Bu kitab kimin üçün nəzərdə tutulub


Fəsil 14. Müsahibə zamanı tez-tez verilən suallar



Yüklə 1,1 Mb.
səhifə12/16
tarix07.07.2018
ölçüsü1,1 Mb.
#55925
1   ...   8   9   10   11   12   13   14   15   16

Fəsil 14. Müsahibə zamanı tez-tez verilən suallar
Hazırlıq – uğurlu iş axtarışının açarıdır. Xüsusi ilə müsahibə ilə münasibətdə daha ədalətli bir şey ola bilməz.

Əgər müsahibə imtahandırsa, o zaman bu elə bir imtahandır ki, sizi bir gün əvvəl kifayət qədər imtahan sualları ilə təmin ediblər. İşin mahiyyəti budur ki, müsahibə götürənlər çox da ixtiraçı deyillər. Onların bir çoxu stereotip sullar verirlər. Bununla belə verdikləri sualların qoyuluşu fərqlənə bilər. Lakin mövzu və cavabların məzmunu standart olaraq qalacaqdır.





Müsahibənin keçirilməsi üsulu
Baxmayaraq ki, bir çox insan resursları mütəxəssislərimüəyyən səviyyədə müsahibə keçmə texnikasına malikdirlər eyni şeyi orta səviyyəli menecerlər haqqında demək olmaz. Hətta onların bəziləri dinləməkdənsə daha çox danışırlar. Buna görə də müsahibə keçən namizəd olaraq elə etməlisiniz ki, cavablarınız öz hədəfinə çatsın. Bununla belə mütəxəssislər müsahibə zamanı bəzi fəndlərdən istifadə edirlər:


  • Qapalı suallardan qaçırlar (o suallar ki, “bəli/xeyr” cavabını vermək olur);

  • Köməkçi suallardan qaçırlar (o suallar ki, arzu edilən cavabı almaq niyyəti güdsün);

  • Səriştənin dəyərləndirilməsi və ya davranışların müəyyən edilməsi sualları verirlər.

Müsahibə götürənlər “Siz nə edərdiniz ki, əgər......?” kimi nəzəri və fərziyyələrə əsaslanan suallardan fayda götürməyə çalışırlar. Hərçənd bu cür suallar müsahibə götürənə hər hansı bir informasiya verməsə də siz ona öz düşünmə bacarıqlarınız haqqında təsəvvür oyada bilərsiniz. Siz tanış olmayan ssenari ilə rastlaşdığınız zaman məntiqi və kreativ cavab vermək iqtidarındasınızmı? Nəzəri və fərziyyəyə əsaslanan suallar yaradıcı və analitik işə namizəd olanlar üçün verilə bilər. Əgər siz bu kateqoriyadan olan əməkdaşlara aidsinizsə fürsətdən istifadə etməyə və cavab verməyə hazır olun.


Səriştəyə əsaslanan müsahibə
Səriştəyə əsaslanan müsahibə (competency based interviewing - CBI) daha çox davranış nümunələrinin əldə edilməsi (behavioural event interviewing - BEI) kimi tanınır və fikirləri daha çox keçmişin – gələcəyin proqnozlaşdırılması üçün vasitə olduğu üzərində cəmləşdirir.

Bu texnika müsahibə götürənə namizədin həqiqətdə özünü necə göstərməsi haqqında təsəvvür oyadır. Bu bir mənada təcrübə, bacarıq və davranışların sübutu və gələcəkdə işlərin icra edilməsi, inkişaf potensialı və şirkət mədəniyyətinə uyğunluğuna zəmin yaradır.

CBI texnikasından istifadə edən təcrübəli müsahibə götürəndə təəssürat oyatmaq üçün beyninizdəki çoxlu mürəkkəb məsələləri, problemləri, müvəffəqiyyətləri və inkişaf edən təcrübənizi çox qısa şəkildə izah edə bilməlisiniz. Lakin müsahibə götürənin CBI üsulundan istifadə edib-etmədiyindən asılı olmayaraq verəcəyiniz cavablar sizin cari vəzifəyə uyğunluğunuzu qeyd etməlidir.
Cavabların hazırlanması
Sizə verilməsi ehtimal olunan suallara uyğun cavabların hazırlanması üçün kifayət qədər vaxt ayırın. Bunu bir neçə mərhələdə etməklə ilkin olaraq əsas anlarını yazaraq qeyd etməyiniz vacibdir. Daha sonra bu qeydləri şifahi olaraq təcrübədən keçirə bilər və nəhayət dostunuza, partnyorunuza, ərinizə, xanımınıza danışa bilərsiniz.Onlardan xahiş edin ki, sizin üçün müsahibə oyununu təşkil etsinlər və sınaqdan keçirsinlər. Bu sizin boş-boşuna və çox danışmadığınızı göstərəcəkdir. Aşağıdakı prinsipləri yadda saxlayın:


  • İmkan daxilində fəaliyyətlərinizdəki real nümunələrdən istifadə etməyə çalışın

Sizə “Mən əməkdaşların idarə edilməsinin öhdəsindən yaxşı gəlirəm” kimi bəyanat verməyə ehtiyac yoxdur. Sizə elə nümunələr vermək lazımdır ki, bu sizin əməkdaşları necə idarə etməyinizi göstərmiş olsun. Böyük ehtimalla müsahibə götürən sizə inanacaq və keyfiyyətinizi yadda saxlamış olacaqdır.




  • Özünüzü reklam məqsədi attestasiyalardan və yoxlamalardan uzaq durun

Bəzi millətlərdə digərlərindən fərqli olaraq özünü tərifləmək alqışlanır. Lakin məsələn Böyük Britaniyada bu halda sizi özündən razı hesab edərlər. Bu üsulun yumuşaldılması və informasiyanı çatdırmaq məqsədi ilə istifadə edilən fəndlərdən biri hər hansı situasiyaya istinad edilməsidir. Bu sizin əvvələr rəsmi attestasiyadan və peşəkar dəyərləndirmələrdən keçməyiniz ola bilər ki, orada vaxtı ilə sizi tərifləmiş olsunlar.




  • Soft-menecment bacarıqlarınızı nümayiş etdirməyə çalışın

Açıq təşkilati strukturlara malik olan ofis dünyasında ünsiyyət bacarıqları, komanda ruhu və digər şəxsiyyətlərarası ünsiyyət bacarıqları daha vacib amillərdən hesab edilir. İmkan daxilində uğurunuzun əsas sübutlarını (məsələn, illik gəlirin artırılması, maya dəyərinin aşağı salınması) şəxsiyyətlərarası ünsiyyət məsələləri ilə (məsələn, əməkdaşların ruh yüksəkliyinin təmin edilməsi) əlaqələndirməyə çalışın.




  • Etdiyiniz innovasiyaları nümunələrlə göstərməyə çalışın

İşəgötürənlər innovasiya fəaliyyətini alqışlayırlar. Lakin bu ideyaların necə həyata keçirilməsini izah edə biləcəyinizdən əmin olmağa çalışın.




  • Dəqiq olun

O sualların üzərində məşq edin ki, cavabları iki-üç dəqiqəlik olsun. Müsahibəyə hakim olmağa çalışmayın və ya müsahibə götürəni darıxmağa qoymayın.


Ehtimal olunan sualların proqnozu
Sizə konkret olaraq vəziyyətinizlə əlaqədar suallar verilə bilər. Məslən, “”Niyə görə dərəcə almaq üçün kursları yarımçıq buraxmısınız?”.

Belə sualların üzərində düşünmək və cavablarını hazırlamaq lazımdır. Öz tərcümeyi-halınıza müsahibə götürənin gözü ilə nəzərdən keçirin və təsəvvür edin ki, siz onun yerində olsaydınız nə soruşardınız. Əgər siz qəribə və ya qeyri-adi şeylər etmisinizsə, sizin karyeranızda hər hansı bir dəyişikliklər olubsa o zaman bunların məntiqi izahını verməyə hazırlaşın.



Bununla belə bir çox insanlar kifayət qədər standart suallar gözləyə bilər. Bu tədqiqatı apararkən işəgötürmə üzrə mütəxəssislərdən namizədlərin cavablarına görə xarakterini göstərən sualların nümunələrini göstərmələrini xahiş etdik. Beləcə ümumi mövzular müəyyən edilmiş oldu ki, bunlar da aşağıdakı kimidir:
Məsələlər və nailiyyətlər


  • Ən çətin təcrübəniz nə olmuşdur?

  • Ən çox hansı məsələdə çətinlik çəkmisiniz?

  • Ən böyük peşəkar nailiyyətiniz nə olmuşdur?

  • Əvvəlki iş yerinizdə hər hansı səmərələşdirici işə nail olmusunuzmu?


Müraciət etdiyniz iş (müraciət etdiyiniz şirkət)


  • Bu vəzifəyə niyə görə müraciət edirisiniz?

  • Niyə görə hesab edirsiniz ki, bu vəzifəyə uyğunsunuz?

  • Bu vəzifədə hansı bilik və təcrübənizdən istifadə edə bilərsiniz?

  • Bu vəzifədən nə gözləyirsiniz?

  • Şirkət/təşkilat haqqında nə bilirsiniz?

  • Bu sahəyə təsir edən amillər olaraq nəyi görürsünüz?


Hal-hazırki vəzifəniz


  • Niyə görə indiki vəzifənizdən ayrılmaq istəyirsiniz?

  • İndiki vəzifənizdə xoşunuza gələn nədir?

  • İndiki vəzifənizdə xoşunuza gəlməyən nədir?

  • İndiki vəzifənizi necə təsvir edərdiniz?


Sizin peşəniz


  • Niyə görə bu peşəni seçmisiniz (hüquqşünaslıq, mühasibatlıq, marketinq və s.)?

  • Bu məsələ haqqında nə deyə bilərsiniz (peşəkar sahədə konkret məsələlərin müzakirəsi)?


Şəxsi keyfiyyətlərinizin güclü və zəif tərəfləri


  • Sizin güclü tərəfləriniz nələrdir?

  • Niyə görə bu şirkət sizi işə götürməlidir?

  • Sizin zəif tərəfləriniz nələrdir?

  • Sizin ən böyük səhviniz nə olmuşdur?


Menecer keyfiyyətləri


  • Sizin liderlik keyfiyyətlərinizi nümayiş etdirən bir misal çəkin.

  • Məsuliyyət dedikdə nə başa düşürsünüz?

  • .................. problemlə rastlaşdıqda onun öhdəsindən necə gələrdiniz?

  • İdarəetmə ilə əlaqədar çətin vəziyyətlərin öhdəsindən necə gəlirdiniz?

  • “Çətin” insanlarla necə ünsiyyət qurursunuz?

  • “Çətin” müştərilərlə necə ünsiyyət qurursunuz?

  • Dəyişikliklərə necə baxırsınız?

  • Sizə təkan verən nədir?

  • Əməyə olan münasibətinizi necə təsvir edərdiniz?

  • İşdəki həmkarlarınız sizi necə təsvir edərdilər?

  • Sizi yaxşı komanda üzvü edən nədir?

  • Müdiriniz sizi necə təsvir edərdiniz?

  • Öz “ideal” müdirinizi təsvir edin?

  • Öz haqqınızda danışın.

  • Özünüzdə və bacarıqlarınızda nəyi daha çox dəyişdirmək istərdiniz?

  • Sizi güldürən nədir?

  • İş xaricində sizin hansı şəxsi maraqlarınız vardır?


Səyləriniz


  • Peşəkar əhatənizi və öz “ideal” işinizi təsvir edin.

  • İşinizdə ən vacib olan nədir?

  • 5-10 ildən sonra harada olacaqsınız?

  • Gələcək planlarınız nədir?

  • Beş il bundan əvvəl məqsədləriniz nə olmuşdur və onlara nail olmusunuzmu?

  • Ən böyük məyusluğunuz nə olmuşdur?

  • Bu günə olan karyeranız haqqında danışın.


Təklif olunan cavablar
Biz bu sualların hamısına cavab verməyə çalışmadıq. Çünki onların bir çoxu bir-birinin təkrarıdır. Lakin onları təfərrüatı ilə təhlil etmək məqsədi ilə bəzilərinin üzərində durmaq qərarına gəldik. Biz müsahibə götürənin nəyə nail olmağa çalışdığını və sizin cavablarınızı necə qurmağını nəzərdən keçirməyə çalışacağıq.

Siz yuxarıda qeyd olunan sualları nəzərdən keçirməklə öz cavablarınızı tərtib etməyə çalışmalısınız.

Müsahibə götürənin məqsədlərini və onun tələblərinə necə cavab verəcəyinizi, eyni zamanda özünüzü yaxşı tərəfdən göstərməyi unutmayın.

Ən çətin təcrübəniz nə olmuşdur?
Müsahibə götürənin məqsədi
Sizin ən çətin təcrübəniz, probleminiz və ya çətin məsələniz soruşulduqda əsas məqsəd bu problem və məsələlərin öhdəsindən necə gəlməyinizi müəyyən etməkdir. Siz qərar qəbul edən yoxsa panikaya düşən şəxssiniz? Acı təcrübənizdən dərs alırsınızmı?

Necə cavab verməli
Bütövlükdə sizə işinizlə əlaqədar təcrübənizi qeyd etmək lazımdır. (Əgər şübhə edirsinizsə o zaman müsahibə götürəndən sadəcə sizin həyat təcrübəniz maraqlandırıb-maraqlandırmadığını soruşun.) Sizə həmçinin müsbət nəticələnən və nə isə öyərndiyiniz təcrübə nümunələrini seçmək lazımdır.

Siz cavabınızı elə qura bilərsiniz ki, əvvəlcə nə öyrəndiyinizi və belə bir nəticəyə niyə gəldiyinizi ətraflı olaraq izah edə biləsiniz.



Cavab nümunəsi
Ən çətin peşəkar təcrübə ilə mən yəqin ki, ilk işim olan satışda tanış olmuşam. Bu həqiqətən də acı təcrübə olsa da müsbət nəticə vermişdir. Çünki mən təqdimat aparmaq bacarıqlarımı inkişaf etdirmək zəruriliyini dərk etdim.

Bu sınaq 10 il əvvəl Hypergrowth şirkətində satış üzrə kiçik menecer vəzifəsində işləyərkən olmuşdur. Bizə iri bir Britaniya şirkətini mal təchizatı ilə əlaqədar çox sərfəli müqavilə təklif olundu və mənə təqdimat üçün materialları və dəvətnamələri hazırlamaq həvalə olundu. Mənim müdirim güclü xarakterə malik və satış etməyi bacaran bir insan olduğu üçün təqdimatı özü etməyə hazırlaşırdı. O qeydlər etməyi sevmirdi. Lakin istəyirdi ki, ona bir neçə köməkçi slaydların hazırlanmasında köməklik edim. Müştəri ilə görüş cümə axşamı səhərə təyin olunmuşdu. Lakin çərşənbə günü o qəflətən xəstələndi və təqdimatı onun yerinə etməyimi tapşırdı. Mən dəhşət içərisində idim. Mən bu sahədə heç bir təcrübəm olmadan çərşənbə günü axşamı məşq etdim.

Nəhayət cümə axşamı gəldi və mən təqdimat etməyə öz köməkçimlə yollandım. Mən dəhşət dərəcədə həyəcan keçirirdim və ilk beş dəqiqədə bir neçə şəkili çaş-baş saldım. Bu isə mənim danışdıqlarım haqqında məlumatsız olmağım təəssüratını yaratdı. Həqiqətdə isə mən hər şeyi bilirdim. Sadəcə olaraq mən həyəcanımın və təcrübəsizliyimin qurbanı oldum. Təqdimatın sonunda özümə gəlsəmdə biz müqaviləni imzalamadıq.

Bu hadisədən sonra mən təqdimatın hazırlanması və keçirilməsi kurslarına yazıldım və müdirimin bundan sonrakı təqdimatlarında aktiv iştirak etməyim üçün təkid etdim. Bir neçə təcrübədən sonra bu işin mənim xoşuma gəldiyini gördüm. Altı aydan sonra isə mən bir şirkətlə müstəqil olaraq müqavilə imzaladım. Zənn etmirəm ki, bu şoku ilk dəfə yaşamasaydım bu iş baş verərdi.


İşinizdə ən böyük nailiyyətiniz nə olmuşdur?
Müsahibə götürənin məqsədi
Bu tip sual sizə özünüzü “satmaq” şansı verir. Müsahibə götürən bilmək istəyir ki, siz nəyəsə nail olan və özündən əmin olan insansınız.
Necə cavab verməli
Vakansiyaya hər hansı bir şəkildə aid olan, hətta ümumi olan nailiyyətlərdən danışın. Bunu niyə görə ən böyük nailiyyət hesab etdiyinizi də açıq şəkildə izah etməlisiniz. İmkan daxilində etdiyinizin obyektiv xarakteristikasına da istinad edin. Məsələn, bir müştərinin sizin haqqınızda müsbət şərhi və ya illik attestasiyanızın yüksək qiymətləndirməsi buna misal ola bilər. Heç bir əsas olmadan özünüzü vəsf edən insan təsəvvürü də oyatmayın.
Cavab nümunəsi
Bu günkü gündə mənim ən böyük nailiyyətim indi şirkətimin Fransa bazarına çıxması olmuşdur. Şirkət bir neçə il ərzində buna cəhd etsə də uğursuz olmuşdur. İki il bundan əvvəl bu vəzifəni tutanda bu məsələ mənim üçün əsas prioritet olmuşdur. Mən başa düşdüm ki, problemin bir hissəsi düşünülməyən ticarət təmsiçilərinin təyini olmuşdur ki, onlar da fransız istehlakçıları ilə uzunmüddətli əlaqələrin qurulmasının öhdəsindən gəlməmişlər. Həmçinin müştəri olaraq müəyyən edilmiş fransız şirkətləri də uğursuz seçimin nəticəsi olmuşdur. Bizim tətbiq etdiyimiz vəsaitlərin məqsədyönlülüyü də kifayət etmirdi. Nəhayət mən hesab etmirdim ki, bizim məhsullar fransız bazarının tələblərini əks etdirir.

Mən fransız bazarı məsələsini həll etmək üçün işçi qrupu yaratdım ki, ideyaları müzakirə edək və bu bazarı necə fəth etmək təkliflərini nəzərdən keçirək. Daha sonra biz bütün bunları təcrübədə tətbiq etdik. Bu iki il bundan əvvəl olmuş və biz bunun müsbət nəticəsini o dəqiqə gördük. Birinci il biz Fransa ilə olan mal dövriyyəsini 100%-ə , daha sonra isə 300%-ə çatdırdıq. Bizim Avropa üzrə satış direktorumuz bu yaxınlarda məndən direktorlar şurası üçün buna necə nail olduğumuza dair hesabat hazırlmağımı xahiş etdi ki, biz bunu Almaniya və İspaniya bazarlarında da tətbiq edək. Mənim sonuncu attestasiyam zamanı bu hesabat şərh edildi və təşkilatın Fransadakı uğuruna görə məni təriflədilər. Orada həmçinin mənim kollektivdə ab-havanın yaxşılaşdırılmasındakı iştirakım da xüsusi olaraq qeyd edilmişdir.


Niyə görə hesab edirsiniz ki, bu vəzifəyə uyğunsunuz?
Müsahibə götürənin məqsədi
Bu sizin vəzifə haqqındakı düşüncələriniz və sizin bu işi keyfiyyətli olaraq yerinə yetirəcəyinizi göstərmək üçün ediən bir dəvətdir. Müsahibə götürən bu vəzifəyə uyğun olan təcrübənizin olub-olmadığını müəyyən etmək istəyir.

Necə cavab verməli
İlk iş elanında və ya sizə iş haqqında verilən qısa məlumatda bu vəzifəyə vacib olan bilik və təcrübə sahəsi haqqında məlumatlar öz əksini tapmalıdır. Sizin cavabınız əsas tələbləri başa düşdüyünüzü göstərməli, prioritetləri müəyyən etməli və analoji vəzifədə vacib olan bilik və təcrübənizi necə təkmilləşdirdiyinizi nümunələrlə izah etməlisiniz. Yalnız tələb olunan təcrübənizin olduğunu bildirmək kifayət deyil, bunu sübut etmək lazımdır.
Cavab nümunəsi
Mən bilirəm ki, bu vəzifədə insanların idarə edilməsi təcrübəsinə malik olmaq vacib məsələdir. Mənim hal-hazırkı vəzifəmdə mən 16 nəfərdən ibarət olan işçinin idarə olunmasına görə məsuliyyət daşıyıram ki, onlardan 6 nəfəri birbaşa mənə tabedir. Bu mənim xoşuma gələn işimin bir hissəsidir. İki il bundan əvvəl bu şöbəyə rəhbərlik etməyə başlayanda işçi axını çox idi. Buna görə də mən tabeçiliyimdə olan insanların əsas maraqları və tələbatları haqqında onlarla söhbət etməyi qarşımda bir məqsəd olaraq qoydum. Məlum oldu ki, onların bir çoxuna gördükləri iş haqqında rəy bildirilmir və şirkətin onları qiymətləndirdiyi isə ümumiyyətlə hiss olunmur. Nəticədə mən insan resursları şöbəsi ilə attestasiya formalarının təkmiləşdirilməsi məqsədi ilə əlaqə saxlayaraq mənim əməkdaşlarım üçün onun daha da uyğun olaraq tərtib edilməsini xahiş etdim. Daha sonra mən qrupumla bir seminar keçirərək bizim komandanın şirkətə verdiyi töhfə haqqında və bunun daha da yüksəldilməsi məsələlərini müzakirə etdik. Bundan sonra şirkətdə kadr axını azalmağa başladı.

Sistemin tətbiqi təcrübəsi də bu vəzifəyə xas olan bir cəhətdir. Belə ki, mən şirkətin bütün filiallarında çoxvalyutalı sistemin tətbiqində iştirak etmişəm. Mən sistemin tələblərinin müəyyən edilməsi və sistemin işə düşməsinin planlaşdırılmasında köməklik göstərmişəm. Bu mənim ilk tətbiq etmə təcrübəm olmaqla açıq ünsiyyət qurmağın və əldə edilən nəticələrlə əlaqədar mütəmadi konkret hesabatların verilməsinin vacibliyini göstərdi. Bu yolda bir neçə maneəyə rast gəlməyimizə baxmayaraq sonuncu mərhələlərdə biz vaxt itkisini kompensasiya edə bildik və prosesi vaxtında çatdıra bildik.

Nəhayət mən hesab edirəm ki, dəyişikliklərin tətbiq edilməsi bu vəzifədə müvəffəqiyyətli olmaq üçün əsas tələbdir. Mən həmişə elə vəzifə axtarmışam ki, orada idarəetmədə dəyişikliklər tələb edilsin. Əvvələr mən Merger şirkətində işləyirdim ki, onlar iki şirkətin birləşməsi texnologiyalarını tətbiq edirdilər. Təşkilatın daxili mühiti daim dəyişirdi ki, bu da bizə ilham verirdi. Bu isə öz üzərinə məsuliyyət götürmək istəyən insanlar üçün bir çox imkanların yaradılması mənasına gəlirdi. Məslən, mən iki şirkətin birləşməsinin idarəedilməsində iştirak etmişəm ki, bu fövqəladə dərəcədə maraqlı bir iş idi. Çünki, biz iki fərqli hesabatlılıq sistemi olan təşkilatla üz-üzə idik. Buna baxmayaraq biz birləşdikdən sonra ilk 18 ay ərzində 90%-lik standartlaşdırmaya nail ola bildik.
Bu vəzifədən nə gözləyirsiniz?
Müsahibə götürənin məqsədi
Burada əsas məqsəd sizin səylərinizlə işin təsvirinin üst-üstə düşməsini və sizin bu vəzifəni nə dərəcədə dərk etdiyinizi müəyyən etməkdir.
Necə cavab verməli
Siz elə şeyləri seçməlisiniz ki, sizin gələcək işinizə birbaşa aid olsun. Bəzi müsahibə götürənlər müsahibəyə vəzifə haqqında qısa məlumatla başlarlar. Bu qiymətli məlumatı siz başqa cür ifadə edə bilər və ya təkrarlamaqla müvafiq suallara cavab verə bilərsiniz. Fərz edək ki, müsahibə götürən şöbəyə xarici filiallardan daxil olan çox spektrli məlumatları təhlil etməyi bacaran bir mütəxəssis lazımdır. Siz bu məlumatı belə istifadə edə bilərsiniz:
“Mən gələcəkdə öz təhlil bacarıqlarımı təkmilləşdirmə imkanlarını dəyərləndirirəm. Bu yaxınlarda mənə regionlardakı işlərin təhlili ilə əlaqədar təşəkkür elan edilib. Bununla belə mən çox istərdim ki, bu işimdə beynəlxalq fəaliyyətlərin elementləri də olsun. Hesab edirəm ki, bu vəzifə mənim indiki təhlil bacarıqlarımı tamamlamaqla beynəlxalq şirkətlərlə olan əlaqələrin də bu fəaliyyətlərimə daxil olması ilə daha da genişlənəcəkdir.”
Bu təşkilat/şirkət haqqında nə bilirsiniz?
Müsahibə götürənin məqsədi
Bu sual ona görə lazımdır ki, sizin müsahibəyə gəlməzdən əvvəl ilkin araşdırma aparıb-aparmadığınızı müəyyən etmək olsun.
Necə cavab verməli
Belə cavab verməyin: “Çox deyil” və ya “İşədüzəltmə şirkətində bir qədər məlumat veriblər”. Sizin cavabınız təşkilatı və onun fəaliyyətini ətraflı öyrəndiyinizi, hansı mal və ya xidmətləri təklif etdiyini, rəqiblərinin kim olduğunu və rəhbərliyi haqqında məlumatları əks etdirməlidir. Şirkətin öz internet səhifəsi, illik hesabatı, maliyyə sənədi, marketinq materialları və xəbərlər kimi öz mənbələrinizə istinad edin.

Sizin cavabınız açıq şəkildə göstərməlidir ki, bu araşdırma sizin rəqiblərdə deyil, məhz bu təşkilatda işləmək arzunuzu daha da möhkəmləndirmişdir. Məsələn:


“Sizin illik hesabatınızdan bilirəm ki, şirkətiniz antikorroziya boyaları bazarında liderdir və hal-hazırda atmosfer təsirinə davamlı boyalar bazarında öz payını artırmaq üzrədir. Bu məndə əminlik hissi yaradır. Belə ki, mənim üçün öz sahəsində lider olan şirkətdə işləmək çox əhəmiyyətlidir.”
Niyə görə siz indiki işinizdən ayrılmaq istəyirsiniz?
Müsahibə götürənin məqsədi
Burada əsas məqsəd sizin işdən çıxarılmağa məcbur edilməsi və ya başqa yerlərdə yaxşı imkanlara meyl etdiyiniz üçün işdən çıxdığınızı müəyyən etməkdir.
Necə cavab verməli

Heç vaxt indiki işəgötürəninizi tənqid etməyin. Eyni zamanda gələcəkdə ortaya çıxa biləcək hər hansı faktı gizlətməyin. Bununla belə nəzərə almaq lazımdır ki, bir çox hallarda yeni işə keçmək “məcbur edilmə və meyl etmək” kimi hallardan meydana gəlir. Buna baxmayaraq bunun mənfi tərəfindənsə müsbət tərəfini qeyd etmək lazımdır. Provokasiyalara hazır olun. Müsahibə götürənlərin istifadə etdiyi ən hiyləgər fəndlərdən biri də “Niyə görə işdən çıxırsınız?” sualının cavabını dinlədikdən sonra təkrar olaraq cavab zərbəsi vurur və soruşur: “Çox yaxşı. İndi isə mənə həqiqəti söyləyin. Niyə görə işdən çıxırsınız?”


Cavab nümunəsi
Mən kifayət qədər qiymətli təcrübə toplamışam və işimdən həzz alırdım. Lakin üç ildən sonra mən hiss etdim ki, qarşıda perspektivlər çox azdır. Hesab edirəm ki, təcrübə sərhədlərinin genişləndirilməsinin tam vaxtıdır. Buna görə də bu vəzifə məni cəzb etdi. Bu vəzifə mənə Böyük Britaniya və ABŞ bazarı haqqındakı biliklərimi təkmilləşdirmiş olardı.
VƏ YA
Əslində mən getməyi planlaşdırmırdım. Mən hələ də faydalı təcrübə əldə edirəm və böyük məmnuniyyətlə orada daha bir il qalardım. Lakin dostum bu iş imkanı barədə mənə söylədi və mən bu cür yaxşı fürsəti əldən buraxmaq istəmədim.
VƏ YA
Hamıya məlumdur ki, hal-hazırda Struggle şirkəti investorların kiçik şirkətlərə olan maraqlarının azalması ilə əlaqədar olaraq maliyyə çətinliyi çəkir. Buna görə də hesab edirəm ki, iri bir şirkətdə işləmək mənim maraqlarıma cavab verir. Mənə elə gəlir ki, bu vəzifə mənə marketinq sahəsindəki bacarıqlarımı təkmilləşdirməyə və eyni zamanda kiçik büdcəli reklam şirkətləri ilə təcrübəmi bölüşdürməkdə imkan yaradacaqdır.
İndiki işinizdə xoşunuza gələn (xoşunuza gəlməyən) nədir?
Müsahibə götürənin məqsədi
Yuxarıda qeyd olunan nümunədəki kimi müsahibə götürən hesab edir ki, sizin cavabınız niyə görə işdən çıxmağınızı müəyyən etməkdə köməklik edəcəkdir. Həmçinin o indiki vəzifənizlə, təklif olunan vəzifə arasında müqayisə ediləcək aspektlərin olduğunu da bilmək istəyir.
Necə cavab verməli
Yaxşı olardı ki, cavabınızda mənfi deyil, müsbət tərəflərə toxunasınız. Xoşunuza gələn aspektləri söyləməniz sizə bu vəzifə təklif olunacağı təqdirdə lazım gələcəkdir. İndiki işinizlə əlaqədar olaraq xarici ölkələrə səyahətə getməyi xoşladığınızı söyləməyin mənası yoxdur. Ancaq vəzifəniz ilə əlaqədarolaraq bütün günü ofisdə oturmaq tələb olunarsa buna hazır olduğunuzu da bildirməlisiniz. Diqqətli olun! Hərçənd həmkarlarla ünsiyyət qurmağnızı sevdiyinizi söyləmək yaxşı hal olsa da bu işə yalnız deyib-gülmək, qeybət etmək üçün getdiyinizi dair təəssürat oyatmamalıdır.

Antipatiyanıza gəlincə buna çox şiddətli reaksiya verən şəxs təsəvvürü bağışlamayın. Müsahibə götürənin daha sonra biləcəyi məqamları gizlətməyə çalışmayın. İndiki işdən çıxacaq qədər kinli olduğunuzu göstərməyin. Şikayət edən də olmayın. Müsbət əhval-ruhiyyəli insanlar hər zaman cəlb edici olurlar.


İndiki vəzifənizi necə təsvir edərdiniz?
Müsahibə götürənin məqsədi
Burada əsas məqsəd indiki vakant olan vəzifəyə uyğun olan təcrübənizin olduğunu müəyyən etməkdir. O həmçinin bu vəzifədə olan fəaliyyətinizin digər funksional sahələrlə olan əlaqəsini başa düşdüyünüzü də bilmək istəyir.
Necə cavab verməli
İşinizə aid olan hər şeyi təfsilatı ilə danışmağa ehtiyac yoxdur. Əsas məsuliyyət daşıdığınız sahələri qeyd edin və yaxşı olardı ki, bu indi müraciət etdiyiniz işlə əlaqədar sahələri əhatə etsin. Yalan danışmayın. Lakin indiki vəzifənizin bəzi hissələrini qeyd edəbilərsiniz, digərlərini isə toxunmaya da bilərsiniz.
Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin