Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Yeddiillik musiqi məktəblərində uşaqların təhsili üçün valideynlərlə hesablaşmalar



Yüklə 1,21 Mb.
səhifə25/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   21   22   23   24   25   26   27   28   ...   66
Budce Hesablar plani ve telimat (1)

Yeddiillik musiqi məktəblərində uşaqların təhsili üçün valideynlərlə hesablaşmalar

    Yeddiillik musiqi məktəblərində uşaqların təhsili üçün valideynlərlə hesablaşmaların uçotu təlimatın 160-cı bölməsində göstərilən qaydaya uyğun aparılır. Musiqi məktəbinin cari büdcə hesabına valideynlərdən daxil olmuş ödənc bölmə 1 «Əmək haqqı fondu (əməyin ödənişi)» üzrə kassa xərclərinin bərpasına aid edilir. Musiqi məktəbinin hesablaşma hesabına valideynlərdən daxil olmuş ödənclərə 113 №-li subhesabın debetində və 172 №-li subhesabın kreditində, eyni zamanda 236 №-li subhesabın debetində və 241 №-li subhesabın kreditində mühasibat yazılışı verilir.

İş yerləri üzrə aldıqları yeməyə görə fəhlə və qulluqçularla hesablaşmalar

    Yeməyə görə hesablaşmalar o müəssisələrin (xəstəxanalar, məktəbəqədər uşaq müəssisələri, qocalar və əlillər evləri və digər təşkilatlar) işçiləri ilə aparılır ki, hansılarda qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu müəssisələrin yerləşdiyi yerlərdə ictimai-iaşə idarələri olmadıqda ödəncə əsasən fəhlələrin yeməyinə icazə verilir.
    Aldıqları yeməyə görə fəhlələrlə hesablaşmalar zamanı 172 №-li subhesabın debetinə istifadə edilmiş ərzaq məhsullarının dəyəri, kreditinə isə fəhlələrdən yeməyə görə qəbul edilmiş məbləğlər yazılır.
    Yeməyə görə hesablaşmaların uçotu dövriyyə cədvəlində aparılır. Bu dövriyyə cədvəlində mərkəzi mühasibatlıqlarda və ayrı-ayrı idarələr üzrə işçilərin familiyaları və göstəriciləri əks olunur.

Geyim formaları üçün fəhlə və qulluqçularla hesablaşmalar

    Geyim formaları üçün hesablaşmaların uçotu qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının müvafiq nazirlikləri tərəfindən müəyyən olunur.
    173 №-li «Büdcəyə ödəmələr üzrə hesablaşmalar» subhesabında əks etdirilir:

    • əmək haqqından və təqaüddən tutulmuş vergilər üzrə büdcə ilə hesablaşmalar;

    • büdcənin gəlirinə təhvil veriləsi və günahkar şəxslərə aid edilən maddi qiymətlilərdən və pul vəsaitlərindən aşkar edilmiş əskikgəlmələr və itkilər üzrə büdcə ilə hesablaşmalar;

    • qüvvədə olan qaydaya müvafiq olaraq büdcənin gəlirinə təhvil veriləsi, maddi qiymətlilərin satışından gələn gəlirlər üzrə büdcə ilə hesablaşmalar;

    • internat məktəblərdə uşaqların saxlanılmasına görə ödənclər üzrə büdcə ilə hesablaşmalar;

    • əlavə dəyər vergisi üzrə büdcə ilə hesablaşmalar;

    • sahibkarlıq fəaliyyətindən alınan mənfəətdən vergi üzrə büdcə ilə hesablaşmalar;

    • digər daxilolmalar üzrə büdcə ilə hesablaşmalar.

    Büdcə ilə hesablaşmalar üzrə yaranan məbləğlər 173 №-li subhesabın kreditinə, müvafiq məbləğlər büdcənin gəlirinə köçürüldükdə isə — bu subhesabın debetinə yazılır.
    Analitik uçot hər bir hesablaşma növü üzrə ayrıca Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    174 №-li «Depozit məbləğlər üzrə hesablaşmalar» subhesabında idarənin sərəncamına müvəqqəti daxil olmuş və müəyyən şərait yarandıqda qaytarılmalı olan məbləğlər əks etdirilir.
    Depozit məbləğlər bank müəssisəsinin büdcədənkənar vəsaitlər üzrə cari hesablarında saxlanılır və şərait yarandıqca bu pul vəsaitlərinin sahibləri olan şəxslərin və ya təşkilatların adına verilir və ya ödəmə tapşırığı ilə köçürülür.
    174 №-li subhesabın kreditinə müəssisənin sərəncamına müvəqqəti daxil olmuş məbləğlər yazılır, bu zaman 112, 113 və ya 120 №-li subhesablar debetləşirlər, bu subhesabın debetinə isə təyinat üzrə cari hesabda verilmiş və ya köçürülmüş məbləğlər yazılır.
    Büdcə vəsaitlərinin bank idarələrinə depozit şəklində verilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin razılığı ilə həyata keçirilə bilər.
    Depozit məbləğlərin analitik uçotu hər bir alıcı üzrə Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    176 №-li «Tapşırıqlar üzrə xərclər üçün alınmış vəsaitlərə görə hesablaşmalar» subhesabında aşağıdakılar əks etdirilir:

    • müəssisə və təşkilatlar tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi üzrə xərclər üçün alınmış vəsaitlərə görə onlarla hesablaşmalar;

    • təkrar emal üçün qara və əlvan metal qırıntılarının, xammalın digər növlərinin — baramaların yemək tullantılarının və sairə toplanması və təhvil verilməsindən daxil olmuş vəsaitlərə görə hesablaşmalar;

    • məktəblərin saxlanılması üçün rayon (şəhər) maliyyə idarələri (şöbələri) tərəfindən köçürülmüş büdcə üzrə xərclərin qənaətindən xalq təhsili idarələrinin (şöbələrinin) aldığı vəsaitlər və ümumtəhsil məktəblərində məktəb dərsliklərinin fondunun yaradılması üçün müəssisələrdən, kolxozlardan, sovxozlardan, həmkarlar və digər təşkilatlardan daxil olmuş vəsaitlər üzrə hesablaşmalar;

    • məktəbin şagird kollektivinin qazandığı vəsaitlər üzrə müəssisələrlə hesablaşmalar;

    • plandan artıq kadr hazırlığı və ixtisasartırma üçün texniki peşə təhsili müəssisələrinə daxil olmuş vəsaitlər üzrə hesablaşmalar;

    • fəhlə və qulluqçulara vermək üçün bank müəssisəsindən alınmış ssudalar (kreditlər) üzrə hesablaşmalar;

    • Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin ayrı-ayrı sərəncamları ilə nəzərdə tutulmuş digər daxilolmalar üzrə hesablaşmalar.

    Tapşırıqlar üzrə xərclərə daxil olmuş məbləğlər 176 №-li subhesabın kreditinə və 110 №-li subhesabın debetinə yazılır. Məbləğlərin xərclənməsi 176 №-li subhesabın debetində, 110 №-li subhesabın kreditində əks etdirilir.
    Plandan artıq kadr hazırlığı və ixtisas artırma üçün texniki peşə təhsili müəssisələrinin cari hesablarına daxil olmuş vəsaitlər 112 №-li subhesabın debetində, 176 №-li subhesabın kreditində əks etdirilir.
    İlin sonunda plandan, artıq kadr hazırlığı və ixtisasartırma üzrə çəkilmiş xərclər 176 №-li subhesabın debetinə və 213 №-li subhesabın kreditinə yazılır.
    Tapşırıqlar üzrə məbləğlərin uçotu, tapşırıqların yerinə yetirilməsi üçün vəsaitlərin alındığı hər bir müəssisə və ya təşkilat üzrə aparılır.
    Qara və əlvan metal qırıntılarının yığımı üçün, əlavə xammalın digər növlərinin, baramaların, yemək tullantılarının təhvili və yığımı üçün, məktəb dərsliklərinin fondunun yaradılması üçün vəsaitlərin uçotu, həmçinin məktəbin şagird kollektivinin qazandığı vəsaitlərin uçotu daxilolmaların hər bir növü üzrə aparılır.
    176 №-li subhesab üzrə analitik uçot Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    177 №-li «Deponentlərlə hesablaşmalar» subhesabında müəyyən olunmuş müddət ərzində alınmamış əmək haqqı, təqaüd və sair ödəniş məbləğləri əks etdirilir.
    Müəyyən olunmuş müddət ərzində alınmamış əmək haqqı və təqaüdlərin məbləğləri 180 və ya 181 №-li subhesabların debetində, 177 №-li subhesabın kreditində əks etdirilir.
    Verilmiş deponent borclar 177 №-li subhesabın debetində, 120 və ya 160 №-li subhesabın kreditində qeydə alınır.
    177 №-li subhesabın debetinə, həmçinin maliyyələşdirmənin (fondların) artırılmasına aid olan, iddia müddəti sona çatmış deponent borclarının məbləğləri yazılır.
    Əmək haqqı və təqaüdlər üzrə deponentləşdirilmiş məbləğlərin uçotu forma № 10 deponentləşdirilmiş əmək haqqı və təqaüdlərin analitik uçotu kitabında aparılır. Bu kitabda yazılışlar hər bir deponent məbləğlər üzrə həyata keçirilir. Müvafiq «Kredit» sütunlarında deponent borcunun yarandığı ay və il, ödəmə cədvəllərinin növləri və məbləğləri göstərilir, «Debet» sütunlarında isə deponentçinin familiyasının qarşısında kassa-məxaric orderinin nömrəsi və ödənilmiş məbləğ yazılır.
    Ayın sonunda 1D №-li kitabda «Kredit» və «Debet» sütunları üzrə yekun hesablanır və sonrakı ayın əvvəlinə kredit qalığı çıxarılır.
    178 №-li «Sair debitor və kreditorlarla hesablaşmalar» subhesabında tədris müəssisələrində tələbə və şagirdlərin yataqxana xidmətindən istifadə haqqı daxil edilməklə, idarə və təşkilatların sair debitor və kreditor borc məbləğləri əks etdirilir.
    Sair debitor və kreditorlarla hesablaşmaların analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.
    Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də «Subhesab» göstəricisində 17 №-li «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» hesabının müvafiq subhesablarının nömrəsi, «adı» sətrində subhesab üzrə analitik uçotunun aparılması vacib olan tərəfin adı «Mədaxil və məxaric sənədlərinin adı, tarixi, №-si və başqa əməliyyatların məzmunu» rekvizitində baş vermiş təsərrüfat əməliyyatının məzmunu və onu özündə əks etdirən ilkin sənədlər üzrə göstəricilər əks etdirilir. Forma № 1Q üzrə qalan göstəricilər öz tələbinə uyğun doldurulur.
    Forma № 1Q üzrə uçotu yekunlaşdırmaq üçün həmin kartdan birini qruplaşma kartı, birini isə yekun kartı kimi istifadə etməklə məbləğ uçotu vasitəsi ilə göstəriciləri ümumiləşdirmək mümkündür. Yekun kartı üzrə məbləğlər baş kitabda öz əksini tapır.
    Xüsusi vəsaitlər hesabına həyata keçirilən sair debitor və kreditorlarla hesablaşmalar üzrə əməliyyatlar göstərilən registrlərdə ayrıca aparıla bilər.
    179 №-li «Planlı qaydada ödənişlərlə hesablaşmalar» subhesabında məhsulların, işlərin və xidmətlərin satışı ilə əlaqədar yaranmış sazişlərin hər birinin ayrı-ayrılıqda birdəfəlik ödəniş qaydasında deyil, bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq həcmi və ödəniş müddəti göstərilmiş məbləğlərin planlı ödəniş qaydasında ödənilməsi üzrə malsatanlarla hesablaşmalar əks etdirilir.
    Malsatan və malalan hər ay məhsulların, işlərin və xidmətlərin satışı ilə əlaqədar hesablaşmaların doğruluğunu yoxlayaraq, qarşılıqlı üzləşmə aktları tərtib edərək, borclarının yenidən haqq-hesabını aparırlar.
    Malsatanlarla planlı qaydada ödənişlər üzrə hesablaşmaların analitik uçotu Əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də aparılır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin