Şagirdlərin saxlanılmasına görə ödənişlər hər ay cari ayın 10-dan gec olmayaraq həyata keçirilir.
Şagirdlərin saxlanılmasına görə ödənişlərin həcmi internat məktəblərinə ona əlavə edilmiş ərizə və sənədlər təqdim edildikcə onlar əsasında müəyyən olunmuş qaydada hesablanılır.
Şagirdlərin internat-məktəblərdə 3 gündən artıq olmadığı (tətil və ya xəstəliklə əlaqədar) hallarda onların internat-məktəblərdə saxlanılmasına görə haqq tələb olunmur. Şagirdlər bazar günü və bayram günləri valideynlərinin və ya onları əvəz edən şəxslərin yanında olduqda onların saxlanılmasına ödənclər bu günlər üçün sonrakı ödəmələrə hesablanılmır.
Şagird internat-məktəbdən çıxarılan zaman (xəstəliklə əlaqədar, yaşayış yerinin dəyişməsi ilə əlaqədar və digər səbəblərdən) onun saxlanılması üçün verilmiş ödənclər göstərilən ayın müvafiq günü üçün qaytarılmalıdır. Artıq ödənilmiş məbləğlər müvafiq maliyyə orqanlarına pul büdcəyə daxil olandan bir il müddəti tamam olana qədər məbləğin qaytarılması haqqında verilmiş ərizəyə əsasən qaytarılır.
Məktəbəqədər uşaq müəssisələrində uşaqların saxlanılması üçün valideynlərdən alınan haqlar qüvvədə olan kassa əməliyyatlarının aparılması qaydalarına uyğun tənzimlənir. Bunun üçün idarə rəhbərinin əmri ilə maddi məsul şəxs təyin edilir və onunla tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə bağlanır. Təyin edilmiş maddi-məsul şəxs valideynlərdən aldıqları pulları qüvvədə olan qaydalara uyğun rəsmiləşdirir və mədaxil sənədinin bir hissəsini valideynə təqdim edir.
Bu əməliyyatlar əmanət bankları tərəfindən həyata keçirildikdə də mədaxil sənədinin bir hissəsi pulu ödəyən valideynə təqdim edilir.
Üç gündən bir dəfədən az olmayaraq qəbul olunmuş məbləğlər internat-məktəbin maliyyələşdirildiyi büdcənin gəlirinə köçürülmək üçün bankın idarəsinə təhvil verilməlidirlər. İnternat-məktəbin və ya mərkəzləşdirilmiş mühasibatlığın cari büdcə və ya hesablaşma hesabına daxil olmuş məbləğlər müvafiq büdcənin gəlirinə köçürülürlər.
Daxil olmuş ödəncin məbləği 09, 10 №-li hesabların müvafiq subhesablarının və ya 113, 120 №-li subhesabların debetində və 172 №-li subhesabın kreditində əks etdirilir.
Şagirdin internat-məktəbdə faktiki olduğu günlərə görə hesablanmış ödəncin məbləği 172 №-li subhesabın debetində, 173 №-li subhesabın kreditində uçota alınır.
Valideynlərlə hesablaşmaların analitik uçotu 327 №-li cədvəldə aparılır.