Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat


Bölmə 3. İllik icmal hesabatların tərtibi qaydaları



Yüklə 1,21 Mb.
səhifə42/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   38   39   40   41   42   43   44   45   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 3. İllik icmal hesabatların tərtibi qaydaları

    Respublika büdcəsində, Naxçıvan Muxtar Respublikası büdcəsində və yerli büdcələrdə olan müvafiq nazirliklər, baş idarələr öz əməliyyatları ilə bu Qaydaların 2-ci bəndində göstərilən həcmdə illik icmal hesabatlar tərtib edirlər.
    Respublika büdcəsində, Naxçıvan Muxtar Respublikası büdcəsində və yerli büdcələrdə olan nazirliklər, baş idarələr illik icmal hesabatlar tərtib edərkən smeta (plan) göstəricilərini müvafiq qaydalarla il ərzində dəqiqləşdirilmiş smeta göstəricilərinə uyğunlaşdırmalıdır.
    Hesabat ili ərzində nazirliklərin və ya baş idarələrin tərkibinə sair büdcələr hesabına olan idarələr daxil edilərsə, o zaman nazirliklər və baş idarələr illik hesabatlarda həmin idarələr üzrə illik smeta xərclərini tam əks etdirirlər və smeta göstəricilərini dəqiqləşdirirlər. Nazirliklər, baş idarələr «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq icmal hesabatlar tərtib edirlər. İcmal hesabatlarda onların tabeliyində olan bütün idarələrin hesabat göstəriciləri öz əksini tapır.
    Respublikanın nazirlikləri və baş idarələri tabeliklərində olan təhsil, mədəniyyət, elm, səhiyyə, idman, sosial təminat, habelə məhkəmə və prokurorluq orqanları və digər büdcə idarələri üzrə Respublika Maliyyə Nazirliyinə xərclərin istiqamətləri barədə büdcənin gəlir və xərclərinin təsnifatına uyğun formada qruplaşdırılmış illik icmal hesabat təqdim edirlər.
    İllik icmal hesabatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş həcmdə və müəyyən olunmuş müddətdə təqdim edilir. Nazirliklər və baş idarələr tabeliklərindəki idarələrin hesabatlarının həcmini və təqdim olunma müddətini öz əmrləri ilə rəsmiləşdirirlər.

Bölmə 4. Aylıq, rüblük və illik hesabat formalarının tərtibi qaydaları
Xərclər smetasının icrası balansı (forma № 1 (kod 0503001))

    Balans, idarələr tərəfindən hesabat dövrünün axırına analitik və sintetik uçot hesablarının yekunlaşdırılmış dövriyyə və qalıqları üzrə tərtib edilir. Hər bir idarə balansda özlərinə aid olan hesabların qalıqlarını əks etdirirlər. Bunun üçün aşağıdakı göstəriciləri rəhbər tutmaq lazımdır:

    • «Əsas vəsaitlər» bölməsində müəssisəyə məxsus olan, o cümlədən icarəyə verilmiş bütün əsas vəsaitlər göstərilir. Əsas vəsaitlər ilkin qiymətləri ilə (yəni, onların alınması, qurulması və hazırlanması üzrə faktiki xərclər ilə) və ya bərpa dəyəri ilə (əsas vəsaitlərin yenidən qiymətləndirilməsi ilə) balansda əks etdirilir. Əsas vəsaitlərin ilkin qiymətlərinin dəyişdirilməsinə yalnız, müvafiq obyektlərin yenidən qurulması, ləğvi və həmçinin yenidən qiymətləndirilməsi zamanı yol verilir;

    • «Material ehtiyatları» bölməsinin subhesablarında müəssisəyə məxsus olan materiallar, tikinti materialları, ərzaq məhsulları, yanacaq, yem, tara, maşın və avadanlıqların ehtiyat hissələri, istehsalat (tədris) emalatxanalarının məmulatları, yardımçı kənd təsərrüfatı məhsulları, cavan və kökəlməkdə olan heyvanlar, elm, tədris və digər məqsədlər üçün materiallar, elmi-tədqiqat işlərində və laboratoriya sınaqlarında uzun müddət istifadə edilən materiallar, həmçinin təsərrüfat müqaviləli elmi-tədqiqat işləri üçün xüsusi avadanlıqlar ilkin qiymətləri ilə əks etdirilir;

    • «Azqiymətli və tezköhnələn əşyalar» bölməsində müəssisəyə məxsus olan bütün azqiymətli və tezköhnələn əşyalar ilkin qiymətləri ilə əks etdirilir;

    • «İstehsal və başqa məqsədlərə məsrəflər» bölməsində istehsalat (tədris) emalatxanalarının və köməkçi kənd təsərrüfatı məhsullarının hazırlanmasına, elmi-tədqiqat və konstruktor işlərinin aparılmasına və sair məqsədlərə sərf olunan məsrəflər (xərclər) əks etdirilir;

    • «Pul vəsaitləri» bölməsinin subhesablarında büdcədən verilən vəsaitlər, kassada, bankda cari və hesablaşma hesablarında olan pul vəsaitləri, akkreditivlər, limitləşdirilmiş çek kitabçaları və başqa pul sənədləri, maliyyə qoyuluşları və digər pul vəsaitləri əks etdirilir;

    • «Respublika büdcəsinin cari hesabı» subhesabında büdcə vəsaitlərinin qalığı yalnız rüblük hesablarda göstərilir. Akkreditiv yolu ilə alınmış büdcə vəsaitləri kassa xərclərinin bərpasına yönəldilir;

    • yeni təsərrüfatçılıq şəraitinə keçməmiş müəssisələrdə müxtəlif idarə və təşkilatlardan alınmış müxtəlif növlü tapşırıqlar üzrə məbləğlər 110 №-li «Tapşırıqlar üzrə məbləğlərin cari hesabı» subhesabında əks etdirilir. Belə ki, gənc mütəxəssislərlə hesablaşmalara, tələbə və şagirdlərə təqaüdlər verilməsinə, əməkdaşların mükafatlandırılmasına və birdəfəlik yardımların göstərilməsinə məbləğlər, metodiki ədəbiyyat və dərsliklərin alınmasına, mərkəzləşdirilmiş formada mühasibat uçotu və hesabatı sənədlərinin alınmasına məbləğlər, şagirdlərin istehsalatda qazandıqları məbləğlər və sair məbləğlər 110 №-li subhesabda göstərilir. Həmçinin, yeni təsərrüfatçılıq şəraitinə keçmiş baş kredit sərəncamçılarının mərkəzləşdirilmiş inkişaf fondu və maliyyə ehtiyatları vəsaitlərinin qalıqları da 110 №-li subhesabda göstərilir.

    • 111 №-li «Xüsusi vəsaitlər üzrə cari hesab» subhesabında xüsusi vəsaitlərin qalıqları, həmçinin ali və orta ixtisas təhsil məktəblərində material-texniki bazaların genişləndirilməsi üçün, günü uzadılmış məktəblərdə, məktəbyanı internatlarda uşaqların yedizdirilməsi üçün, ümumtəhsil fondunun yaradılması üçün büdcədən, kolxozlardan, kooperativlərdən, həmkarlar təşkilatlarından və sair mənbələrdən daxil olan məbləğlər əks etdirilir;

    • 112 №-li «Sair büdcədənkənar vəsaitlər üzrə cari hesab» subhesabında qanunda nəzərdə tutulmuş büdcədənkənar sair məbləğlər, depozit məbləğlər, müəyyən şərtlər daxilində müvəqqəti olaraq büdcə idarələrinin sərəncamına verilmiş məbləğlər, «əlavə maliyyə ehtiyatları fondu» hesabına yerli hakimiyyət orqanları tərəfindən daxil olan məbləğlər və sair məbləğlər əks etdirilir;

    • 113 №-li «Hesablaşma hesabı» subhesabında büdcədən daxil olmuş vəsaitlər, əhaliyə, idarələrə və təşkilatlara göstərilən xidmətdən və sair işlərdən daxil olmuş vəsaitlərin qalıqları göstərilir;

    • 114 №-li «Büdcədənkənar fondlar üzrə cari hesab» subhesabında müvafiq qaydada nazirliklərin, baş idarələrin və İcra hakimiyyətləri tərəfindən yaradılmış büdcədənkənar fondların məbləğləri əks etdirilir;

    • 118 №-li «Valyuta hesabı» subhesabında idarələrin və təşkilatların bankdakı valyuta hesabında olan valyutaların Respublika Mərkəzi Bankının məzənnəsi ilə manata keçirilmiş xarici valyuta qalıqları əks etdirilir;

    • 120 №-li «Kassa» subhesabında idarə rəhbərlərinin razılığı ilə bank tərəfindən təyin olunmuş limit daxilində nağd pul qalıqları əks etdirilir.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin