Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Qobustan. Böyükdaş dağında 8 nömrəli qay



Yüklə 6,76 Mb.
səhifə2/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   2   3   4   5   6   7   8   9   ...   87
Qobustan. Böyükdaş dağında 8 nömrəli qayada gəmi təsviri (e.ə. IV minillik)
Mövzumuz baxımından ən maraqlı tapıntı isə Sarayın yaxınlığında aşkar edilən, e.ə. 2900-cü ilə aid olan kurqandır. Alimlər onun hökmdarlardan birinin məzarı olduğu fikrindədirlər. Maraqlıdır ki, kurqanın qəbir kamerasının daş örtüyü üzərində oturdulmuş vəziyyətdə dəfn edilmiş dörd gənç yaşlarında insan skeletinə də rast gəlinmişdir ki, onların qurban edildikləri sanılır (Palmiery A., 1981).

Son illər aparılmış genetik tədqiqatların nəticələr göstərir ki, bu mədəniyyətin yaradıcıları Azərbaycan türklərinin genetik əcdadları olmuşlar. Söhbət Qərbi Azərbaycanda tədqiq edilən və radiokarbon analizlərinin nəticələrinə görə e.ə. 3700-cü illərə (e.ə. IV minillik) aid edilən 5 və 6 №-li Sərdarabad (Aknaliç) (Muradyan F., 2014), eləcə də e.ə. 2619-2465-ci illərə, yəni e.ə. III minilliyə aid olduğu radiokarbon analizləri ilə təsbit edilən Alagöz (Talin) və Əmirxeyir (1991-ci ildə adı dəyişilərək Kalavan qoyulub) kurqanlarından tapılmış skeletlərdən götürülmüş nümunələrin DNT analizlərinin nəticələrindən gedir. Məsələ burasındadır ki, həmin kurqanlardan tapılmış sümük qalıqlarının DNT analizi onların R1b və R1a haploqrupunun daşıyıcısı (İain Mathieson, et al., 2016), yəni türk olduqlarını ortaya qoymuşdur.

Şübhəsiz ki, bunlardan daha qədim olması baxımından Sərdarabaddan (Armavir rayonunun Alkaniç kəndindən) tapılan 5 və 6 №-li kurqanlar daha böyük önəm daşıyır. Lakin ilk tunc dövrünə aid Alagöz (Talin) və Əmirxeyir (Kalavan) kurqanları onlardan az önəm daşımır.

Qeyd edək ki, əldə edilən nəticələr təkcə bu kurqanlarla sınırlı deyil. Orta tunc dövrünə (e.ə. II minillik) aid Adyaman (hazırki adı Getaşen-Nerkin) və Qafan yaxınlığındakı son Tunc dövrünə aid kurqanlaran əldə edilmiş nümunələrin DNT analizləri də eyni nəticəni vermiş və onlardan da R1b Y-xromosomu tapılmışdır (Morten E. Allentoft et al., 2015).

Azərbaycan Respublikasında sistemli və əsaslı genetik analizlər aparılmadığından bizim genetik yapımız haqqında məlumatları Rusiya alimlərinin Dağıstan (Dərbənd) azərbaycanlıları üzərində apardıqları tədqiqatlardan öyrənmiş oluruq. Həmin tədqiqatlardan belə məlum olur ki, bu gün də Azərbaycan türklərinin genetik yapısında, Kür-Araz mədəniyyəti və «Kür-Araz eneoliti» dövründə olduğu (İosif Lazaradis et al., 2016) kimi, R1b Y-xromosomu aparıcı yer tutur.

Qafqazın 6 türk xalqının – azərbaycanlıların, balkarların, qaraçaylıların, qaranoqayların, qumuqların və noqayların Y-xromosom markerlərinin (N=870) genişləndirilmiş vahid panel (58 SNP və 17 STR) üzrə təhlilini verən R. A. Saxalyaxo bu xalqlarda R1b və R1a haploqruplarının dominantlıq təşkil etdiyini təsdiq edir (Схаляхо Р. А., 2013).

Beləliklə, genetik tədqiqatlar Kür-Araz mədəniyyətini, eləcə də Araslantəpədə izlərinə rast gəlinmiş ilk dövlətçilik və gəmiçilik ənənəsinin məhz Qafqaz, ilk növbədə də Azərbaycan türklərinin genetik əcdadları tərəfindən yaradıldığını birmənalı şəkildə söyləməyə əsas verir.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin