Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə75/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   71   72   73   74   75   76   77   78   ...   87
هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ» «Sənə Quran nazil edən Odur. Onun bir hissəsi aydın nişanələr möhkəm, yəni, aydın aşkar mənaya malik ayələrdir, digər qismi isə mütəşabih ayələrdir. Yəni, zahirinə əsasən mənası aydın olmayan ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Onların həqiqi izahını Allahdan elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Halbuki elmdə qüvvətli olanlar onların izahını bilsələr : «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir»,-deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. Onun kəlamında ziddiyyət təzad tapılmaz».

1 Çünki Ondan əvvəl xaliq olmamışdı ki, surət yaratsın, ölçü əldə etsin O da həmin surətə, əndazəyə əsasən məxluq yaratsın.

1 Sənin tək olan Allah olduğuna inanmır: Qurani-Kərimin Fussilət surəsinin 9-cu ayəsində buyurulur: «قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَندَادًا ذَلِكَ رَبُّ الْعَالَمِينَ» «De ki, siz yeri iki gündə yaradan Allahı inkar edir, Ona şəriklər qoşursunuz? O ki aləmlərin Rəbbidir!

1 Qurani-Kərimin Bəqərə surəsinin 117-ci ayəsində buyurulduğu kimi: «بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ» Göyləri yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız «Oldeyər. O da dərhal olar.

1 Atmosferdə asılan kürələri onlarda yaratmış olduğu cazibə itələmə qüvvəsi ilə bir-birilə əlaqələndirdi.

1Qurani-Kərimin Fussilət surəsinin 11 12-ci ayələrində buyurulduğu kimi: «ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَى فِي كُلِّ سَمَاء أَمْرَهَا وَزَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ» O, yer üzündə böyük dağlar yaratdıqdan sonra hikmət məsləhətinə əsasən göyü yaratmaq qərarına gəldi. Bu zaman göy tüstü buxar halında idi. O, göyə yerə belə buyurdu: «istər-istəməz gəlin hazır olun» «göy yer» «itaət edərək boyun əyərək gəldik»-deyə cavab verdi. Allah səmaları yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini, təbii hərəkətini özünə vəhy edib bildirdi. Biz dünya səmasını çıraqlarla, ulduzlarla bəzədik hifz etdik. Bu, yenilməz qüdrət sahibi olan hər bir şeyin hikmətini bilən Allahın təqdiridir» Burada bilmək lazımdır ki, Böyük Allahın göylərə yerə əmri, onların cavabı, razılıqları meylsizlikləri varlıqları yaratmaqda Onun heç bir zəhmətə, məşəqqətə düşmədiyini, yalnız Onun iradə istəyi ilə yarandıqlarını güc qüdrətini göstərmək üçündür. Necə ki, Yasin surəsinin 82-ci ayəsində buyurulub: إِنَّما أمْرُهُ إِذا أرادَ شَيْئًا أنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ «Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq «Ol!»-deməkdir. O da dərhal olar».

2 Rəhmətin nazil olması yağış üçün.

3 Qurani-Kərimin Ənbiya surəsnin 30-cu ayəsində buyurulur: «أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ» «Məgər kafir olanlar, Allaha peyğəmbərə iman gətirməyənlər göylə yer yağışın yağmağı, bitkilərin bitməyi üçün bağlı ikən Bizim onları açdığımızı, hər bir canlının həyat varlığını sudan yaratdığımızı görməyiblərmi, bilmirlərmi? Bu tovhid nişanələrini gördükdən sonra yenə iman gətirməzlərHədisdə buyurulur ki, bir nəfər bu surənin təfsiri barədə Həzrət İmam Məhəmməd Baqir əleyhis-salamdan soruşduqda İmam buyurdu: «Sən bəlkə səmanın yerə bitişik olduğunu sonradan ayrıldığını güman edirsənHəmin şəxs dedi: «Bəli». Həzrət buyurdu: «Bu səhv əqidənə görə Allahdan bağışlanmağını dilə. Çünki Allah-təalanın «səma yer bağlı idi» buyurmasının mənası budur ki, göylər yağdırmır yerlər isə bitirmirdi. Allah-təala məxluqatı yaradıb, canlıları yer üzündə yaydıqdan sonra göyləri yağış yerləri bitirmələri üçün açdı. Sual soruşan şəxs dedi: «Şəhadət verirəm ki, sən Peyğəmbər övladlarındansan onların bildiklərini bilirsən

4 Qurani-Kərimin Həcc surəsinin 65-ci ayəsində buyurulduğu kimi:وَيُمْسِكُ السَّماءَ أنْ تَقَعَ عَلَى الْأرْضِ إِلاّ بِإذْنِهِ «Məgər Allahın izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi, bilmirsənmiYəni, istəsə, yerə düşər.

1 Necə ki, Qurani-Kərimin Rum surəsinin 25-ci ayəsində buyurulur: وَ مِنْ اياتِهِ أنْ تَقُومَ السَّماءُ وَ الْأرْضُ بِأمْرِهِ «Onun əmri iradəsi ilə səmanın sütunsuz, yerin isə suyun üzərində sabit durması da Onun qüdrət əlamətlərindəndir.

2 Qurani-Kərimin Yasin surəsinin 38 39-cu ayələrində buyurulur: «وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ » «Günəş özü üçün müəyyən olunmuş yerdə hərəkət edər. Onun hərəkətini, yenilməz qüvvə sahibi olan bilən Allah müəyyənləşdirmişdir. Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o, həmin mənzilləri başa vurduqdan sonra dönüb xurma ağacının quru əyri budağı kimi hilal şəklində olar. Günəşi ayı gecə-gündüzün əlaməti etdi.

3 Qurani-Kərim İsra surəsinin 12-ci ayəsində buyurur: «وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً» Biz gecə gündüzü qüdrətimizə dəlalət edən iki əlamət təyin etdik. Gecə əlamətini (onun nurunu) məhv etdik, gündüz əlamətini isə işıqlı etdik ki, məişətinizin yaxşılaşmasını Rəbbinizdən diləyəsiniz, illərin sayını işlərin hesabını biləsiniz. Biz ehtiyacınız olan din dünya işlərində hər şeyi səhvsiz şəkildə bəyan etdik.

4 Şeytanlar səmadakı vəziyyətlə, mələklərin əhvalı ilə tanış olmaq, sirlərini əldə etmək üçün göyə qalxardılar. Bu cümlə əvvəl buyurduğu «Parlaq ulduzlardan göylərə gözətçi qoydu» cümləsini izah edir. Bu, həmin cümlənin təkrarı deyil, burada Qurani-Kərimin Hicr surəsinin 16-18-ci ayələrində buyurulan mətləbə işarə olunur: « وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاء بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ إِلاَّ مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ» «Biz səmada bürclər ulduzların hərəkəti üçün mənzillər yaratdıq, onu günəşin, ayın ulduzların nuru ilə bəzədik ki, ona baxanlar ibrətlə yaradanın güc qüdrət nişanələrinə nəzər salsınlar, Onun tək şəriksiz olduğunu dərk etsinlər. Onu Allah dərgahında qovulmuş, bütün şeytanların yuxarı qalxmasından qorudu. Lakin şeytanlardan hər hansı biri səmavi xəbərləri eşitmək üçün xəlvəti yolla yuxarı qalxsa, bir parlaq, axan ulduz onu təqib edər onu yandırar.

1 Bu cümlə Qurani-Kərimin Əraf surəsinin 54- ayəsində buyurulana işarədir: «إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ تَبَارَكَ اللّهُ رَبُّ الْعَالَمِينَ» «Həqiqətən Rəbbiniz göyləri yeri altı gündə xəlq edən, sonra ərşi yaratmaq qərarına gələn, qüdrətinin nişanəsi olan gündüzün işıqını öz zülməti ilə bürüyən onu sürətlə təqib edən gecəni, günəşi, ayı ulduzları əmrinə tabe edən Allahdır. Bilin ki, məxluqatı yaratmaq da, «maddə müddətsiz» bir şeyin yaranmasına iradə əmr etmək Ona məxsusdurAləmlərin Rəbbi olan Allah qədər uca, qədər böyükdür! Burada ulduzların uğurlu uğursuz olmaması, yəni, dünyada pis yaxşı işlərin baş verməsi dedikdə onların bir-bir ilə olan bağlılığı nəzərdə tutulur. Məsələn, ərzaqın, məhsulun bolluğuna səbəb olan yağışın lazım olan vaxt yağması kimi, bəzən yaxşılığa, bəzən xeyrə yağmaması nəticəsində əhaliyə qəhətlik kimi çətinliklərin üz verməsi nəzərdə tutulur. Lakin bilmək lazımdır ki, onların nəhsliyi ya uğurluluğunun işlərə təsiri yoxdur. Quraqlıq illərində bol ərzağın olması əksinə, yağışın vaxtında yağdığı illərdə məişətdə sıxıntıların olması çox baş vermişdir. Deməli, yalnız Allahın iradə istəyinin işlərə təsir etdiyinə etiqad olunmalıdır. İmam əleyhis-salam da xəvariclə döyüşə gedərkən bu mətləbi Əşəs ibn Qeysin qardaşı Əfifə demişdir bu barədə yetmiş səkkizinci xütbənin şərhində verilmişdir. Ayələri, hədisləri bu günkü elmləri təhqiq etdikdən, böyük elm fəzilət sahibləri, ustadlarla bəhsdən sonra dediyim xatırlatmağı lazım bildiyim məqam budur ki, yeddiqat səmaların, göydən asılmış kürələrin, asteroid parlaq ulduzlar, şeytanların dinləməsi, ulduzların batıb doğması digər bu kimi məsələlərin həqiqətini bilmək üçün ilahi tərəfindən hər bir elm öyrədilmiş peyğəmbərlər vəsiləri əleyhimus-salamların buyurduqlarının doğruluğunu, düzlüyünü təsdiq etiqad etmək, dediklərinin zahiri mənasına inanmaq lazımdır. Çünki naqis əqillərlə varlıqların həqiqətini dərk etmək istəsək ya müxtəlif fikirləri cürbəcür sözləri bir-birinə uyğunlaşdırsaq, bir yerə çıxmaq gücündə olmayacağıq. Azğınlıq vadisində heyran, sərgərdan qalacaq, heç bir nəticə əldə etməyəcəyik. (
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin