4. İ. Şıxlının “Ölən dünyam” romanında hansı obrazlar siyasi rejimin xarakterini əks etdirmək mənasında birləşə bilən obrazların düzgün cərgəsini göstərin.
1 - Fətullayev
2 - Kabı Kəsəmənli
3 - Çapıq Əmrah
4 - Keçəl Xondulu
5 - Ömər koxa
A) 1. 4
B) 2, 3
C) 3, 5
D) 4, 3
E) 1, 2
5. Müəllif Gəncə hadisələrinin, XI Qızıl Ordunun Gəncəni ələ keçirməsinin təfsilatlı təsvirini vermişdir. Söhbət hansı romandan gedir?
A) Ç. Hüseynov. “Fətəli fəthi”
B) İ. Şıxlı. “Ölən dünyam”
C) Elçin. “Ölüm hökmü”
D) K. Abdulla. “Yarımçıq əlyazma”
E) İ. Əfəndiyev. “Geriyə baxma, qoca”
6. “Ölən dünyam”da İ. Şıxlının “ölən dünya”sını təcəssüm etdirən ən dolğun obrazlar hansı crəgdə düzgün verilib?
7. Milli - tarixi varlıqda insanların halallığa, bir - birinin haqqını itirməməyi söykənən münasibətləri “Ölən dünyam”dakı hansı obrazların əyaniləşdirdiyi xətdə əks olunub. Düzgün cavab verilən cərgəni göstərin?
1 - Ələddin
2 - Fətullayev
3 - Çapıq Əmrah
4 - Kabı Kəsəmənli
5 - Qaratel
6 - Kərəməli
7 - Keçəl Xondulu
8 - Halal bəy
A) 2, 7
B) 6, 8
C) 3, 4
D) 1, 4
E) 3, 5
8. Qarabağ mövzusunun bədii inikası kimi yazılan roman hansıdır?
A) Mahirə Abdulla. “Əvvəl. Axır”
B) Elçin. “Ölüm hökmü”
C) İ. Fəhmi. “Qarğa yuvası”
D) A. Rəhimov. “Girdab”
E) M. Süleymanlı. “Səs”
9. “Əvvəl. Axır” romanının hansı hissəsində və yaxud hissələrində Qarabağ savaşı, didərginlik və qaçqınlıq həyatı, onun Azərbaycan xalqının psixologiyasında buraxdığı iz daha konkret lövhələrlə canlandırılır?
A) “Narkoman” və “Agah”
B) “Narkoman” və “Ağdərədən üzü bəri”
C) “Ağdərədən üzü bəri” və “Agah”
D) “Narkoman”
E) “Ağdərədən üzü bəri”
10. İ. Fəhminin əsərləri hansı cərgədə düzgün verilib?
1 - “Aktrisa”
2 - “Ürəkkeçmə”
3 - “Əvvəl. Axır”
4 - “Qarğa yuvası”
5 - “Erməni kölgəsi”
A) 1, 4
B) 1, 5
C) 3, 2
D) 3, 5
E) 4, 5
11. “Yarımçıq əlyazma” romanında Şah İsmayılla bağlı hissələrdə süjet xətti üç əsas obrazın taleyinə işıq salır. Bu obrazların adlarının düzgün göstərildiyi cərgə hansıdır?
1 - Sara xatun, 2. Uzun Həsən, 3. Lələ Hüseyn bəy, 4. Ustaclu Məhəmməd, 5. Sultan Səlim, 6. Şah İsmayıl, 7. Dədə bəy, 8. Xızr
A) 1, 2, 7
B) 3, 6, 8
C) 4, 5, 6
D) 1, 2, 5
E) 4, 5, 8
12. “Yarımçıq əlyazma” romanında istifadə olunan sinkriza üsulunun mənası nədir?
A) Müxtəlif nöqteyi - nəzərlərin müqayisəsi
B) Həmsöhbətdən söz almaq, onu söz deməyə məcbur etmək
C) Qəhrəmanın monoloqvarı çıxışı
D) Qəhrəmanın nitqində öz sözü ilə bərabər başqasının fikrinin də əks olunması
13. “Yarımçıq əlyazma” romanında istifadə olunan anakriza üsulunun mənası nədir?
A) Həmsöhbətdən söz almaq, onu söz deməyə məcbur etmək
B) Qəhrəmanın monoloqvarı çıxışı
C) Müxtəlif nöqteyi - nəzərlərin müqayisəsi
D) Müəllif sözünün hakim mövqeyi
E) Qəhrəmanın nitqində öz sözü ilə bərabər başqasının fikrinin də əks olunması
14. Hansı cəhət postmodernist roman üçün səciyyəvi deyil?
A) Qaydasız döyüş üsulu ilə yazılması.
B) Müəllif mövqeyinin ön plana keçməsi.
C) Müəllif əsərin yox, mətnin müəllifidir.
D) Hər bir mətn daim (oxucu tərəfindən) burada və indi yazılır.
E) Keçmişə ironik münasibət.
15. “Özün bilərsən, nə qədər ki, özün ayağa durub öz dilinlə öz haqqını tələb etməyəcəksən, zəlil - zəkat olacaqsan, səni adam yerinə qoymayacaqlar, ağzından tikəni çıxaracaqlar. . . ”. Bu sözlər “Nekroloq” romanında hansı heykəlin dilindən səslənir?
A) Vahidin
B) M. F. Axundovun
C) N. Gəncəvinin
D) H. Z. Tağıyevin
E) İ. Nəsiminin
16. “Nekroloq” romanındakı “Dialoq - hekayə”nin əsas qəhrəmanı kimdir?
A) Məmləkətin baş Naziridir.
B) Məmləkətin məşhur şairidir.
C) Məmləkətin baş həkimidir.
D) Məşhur jurnalistdir.
E) “Qədim peşə” sahibidir.
17. Elçinin komediyaları hansı cərgədə düzgün verilib?
1 - “Varlı qadın”
2 - “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim”
3 - “Ağıllılar və dəlilər”
4 - “Mənim ərim dəlidir”
5 - “Mən sənin dayınam”
A) 1, 2, 5
B) 2, 4, 5
C) 4, 3, 5
D) 1, 3, 4
E) 1, 2, 3
18. “Dəlilər və ağıllılar” mövzusunun bədii həlli baxımından hansı iki əsər bir birini tamamlayır? Düzgün cərgəni göstərin.
1 - “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim”
2 - “Mən sənin dayınam”
3 - “Ah, Paris, Paris! . . ”
4 - “Mənim ərim dəlidir”
5 - “Dəli yığıncağı”
A) 1, 5
B) 2. 3
C) 1, 4
D) 4, 5
E) 3, 4
19. Elçinin hadisələri teatr aləmində cərəyan edən komediyası hansıdır?
A) “Mən sənin dayınam”
B) “Mənim ərim dəlidir”
C) Belə komediyası yoxdur
D) “Ah, Paris, Paris! . . ”
E) “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim”
20. Elçinin “Ah, Paris, Paris! . . ” komediyasında hansı obraz mənəvi - əxlaqi cəhətdən gülüş obyekti deyil?
A) Mehdiqulu bəy
B) Əsədulla
C) Vera Nikolayevna
D) İsgəndərzadə
E) Eynşteyn
21. Kasıb jurnalistin özünü dəliliyə vuraraq məişət problemlərini çözməsi üzərində qurulan drmaturji model Elçinin hansı komediyasına aid edilə bilər?
A) “Mənim ərim dəlidir”
B) “Mən sənin dayınam”
C) “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim”
22. Elçinin “Dəlixanadan dəli qaçıb. . . ” komediyasında mahiyyət planında mənəvi - əxlaqi cəhətdən “dəlilər” mühitinə qarşı duran obraz hansıdır?
A) Baş redaktor
B) Şöbə müdiri
C) Ədəbi işçi
D) Professor
E) Şəfqət bacısı
23. Əsərin baş qəhrəmanı ali təhsilli Şahmar pulu olmadığına görə iş tapa bilmir və nazir arvadı Azanın toruna düşür. Söhbət hansı dram əsərindən gedir?
A) İ. Əfəndiyev. “Ağıllılar və dəlilər”
B) Elçin. “Ah, Paris, Paris! . . ”
C) Ə. Əmirli. “Varlı qadın”
D) Elçin. “Mənim ərim dəlidir”
E) Ə. Əmirli. “İyirmi ildən sonra”
24. Ə. Əmirlinin hansı pyesinin süjet xəttinin əsasında qan davası problemi dayanır?
A) “Varlı qadın”
B) “Ağqoyunlular və qaraqoyunlular”
C) “Onun iki qabırğası”
D) “Köhnə ev”
E) “İyirmi ildən sonra”
25. Çağdaş ədəbi prosesin nümayəndələri olan bu yazıçılardan hansının əsərlərində tənqidi realist nəsrlə bərabər, maarifçi - realist nəsrin ənənələri özünə daha çox yer alır?
A) Ağarəhim Rəhimov
B) İlqar Fəhmi
C) Elçin Hüseynbəyli
D) Kamal Abdulla
E) Seyran Səxavət
26. Ağarəhim Rəhimovun hansı qadın qəhrəmanı Təhminə (“Beşmərtəbəli evin altıncı mərtəbəsi”) , Fənayə (“Gəlinlik paltarı”) obrazları ilə tipoloji yaxınlıq yaradır?