##num= 7// level= 1// sumtest=20 // name= 1000 dairəsində yazılı hesab əməllərinin öyrədilməsi – 121 – 140//
1. Ədədlərin yazılı (sütunla) toplanması və çıxlması alqoritminin əsas məqamı nədən ibarətdir?
A) uyğun mərtəbə vahidlərinin alt - alta yazılmasıdır
B) səliqəli yazıdır
C) düzgün toplama və çıxmadır
D) mərtəbə vahidləri arasındakı əlaqəni bilməkdir
E) nəticədir
2. 1000 dairəsində yazılı toplama və çıxma halları hansı biliklərə əsaslanır:
1 - toplama və çıxma cədvəlləri biliklərinə
2 - iki ədədin cəmini tapma üsuluna
3 - nömrələməyə aid biliklərə
A) 3
B) 1, 3
C) 2, 3
D) 1, 2
E) 2
3. Üçrəqəmli ədədlərin yazılı toplanması və çıxılmasında hansı hallar nəzərdən keçirilir:
1 - hər iki ədəddə mərtəbə rəqəmləri sayının bərabər olması
2 - onluğu aşmamaqla toplama və çıxma
3 - yuvarlaqlaşdırma ilə toplama və çıxma
4 - onluğu aşmaqla toplama və çıxma
A) 3
B) 1, 2
C) 1, 4
D) 2, 4
E) 3, 4
4. Üçrəqəmli ədədlərin yazılı toplanmasında hansı hallar nəzərdən keçirilir:
1 - uyğun təkliklərin cəmi 10 - dan kiçikdir
2 - təkliklər bərabərdir
3 - təkliklərin cəmi və onluqların cəmi 10 - na bərabərdir
4 - təklik mərtəbələrinin cəmi 10 - dan böyükdür
A) 1, 2
B) 1, 3, 4
C) 1, 2, 4
D) 2, 4
E) 4
5. Üçrəqəmli ədədələrin yazılı toplanmasına hazırlıq məqsədilə hansı hesablamadan və hansı əməl xassəsindən istifadə olunur:
1 - çoxrəqəmli ədələrin toplanmasından
2 - üçrəqəmli ədədlərin şifahi toplanmasından
3 - ədədin mərtəbə toplananlarının cəmi şəklində göstərilməsindən
4 - qruplaşdırma xassəsindən
5 - ardıcıl toplamadan
A) 1, 5
B) 1, 2
C) 1, 2, 5
D) 2, 3, 4
E) 4, 5
6. Üçrəqəmli ədədlərin yazılı çıxılmasına hazırlıq məqsədilə hansı hesablamadan və əməl xassəsindən istifadə olunur
1 - çoxrəqəmli ədədlərin çıxılmasından
2 - azalan və çıxılanın mərtəbə toplananlarının cəmi şəklində göstərilməsindən
3 - çıxma cədvəlindən
4 - qruplaşdırma xassəsindən
A) 2, 4
B) 1, 2
C) 1, 3
D) 3, 4
E) 3
7. Üçrəqəmli ədədlərin yazılı çıxılmasında şagirdlər hansı çətinliklərlə qarşılaşırlar
1 - ədədlərin sütun şəkilində yazmaqda
2 - uyğun mərtəbələrin alt - alta yazmaqda
3 - azalanın sıfır olan mərtəbə ədədindən çıxılanın sıfırdan fərqli ədədi çıxmaqda
