##book id= 215//book name=Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası II


##num= 5// level= 1// sumtest=20 // name= 100 dairəsində yazılı toplama və çıxmanın öyrədilməsi –81 – 100//



Yüklə 439,6 Kb.
səhifə4/13
tarix18.12.2018
ölçüsü439,6 Kb.
#86193
1   2   3   4   5   6   7   8   9   ...   13

##num= 5// level= 1// sumtest=20 // name= 100 dairəsində yazılı toplama və çıxmanın öyrədilməsi –81 – 100//


1. 58 + 39 şəklində yazılı toplama əməli ilk dəfə hansı dairədə öyrədilir?

A) 10

B) 1000

C) 20

D) 100

E) V sinifdə

2. Yazılı toplama və çıxma ilk dəfə hansı sinifdə öyrədilir və hansı dairədə?

A) V sinifdə, 10 dairəsində

B) I sinifdə, 10 dairəsində

C) III sinifdə, 20 dairəsində

D) IV sinifdə, 1000 dairəsində

E) II sinifdə, 100 dairəsində

3. Birinci pillə əməlləri ilə bağlı yazılı hesablamalar ilk dəfə hansı sinifdə öyrədilir?

A) I sinifdə

B) II sinifdə

C) III sinifdə

D) IV sinifdə

E) V sinifdə

4. 34 - 4, 48 - 40 şəklində çıxma hansı biliklərə əsaslanır?

A) ədədin onluq tərkibi və cəmdən ədədin çıxılması xassəsinə

B) ədədin onluq tərkibi və ədədin cəmə əlavə edilməsi

C) ədədin onluq tərkibinə

D) ədədin onluq tərkibi və cəmdən cəmin çıxılması xassəsinə

E) ədədin onluq tərkibi və cəmin cəmə əlavə edilməsi xassəsinə

5. 100 dairəsində toplama və çıxmanın öyrənilməsində hansı biliklərə istinad edillir?

1) ədədin cəmə əlavə edilməsi

2) cəmin ədədə əlavə edilməsi

3) ədəddən cəmin çıxılması

4) cəmin cəmə əlavə edilməsi

5) cəmdən cəmin çıxılması

6) 10 dairəsində toplama və çıxmaya

A) 1, 6

B) 1, 5

C) 1, 2, 3, 4

D) 1, 3, 5

E) heç biri

6. 46 + 2, 70 + 5 şəklində toplama hansı biliklərə əsaslanır?

1) ədədin onluq tərkibi və ədədin cəmə əlavə edilməsi

2) ədədin onluq tərkibi və toplamanın yerdəyişmə xassəsinə

3) ədədin onluq tərkibi və cəmdən ədədin çıxılması xassəsinə

4) ədədin onluq tərkibi və birrəqəmli ədədlərin toplama və çıxma cədvəlinə

5) ədədin onluq tərkibi və cəmin cəmə əlavə edilməsi xassəsinə

A) 4, 5

B) 2

C) 3

D) 3, 4

E) 1, 2

7. 2 + 46, 8 + 20 şəklində toplama hansı biliklərə əsaslanır?

1) ədədin onluq tərkibi və cəmdən ədədin çıxılması xassəsinə

2) ədədin onluq tərkibi və toplamanın yerdəyişmə xassəsinə

3) ədədin onluq tərkibi və ədədin cəmə əlavə edilməsi

4) ədədin onluq tərkibi və cəmdən cəmin çıxılması xassəsinə

5) ədədin onluq tərkibi və cəmin cəmə əlavə edilməsi xassəsinə

A) 4, 2

B) 3, 4

C) 1, 3

D) 2

E) 5, 3

8. Səmərəli hesablama üsulunu göstərin:

1) (9 + 3) + 1= 12 + 1

2) (8 + 7) + 2=(8 + 2) + 7

3) (8 + 7) + 2= 8 + (2 + 7)

4) (8 + 7) + 2= 15 + 2

5) (6 + 5) + 4= 11 + 4

A) 5

B) 4

C) 3

D) 2

E) 1

9. Hər bir hesablama üsulu üzrə işin metodikası hansı ardıcıllıqda qurulur?

1) hesablama üsulunun öyrədilməsinə hazırlıq

2) hesablama üsulu ilə tanışlıq

3) hesablama vərdişinin formalaşdırılması məqsədi ilə onun tətbiqinə aid tapşırıqlar həlli

A) 2, 1, 3

B) 2, 3, 1

C) 3, 1, 2

D) 1, 3, 2

E) 1, 2, 3

10. Yazılı hesablamanın xüsusiyyətləri hansılardır?

1) hesablama sətir üzrə aparılır,

2) hesablama sütun şəklində aparılır,

3) hesablama yüksək mərtəbədən aşağı mərtəbəyə doğru aparılır,

4) hesablama aşağı mərtəbədən yüksək mərtəbəyə doğru aparılır

A) 1, 3

B) 1, 2

C) 2, 4

D) 2, 3

E) 3, 4

11. 100 dairəsində nömrələnmənin öyrənilməsinə daxil olanları seçin:

1) onluq say vahidi kimi 11 - 20 ədədlərinin şifahi və yazılı nömrələnməsi: onların onluq tərkibi, 18·59

2) onluq say vahidi kimi, 11 - 20 ədədlərinin şifahi və yazılı nömrələnməsi: onların onluq tərkibi, sm

3) 21 - 100 ədədlərinin şifahi və yazılı nömrələnməsi: onların onluq tərkubi, m, km, sm

4) 21 - 100 ədədlərinin şifahi və yazılı nömrələnməsi: onların onluq tərkibi, sm, dm, m

5) toplama və çıxma halları; 17 + 1; 19 – 1; 10 + 2; 14 – 10; 18 – 8

A) 2, 3, 4

B) 2, 3, 5

C) 2, 4, 5

D) 3, 4, 5

E) 1, 3, 5

12. Şifahi hesablamanın hansı üsulları ibtidai siniflərdə tətbiq olunur?

1) xüsusi üsulları,

2) əyani üsulları,

3) ümumi üsulları,

4) fərdi üsulları,

5) ədədi üsulları

A) 4, 5

B) 2, 1

C) 2, 3

D) 1, 4

E) 1, 3

13. Ədədin cəmə əlavə edilməsində aşağıdakı üsullardan hansılar doğru deyil?

1) cəmi hesablayıb, alınan cavaba həmin ədədin əlavə edilməsi,

2) fərqin üzərinə ikinci toplananı əlavə edilməsi,

3) ədədi birinci toplanana əlavə edib, alınan cavabın üstünə ikinci toplananı gəlmək olar,

4) ədədi ikinci toplananı əlavə edib, alınan cavaba birinci toplananı əlavə etmək,

5) cəmi hesablayıb azalana əlavə etmək lazımdır,

A) 5, 3

B) 2, 3

C) 3, 4

D) 2, 5

E) 4, 5

14. II sinifdə şagirdlərin tanış olduqları hesablama üsullarından səhv verilənləri göstərin:

1) cəmin ədədə əlavə edilməsi

2) cəmin ədədə vurulması

3) cəmdən ədədin çıxılması

4) ədədin cəmə əlavə edilməsi

5) ədədin cəmə vurulması

6) cəmin cəmə əlavə edilməsi

7) fərqin cəmə vurulması

A) 2, 4, 6

B) 2, 5, 7

C) 1, 2, 3

D) 1, 3, 4

E) 6, 7

15. Anlayışları ardıcıl düzün:

1) çoxrəqəmli ədədlərin nömrələnməsi,

2) 20 dairəsində nömrələmə,

3) 100 dairəsində nömrələmə,

4) 10 dairəsində nömrələmə,

5) 1000 dairəsində nömrələmə

A) 3, 1, 2, 5, 4

B) 4, 5, 2, 3, 1

C) 5, 4, 3, 1, 2

D) 1, 4, 3, 5, 2

E) 4, 2, 3, 5, 1

16. Anlayışları düzgün ardıcıllıqla düzün:

1) vurma, toplama, bölmə, çıxma

2) toplama, çıxma, vurma, bölmə

3) bölmə, çıxma, vurma, toplama

4) vurma, çıxma, bölmə, toplama

5) bölmə, vurma, çıxma, toplama

A) 3

B) 1

C) 2

D) 4

E) 5

17. Anlayışları düzgün ardıcıllıqla düzün:

1) 100 dairəsində şifahi toplama və çıxma,

2) 10 dairəsində şifahi toplama və çıxma

3) 20 dairəsində şifahi toplama və çıxma

4) 100 dairəsində şifahi vurma və bölmə

5) 1000 dairəsində yazılı vurma və bölmə

A) 2, 3, 1, 4, 5

B) 1, 2, 3, 4, 5

C) 3, 2, 1, 5, 4

D) 4, 3, 1, 2, 5

E) 5, 4, 1, 3, 2

18. Yazılı toplamada neçə hal tətbiq olunur və hansılardır?

1) ümumi hal,

2) xüsusi hal,

3) onluğu aşmamaqla toplama,

4) onluğu aşmaqla toplama,

A) 2

B) 1, 2

C) 1, 3

D) 2, 3

E) 3, 4

19. Yazılı çıxmada neçə hal tətbiq olunur və hansılardır?

1) onluğu aşmamaqla çıxma,

2) bərabər ədədlərin çıxılması,

3) onluğu aşmaqla çıxma,

4) müxtəlif ədədlərin çıxılması,

A) 1, 3

B) 1, 4

C) 3, 4

D) 2, 3

E) 2, 4

20. Uyğunluğu siniflər üzrə müəyyən edin:

1) yazılı toplama,

2) şifahi vurma,

3) şifahi çıxma,

4) yazılı vurma və bölmə

A) I sinif – 3

II sinif – 1, 2

III sinif – 4

B) I sinif – 1

II sinif – 2, 3



IV sinif – 4

C) II sinif – 1, 2

D) III sinif – 3, 4

E) II sinif – 4

Yüklə 439,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin