##num=20//level=1// sumtest=14 //name= Hərbi xarakterli FH və FH - da şəraitin qiymətləndirilməsi. //
1. Karantin rejiminin əsas tədbiri hansıdır?
1 - Əraziyə - giriş və çıxışın qadağan olunması
2 - Antidotların qəbul edilməsi
3 - Qismən sanitar təmizlənmənin aparılması
4 - Xəsarət almışların köçürülməsi
5 - Radiasiya əleyhinə dərmanların paylanması
A) 1
B) 3
C) 5
D) 4
E) 2
2. Zəhərləyici maddələri hansı cihazlarla müəyyən edirlər?
A) Radiometrlərlə
B) Dozimetrik cihazlarla
C) İndikatorlarla
D) Kimya kəşfiyyat cihazlarla
E) Rentgenmetrlərlə
3. Kimyəvi şəraitin qiymətləndirilməsinin mahiyyəti:
1 - Karantin rejimini dəqiqləşdirmək
2 - Adamlara, heyvan və bitkilərə zəhərli maddələrin təsirinin nəticəsini təyin etmək
3 - Radioaktiv zəhərlənmənin dəstə və əhalinin fəaliyyətinə təsirini təyin etmək
4 - Su mənbələrinə, torpağa zəhərli maddələrin təsir nəticəsini təyin etmək üçün
5 - Əhalinin, heyvanların şüalanma dozasını və onların arasında baş verə biləcək itkiləri təyin etmək üçün
A) 2, 3
B) 1, 2
C) 2, 4
D) 3, 4
E) 4, 5
4. ZM - lə zəhərlənmiş ərazidə adamlar hansı təhlükəsizlik qaydalarına riayət etməlidirlər?
1 - ərazidən tez keçərək qaçmamalı, toz qaldırmamalı
2 - Zəhərli ərazidə oturmaq, binalara söykənmək olar
3 - Yağışlı havada ərazidən keçərkən su gölməçələrini ötüb keçmək və suyu sıçratmamaq
4 - Zəhərli sahələrdə su içmək, qida qəbuluna icazə verilir
A) 2, 4,
B) 1, 3,
C) 2, 3,
D) 3, 4,
E) 1, 4,
5. Epidemiya əleyhinə olan karantin rejimi nə vaxt observasiya ilə əvəz oluna bilər?
1 - ətraf mühitin zərərsizləşdirilməsindən sonra
2 - antidotların vurulmasından sonra
3 - əhali tam sanitar təmizlənmədən keçdikdən sonra
4 - əleyhqazların geyindirilməsindən sonra
5 - təhlükəli yoluxucu xəstəlik törədiciləri aşkar olunmadıqda
A) 1, 2, 4
B) 2, 4, 5
C) 1, 3, 5
D) 2, 3, 5
E) 2, 3, 4
6. Bakterial vasitələr düşmən tərəfindən hansı üsullarla tətbiq olunur?
1 - aerozol (tozlandırılmış) üsulu ilə
2 - qəsdən yoluxdurulmuş həşərat, gənələr və gəmiricilər vasitəsilə
3 - maye - damcı üsulu ilə
4 - ZM - lə havanı, ərazini zəhərləməklə
5 - ZM - lə zəhərlənmiş su və ərzaqla
A) 4, 5
B) 3, 4
C) 1, 2
D) 3, 5
E) 2, 5
7. Yoluxucu xəstəlik törədən bakterial vasitələr hansıdır:
1 - Yoluxdurulmuş gəmiricilər
2 - Ev heyvanları
3 - Yoluxdurulmuş həşəratlar
4 - Ilanlar
5 - Balıqlar
A) 1, 4
B) 2, 5
C) 1, 3
D) 2, 3
E) 2, 4
8. Əhalini kütləvi qırğın silahlarından mühafizəsinin əsas üsullarını göstərin:
1 - Əhalinin fərdi mühafizə vasitələrindən istifadə etməsi
2 - Əhalini mühafizə qurğularında daldalandırmaq
3 - Əhalini şəhərdən kənar təhlükəsiz zonaya köçürmək
4 - Əhalini dozimetrik cihazlarla təmin etmək
5 - Əhalini tibbi alətlərlə təchiz etmək
A) 2, 3, 5
B) 2, 4, 5
C) 1, 4, 5
D) 1, 2, 3
E) 3, 4, 5
9. Mühafizə olunmayan adamlar izafi təzyiq nəticəsində hansı dərəcəli zədələnmələrə məruz qalırlar? Ardıcıllıqla yazın.
1 - 0, 4 - 0, 6 kq/sm2
2 - 0, 6 - 1 kq/sm2
3 - 0, 4 - 0, 6 kq/sm2
4 - 1 kq/sm2
A) 3, 2, 1, 4
B) 4, 2, 3, 1
C) 1, 3, 2, 4
D) 2, 3, 1, 4
E) 1, 4, 2, 3
10. Udulan dozanın miqdarından asılı olaraq şüa xəstəliyinin dərəcələrini artan (azdan çoxa) ardıcıllıqla yazın.
1 - çox ağır dərəcəli: D > 600 Rad
2 - Yüngül dərəcəli: D = 100 - 200 Rad
3 - Ağır dərəcəli: D= 400 - 600 Rad
4 - Orta dərəcəli: D = 200 – 400 rad
A) 2, 4, 3, 1
B) 1, 3, 4, 2
C) 3, 4, 2, 1
D) 4, 1, 2, 3
E) 1, 4, 2, 3
11. Işıq şüalanmasının törətdiri yanıq xəsarətlərinin dərəcələrini ardıcıllıqla yazın:
1 - 15 - 20 kal/ sm2
2 - 2 - 4 kal/ sm2
3 - 4 - 10 kal/ sm2
4 - 10 - 15 kal/ sm2
A) 4, 2, 3, 1
B) 1, 2, 3, 4
C) 3, 2, 4, 1
D) 2, 3, 4, 1
E) 1, 4, 2, 3
12. Radiasiya və kimyadan mühafizənin əsas vəzifəsini ardıcıllıqla yazın:
1 - Zəhərlənmənin nəticələrini aradan qaldırmaq, adamların iş və həyat fəaliyyətini bərpa etmək
2 - Radioaktiv, kimyəvi və bakterioloji zəhərlənməni vaxtında aşkar etmək, bu barədə əhalini xəbərdar etmək
3 - Adamları, heyvanları, suyu və b. maddi sərvətləri mühafizə etmək
A) 1, 3, 2
B) 2, 3, 1
C) 1, 2, 3
D) 3, 2, 1
E) 3, 1, 2
13. Kimyəvi zəhərləyici maddələrin tətbiqi zamanı hansı əlamətlər meydana çıxır? Uyğunluğu tapın:
1 - Zarin, zoman, V - qazları
2 - Fosgen, difosgen
3 - İprit, lyuzit
4 - Sianid turşusu, xlorsian
5 - Si - Es, adamsit
a - ağızda şirintəhər dadın olması, ağciyərlərin şişməsi, çox vaxt ölümlə nəticələnməsi
b - asqırma, öskürək, burundan seliyin axması, tənəffüsün çətinləşməsi
c - ağızdan tüpürcəyin axması, göz bəbəklərinin daralması, qıcolma, iflic
d - ağızda acı metal təmi, boğazın qıcıqlanması, göz bəbəyinin genişlənməsi
e - dərinin qıcıqlanması, suluqlar, deşilməsi, yaralara çevrilməsi
A) 1 - a, 2 - b, 3 - c, 4 - e, 5 - d
B) 1 - c, 2 - a, 3 - e, 4 - d, 5 - b
C) 1 - d, 2 - e, 3 - a, 4 - b, 5 - c
D) 1 - b, 2 - c, 3 - d, 4 - a, 5 - e
E) 1 - e, 2 - d, 3 - b, 4 - c, 5 - a
14. Işıq şüalanmasının törətdiri yanıqların ağırlığına görə uyğunluğunu tapın:
1 - 2 – 4 kal/sm2
2 - 4 - 10 kal/sm2
3 - 10 - 15 kal/sm2
4 - 15 - 20 kal/sm2
a - bədənin açıq sahələri kömürləşir
b - bədənin dərisi qızarır və bir qədər şişir
c - bədənin dəri örtüyü tamamilə ölgünləşir
d - dəridə suluqlar əmələ gəlir
A) 1 - b; 2 - d; 3 - c; 4 - a
B) 1 - a; 2 - b; 3 - d; 4 - c
C) 1 - c; 2 - a; 3 - b; 4 - d
D) 1 - d; 2 - c; 3 - a; 4 - b
E) 1 - a; 2 - c; 3 - b; 4 - d
Dostları ilə paylaş: |