Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


№-li «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı



Yüklə 1,21 Mb.
səhifə20/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   16   17   18   19   20   21   22   23   ...   66
Budce Hesablar plani ve telimat (1)

16 №-li «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı

    160 №-li «Təhtəlhesab şəxslərlə hesablaşmalar» subhesabı İnzibati-təsərrüfat ehtiyacları, dəftərxana ləvazimatları, ezamiyyə xərcləri və digər əməliyyatlar üçün idarə işçilərinə verilən təhtəlhesab məbləğlər üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
    İdarənin işçilərinə nağd verilmiş təhtəlhesab məbləğlər kassa əməliyyatlarının aparılması qaydaları, ezamiyyə haqqında hüquqi-normativ aktlar, bu təlimat və təhtəlhesab məbləğlər barədəki digər normativ sənədlərlə nizamlanır.
    Təhtəlhesab məbləği almaq üçün işçi həmin məbləğin təyinatını göstərməklə idarə rəhbərinə yazılı ərizə ilə müraciət edir. Həmin ərizə kassa məxaric orderinə əlavə edilir və ya həmin orderin arxasında çap edilmiş olur.
    Ərizəyə təhtəlhesab məbləğlərin uçotunu aparan mühasib avans almaq istəyən şəxsin borclu olub-olmaması barədə əlavə qeydlər edilir. Bundan sonra həmin orderi idarə rəhbəri və baş mühasib imzalayır.
    Kassa məxaric orderində veriləsi avans məbləği və onun təyinatı aydın yazı ilə göstərilir və bu order əsasında kassir işçiyə avans məbləğini ödəyir.
    Təhtəlhesab şəxslər aldıqları avansların təyinatından asılı olaraq (əmək haqqı, inzibati təsərrüfat ehtiyacları, dəftərxana ləvazimatları və digər qısamüddətli əməliyyatlar üzrə ödənişlər üçün alındıqda) beş iş günü müddətinə onların xərclənməsi barədə mühasibata avans hesabatı təqdim etməlidirlər. İdarə rəhbərinin əmri ilə beş gündən çox müddətə verilən avans məbləğləri (ezamiyyə və digər uzunmüddətli işlərin yerinə yetirilməsi üçün verilmiş avans məbləğləri) üzrə avans hesabatları təhtəlhesab şəxs ezamiyyətdən qayıdıb idarədə işə başladıqdan sonra beş gün müddətində mühasibatlığa təhvil verilməlidir. Mühasibatda təhtəlhesab məbləğlərin uçotunu aparan mühasib avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünü yoxlayır, imza edir və baş mühasibə təqdim edir. Baş mühasib həmin avans hesabatının doğruluğuna imza etdikdən sonra idarə rəhbərinə təsdiq edilmək üçün təqdim edir. İdarə rəhbəri avans hesabatını təsdiq etdikdən sonra mühasibatlıq avans hesabatını qəbul edir və təhtəlhesab şəxslə haqq-hesab aparır (kiçik həcmli mühasibatlıqlarda təhtəlhesab şəxslər tərəfindən təqdim edilmiş avans hesabatları üzrə yuxarıda göstərilən əməliyyatları baş mühasib həyata keçirir).
    Kassir ştatı olmayan və ya pərakəndə struktura malik olan büdcədən maliyyələşən idarələrdə işçilərə əmək ödənişləri və digər təhtəlhesab məbləğlər üçün ödəmələr, həmçinin bu məqsədlərə bank və rabitə idarələri vasitəsilə edilən köçürmələr üzrə məlumatlar da 160 №-li «Təhtəlhesab şəxslərlə hesablaşmalar» subhesabında ümumiləşdirilir.
    Əhalinin sosial müdafiəsi idarələrində bu subhesabda pensionerlərə birdəfəlik müavinətlərin ödənilməsi üçün təhtəlhesab şəxslərə verilmiş avanslar üzrə hesablaşmalar uçota alınır.
    Təhtəlhesab şəxslərə verilmiş məbləğlərin qalığı həmin şəxslər tərəfindən avans hesabatı verildiyi tarixdən beş gün müddətindən gec olmayaraq qaytarılmalıdır. Təhtəlhesab şəxsə yeni avans məbləğləri əvvəl verilmiş avans məbləğləri ödənildikdən sonra verilə bilər.
    Təhtəlhesab məbləğlərin artıq xərclənməsi və ya istifadə edilməmiş avansların qalıqlarının kassaya qaytarılmaması haqqında avans hesabatları müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, idarə və ya mərkəzləşdirilmiş mühasibatlıqlar bu borcları qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, avansları alan şəxslərin əmək haqqından tuta bilərlər.
    Təhtəlhesab şəxslərə verilmiş məbləğlər 160 №-li subhesabın debetində, 09-12 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.
    Artıq xərclənmiş avans məbləğlərinə və təhtəlhesab məbləğlərin qaytarılmış qalıqlarına 160 №-li subhesabın krediti və 06, 07, 12, 18, 20, 21 №-li hesabların müvafiq subhesablarının debeti üzrə mühasibat yazılışı verilir.
    Təhtəlhesab şəxslərlə hesablaşmaların analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    Xüsusi vəsaitlər hesabına həyata keçirilən, təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əməliyyatlar yuxarıda göstərilən registrlərdə ayrı-ayrılıqda aparıla bilər.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin