162-ci xütbə İmam Əli əleyhis-salamın (şə’niucaolanAllahınbəzisifətlərininbəyanıbarəsindəki) xütbələrindəndir.
Şükr bəndələri yaradan, yeri döşəyən, bol suyu alçaq yerlərdə axıdan və bitkiləri yüksəkliklərdə bitirən Allaha layiqdir. Onun əvvəl olmasının başlanğıcı və əbədiliyinin sonu yoxdur.2(Bunagörədəbuyurur:) Həmişə olmuş əvvəl və sonu olmayan əbədi Odur. (Əzəmətvəböyüklüyünəgörəibadətəlayiqolduğuüçün) alınlar torpağa qoyularaq Ona səcdə edib və qəlblər Onun tovhid və təkliyi barəsində yekdildir. Şeylərin hər birini yaradan zaman onların hədlərini müəyyənləşdirdi ki, Özü onlara oxşarlıqdan və bənzərlikdən üstün olsun. (Deməli, şeylərinməhdudolmalarıOnunbənzərininolmamasınabirdəlildir.) Düşüncələr Onu hədd, hərəkət, üzv və alətlərlə (zahirivəbatiniqüvvələrlə) fərz edə bilməz. (ÇünkiOnunmümkünvarlığıntələblərindənolanhədd, hərəkət, üzvvəalətiyoxdur.) Onun barəsində «nə vaxt olub?» deyilmir. Həmçinin nə vaxta kimi olacağı müəyyənləşdirilməz.1(Ağılqarşısındaelə) əyandır ki, «nədən zahir oldu?» demək olmaz. (Gözlərdənelə) məxfidir ki, «nədə gizlənib?» deyilməz. (ÇünkiO, bütünsəbəblərinsəbəbidirvəyervəməkandaolmaqdanuzaqdır). Cisim deyil ki, uzaqdan gözə çarparaq sonra yox olsun. Həmçinin pərdənin altında deyil ki, nəsə onu əhatə etsin. Onun şeylərə yaxın olması yapışmaqla və uzaq olması ayrılıqla deyil.2 Bəndələrindən (başverən) gözaltı baxış, sözü təkrar edərək bir neçə dəfə demək və torpaq təpəyə yaxınlaşmaq Ona gizli deyil. Həmçinin O, qaranlıq gecədə və (ya) işıq saçan ayın kölgə saldığı (zülmətiniyoxetdiyi) və arxasınca nurlu günəşin gəldiyi sükutlu gecədə, batan və çıxan zamanda (aybatankimigünçıxandavəgünəşbatankimiayıngörünməsində) və ruzigarın günlərinin gecənin gəlməsi və gündüzün getməsi ilə olan dövründə bir addım atılmasından xəbərsiz deyil.3 O, hər bir son və müddətdən, həmçinin hər bir saydan və sayılandan qabaq olub. (ÇünkiO, hərbirşeyinyaradanıolduğuüçünyaranmışlardanqabaqolmalıdır.) Hədləri təyin edənlərin ölçüləri, tərəf və cəhətlərin sonunu, yerlərin hazırlanmasını və məkanlarda yerləşərək məskunlaşmağı Ona nisbət vermələrindən uca və uzaqdır.4(Bunagörədəbuyurur:) Hədd və son Onun yaratdığı varlığa layiqdir və Ondan başqasına (mümkünvarlıqlara) nisbət verilir. Əşyaları əzəli və əbədi əsas, mənşə və nümunələr əsasında yaratmayıb (çünkiOnunyaratmasınınmənşəyiolmayıb), bəlkə yaratdığını və həddini təyin etdiyini (nümunəvəmənşəyiolmadan, sırfistəməklə) yaradıb. Vücuda gətirdiyinə surət və şəkil verdi və onun surətini gözəl və münasib etdi. Heç bir şey Onun (fərmanı) müqabilində itaətsizlik etməz (hərbirşeyitaətkarvətabedir). İtaət və tabeçilikdən Ona bir xeyir və mənfəət nəsib olmur.1 Onun keçən ölülər barəsindəki elmi qalan dirilər barəsindəki elmi kimidir. Həmçinin Onun uca göylərdə olanlara elmi, alçaq yerlərdəkilərə elmi kimidir.2 Bu da həmin xütbənin (insanınyaradılışınınheyranediciliyivəyaradanınəzəmətvəböyüklüyübarəsindəki) bir hissəsidir Ey bərabər yaradılışla (heçbirnöqsanvəçatışmazlığıolmadan) yaradılan insan! Ey qaranlıq uşaqlıqda və çoxlu pərdələrdə (bətn, uşaqlıqvəciftin, yəni, insanındünyayagələrkənanabətnindənonunlabirlikdəçıxdığıpərdəninqaranlığında) qorunmuş məxluq! Xalis gildən (vətorpaqünsürlərindəntəşkilolunmuşinsanbədənindən) başlanmısan və məlum ölçüyə (en, uzun, naziklikvəqalınlıqaşkarolana) və bölünmüş müddətə (yeddivəyadoqquzay, yaxudondanazvəyaçoxhamiləlikdövrünə) qədər möhkəm yerə (ananınuşaqlığına) qoyulmusan. Ananın qarnında döl olmağına baxmayaraq, tərpənirdin. Sözə cavab vermir, səsi eşitmirdin. Sonra öz yerindən (ananınuşaqlığından) görmədiyin və xeyir yollarını bilmədiyin evə çıxarıldın. Sənə ananın döşlərindən süd əmmək yolunu kim göstərdi? Səni ehtiyacın olan zaman möhtac olduğun və istədiyin şeylə kim tanış etdi? (Məgərbütünbunlaryaradanınvarlığınavəmövcudolmasınabirdəlildeyilki, sənOnunzatınınhəqiqətvəmahiyyətiniaraşdırıbdərketməkistəyirsən? Onunzatınınhəqiqətvəmahiyyətinidərketmək) necə də uzaqdır! (Çünki) şəkil, surət və əndam sahibinin sifətlərində (onlarıtanımaqda) aciz qalan kəs, onu yaradanın sifətlərində daha aciz və Onu, yaratdıqlarının hədd və sifətləri vasitəsi ilə dərk etməkdən daha uzaqdır.1 163-cü xütbə İmam Əli əleyhis-salamın yanına toplaşaraq Osmanın nalayiq əməllərindən şikayət edilərkən buyurduğu kəlamlarındandır. (Osmanınözününvənümayəndələrininfitnə-fəsadvəəyrilikləriMədinəvədigərşəhərlərdəyayıldıqdansonraMədinəninHəzrətPeyğəmbərinsəhabələrindənolmuşvədigərsakinlərininbirdəstəsi, başqaşəhərlərinəhalisinəbeləbirməktubyazdılar: SizkiAllahyolundacihadedərəkdindüşmənləriiləvuruşmaqistəyirsiniz, tezbizimyanımızagəlin. Sizinxəlifənizdiniməhvedibvəaradanaparıb. Beləliklə, xalqınqəlbiOsmandansındıvəonuməqamındanuzaqlaşdırmaqqərarınagəldilər. Misir, BəsrəvəKufəəhalisininböyükbirdəstəsiMədinəyəgəldi.) Onlar (Osmandanİmamagileylənərək) o Həzrətdən onların tərəfindən Osmanla söhbət etməsini və onun onların razılığını təmin etməsini (pisdavranmaqdanəlçəkərəkdindəyaratdığıbid’ətləriyoxetməsini, HəzrətPeyğəmbərinsəhabələrinəbuqədərzülmetməməsinivəşəhərlərinhakimivəzifəsinədüzinsanlarıgöndərməsini) istəməsini xahiş etdilər. Buna görə də İmam əleyhis-salam Osmanın yanına gedib belə buyurdu:
Xalq mənim arxamdadır və məni səninlə özləri arasında elçi və vasitə təyin edib. (Məndənonlarınsözlərinisənəçatdıraraqfəsadıaradanqaldırmağımıistəyiblər.) Allaha and olsun ki, sənə nə deyəcəyimi bilmirəm. (Nədililədanışımki, sənətəsiretsin? Səninbid’ətvəçirkinəməllərindən) sənin özünün xəbərsiz olduğun bir şey bilmirəm. Sənə tanımadığın və bilmədiyin bir iş (yerinəyetirdiklərininharamolması) barəsində bələdçi deyiləm. (Bəlkəözündavranışınınharamvədinəziddolmasınıbilirsən.) Bizim bildiyimizi sən də bilirsən. (Səningördüyünişlərinçirkinliyibizəməlumvəaşkarolduğukimisəninözünədəaşkarvəməlumdur.) Bir şeydə səndən qabağa düşməmiş, səni ötməmişik ki, səni ondan xəbərdar edək. Heç bir hökmdə xəlvətə çəkilməmişik ki, onu sənə çatdıraq.1 Sən bizim gördüklərimizi görmüş və eşitdiklərimizi eşitmisən. Allahın Peyğəmbəri (səlləllahuəleyhivəalih) ilə biz ünsiyyətdə olduğumuz kimi, sən də ünsiyyətdə olmusan. Nə Əbu Quhafənin və nə də Xəttabın oğulları düzlüyə səndən layiq deyildi.2 Halbuki sən qohumluq baxımından Allahın Peyğəmbərinə (səlləllahuəleyhivəalih) onlardan daha yaxınsan.3 Həmçinin sən Peyğəmbərin kürəkəni olmaqla Əbu Bəkr və Ömərin çatmadıqları bir məqama çatmısan.4 Odur ki, öz barəndə Allahdan qorx, Allahdan qorx! Çünki Allaha and olsun ki, sən kor olub sonra görən və nadan olub sonra öyrədilən olmayacaqsan.1 Həqiqətən yollar (Allahınhökmləri) aşkar və dinin nişanələri (Qur’anvəƏhli-Beyt) möhkəm və bərqərardır. Odur ki, (əgərqəflətədüşmüsənsə) bil: Allah yanında bəndələrin ən üstünü (haqqyola) hidayət olunmuş və (başqalarını) hidayət edən, məlum sünnə (qayda) və yolu (HəzrətPeyğəmbərinsünnəsini) bərqərar edən (onunəsasındadavranan) və batil və səhv bid’əti öldürən (aradanqaldıraraqxalqıonunsəhvliyindənxəbərdaredən) ədalətli və düz başçıdır. Həqiqətən sünnələr aydın və aşkardır və onların öz nişanələri var. Həmçinin bid’ətlər aşkardırlar və onların (da) öz nişanələri vardır. Allah yanında bəndələrin ən pisi isə özü azğın olan və başqaları onun vasitəsi ilə azğınlığa düşən, (AllahınPeyğəmbərindən) götürülmüş sünnəni öldürən və məhv olmuş bid’əti dirildən (haqdanəlgötürübbatiliyaymaqistiqamətindəçalışan) zalım başçıdır. Mən Allahın Peyğəmbərinin (səlləllahuəleyhivəalih) belə buyurduğunu eşitmişəm ki: «Qiyamət günü zalım başçını gətirəcəklər və onun nə kömək edəni olacaq (ki, onucəhənnəmodundanxilasetsin), nə də üzrxahı (ki, əzabıondandəfetsin). Beləliklə, o, cəhənnəm oduna atılacaq və dəyirman fırlanan kimi onda fırlanacaq. Sonra cəhənnəmin quyusunda və dibində həbs olunaraq saxlanılacaq». Səni Allaha and verirəm ki, bu ümmətin öldürülən başçısı olmayasan. Çünki bundan əvvəl deyilirdi (HəzrətPeyğəmbərbuyurub) ki: Bu ümmətdə bir başçı qətlə yetiriləcək və (onunöldürülməsinəticəsində) qiyamətə kimi qan axıdılması və döyüş (qapısı) açılacaq, işlər onlara şübhəli və qaranlıq görünəcək, aralarında fitnə-fəsadı yayacaq və onlar haqqı batildən seçə bilməyəcəklər. Həmin fitnə-fəsadlarda çoxlu çaxnaşma törədər, haqdan əl götürərlər. Həmçinin çox iztirablı və nigaran olarlar. Buna görə də (səksənildənartıqolan), uzun illərdən və ömürü başa vurduqdan sonra (katibvəməmurun) Mərvan (ibnHəkəm) üçün düşmənin qarət edərək sürətlə sürdüyü dəvə kimi olma ki, səni istədiyi yerə sürsün.
Osman o Həzrətə dedi: Xalqla danış mənə möhlət versinlər ki, onlara edilmiş zülmləri aradan qaldırım. İmam əleyhis-salam buyurdu:
Mədinədə olana möhlət lazım deyil. Onda olmayanın möhləti isə sənin əmrin ona çatana kimidir.1