Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə166/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   162   163   164   165   166   167   168   169   ...   187
    Bu səhifədəki naviqasiya:
  • HİYLƏ

DƏNİZİN SAHİLİNDƏ


Bir gün Məsih məhrum və yoxsul insaların görüşünə getdi. Balıqçı o həzrəti görərək qışqırdılar:

-Müəllim gəldi!

Onlar nigaran yaşayırdılar. Çünki, öz torlarını dənizə salsalar da onlara heç bir şey nəsib olmamışdı.

Onların bə`zisi sahilin yanında oturmuşdular. Bə`zisi balıq ovlayan qayıqlarda mə`yus halda dənizə baxır, bə`ziləri isə yelkənləri dolayırdılar. Ümidsizlik hər yeri bürümüşdü.

İsa qayıqların birinə mindi. Ovçulara yenidən ov üçün hazır olmalarını tapşırdı. Yelkənlər yenidən qaldırıldı. Qayıqlar Məsihin qayığının arxasınca hərəkətə gəldilər.

Qayıqlar dənizin bir nöqtəsində dayandılar. Məsih ovçulara işarə etdi ki, öz torlarını suya atsınlar. Gözlənilmədən torlar balıqla doldu. Yenidən atdılar. Yenidən balıqla dolu torları çölə çıxartdılar. Beləliklə qayıqlar balıqla doldu.

Ovçular şən mahnılar oxuya-oxuya qayıdıb, verdiyi ne`mətlərinə görə Allaha şükür etdilər.

ŞƏFA


Bir gün həvarilərin biri Həzrət Məsihi öz evinə də`vət etdi. Həzrət onun də`vətini qəbul edib, onlara getdi. Yolda Məsih hərəkət edən və camaatın məsxərə etdiyi bir cavanı gördü. O cavan kar idi. Heç bir eşitmədiyindən bir söz də deyə bilmirdi. Heyrətlə insanlara baxırdı. Onlarsa ona gülürdülər.

Məsih əllərinin içini məhəbbətlə onun başına və qulaqlarına çəkdi. Mö`cüzə baş verdi. O cavan ilk dəfə olaraq eşitməyə başladı.

Camaatın istehza dolu sözləri bu macəraya təəccüb edən ifadələrlə əvəz olundu. Bə`ziləri Məsihə iman gətirib, o həzrətin adamlarına qoşuldular.

Məsih dostunun evinə gedən yolunu davam etdirdi.

Səhər çağı Məsih qapısının döyüldüyünü eşitdi. Daşlar dayanmadan qapıya vurulurdu.

Həzrət çölə çıxdı. Dəri xəstəliyinə düçar olmuş bir kişini gördü. Camaat ona daş ataraq şəhərdən çıxmağa məcbur edirdilər.

Uzaqdan ona daş atırdılar. Ona olan nifrətlərini bildirirdilər. Məsih mübarək əlini onu üzünə çəkdi. Duzun suda əridiyi kimi dəri xəstəliyinin əlamətləri də ondan getdi. O cavanın çöhrəsində sevinc göründü. Camaat Həzrət Məsihə tərəf qaçıb, ondan bərəkət götürdülər.

HİYLƏ


Məsih kasıb və yoxsul, məhrum və yazıq insanlara görə belə yaşayırdı. O, insanları nura doğru çağırırdı. O, mübarək Məhəmməd peyğəmbərin (s) gəlişini onlara xəbər verirdi. Onu Mü`əzzi (İzzət verən, mö`minləri əsarətdən qurtaran) adı ilə yad edərək deyirdi:

«Tezliklə atanın («ata» sözü təhrif olunmuş incillərə sonradan əlavə olunmuşdur – tərcüməçi) mənim adımla göndərəcəyi müqəddəs ruhun Mü`əzzisi hər şeyi sizə öyrədəcək. O mənim sözlərimi sizin yadınıza salacaqdır».

O həzrət Allah-təalanın Tövratda Musaya buyurduğunu onlar üçün oxuyurdu:

«Sənin kimi onların arasından bir peyğəmbəri seçəcək və sözümü onun dili ilə bəyan edəcəyəm. O sifariş etdiyim hər şeyi onlara deyəcəkdir».

Ona görə də yəhudilər düşmənçilik edirdilər. Onlar camaatı Məsihi öldürmək üçün təhrik edirdilər. Onun bərəsində şaiyə yayıb, deyirdilər:

-O cadugərdir və həzrət Musanın dinindən çıxmışdır.

Bir gün yəhudilər ibadətgaha tərəf getdilər. Məsih həvarilərlə orada idi. Onlar Məsihi öldürmək istəyirdilər.

Hökumət mə`murları işə qarışdılar. İsanı tutmaqda hakim Filatosun məqsədi fasiq yəhudiləri himayə etmək, İsanın fikir və peyğəmbərliyi barəsində araşdırma aparmaq idi.

Məsih mə`murlar tərəfindən saraya gətirildi. Onun arxasınca səs-küy qalxdı. Filatos nigaranlıq və qəzəbləri barəsində onlarla söhbət etmək üçün saraydan çıxdı. Onlar hər tərəfdən qışqırırdılar:

-O kafirdir.

-Dinsizdir.

-Xəyanətkardır.

Gözətçilər sarayın qapılarını bağladılar. Filatos diqqətlə Məsihin çöhrəsinə baxdı. İsanın gözlərindən səfa və səmimiyyət yağırdı. Öz-özünə dedi: «Belə bir cavan mütləq parlaq düşüncələrə sahib olmalıdır».

Buna görə də Filatos üzünü həzrətə tutub dedi:

-Bə`ziləri deyirlər ki, sən camaatı hökumətin əleyhinə təhrik edirsən.

Məsih özünə e`timadla dedi:

-Mən camaatı ruhlarına qayıtmalarına də`vət edirəm. Də`vət edirəm ki, insan öz qardaşına ehsan və yaxşılıq etsin, yeganə Allaha ibadət etsin.

Filatos yunan fəlsəfələrinin bə`zi məzhəbləri barəsində mə`lumata malik idi. Ona görə də İsanın fikir və düşüncələrində Roma hökumətinə təhlükə yaradacaq bir şey görmədi. O, sarayın qapılarını açıb, Məsihi azad etdi.

Amma, yəhudilər şayiə yaydılar ki, hakim Məsihin fikirlərinin tə`siri altına düşmüşdür. O, padşaha xəyanət etmək istəyir.

Onlar çirkin və nanəcib insanlar idilər. Onlar təkcə şayiə yaymırdılar, həm də məktublar yazıb, Romaya göndərir və padşahdan o hakimi vəzifəsindən uzaqlaşdırmağı xahiş edirdilər.

Beləliklə, hərc-mərc bütün ölkəni bürüdü. Hakim işlərin onun əleyhinə başa çatacağından qorxaraq, yəhudilərlə razılığa gəldi və onları Məsihin barəsində azad buraxdı.

Kin və düşmənçilikdə yanan yəhudi və keşişlər canavar kimi Məsihin axtarışında idilər. Onlar dişləri ilə onu parçalamaq istəyirdilər. Amma, günahına görə yox, onun insaniyyətinə görə. Allahın Musaya nazil etdiyi dinə bənzər həqiqi bir din gətirdiyi üçün.

Yəhudi keşişlər hay-küylə Məryəm oğlu İsanı tutmaq barəsində söhbətə başladılar.

Casuslar hər yerdə o həzrəti axtarırdılar. Məsihin gizlənməsi onların nigaranlığına səbəb olmuşdu. Çünki, o həzrətin vücudu onların mənafeləri üçün çox böyük təhlükə sayılırdı.

Keşişlər həzrət Məsihi tapan və onu tutmaq üçün onlara mə`lumat verən adamlara hədiyyə və mükafatlar tə`yin etdilər.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin