Bölmə Tenderdə iştirak üçün dəvət

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 17.78 Kb.
tarix08.06.2018
ölçüsü17.78 Kb.

Bölmə 1. Tenderdə iştirak üçün dəvət

Azərsu” Açıq Səhmdar Cəmiyyəti açıq tenderə dəvət edir



Tender 1 lot üzrə keçirilir

Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” 2-ci Layihə çərçivəsində Azərbaycan Respublikasının pay iştirakı hesabına “Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” üçün işçi layihəsinin tərkibinə daxil ediləcək əlavə layihə işləri üzrə aşağıdakı xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur:

  1. Dəhnə su qəbuledici qurğular kompleksində artezian quyuları, quyular arası su toplayıcı xətlər, Dəhnə su qəbuledici qurğular kompleksi ilə şəhər arasında +85m yüksəkliyində yerləşən su anbarları və Dəhnə su mənbəyindən şəhəri bəsləyən magistral su xətlərinin işçi layihələrin hazırlanması.

  2. Müvafiq mühəndis-axtarış işlərinin yerinə yetirilməsi

  3. İşin icrası ilə bağlı razılaşdırılmaların aparılması

  4. Lazımi ekspert rəylərin və lisenziyaların alınması və müəllif nəzarəti işlərinin aparılması

Tender iştirakçıları öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67 ünvanından (Əlaqələndirici şəxs: “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tender və Beynəlxalq layihələrin idarə olunması departamentinin rəisi Tağıyev İlqar Rauf oğlu, Telefon: + 99 412 431 47 67/87, Faks: + 99 412 4314792, E-poçt: i.tagiyev@azersu.az / Tender və müqavilələrin idarə olunması şöbəsinin satınalma üzrə mühəndisi Kərimov Rüstəm, E-poçt rustam.karimov@azersu.az) ala bilərlər.

İştirak haqqı: 300 (üç yüz) manat

VÖEN:

9900001751

Bank:

Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Kodu:

200112

Bank VÖENi:

9900003611

H/h:

AZ65AIIB33070019441100216111

M/h:

AZ37NABZ01350100000000001944

SWIFT

AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;

  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

  4. Tender təklifi dəyərinin 2%-i (iki faiz) məbləğində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış;

  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

  8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  9. Müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, əmlakın girov qoyulması və digər formada öhdəliklərə yüklənməməsi, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış.

Sənədlər Azərbaycan dilində, 3 nüsxədə (1 əsli və 2 surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (qiymət təklifi məktub ilə və bank təminatı istisna olmaqla) 30 avqust 2016-cı il saat 16:00-a qədər, maliyyə təklifi məktub ilə və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 sentyabr 2016-cı il saat 16:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanında yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Tender Beynəlxalq layihələrin idarə olunması departamentinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İştirakçıların 8 sentyabr 2016-cı il saat 16:00-a qədər təqdim olunan maliyyə təklifləri 9 sentyabr 2016-cı il yerli vaxtla saat 16:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

19 iyul 2016-cı il

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə