Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Büdcədənkənar vəsaitlər üzrə cari hesab» hesabı



Yüklə 1,21 Mb.
səhifə15/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   11   12   13   14   15   16   17   18   ...   66
Budce Hesablar plani ve telimat (1)

11 №-li «Büdcədənkənar vəsaitlər üzrə cari hesab» hesabı

    Büdcədən maliyyələşən idarələr büdcə vəsaitlərindən başqa büdcədənkənar vəsaitlərə də malik ola bilərlər. Büdcədənkənar vəsaitlər eyni zamanda büdcə vəsaitləri olduqları bank idarələrinin ayrı-ayrı cari hesablarında saxlanılır. İdarəyə xüsusi vəsaitlərin bütün növləri üçün bir cari hesab, bütün növ tapşırıqlar üçün bir «Tapşırıqlar üzrə məbləğlər» cari hesabı və digər büdcədənkənar vəsaitlər üzrə bir cari hesab açılır. Mühasibat uçotunun mərkəzləşdirildiyi hallarda bütün xidmət göstərilən idarələrə xüsusi vəsaitlərin uçotu üçün, tapşırıqlar üzrə məbləğlər və digər büdcədənkənar vəsaitlərin uçotu üçün bir cari hesab açılır.
    Yeni təsərrüfatçılıq şəraitinə keçmiş idarələrə xidmət göstərən mərkəzi mühasibatlıqları olan idarəetmə orqanlarında və mühasibat uçotunu sərbəst təşkil edən digər idarələrdə cari büdcə hesablarından başqa hesablaşma hesabı açılır və bu hesabda büdcə vəsaitləri, eləcə də təşkilatlara və əhaliyə göstərilmiş pullu xidmətlər və digər daxilolmalar uçota alınır.
    Bank müəssisələri büdcədənkənar vəsaitlər üzrə cari hesabdan, hesablaşma və valyuta hesablarından çıxarışları qüvvədə olan qaydalara uyğun olaraq razılaşdırılmış müddətlərdə, hesab üzrə hərəkət olan ayın axırıncı iş günündən gec olmayaraq hesabın sahibinə təqdim edir.
    11 №-li «Büdcədənkənar vəsaitlər üzrə cari hesab» hesabına aşağıdakı subhesablar açıla bilər:

    • 110 «Tapşırıqlar üzrə məbləğlərin cari hesabı»;

    • 111 «Xüsusi vəsaitlər üzrə cari hesab»;

    • 112 «Sair büdcədənkənar vəsaitlər üzrə cari hesab»;

    • 113 «Hesablaşma hesabı»;

    • 114 «Büdcədənkənar fondlar üzrə hesab»;

    • 115 «Sosial Müdafiə Fondunun vəsaitləri hesabın pensiya və posobiyaların (müavinətlərin) ödənilməsi üzrə cari hesab»;

    • 118 «Valyuta hesabı».

    110 №-li «Tapşırıqlar üzrə məbləğlərin cari hesabı» subhesabında idarənin digər idarə və təşkilatlardan tapırıqların yerinə yetirilməsi üçün: (tədris müəssisələrində təhsilini bitirdikdən sonra iş yerinə təyinat almış gənc mütəxəssislərlə hesablaşmalar, tikinti, müəssisə, kolxoz və sovxozun tədris müəssisələrinə göndərdiyi tələbə və şagirdlərin təqaüdünün ödənilməsi, qiyabi təhsil alan tələbələrə metodiki ədəbiyyat və dərs ləvazimatlarının alınması üçün, mərkəzləşdirilmiş qaydada mühasibat uçotu və hesabatı üzrə sənədlərin (blankların əldə edilməsi üçün) alınmış vəsaitlər uçota alınır. Bu subhesabda həmçinin aşağıdakı daxilolmalar uçota alınır:

    • idarə və təşkilatların işçilərinə müəyyən olunmuş qaydada mükafatların ödənilməsi və birdəfəlik yardım göstərilməsi üçün nazirlik və baş idarələrin, həmçinin büdcə idarələrinin cari hesabına daxil olan vəsaitlər;

    • qüvvədə olan qanunvericiliyə görə idarə və təşkilatların işçilərinin mükafatlandırılması fondunun yaradılması üçün büdcədən maliyyələşən elmi-tədqiqat müəssisələrinin cari hesablarına daxil olan vəsaitlər;

    • qara və əlvan dəmir qırıntısı toplanması, digər növ təkrar emaldan olan xammalın, baramanın və yeyinti tullantısının toplanmasına görə idarələrin (şöbələrin) cari hesablarına daxil olan vəsaitlər;

    • şagirdlərin müəssisə və təşkilatlarda qazandıqları və şagird kollektivinin qərarı ilə mərkəzi mühasibatlıqların və mühasibat uçotu mərkəzləşdirilməyən ayrı-ayrı məktəblərin cari hesablarına köçürülmüş vəsaitlər;

    • xalq təhsili şöbələrinin (idarələrinin) cari hesabına məktəblərin saxlanması üçün rayon (şəhər) maliyyə orqanları (şöbələri) tərəfindən köçürülən, büdcə üzrə xərclərdən qənaət hesabına daxil olmuş vəsaitlər və müəssisələr, kolxozlar, sovxozlar, həmkarlar təşkilatları və digər təşkilatlar tərəfindən hamiliyə götürülmüş ümumtəhsil məktəblərinin dərslik fondunun yaradılmasına ayırdıqları vəsaitlər;

    • yeni təsərrüfatçılıq şəraitinə keçirilməmiş büdcə idarələrinin sərəncamında qalan və fəaliyyət göstəricilərinin yerinə yetirilməsi şəraitində sosial və istehsal ehtiyaclarına yönəldilən smeta üzrə qənaət məbləğləri.

    Müəssisənin sərəncamında qalan smeta üzrə qənaət məbləğləri 110 №-li subhesabın debetində, 240 və 246 №-li subhesabların kreditində uçota alınır.

    • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ayrı-ayrı göstərişləri ilə nəzərdə tutulmuş digər daxilolmalar.

    Müəssisə, tikinti, kolxoz və sovxozlar tərəfindən tədris müəssisələrinə göndərilən tələbə və şagirdlərin təqaüdünün ödənilməsi üçün, həmçinin gənc mütəxəssislərlə hesablaşmalar üçün baş təşkilatın razılığı ilə bank idarələrində ali və orta ixtisas tədris müəssisələri tərəfindən «Tapşırıqlar üzrə məbləğlər» cari hesabı açılır (xəzinədarlıq tətbiq edilən sahələrdə xəzinədarlığın təlimatlarına uyğun).
    İdarənin ərizəsinə əsasən mühüm işlərin yerinə yetirilməsinə görə idarə işçilərinə mükafat ödənilməsi və birdəfəlik yardım göstərilməsinə görə, elmi-tədqiqat işləri üzrə fond yaradılması və mükafat ödənilməsi üçün daxil olmuş vəsaitlərə görə «Tapşırıqlar üzrə məbləğlər» cari hesabı açılır. Ərizədə hökumətin müvafiq qərarına və ya mükafatlandırma haqqında qüvvədə olan əsasnaməyə istinad edilir.
    Tapşırıqların yerinə yetirilməsi üçün, eləcə də qara və əlvan metal qırıntısının toplanması, digər növ təkrar emala yararlı olan xammalın toplanması və təhvil verilməsi, şagirdlərin qazandıqları vəsait hesabına dərslik fondunun yaradılması üçün cari hesaba daxil olan məbləğlər 110 №-li subhesabın debetində və 176 №-li subhesabın kreditində əks etdirilir. Birdəfəlik yardım və mükafat ödənişləri üçün daxil olan məbləğlər 110 №-li subhesabın debetində və 240 №-li subhesabın kreditində qeydə alınır.
    Tapşırıqlar yerinə yetirilərkən xərclənmiş məbləğlər və geri qaytarılmış istifadə olunmamış məbləğlər 110 №-li subhesabın kreditində, 176 №-li subhesabın debetində əks etdirilir.
    Baş təxsisat sərəncamçılarının büdcə hesablarından, eləcə də işçilərin mükafatlandırılması fondunun təşkili və birdəfəlik yardım göstərilməsi üçün idarə və təşkilatların hesablaşma hesabından «Tapşırıqlar üzrə məbləğlər» cari hesabına köçürülən məbləğlər 110 №-li subhesabın debetində, 240 №-li subhesabın kreditində göstərilir.
    Baş təxsisat sərəncamçıları tərəfindən idarənin sərəncamına mükafat ödənişləri məqsədilə köçürülən məbləğlər 110 №-li subhesabın kreditində, 240 №-li subhesabın debetində əks etdirilir.
    Baş təxsisat sərəncamçıları tərəfindən büdcə vəsaitləri hesabına yerinə yetirilən elmi-tədqiqat işləri üzrə maddi maraq fondunun formalaşması üçün elmi-tədqiqat idarələrinin «Tapşırıqlar üzrə məbləğlər» cari hesabına daxil olmuş məbləğlər 110 №-li subhesabın debetində və 140 №-li subhesabın kreditində əks etdirilir. Eyni zamanda 200 №-li subhesabın debetində və 240 №-li subhesabın kreditində əks olunmaqla ikinci mühasibat yazılışı tərtib edilir.
    Ödənilmiş mükafat və birdəfəlik yardım məbləğləri 110 və ya 120 №-li subhesabların kreditində və 240 №-li subhesabın debetində əks etdirilir.
    110 №-li subhesabın analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    111 №-li «Xüsusi vəsaitlər üzrə cari hesab» subhesabında xüsusi vəsaitlər smetasının yerinə yetirilməsi ilə əlaqədar əməliyyatlar üzrə pul vəsaitlərinin hərəkəti uçota alınır.
    Eləcə də bu subhesabda aşağıdakılar uçota alınır:

    • ümumtəhsil fondunun yaradılması üçün büdcədən, kolxozlardan, kooperativ, həmkarlar və digər təşkilatlardan daxil olmuş vəsaitlər;

    • günü uzadılmış məktəblərdə və məktəb nəzdindəki internatlarda uşaqların yedizdirilməsi üçün daxil olmuş vəsaitlər;

    • ali və orta ixtisas təhsil müəssisələrinin və elmi-tədqiqat idarələrinin maddi-texniki bazasının genişləndirilməsi və möhkəmləndirilməsinə yönəldilən vəsaitlər;

    • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sisteminin büdcədən maliyyələşən mədəni-maarif idarələrinin maddi-maraq fondunun vəsaitləri;

    • qüvvədə olan qanunvericiliyə müvafiq olaraq daxil olmuş digər vəsaitlər.

    Bank idarələrində xüsusi vəsaitlər üzrə cari hesablar xüsusi vəsaitlər smetasının təsdiqi haqqında arayışa əsasən açılır.
    Cari hesabların fəaliyyət müddətinin növbəti ildə artırılması xüsusi vəsait smetalarının təsdiqi haqqında arayışa əsasən həyata keçirilir.
    Xüsusi vəsaitlərin təsdiqi haqqında arayış aşağıdakı qaydada verilir:

    • Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən müvafiq nazirlik və baş idarələrə sərəncamlarında olan xüsusi vəsait smetaları üzrə;

    • nazirlik və baş idarələr tərəfindən — bilavasitə onlara tabe olan idarələrə;

    • muxtar respublika, muxtar vilayət, şəhər, rayon maliyyə orqanları tərəfindən bilavasitə onların sərəncamlarında olan xüsusi vəsaitlərin smetası üzrə inzibati idarələrə (şöbələrə). Bu zaman mühasibat uçotu mərkəzi mühasibatlarda aparılan idarələr üçün xüsusi vəsait smetalarının təsdiqi haqqında arayış mərkəzi mühasibatlıqlar təşkil olunan inzibati idarələr (şöbələr) tərəfindən verilir;

    • baş idarələr tərəfindən — bilavasitə nazirlik, baş idarə və idarələrə tabe olmayan idarələrə.

    Xüsusi vəsait smetasının təsdiqi haqqında arayış bir təqvim ili müddətinə verilir.
    Cari hesaba daxil olmuş məbləğlər 111 №-li subhesabın debeti və 03, 05, 10, 12, 13, 16, 17, 28, 40 №-li hesabların müvafiq subhesablarının krediti üzrə əks etdirilir.
    Büdcə idarələrində cari hesabdan nağdsız hesablaşma yolu ilə ödənilmiş və kassaya nağd daxil olmuş məbləğlər 111 №-li subhesabın krediti üzrə əks etdirilir. Bu zaman 04, 06, 08, 12, 13, 16, 17 və 21 №-li hesabların müvafiq subhesabları debetləşir.
    Gəlirlərin xərclərdən artıq gəlməsi ilə cari hesabdan büdcə gəlirinə köçürülmüş məbləğlər 400 №-li subhesabın debetinə aid edilir.
    112 №-li «Sair büdcədənkənar vəsaitlər üzrə cari hesab» subhesabında idarənin cari hesabına daxil olan və qaytarılana qədər saxlanılan və ya məqsədli təyinatı üzrə istifadə edilən müxtəlif büdcədənkənar məbləğlər əks etdirilir.
    Bu subhesabda qismən aşağıdakılar uçota alınır:

    • müvəqqəti olaraq büdcə idarələrinin sərəncamına daxil olan və müəyyən şərtlər üzrə qaytarılası depozit məbləğlər;

    • müəyyən olunmuş plandan artıq kadr hazırlığı və ixtisasartırma məqsədilə texniki-peşə tədris müəssisələrinə daxil olan vəsaitlər;

    • ayrı-ayrı nazirlik (baş idarə) və onların tabeçiliklərində olan büdcə idarələrinə qanunla müəyyən olunmuş qaydada xüsusi formalı geyim üçün hesablaşmalar üzrə daxil olmuş vəsaitlər;

    • birlik, idarə və təşkilatlar tərəfindən inzibati orqanlara verdikləri və xüsusi «Əlavə maliyyə ehtiyatları fondu» hesabına köçürülən vəsaitlər;

    • qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş digər daxilolmalar.

    112 №-li subhesabın analitik uçotu büdcədənkənar vəsaitlərin ayrı-ayrı növləri üzrə əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    113 №-li «Hesablaşma hesabı» subhesabında yeni təsərrüfatçılıq şəraitinə keçmiş idarə və təşkilatlarda büdcə vəsaitləri; müəssisə, təşkilat və əhaliyə göstərilmiş pullu xidmətdən gələn gəlirlər və digər daxilolmalar uçota alınır. Vəsaitlərin daxil olması 113 №-li subhesabın debeti və 270 №-li subhesabın krediti üzrə, məqsədli daxilolmalar isə 240, 241, 246, 249, 271 №-li subhesabların krediti üzrə əks etdirilir. İdarə və təşkilatlarda müqavilə üzrə iş və xidmətlərin yerinə yetirilməsi zamanı sifarişçidən daxil olan məbləğlər 113 №-li subhesabın debeti, 157 №-li subhesabın krediti üzrə əks etdirilir.
    Bu hesab üzrə analitik uçot Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    114 №-li «Büdcədənkənar fondlar üzrə cari hesab» subhesabında yerli orqanların büdcədənkənar fondları uçota alınır. Büdcədənkənar fondlara daxil olmuş məbləğlər 114 №-li subhesabın debeti, 272 №-li subhesabın krediti üzrə əks etdirilir.
    Bu hesab üzrə analitik uçot Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    115 №-li «Sosial Müdafiə Fondunun vəsaitləri hesabına pensiya və posobiyaların (müavinətlərin) ödənilməsi üzrə cari hesab» subhesabında pensiya və müavinət ödənişləri üçün əhalinin sosial müdafiəsi orqanlarına köçürülən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə fondunun vəsaitləri uçota alınır.
    118 №-li «Valyuta hesabı» subhesabında bank idarələrinin valyuta hesablarında olan xarici valyuta vəsaitlərinin hərəkəti uçota alınır. Büdcə vəsaitləri və büdcədənkənar vəsaitlər hesabına bank idarələrindən alınmış valyutalar 118 №-li subhesabın debeti və 090, 100, 101, 112 və 113 №-li subhesabların krediti üzrə əks etdirilir. Yerinə yetirilmiş iş və xidmətlərə görə daxil olmuş valyutalar 118 №-li subhesabın debeti və 238, 270, 249, 246, 178, 240, 241, 400 №-li subhesabların krediti üzrə əks etdirilir (xəzinədarlıq tətbiq edilən sahələrdə xəzinədarlığın təlimatlarına uyğun).
    Valyuta hesabındakı qalıq üzrə müsbət məzənnə fərqinin məbləği 118 №-li subhesabın debeti və 230, 140, 238, 270, 249, 246, 241, 400 №-li subhesabların krediti üzrə əks etdirilir, mənfi məzənnə fərqinin məbləği isə bu subhesablar üzrə «storno» üsulu ilə rəsmiləşdirilir.
    Banklardan nağd şəkildə alınmış xarici valyuta məbləğləri 118 №-li subhesabın kreditində və 120 №-li subhesabın debetində əks etdirilir.
    Nağd şəkildə xarici valyutanın mədaxili və məxaricinin uçotu ayrıca tərtib olunmuş kassa kitabında aparılır.
    118 №-li subhesab üzrə pul vəsaitlərinin hərəkətinin uçotu müvafiq xarici valyutada pul vəsaitlərinin saxlanması üçün bank müəssisələrində açılan hər bir hesab üzrə manat örtüyü ilə birlikdə aparılır. Əməliyyatların analitik uçotu isə hər bir valyuta üzrə Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin