Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə5/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   2   3   4   5   6   7   8   9   ...   87

17-ci xütbə
İmam Əli əleyhis-salamın camaata hökmranlıq edən, am­ma bu vəzifəyə layiq olmayan kəslər barəsində kəlamlarındandır.

Məxluqat arasında Allahın ən düşmən bildiyi (Haqqın rəhməti heç vaxt halına şamil olmayan) iki şəxsdir: (Əvvəl) Allahın (itaətsizlik etdiyinə asi olduğuna görə) özbaşına buraxdığı şəxs. Belə ki, (bu cür şəxs istədiyi hər bir şeyi etdiyinə görə) doğru yoldan azıb, bid’ət yaradan sözə, camaatı azğınlığa dəvətə ürək bağlayıb (dində olmayan bir şeyin dində yaranmasına səbəb olacaq sözü danışmağı sevir, camaatı azğınlığa pis əməllərə vadar edir). Beləliklə, bu kişi onun vasitəsi ilə fitnəyə düşən şəxs üçün fitnə-fəsad səbəbidir. Ondan əvvəl doğru yolla gedənlərin (kitab sünnəyə əməl edənlərin) yolundan azandır, sağlığında və ölümündən sonra ona tabe olan şəxsləri azdırandır. (Azdırdığına günaha saldığına görə) başqalarının günah yükünü daşıyır və eyni zamanda öz günahlarının da girovundadır. (İkinci) nadanlıqları özündə birləşdirən ( onların vasitəsi ilə) nadan camaatı azdıran şəxsdir. Fitnə-fəsadın qaranlıqlarında (onun üçün nicat yolunun olmamasından) xəbərsizdir. (Camaatın arasını) düzəldərkən kordur. (Onların necə islah olunacaqlarını bilmir) Avamlar onu alim adlandırır, halbuki o, nadandır. Hər səhərini azlığı çoxluğundan daha yaxşı olan şeyi artırmaq istəyi ilə açdı. Ona çatdıqda isə iylənmiş su ilə doydu, boş mətləblərlə doldu.1 Camaat arasında hökm vermək üçün əyləşib özündən qeyrisi üçün anlaşılmaz olanları anladığını güman edir (hər bir mübahisəli məsələnin çətinliyin həllinə hazırdır). Əgər çətin məsələlərdən biri ondan soruşulsa, cavabında öz rəyinə əsaslanaraq boş və mənasız sözlər düzüb-qoşar (sözlərinə uyğun hökm verər) və verdiyi cavabın doğruluğuna əmin olar. Onun (camaatı aldatmaq üçün) şübhəli məsələləri (bir-birinə) qarışdırması hörümçəyin tor hörməsinə bənzəyir.2 Doğru hökm verdiyini və ya xəta etdiyini bilməz. Əgər doğru hökm vermiş olsa belə, xəta etməyindən qorxar. Əgər səhv etmiş olsa ümidvar olar (ki, camaat) düzgün hökm verib (desin). Nadandır və nadanlığı ilə də çoxlu səhv edir. Gözlərinin nuru çatmır (cəhalət nadanlığın zülmətində əlacsız qalıb, hansı yolla gedəcəyini bilmir) və önünü görməyən dəvələrə çox minir (çətin məsələlərdə mat-məəttəl qalır, cavab verəcəyini bilmir). Nadanlığına görə qəti cavab verə bilmir (dedikləri təxəyyül əsasındadır. Heç bir məsələdə elmi qinliyi yoxdur). Hədisləri (məlumatsızlığı, səhihliyini batilliyini başa düşməməsi səbəbindən) küləyin quru və faydasız otları dağıtması kimi göyə sovurur (hədislərdəki məqsədi başa düşmür onlardan harada istifadə yerini bilmir, hədisləri səbəbsiz olaraq hər yerdə danışır). Allaha and olsun, ona verilən suala cavab vermək gücündə deyil (elm bilikdən bəhrələnməyib). (Camaatın din dünya işlərindən) ona həvalə olunana ləyaqəti çatmır. Özünün inkar etdiyi şeyi başqa birisinin bildiyini güman etmir.1 Başqa birinin onun dediyinə zidd biliyinin olduğuna inanmır (özünü hamıdan daha bilikli sandığından, kimsənin onun dedi­yinin əksinə sözü olduğunu güman etmir). Hər hansı bir məsələ ona qaranlıq qaldıqda (məsələnin cavbında ilişib qalanda), onu bilmədiyini başa düşdükdə (bilənlərdən) gizlədər və o bilmir» deməsinlər deyə) aşkarlamağa qoymaz. Onun zülm və sitəmlə verdiyi hökmlərə görə axıdılan nahaq qanlar dilə gələrək fəryad çəkirlər. Miraslar (haqsız yerə öz sahiblərinə çatmadıqlarına görə) onun zülmünün əlindən uca səslə nalə çəkirlər. Cəhalət və nadanlıqla yaşayan, azğınlıqla ölən dəstədən Allaha şikayət (öz dərdlərimi izhar) edirəm. Doğru oxuduqda və onda heç dəyişiklik etmədikdə onlar üçün Allahın kitabından daha kasad və dəyərsiz mal yoxdur. Təhrif və dəyişiklik etdikdə (öz batil qərəzlərinə uyğun vil etdikdə) ondan qiymətli və geniş yayılmış başqa bir mal olmaz. Onlar üçün yaxşı işlərdən pis və pis əməllərdən yaxşı olan iş yoxdur. (Çünki onların qərəzli məqsədləri dində qadağan edilmiş şeylərlə bağlıdır.)
18-ci xütbə
İmam Əli əleyhis-salamın əks fətva verən (hökmü «şəriət» dəlilləri ilə deyil, «qiyas» əsasında, öz rəyləri ilə verən) üləmaları məzəmmət etdiyi kəlamlarındandır.

Üləmaların birindən dinin əhkamı barəsində bir məsələ soruşulduqda, o, öz rəyi əsasında fətva verir, həmin məsələ digər qazıdan soruşulduqda, onun fətvası birinci qazının fətvasının əksinə olur, bu zaman bir-birinə zidd hökmlərilə onları qazı təyin edən rəhbərin ətrafına toplanırlar (onun təsdiq etməyini istəyirlər). Qazılar qazısı onların, Allahı, bir, Peyğəmbəri bir, Kitabı bir olduğu halda hamısının rəyinin düzgün olduğunu söyləyir.1 Allah-təala onlara (eyni bir məsələdə) ziddiyyətli fətva verməyə əmr edibmi ki, onlar da onun göstərişinə itaət ediblər? (Ziddiyyət, heyrət sərgərdanlığın səbəbidir, belə bir işə isə əmr verməyin Allah-təalanın şəninə layiq olmadığı aydındır.) Ya onları ziddiyyətdən çəkindirib, onlar isə itaətsizlik və günah ediblər? (Belə isə qazılar qazısının fikir ziddiyyətlərini düzgün hesab etməsi onların hamısının doğruluğuna hökm verməsi yersizdir.) Yaxud da Allah-təala naqis bir din göndərib, onu tamamlamaq üçün onlardan kömək istəyib? (Bu da düzgün deyildir, çünki Xaliqin məxluqdan kömək istəməsi ağıla ziddir.) Və ya özlərini Allaha şərik bilib (öz rəylərinə əsasən istədikləri kimi) hökm verirlər və O da razıdır? (Bu da batildir. Çünki Allahın heç bir şəriki olmadığı aydındır.) Və ya Allah-təala tam bir din göndərmiş, (qazıların ixtilafının səbəbi budur ki,) Allahın rəsulu (səlləlahi əleyhi alih) isə onun təbliğində və çatdırılmasında bir nöqsan etmişdir? Halbuki (belə deyildir, çünki) Allah-təala (Qurani-Kərimdə Rəsulu vasitəsi ilə camaata Ənam surəsinin 38-ci ayəsində) buyurub: «Biz Qur’anda heç bir şeyi əsirgəməmişik» (deməli olduğumuzu demişik). وَ قاَلَ فِيهِ تِبْيانُ كلِّ شىءٍ yəni, orda hər bir şeyin bəyan olunduğunu buyurub1 və xatırladır ki, Qur’anın bəzi hissələri başqa hissələrini təsdiq edir, onda heç bir ixtilaf yoxdur, beləliklə, (Nisa surəsinin 82-ci ayəsində) buyurub: «Əgər bu Qur’an Allahdan qeyrisi tərəfindən olsaydı (necə ki, kafirlərin münafiqlərin onun Allah tərəfindən deyil, bir insan tərəfindən bəyan edildiyinə etiqadları vardır) onda çoxlu ziddiyyətlər tapardınız».2

Qur’ani-Kərimin zahiri heyrətamiz və gözəl, batini isə dərin və sonsuzdur (belə isə hər kəs onun sirlərini əldə edə bilməz), qəribəlikləri (incəlikləri sirləri) tükənməzdir (onları öyrənmək üçün qədər çalışılsa belə tükənməz), qaranlıqlar (cəhl, nadanlığı şübhələrin qaranlığı) ondan başqa heç nə ilə aradan qaldırılmaz.


19-cu xütbə
İmam Əli əleyhis-salamın Əş’əs ibn Qeysə kəlamlarındandır.

Həzrət Kufə şəhərində minbərdə xütbə oxuyarkən, xütbə əsasında dediyi bəzi sözlərə Əş’əs etiraz etdi3 və dedi: «Bu söz Həzrətin zərərinə tamamlandı və heç bir faydası olmadı». Həzrət ona sərt bir nəzər salaraq buyurdu: «Hansı bir şey səni nəyin bizim zərərimizə, nəyin xeyrimizə olduğundan agah etdi? Allahın lənəti (Onun rəhmətinin uzaqlığı) və lənət edənlərin lənəti, qarğışı sənə olsun, ey, toxucu oğlu toxucu. Ey kafirin oğlu münafiq!1

Allaha and olsun, bir dəfə küfr zamanı, bir dəfə də İslamın zamanında əsir oldun. Bu iki əsirliyin heç birində nə var-dövlətin, nə əsil-nəcabətin və nə də böyüklüyün səni xilas edə bildi.2 Öz qövmünü qılınca (ölümə) yönəldən, onları ölümə tərəf qovan kişi yaxınlarının onu düşmən bilmələrinə, yadların isə ona etimad etməmələrinə layiqdir. (Seyyid Rəzi buyurur):

Deyirəm: O Həzrətin məqsədi budur ki, Əş’əs bir dəfə kafir olarkən əsir olmuşdur, bir dəfə də İslama gəldikdən sonra əsir olmuşdur. Amma Əş’əsi məzəmmət edərkən qılıncı öz qövmünə yönəldən şəxs dedikdə o Həzrət Yəmamədə Əş’əs ilə Xalid ibn Vəlidin hadisəsini nəzərdə tutur. Əş’əs o şəhərdə öz qövmünü aldatdı, hiylə işlətdi və Xalid onların hakimiyyətini ələ keçirdi. Bu hadisədən sonra onu «عُرْفُ النّار», yəni, alovun ucalığının nişanəsi adlandırdılar. Onların arasında məkr və hiylə işlədən bu adla çağırılırdı (yəni, məkr edən öz alovunun nişanəsidir, ona yaxınlaşan oda düşər).


20-ci xütbə
İmam Əli əleyhis-salamın xütbələrindəndir (günahkarları ölümdən sonrakı çətinliklərlə agah edir, sanki buyurur: Ey, İlahi göstərişlərə əməl etməyən kəslər).

Əgər siz ölülərinizin gözləri ilə gördüklərini gözünüz ilə görsəniz, mütləq qəmgin olarsınız və ahu-zar edərsiniz, (Allahın əmr qadağanını) eşidər və itaət edərsiniz, lakin keçmişdəkilərin gördükləri şeylər sizdən gizlindir (Buna görə ahu-zar etmir, qorxmur Allaha, onun Rəsuluna haq olan xəlifəsinə itaət etmir tabe olmursunuz). Tezliklə (keçmişdəkilərin gördüklərini siz görəsiniz deyə) pərdə qaldırılacaq. Həqiqətən görən olsanız, gözlərinizi açıblar, eşidən olsanız qulaqlarınızı açıblar, əgər hidayət qəbul etsəniz (sizə doğru yolu göstəriblər), hidayət olunmusunuz. Həqiqətən deyirəm: ibrətlər sizə (peyğəmbərlər vasitəsi ilə) aşkar edildi, qadağan olunmuşdan siz çəkindirildiniz (belə isə üzrxahlıq yeri qalmayıb) səmavi elçilərdən (mələklərdən) sonra insandan başqa heç kəs Allah tərəfindən haqqı təbliğ etməyəcək.1


Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin