbul olunmur?
İmam (ə) buyurdu: Çünki tanımadığınız şəxsi çağırırsınız!?»2
2. ALLAHA ÜMİD BӘSLӘMӘLİ
Bir qədər əvvəl «Allaha həm qorxu, həm də istəklə [ümidlə] dua edin» ayəsinə işarə etdik.
Yə᾿ni, əgər Allaha ümid bəsləyirsinizsə bilin ki, O, istəklərinizi həyata keçirəcəkdir.
Peyğəmbər (s) buyurur:
«Dualarınızın qəbul olunacağını yəqin etdiyiniz bir halda Allahı çağırın».3
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Dua etdiyiniz zaman belə güman edin ki, hacətiniz evinizin kənarında hazırdır». (Yə᾿ni qəbul olunacağını yəqin bilin).4
3. DİGӘR VASİTӘLӘRӘ ÜMİD BӘSLӘMӘMӘLİ
Dua edən şəxs öz hacətini Allahdan dilədiyi zaman yalnız və yalnız Ona ümidvar olmalı və digər vasitələrə ümid bəsləməməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Dualarınızın Allah dərgahında qəbul olunmasını istəyirsinizsə, yalnız Ona ümidvar olun və camaata əsla ümid bəsləməyin».5
4. QӘLBİN HÜZURU
Dua edən hər bir şəxs Allah dərgahına saf niyyətlə üz tutmalı və öz istəklərini səmimi qəlb ilə çatdırmalıdır. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Allah, qəflət içində olan qəlblərdən duaları qəbul etməz. Elə isə Allah dərgahına dua etdiyiniz zaman qəbul olunacağını yəqin bilin».1
5. AH-NALӘ
Dua edərkən insanın Allah qorxusundan ağlayıb ah-nalə etməsi, onun aləmlərin Rəbbinə möhtac olduğuna dəlalət edir. İnsan belə etməklə, tam ciddiliklə istək və arzularını büruzə verə bilər. Demək, dua edən hər bir şəxs öz ehtiyacını Allah dərgahında kiçilərək ürək yanğısı ilə büruzə verməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur: Qəlbiniz yumşaldığı zaman dua edin, çünki qəlb saflaşmadan yumşalmır».2
6. DUALARI ALLAHIN ADI İLӘ BAŞLAMALI
Peyğəmbər (s) buyurur:
«Allahın adı ilə başlanan dualar rədd olunmur».3
Ümumiyyətlə, hər bir müsəlman özünün bütün işlərini Allahın adı ilə başlamalıdır.
7. MӘDH [TӘ᾿RİF] VӘ SӘNA
İnsan dua etməzdən əvvəl Allahı Ona layiq olan adlarla mədh və tə᾿rif etməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Allahı mədh və tə᾿rif etmədən olunan dualar naqis və heç nəticə vermir».4
8. PEYĞӘMBӘR (S) VӘ ONUN ӘHLİ-BEYTİNӘ SALAVAT VӘ SALAM
Allahı gözəl adlarla vəsf etdikdən sonra yaxşı olar ki, insan həzrət Məhəmməd (s) və onun Әhli-beytinə salavat və salam göndərsin.
Peyğəmbər (s) buyurur:
«Mənə salavat və salam göndərməniz dualarınızın qəbul və əməllərinizin saflaşmasına səbəb olacaqdır.»5
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Peyğəmbər (s) və onun Әhli-beytinə salam və salavat göndərməyincə dualarınız Allah dərgahına ucalmır».6
9. PEYĞӘMBӘR (S) VӘ ONUN ӘHLİ-BEYTİNӘ TӘVӘSSÜL
Peyğəmbər (s) və onun Mə᾿sum Әhli-beyti (ə) Allahla insanlar arasında rəhmət və mərhəmət vasitəsi olduqları üçün, onlar Allah dərgahında şəfaət etməyə ən layiqli şəxslərdir. Mö᾿minlər Allah dərgahından öz hacətlərini dilədikləri zaman onların böyüklüyünə and verir və onları özləri ilə Allah arasında şəfaətçi qərar verirlər.
10. GÜNAHA İQRAR
İnsan öz istək və hacətlərini diləməzdən əvvəl özünün Allah qarşısında aciz, peşiman və günahkar olduğunu iqrar etməlidir. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «And olsun Allaha! Günahını iqrar etməyincə kimsənin günahı bağışlanmır.»1
11. YEMӘK VӘ MӘ᾿NӘVİ PAKLIQ
Allah-taala hədisi-qüdsidə Peyğəmbərə (s) buyurur:
«Sənin vəzifən dua etmək, Mənim üzərimə düşən isə dualarını qəbul etməkdir. Qazancı haram yolla olanlardan başqa, kimsənin duası Məndən gizli qalmır».2
Peyğəmbər (s) buyurur:
«Dualarının qəbul olunmasını istəyənlər yemək və qazancını halal yolla əldə etməlidirlər.»3
12. İSRAR
İnsan dua edərkən öz istək və arzularından tez əl çəkməməli, Allahın rəhmət dərgahından bir an da olsun, ümidini qırmamalıdır. İnsanın bu işdə israr etməsi onun Allaha tam əmin və güvənməsindən xəbər verir. İstək və arzularının qəbul olunmasına ümid bəsləməyənlərin bu soyuq rəftarı, onların Allaha e᾿timad etməmələrinə dəlalət edir. Nəql olunmuş bir çox hədis və rəvayətlərdə müsəlmanlara dualarının qəbul olunmasında mümkün qədər çox israr etmələrinə tövsiyə olunur. Peyğəmbər (s) buyurur:
«Həqiqətən dualarının qəbul olunmasında israr edənləri Allah-taala çox sevər».4
Yaxşı olar ki, dualar cəm və kütləvi halda olunsun. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Atam (imam Baqir (ə)) kədərli olduğu zaman qadın və uşaqlarını başına yığıb dua edər, onlar da amin deyərdilər».5
14. DUA ӘMӘLLӘ BİRGӘ OLMALIDIR
Dua etməklə yanaşı, insan daim zəhmətə qatlaşmalı və imkanlarından bacardığı qədər istifadə etməlidir. Әli (ə) bu haqda buyurur:
«Әməlsiz dua kamansız oxa bənzər».6
Yaxşı olar ki, insan Allah dərgahına üz tutduqda Mə᾿sum imamlardan (ə) bizlərə gəlib çatmış dualardan istifadə etsin. Әn gözəl ifadələr və ən gözəl diləklər məhz onların etdikləri dua və kəlamlarında nəzərə çarpır. Kumeyl, Səbah, Әbu Həmzə Somali, Şə᾿ban ayının münacatları və bu kimi dualar hər bir müsəlmanın mə᾿nəvi saflığına müsbət tə᾿sir göstərir. Bütün bunlarla yanaşı, insan dua edərkən təharətli olmalı, dəstəmaz alıb üzü qibləyə dayanmalı, zaman və məkanının münasib olub-olmamasına diqqət yetirməlidir.
Dostları ilə paylaş: |