4 - onluğu aşmaqla çıxmada mərtəbə ədədini təkliklərə xırdalamaqda
5 - xırdalanmış mərtəbə ədədini unutmaqda
A) 1, 2
B) 2, 3, 4, 5
C) 1, 2, 3
D) 1, 3
E) 1
8. Aşagıdakı anlayışları uyğun şəkildə düzün:
1 - yazılı bölmə
2 - şifahi toplama
3 - yazılı vurma
4 - şifahi çıxma
5 - yazılı toplama və çıxma
A) 2, 4, 5, 1, 3
B) 1, 2, 3, 4
C) 2, 3, 5
D) 1, 2, 4
E) 2, 3, 5
9. Mötərizəsiz ədədi ifadələrdə əməllər sırası alqoritmi necə icra edilir?
1 - əməllər ardıcıl icra edilir
2 - əvvəlcə ikinci pillə əmələri icra edilir
3 - əvvəlcə birinci pillə əməlləri icra edilir
4 - əmələr növbə ilə icra edilir
5 - əvvəlcə ikinci pillə əməlləri, sonra isə birinci pillə əməlləri icra olunur
A) 4
B) 1, 3
C) 1, 2
D) 2, 5
E) 3
10. Anlayışları uyğun siniflərə görə düzün:
1 - 100 dairəsində nömrələmə
2 - kəmiyyətin hissəsi
3 - Kəsr anlayışı
A) 1 - II sinif, 2 - III sinif, 3 - IVsinif
B) 1, 2 - II sinif, 3 - III sinif
C) 2, 3 - III sinif
D) 1, 3 - III sinif
E) 3 - II sinif
11. 1000 dairəsində yazılı vurma və bölmənin öyrədilməsində hansı şıfahi priyomlar nəzərə alınır:
1 - yüzlüklərin birrəqəmli ədədə vurulması və bölünməsi
2 - üçrəqəmli ədədin şifahi vurulması və bölünməsi
3 - onluqların birrəqəmli ədədə vurulması və bölünməsi
4 - çoxrəqəmli ədədlərin vurulması və bölünməsi
A) 2, 4
B) 1, 2
C) 1, 4
D) 1, 3
E) 3, 4
12. Yazılı vurma aşağıda qeyd olunan hansı təkliflərə əsaslanır:
1 - onluq say sisteminda ədədin yazılması
2 - natural sıra aksiomları
3 - vurma cədvəli
4 - toplama və vurma əməllərinin xassələri
5 - 20 dairəsində birrəqəmli ədədlərin toplanması cədvəli
A) 4
B) 1, 2, 4
C) 2, 3
D) 2, 5
E) 1, 3, 4, 5
13. 1000 dairəsində yazılı vurma hansı mərhələlərlə öyrədilir:
1 - mərtəbəni aşmamaqla üçrəqəmli ədədin birrəqəmli ədədə vurulması
2 - bir mərtəbə vahidini aşmaqla vurma
3 - bərabər toplananların cəmini tapmaq
4 - Bir aralıq mərtəbə vahidini aşmaqla vurma
5 - mərtəbə vahidlərin toplanması
A) 1, 2, 4
B) 1, 3
C) 1, 3, 5
D) 1, 5
E) 4, 5
14. Mötərizəsiz ədədi ifadədə yalnız ikinci pillə əməlləri iştirak edirsə, hesablama alqoritmi necə olmalıdır:
1 - əməllər ardıcıl icra olunur
2 - əvvəlcə vurma əməli icra olunur
3 - əvvəlcə bölmə əməli icra olunur
4 - əməllər növbə ilə icra olunur
A) 4
B) 2
C) 3
D) 1
E) 2, 4
15. 1000 dairəsindəki bölmə hansı məzmunda təlim olunur:
1 - yazılı bölmə qaydası və yazılışı ilə tanışlıq
2 - bölmə zamanı qalıq ancaq təkliklərin bölünməsindən alınır
3 - bölmə zamanı qalıq ancaq onluqların bölünməsindən alınır
4 - yazılı bölmədə iki dəfə qalıq alınır
5 - yazılı bölmədə üç dəfə qalıq alınır
A) 5
B) 1, 3, 4, 5
C) 1, 4, 5
D) 4, 5
E) 1, 2, 3, 4
16. Bölmə və vurma əməlləri nə ilə fərqlənir:
1 - yazılışına görə
2 - ədədlərinə görə
3 - əməlim aparılması istiqamətinə görə
4 - ədədlərin qruplaşdırılmasına görə
5 - tətbiq olunan əlavə əmələ görə
A) 4, 5
B) 1, 2, 4
C) 1, 4
D) 1, 3, 5
E) 4
17. Yazili bölmədə qismətin rəqəmləri sayını nə vaxt müəyyən etmək olar:
1 - qismətin yüksək mərtəbə ədədini tapdıqdan sonra
2 - qismətin ikinci mərtəbə ədədini tapdıqdan sonra
3 - qismətin üçüncü mərtəbə ədədini tapdıqdan sonra
4 - bölmə prossesi qurtardıqdan sonra
A) 3
B) 2
C) 1
D) 1, 3
E) 4
18. Min dairəsində yazılı hesab əməllərinə aid hansı bilik və bacarıqlara yiyələnməlidirlər?
1) şifahi və yazılı hesablama bacarıqlarına
2) əməlləri təsnifetmə vərdişlərinə
3) vurma və bölmə cədvəllərini əzbər bilməli
4) əməllərin xassələrini tətbiq etməyi bacarmalı
5) ədədləri qruplaşdırmağı bacarmalıdır
A) 2, 5
B) 1, 2, 5
C) 1, 5
D) 1, 3, 4
E) 2
19. Uyğunluğu müəyyən edin.
I - dərs növü
II - sinifdən xaric işlər
1 - bilik, bacarıq, vərdişlərin yoxlanılması və hesaba alınması
2 - yeni materialın öyrədilməsi
3 - riyazi qəzetlər
4 - bacarıq, vərdişlərin möhkəmləndirilməsi
5 - riyazi gecələr
6 - komanda yarışları
A) I - 1, 2, 4; II - 3, 5, 6
B) I - 1, 2, 3; II – 4, 5, 6
C) I - 3, 4, 5; II – 1, 3, 5
D) I - 2, 4, 6; II – 1, 3, 5
E) I - 3, 5, 6; II – 1, 2, 4
20. Uyğunluğu müəyyən edin.
I - sinifdən xaric işlər
II - dərs növü
1 - komanda yarışları
2 - yeni materialın öyrədilməsi
3 - universal (mürəkkəb, qarışıq)
4 - bacarıq, vərdişlərin möhkəmləndirilməsi
5 - riyazi gecələr
6 - riyazi qəzetlər
A) I - 3, 4, 5; II – 1, 3, 5
B) I - 3, 5, 6; II – 1, 2, 4
C) I - 1, 5, 6; II - 2, 3, 4
D) I - 2, 4, 6; II – 1, 3, 5
E) I - 1, 2, 3; II – 4, 5, 6
Dostları ilə paylaş: |