Bismilləhir Rahmənir Rahim



Yüklə 0,72 Mb.
səhifə52/120
tarix10.01.2022
ölçüsü0,72 Mb.
#110269
1   ...   48   49   50   51   52   53   54   55   ...   120

İBN SİNA VƏ BƏHMƏNYAR


Bəhmənyar İbn Sinanın ən yaxın və xüsusi şagirdlərindən sayılırdı. Onun öz ustadına olan sonsuz əlaqə və məhəbbəti bu sözləri təkrar etməyə vadar edirdi: “Ey ustad! Yüksək elmi məqamınıza və hər bir sahədə uca rütbəyə malik olduğunuza görə peyğəmbərlik iddiasında olsanız, camaat sizin sözünüzü qəbul edər. Çünki onların qəlbləri sizinlədir.”

Lakin o, ustadından bu mövzuda nə mənfi və nə də müsbət cavab ala bildi.

Bir müddət ötdü. Qış fəslinin şaxtalı və soyuq bir gecəsində ustadla şagird öz isti yataqlarında uzanmışdılar. Bu vaxt İbn Sina Bəhmənyarı səsləyib susuzluğunu dəf etmək üçün ondan bir stəkan su gətirməsini xahiş etdi. Lakin Bəhmənyar tənbəllik edib isti yerindən qalxmaq istəmədi və bəhanə gətirərək ustadının xahişini rədd etdi.

Sübh azan səsi “Əllahu Əkbər, Əşhədu əllə iləhə illəllah, Əşhədu ənnə Muhəmmədər rasulullah” eşidildikdə İnb Sina fürsəti qənimət bilib şagirdinə dedi: “Sənin irəli sürdüyün təkliflərə azan cavab verdi.”

Bəhmənyar soruşdu: “Necə bəyəm?”

Ustad cavab verdi: “Sən hamıdan çox mənə məhəbbət bəsləməyinə baxmayaraq susuzluğumu aradan qaldırmaq üçün mənə bir stəkan su belə qıymadın və məni susuz qoyub itaətimdən boyun qaçırdın. Amma səsini eşitdiyin bu müsəlman kişi (müəzzin) soyuq və şaxtalı havada minarəyə qalxıb sonuncu Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) buyuruğunu, özü də məcburi şəkildə deyil, əksinə rəğbət və məhəbbətlə yerinə yetirir. Bu müstəhəb əməl (azan demək) həqiqi iman qüvvəsinə bağlıdır. Peyğəmbərliyə layiq Məhəmməddir (səllallahu əleyhi və alihi və səlləm), nəinki İbn Sina.”

Gərək Kəsrəvi və Zamanov kimilərinə deyilsin: “Sizin fars və ya Esperanto dilini beynəlmiləl dilə çevirməyiniz heç vaxt baş tutmayacaq. Çünki sizin bu təkliflərinizin arxasında qəzəb və təəssüb dayanır.

Amma madiyyat aləmindən daha üstün və ərəbcə nazil olmuş Qurana, namaza sonsuz məhəbbət qaynağı “iman qüvvəsi” qeyri-təbii qüvvədir. Belə bir iman dünyaya təkan verib beynəlmiləl bir dil təklif etməyə səlahiyyətlidir.”

Bernard Şou bu barədə deyir: “İslam dini dünyaya təkan vermək üzrədir. Quran elə bir kitabdır ki, bütün bəşəriyyətə səadət yolunu göstərir. Onun vasitəsilə Yer kürəsində yaşayan bütün insanların siyasi, iqtisadi və təbii müşküllərini həll etmək olar. Quran bəşəriyyətin məzhəbi kitabına, ərəb dili isə beynəlmiləl bir dilə çevrilə bilər.”

Londonda nəşr edilən “İslam məktəbi” jurnalında Rivyu adlı bir şəxsin “Nə üçün Allaha ərəb dilində ibadət edək?” məqaləsi çap edilmişdir. Bu məqalənin bəzi hissələrini xülasə şəkildə nəzərinizə çatdırırıq:

“Əgər İslam hər hansı bir irqə və ya millətə məxsus bir din olsaydı, hər bir şəxs öz məntəqəsinə aid olan dildə bütün ibadətləri yerinə yetirərdi. Amma İslam beynəlmiləl bir dindir və onun ardıcılları yüzlərlə ayrı-ayrı dillərdə danışırlar.

Hal-hazırda bizim yaşayışımız beynəlmiləl yönüm aşılamaqdadır və hər bir şəhərdə müxtəlif dillərdə danışan çoxlu müsəlman vardır. Təsəvvür edin ki, bir ingilis müsəlman Çinə gedir. Yolda bir şəxsin Çin dilində “Çinq,Çanq,Çunq”1 (yəni Allah Böyükdür) sözlərini eşidir. Məlumdur ki,milliyyətcə ingilis olan bu müsəlman çinlinin nə dediyini başa düşməyəcək. Nəticədə o, camaat və ya cümə namazında iştirak edə bilməyəcək.

Onu da qeyd edək ki, Çində olan məscidlər Fransanın və ya İngiltərənin məscidlərinə oxşamır. Minarəsi olmadığına və tikilişi fərqləndiyinə görə məscidləri adi evlərdən seçmək çox çətindir. Belə olan surətdə, dünya dindarları arasında müştərək üsulların olması zəruridir. Namaza dəvətdə və onun ibadi formullarının icrasında da əsasi üsulların olması lazımdır ki, müxtəlif dillərdə danışan bu məzhəb ardıcılları həmin üsullara bir qaydada riayət etsinlər.”

Rivyu məqaləsinin başqa bir hissəsində belə deyir: “Araşdırdıqda görürük ki, əsl nüsxəsi vəhylə bağlı olan bu kitabdan (Quran) savayı bütün başqa məzhəb kitabları tərcümədən ibarətdir və vəhyə əsaslanan bir mənbəyə malik deyildir. Müsəlmanlar üçün bundan da böyük iftixar ola bilərmi? Bəli, yalnız Qurani-Kərimdir ki, vəhy olunmuş və dəyişilməmiş çəkildə müsəlmanların ixtiyarındadır.

Qustav Lobon deyir: “Müxtəlif məzhəblərdən olan müsəlmanlar iki şeydə müttəfiqdirlər. Onlardan birincisi ərəb dili (Quran və namaz vasitəsilə), ikincisi isə milyonlarla müsəlmanın eyni bir məkanda və eyni zamanda bir yerə cəmlıəşib həcc əməllərini yerinə yetirməsidir.

Təbəqəsindən asılı olmayaraq hər bir müsəlmanın Quranı ərəbcə oxuması lazımdır. Belə nəticəyə gəlirik ki, ərəb dili dünyanın hər yerində yayılmış dillərdəndir. İslamın sürətli inkişafı və Quranın yayılması müxalif qrupları heyrətə salmışdır.”1




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin