##book id=682//book name=Kimyanın tədrisi metodikası // ##fk=103//ks=03//fn=682// sumalltest= 500 // ##Fakültənin adı: Kimya və biologiya



Yüklə 2,84 Mb.
səhifə8/35
tarix05.02.2020
ölçüsü2,84 Mb.
#101990
1   ...   4   5   6   7   8   9   10   11   ...   35


##num= 8// level= 1// sumtest=28 // name=Ənənəvi təlim üsulları və idrak fəaliyyətinin növləri. Müasir didaktik priyomlar//



1. Bu üsul şagirdlərdə icraşılıq qabiliyyətinin inkişafına, cözlə əyaniliyin vəhdətinin təmin edilməsinə səbəb olur. Bu ifadə hansı təlim üsuluna aiddir?

A) İzahlı-illüstrativ (reproduktiv)

B) Pertseptiv

C) Qismən axtarış

D) Tədqiqatçılıq

E) Yaradıcılıq

2. Bu üsul həm şagirdləri düşündürür, həm də çətinliklər qarşısında qoyur. Söhbət hansı təlim üsulundan gedir?

A) Deduksiya

B) Evristik

C) Reproduktiv

D) Analogiya

E) Problemli şərh

3. İzahlı - illüstrativ metodun əsas mahiyyəti nədir?

A) Müəllim hazır məlumatları verir. Şagirdlər isə onu qəbul edir və yaddaşlarında saxlayır

B) Şagirdlər özləri öyrənirlər

C) Müəllim qarşıya problem qoyur və özü onu həll edir

D) Müəllim problemli məsələ ilə şagirdə müraciət edir və şagirddən cavab gözləyir və sonra onu qiymətləndirir

E) Müəllim müsahibə yolu ilə şagirdlərə bilik verir

4. Tədqiqatşılıq üsulunun əsas mahiyyəti hansıdır?

A) Müstəqil işlərin köməyi ilə yeni biliklərin verilməsi

B) Yeni biliklərin verilməsi və onların möhkəmləndirilməsi

C) Şagirdlər texniki yaradıcılığa təhrik olunur

D) Şagirdlər axtarış fəaliyyətinin ayrı-ayrı elementlərini həyata keçirirlər

E) Şagirdlərin qarşısına idraki vəzifə qoyulur və onların müstəqil axtarış fəaliyyəti təşkil edilir

5. Produktiv fəaliyyət metodları hansılardır?

A) Problemli şərh

B) Evristik, problemli şərh

C) Reproduktiv, problemli şərh

D) İzahlı - illüstrativ

E) Qismən axtarış, tədqiqatçılıq

6. Müasir didaktik priyomlar hansı görkəmli Azərbaycan pedaqoqu tərəfindən ümumi pedaqoji aspektdə işlənmişdir?

A) Mehdi Mehdizadə

B) Hüseyn Əhmədov

C) Nurəddin Kazımov

D) Bəşir Əhmədov

E) Yusif Talıbov

7. Şagirdlərin qarşısına: “sınaq şüşələrindən hansında KCl və K2SO4 olduğunu təyin edin” sualı qoyulursa bu hansı üsula aid olur?

A) Eksperimental üsul

B) Problemli situasiya

C) Laboratoriya üsulu

D) Praktiki məşğələ

E) Didaktik priyom

8. Müəllimin yeni dərsi izah etməsi, şagirdin mövzunu nə dərəcədə qavramasını aşkara çıxarması və bütün şagirdlərin eyni vaxtda necə mənimsəməsini öyrənməsi dedikdə hansı priyom nəzərdə tutulur

A) Problemli təlim

B) Əks əlaqə

C) Emosional təsir

D) Tədris prosesinin intensivləşdirilməsi

E) Təlim prosesinin fərdiləşdirilməsi

9. M. N. Skatkin və İ. Y. Lernerin biliklərin alınma mənbəyinə əsaslanan təlim üsullarına hansılar aiddir? Düzgün cavabıları seçin

1 – İzahlı - illüstrativ

2 – Dialoji təlim

3 – Müşahidə

4 – Problemli şərh

5 – Proqlamlaşdırılmış təlim

6 – Tədqiqatçılıq

7 – Qismən axtarış

8 – Müsahibə

A) 2, 3, 5, 8

B) 1, 4, 6, 7

C) 3, 5, 6, 7

D) 2, 4, 5, 8

E) 3, 4, 6, 7

10. Kimya dərslərində problem situasiyası hansı hallarda yarana bilər? Düzgün cavabları seçin

1 – Məlum nəzəri müddəaların köməyi ilə müşahidə olunan eksperimental faktları izah etmək zəruriyyəti meydana çıxdıqda

2 – Şagirdlər yeni bilik axtarışına sövq edildikdə

3 – Müəllim hər hansı bir bölməni yekunlaşdırdıqda

4 – Şagirdlər praktiki iş apardıqda

5 – Problemin müzakirəsində iştirak edənə qədər şagirdlərə bütün məsələlər aydın olmadıqda onlar düzgün olmayan mülahizə irəli sürdükdə

6 – Başlanğıc və son məlumatlar məlum olarkən şagirdlərə məsələnin müstəqil həll etmək yolu təklif edildikdə

7 – Müəllim təlim üsullarını və əyani vəsaitləri seçdikdə

8 – Şagirdlərə yeni dərs materialını müstəqil olaraq öyrənmək təklif edildikdə

A) 1, 2, 5, 6

B) 2, 4, 7, 8

C) 3, 4, 7, 8

D) 1, 5, 4, 7

E) 6, 4, 3, 8

11. İnkişafetdirici təlim prinsipi nəyi əsas götürür?

1 - Kimya tədrisinin yüksək, lakin şagirdlərin didaktik materialı mənimsəməsi üçün gücü çatan çətinlik səviyyəsində qurulmasını

2 - Şagirdlərin bilik səviyyəsinin yüksək qiymətləndirilməsiini

3 - Şagirdlərin anlaq səviyyəsi nəzərə alınmaqla kimya kursunun materiallarının yüksək templə öyrədilməsini

5 - Şagirdlərin ideya - siyasi tərbiyəsinin inkişaf etdirilməsini

6 - Şagirdlərin öyrənmə prosesinin mahiyyətini dərk etmələrini

7 - Şagirdlərin bilik səviyyəsinin düzgün qiymətləndirilməsini

A) 1, 4, 5

B) 2, 4, 7

C) 1, 3, 6

D) 3, 4, 5

E) 2, 4, 6

12. M. N. Skatkin və İ. Y. Lernerin təklif etdikləri təlim üsulları hansılardır? Düzgün cavabları seçin

1 – Problemli şərh

2 – İnduktiv

3 – Tədqiqatçılıq

4 - İzahlı - illüstrativ

5 – Monoloji təlim

6 – Pertseptiv

7 – Qismən axtarış

8 – Yaradıcılıq

A) 1, 3, 6, 8

B) 2, 5, 6, 8

C) 1, 3, 4, 7

D) 3, 5, 6, 8

E) 4, 6, 7, 8

13. Kimya dərslərində hansı didaktik priyomlardan istifadə olunur?

1 - Dərsdə müntəzəm təkrarlama aparılması

2 - Dərsdə problem situasiyası yaradılması və ya problemli təlim

3 - Biliklərin möhkəmləndirilməsi

4 - Dərsdə əks əlaqə

5 - Təlimdə test vasitəsilə yoxlamadan istifadə

6 - Dərsdə tərbiyəvi söhbətlərin aparılması

7 - Təlim prosesinin fərdiləşdirilməsi

8 - Təlimdə emosional təsirdən istifadə

9 - Təlimdə məsələ həllinə üstünlük verilməsi

10 - Tədris prosesinin intensivləşdirilməsi

A) 2, 4, 7, 8, 10

B) 1, 3, 5, 6, 9

C) 2, 4, 5, 6, 9

D) 3, 5, 7, 8, 10

E) 1, 2, 4, 6, 8

14. Müasir didaktik priyomlara aid olanları seçin.

1 – Tədris prosesinin intensivləşdirilməsi

2 – Təlimdə laboratoriya məşğələlərindən istifadə

3 – Dərsdə əks - əlaqə

4 - Tədqiqatçılıq

5 – Təlim prosesinin fərdiləşdirilməsi

6 – Problemli təlim

7 – İnkişafetdirici təlim

8 – Müntəzəm olaraq təkraretmə

A) 2, 4, 5

B) 2, 4, 7, 8

C) 1, 4, 8

D) 1, 3, 5, 6

E) 1, 3, 7, 8

15. Kimya dərslərində problemli situasiya nə zaman yaranır? Doğru cavabları seçin.

1 – yeni bilik axtarışında

2 – qazanılmış biliklərin tətbiqində

3 – dərsin yekunlaşdırılmasında

4 – başlanğıc və son məlumatlar məlum olsun və şagirdlərə məsələnin müstəqil həll etmək yolunu tapmaq təklif edilsin

5 – müəyyən bir bəhsin tədrisinin sonunda şagirdlərə yekun nəticə çıxartmaq təklif olunsun

6 – eksperimental faktlar və son nəticə məlum olsun, lakin məsələnin həlli üçün üsul təklif etmək zəruriyyəti meydana çıxsın

7 – maddələrin alınması üsulları məlum olsun və şagirdlərə təcrübələri aparmaq təklif edilsin

8 – problemin müzakirəsində iştirak etmək anına qədər şagirdlərə bütün məsələlər aydın olmasın və onlar yalnış mülahizə irəli sürsünlər

A) 3, 5, 7

B) 2, 3, 5, 7

C) 1, 4, 5, 7

D) 1, 4, 6, 8

E) 2, 6, 8

16. Müəllim hansı priyomlardan istifadə etməklə şagirdlərin təfəkkür fəaliyyətlərini inkişaf etdirə və onları maksimum sayda qiymətləndirə bilər?

1 – Təlim prosesinin fərdiləşdirilməsi

2 – Əks - əlaqə

3 - Təlimdə emosional təsirdən istifadə

4 - Təlimin texniki vasitələrindən istifadə

5 - Problemli təlim

A) 3, 4

B) 1, 3

C) 4, 5

D) 2, 5

E) 1, 2

17. İdrak fəaliyyətinə əsasən verilmiş təlim üsullarını dərslikdə olan ardıcıllıqla düzün

1 – Pertiseptiv

2 – Evristik

3 – Qismən axtarış

4 – Reproduktiv - tədqiqatçılıq

5 – Tədqiqatçılıq

6 – Persteptiv - tədqiqatçılıq

7 – Yaradıcılıq

8 – Reproduktiv - yaradıcılıq

9 – Persteptiv - yaradıcılıq

10 - Reproduktiv

A) 1, 6, 9, 5, 2, 7, 3, 10, 4, 8

B) 7, 3, 10, 4, 8, 1, 6, 9, 2, 5

C) 8, 4, 3, 7, 2, 5, 9, 6, 10, 1

D) 7, 3, 2, 5, 9, 6, 1, 8, 4, 10

E) 10, 4, 5, 2, 7, 3, 6, 9, 5, 1

18. Ənənəvi təlim üsullarının qruplarını onları təklif edən alimlərə görə ardıcıl düzün

1 - S. Q. Şapovalenko

2 – M. İ. Laxmetkin

3 – R. Y. Əliyev

4 – M. N. Skatkin

5 – İ. Y. Lerner

A) 4, 5, 1, 3, 2

B) 1, 3, 5, 2, 4

C) 2, 4, 3, 5, 1

D) 5, 4, 2, 1, 3

E) 3, 2, 1, 5, 4

19. Problemli təlim üsulunda kimyaya aid biliklər hansı ardıcıllığla mənimsənilir?

1 – Ayrı - ayrı kimyəvi maddələrin xassələri

2 – Kimyanın qanunları

3 – Faktlar

4 – Maddələrin istehsalı və tətbiqi

5 – Anlayışlar

6 – Nəzəriyyələr

7 – Hadisələr

A) 3, 7, 5, 6, 2, 1, 4,

B) 5, 7, 6, 3, 2, 4, 1

C) 3, 1, 2, 4, 6, 7, 5

D) 6, 4, 2, 3, 1, 5, 7

E) 7, 4, 5, 1, 6, 3, 2

20. Hər hansı bir cihazın hazırlanması üçün şagirdlərə müəllim hansı ardıcıllığla göstəriş verə bilər?

1 - Cihazın hər bir hissəsində həyata keçirilə biləcək prosesin konkret xarakterini təsvir edin

2 – Cihazda hansı prosesin gedəcəyii təsvir edin

3 – Cihazın hansı tərkib hissələrdən düzəldilə biləcəyini fikirləşin

4 – Cihazın hər bir hissəsini yığarkən hansı şərtləri gözləmək lazımdır, bu zaman nə kimi çətinlik meydana çıxa bilər?

5 – Cihazı yığarkən rast gələ biləcəyiniz çətinliklərin aradan qaldırılması üçün mümkün olan üsulları düşünün

6 - Cihazı quraşdırın

7 – Cihazı yığarkən çətinliklərin aradan qaldırılması üçün düşündüyünüz üsullara müqayisəli şəkildə qiymət verin və yaxşısını seçin

A) 4, 5, 2, 3, 1, 6, 7

B) 1, 4, 3, 5, 7, 6, 2

C) 5, 2, 4, 1, 6, 7, 3

D) 2, 6, 3, 7, 1, 5, 4

E) 2, 3, 1, 4, 5, 7, 6

21. Problemli təlim anlayışının komponentlərinin ardıcıllığını müəyyən edin

1 - Problemin həlli

2 – Problem situasiyası

3 – Problem

A) 3, 1, 2

B) 3, 2, 1

C) 1, 2, 3

D) 2, 3, 1

E) 1, 3, 2

22. Dərsdə problem situasiyası yaradılması priyomundan istifadə etməklə natrium - sulfatın suda məhlulunun elektrolizi prosesini hansı ardıcıllıqla izah etmək olar?

1 – Natrium - sulfatın suda elektrolitik dissosiasiya prosesinin nəzərdən keçirilməsi

2 – Natrium - sulfatın suda məhlulunun elektrolizinə aid eksperimentin aparılması

3 – Oksidləşmə - reduksiya reaksiyaları barədə tədris materialının təkrar edilməsi

4 – Problemin qoyuluşu: nə üçün natrium - sulfatın suda məhlulunun elektrolizi nəticəsində katodda hidrogen, anodda isə oksigen ayrılır?

5 – Problemin həlli

6 – Natrium - sulfadın suda məhlulunun elektrolizi reaksiyası tənliyinin yazılması

7 – Anodda gedən proseslərin izahı

8 – Katodda gedən proseslərin izahı

A) 2, 4, 3, 1, 8, 7, 6, 5

B) 3, 4, 2, 8, 1, 6, 7, 5

C) 5, 6, 7, 8, 1, 3, 4, 2

D) 7, 5, 2, 3, 6, 4, 1, 8

E) 5, 6, 8, 7, 2, 4, 1, 3

23. Didaktik priyomlar və onlara aid olanlar arasında uyğunluğu müəyyən edin.

I – Əks əlaqə

II– Tədris prosesinin intensivləşdirilməsi

III – Təlim prosesinin fərdiləşdirilməsi

1 – təfəkkür fəaliyyətinin inkişaf etdirilməsi

2 – şagirdlə müəllim arasında

3 – müəllimlə valideyn arasında

4 – şagirdlərin bilik səviyyələri qavrama və mənimsəmə qabiliyyətlərinin müxtəlif olması

5 – dərsin bütün müddətində şagirdlərin fəalliyyətinin təmin edilməsi

6 – dərsdə əyani vəsaitlərdən maksimum istifadə edilməsi

7 – müəllimin dərsdə bütün şagirdlərlə işləməsi üçün əvvəlcədən müvafiq suallar hazırlaması

A) I - 2; II - 5, 7; III - 4,

B) I - 6; II - 3, III - 1

C) I - 2, 6; II - 4; III - 3

D) I - 4, 7; II - 1; III - 2

E) I - 1; II - 6; III - 5

24. Didaktik priyomlarla gösərilənlər arasında uyğunluğu müəyyən edin

I – Dərsdə əks - əlaqə

II– Dərsdə problem situasiyasının yaradılması

1 - şagirdlərin elmi bilikləri möhkəm mənimsəmələrinə nail olmaq

2 - şagirdlər yeni bilik axtarışına sövq edilsin

3 - məlum nəzəri müddəaların köməyi ilə müşahidə olunan eksperimental faktları izah etmək zərurəti meydana çıxsın

4 - şagirdlərdə axtarış aparmaq bacarığını və yaradıcılığını inkişaf etdirmək

5 - başlanğıc və son məlumatlar məlum olsun və şagirdlərə məsələnin müstəqil həll etmək yolunu tapmaq təklif edilsin

6 - şagirdlərdə müşahidə aparmaq və sərbəst mühakimə yürütmək qabiliyyətini gücləndirmək

7 - şagirdlər müəllimin köməyi ilə məlum nəzəriyyələr əsasında düzgünlüyü kimya eksperimenti ilə sübut edilən bir sıra mülahizələr, fərsiyyələr irəli sürsün

8 - dərsin effektivliyini artırmaq

A) I– 2, 3, 5, 7; II - 1, 4, 6, 8

B) I - 1, 4, 6, 8; II - 2, 3, 5, 7

C) I - 2, 3, 6, 8; II - 1, 4, 5, 7

D) I - 2, 3, 4, 7; II - 1, 5, 6, 8

E) I - 1, 4, 5, 7; II - 2, 3, 6, 8

25. İdrak fəaliyyəti ilə onlar aid olanlar arasında uyğunluğu müəyyən edin

I – Pertseptiv

II – Produktiv

III – Reproduktiv

1 - hadisələrin xarici əlamətlərini və onlar haqqında bilikləri dərk etmək

2 – qavranılmış biliklərin yenidən mənimsənilməsi və tətbiqi

3 – müəllimin şifahi şərhi

4 – şagirdlərin ev tapşırıqlarını həll etmək yolu ilə müstəqil biliklər qazanmaları

5 – praktiki və idraki vəzifənin müstəqil həll edilməsi

6 – cisim və hadisələr haqqındakı “hazır” biliklərin qavranılması

7 – müəllimin tədqiqatçılıq fəaliyyəti

8 – müəllim tərəfindən müəyyən bir qanunauyğunluğun aşkar edilməsi

A) I - 4; II - 1; III - 5

B) I - 8; II - 7; III - 3

C) I - 1, 6 ; II - 5; III - 2

D) I - 2; II - 3; III - 1

E) I - 7; II - 8; III - 6

26. Təlim üsulları ilə onları təklif edən alimlərin arasındakı uyğunluğu müəyyən edin

I - İdrak fəaliyyətinin səviyyələrinə əsaslanan

II – Biliklərin alınma mənbəinə əsaslanan

III – Tədris prosesinin didaktik məqsədinə əsaslanan

1 – İ. Y. Qoland

2 – M. İ. Laxmetkin

3 – M. A. Danilov

4 – R. Y. Əliyev

5 – V. P. Qarkunov

6 – M. N. Skatkin

7 – N. Y. Kuznetsova

8 – S. Q. Şapovalenko

9 – D. M. Kiryuşkin

10 – V. S. Polosin

11 – K. İ. Şelinski

12 – İ. N. Borisov

13 – Ə. Ö. Əbdürrəhimov

14 – M. M. Levina

15 – İ. Y. Lerner

A) I - 2, 4, 5, 6, 7, 11, 15; II - 1, 8, 12, 13; III - 3, 9, 10, 14,

B) I - 1, 3, 9, 12; II - 7, 10, 11, 13; III - 2, 4, 5, 6, 8, 14, 15

C) I - 1, 8, 12, 13; II - 3, 9, 10, 14; III - 2, 4, 5, 6, 7, 11, 15

D) I - 1, 8, 11, 14; II - 6, 7, 10, 15; III - 2, 3, 4, 5, 9, 12, 13

E) I - 4, 5, 8, 12, 13, 14; II - 3, 9, 10; III - 1, 2, 6, 7, 11, 15

27. İdrak fəaliyyətinin növləri ilə onlara aid olanlar arasında uyğunluğu müəyyən edin

I – Pertseptiv idrak fəaliyyəti

II– Reproduktiv idrak fəaliyyəti

1 - şagirdləri cisim və hadisələr haqqında hazır biliklərin qavramaları

2 - şagirdlərin maddələrin xassələri haqqında qavradıgları hazır biliyin yenidən mənimsəmələri, yaxud onu müxtəlif cür məsələnin həllinə tətbiq etdikləri zamanı göstərdikləri idrak fəaliyyəti

3 - şagirdlərin əvvəllər hadisənin izahı (tədqiqi) və qanunauyğunluğunun aşkar edilməsi ilə əlaqədar mühakimə nəticəsində qavradıqları biliyi yenidən mənimsəyərkən, yaxud həmin biliyi müəyyən tipik məsələnin həllinə tətbiq edərkən göstərdikləri idraki fəaliyyəti

4 - şagirdlərin mümkün olan bu və ya digər məsələni mənimsəyərkən mühakimənin(tədqiqat) gedişi və yaxud hadisənin izahı zamanı müəyyən qnunauyğunluğu aşkar etmələri

5 - şagirdlərin mümkün olan bu və ya diqər məsələni qavrayarkən mühakimə prosesində onlarda müəyyən bir qurğunun yaradılması meylinin əmələ gəlməsi, yaxud şagirdin çətinlik dərəcəsi nisbətən böyük olan məsələnin həllinə nail olmaları

6 - şagirdlərin əvvəllər müxtəlif növ texniki obyektlərin yaradılması və kimya təcrübələrinə aid cihazların quraşdırılması ilə əlaqədar mühakimənin gedişində qavradıqları biliyi yenidən mənimsəyərkən və yaxud həmin biliyi mühakimə prosesində tipik məsələnin həllinə tətbiq edərkən göstərdikləri idrak fəaliyyəti

A) I - 2, 3; II - 4, 5

B) I - 3, 6, 2; II - 1, 4, 5

C) I - 1, 4, 5; II - 2, 3, 6

D) I - 4, 6; II - 2, 5

E) I - 2, 3, 6; II - 1, 5

28. Aşağıda verilən ifadələri hansı təlim üsullarına aid etmək olar? Uyğunluğu müəyyən edin

I – Reproduktiv

II – Tədqiqatçılıq

III – Persteptiv

IV – Persteptiv - tədqiqatçılıq

V – Qismən axtarış

VI – Yaradıcılıq

1 – laboratoriyada sulfat turşusunun alınması reaksiyasının tənliyini yazın

2 – kalium - nitratın parçalanması zamanı alnan bərk qalığın kütləsini müəyyən edin

3 – müəllim kalsium metalının su ilə reaksiyasına aid təcrübəni göstərir , hansı proses getdiyini və nə alındığını söyləyir, lakin həmin biliyin necə alındığını izah etmir

4 – müəllim natrium metalının su ilə qarşılıqlı reaksiyasına aid təcrübəni göstərir və nəticədə hansı maddələrin alındığını və götürülən metalın haraya getdiynin şagirdlərdən soryşyr. Beləlikə, müəllim öyrəniləşək hadisə haqqımdakı biliyi həm izah edir, həm də biliyin alınması prosesinin özünü göstərir və şagirdlər də əlavə tədqiqatçı rolunu oynayır.

5 – müəllim şagirdlər qarşısında “metallik natriumun spirtlə qarşılıqlı təsirindən ayrılmış hidrogenin miqdarını ölçmək üçün cihaz təklif edin” kimi məsələ qoyur və bu işdə şagirdlərə əlavə məsləhətlər verir

6 - şagirdlərə oksigenin laboratoriyada alınması aid Bertole duzunun təklikdə və manqan(IV) - oksidlə qarışığının sınaq şüşəsində qızdırılması təcrübəsini aparmaq təklif edilir

7 – şagirdlərə “ayrılan qaz sinif otağına daxil olmamaq şərti ilə hidrogen - xloridin alınması və toplanması üçün cihaz düzəldin”kimi taprışıq verilir

A) I - 3; II - 4; III - 5; IV - 7; V - 2; VI - 1

B) I - 7; II - 1, III - 6, IV - 3; V - 4; VI - 2

C) I - 2; II - 6; III - 4; IV - 5; V - 7; VI - 3

D) I - 1, II - 2, 6; III - 3, IV - 4; V - 5; VI - 7

E) I - 4; II - 3; III - 7; IV - 2; V - 1; VI - 2, 6

Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin