Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Qədim Misir gəmisi, e.ə. II minillik



Yüklə 6,76 Mb.
səhifə3/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   2   3   4   5   6   7   8   9   ...   87
Qədim Misir gəmisi, e.ə. II minillik
Gəmiçilik sənəti qədim Misirlilərə də məlum idi. Misirlilərin gəmilərini qamışdan, oraq şəklində düzəltdikləri bilinməkdədir. Onlardan balıqçılıqda və Nil çayının, eləcə də çay daşqını zamanı yaranan göl və bataqlıqların bir sahilindən digərinə keçilməsində istifadə olunurdu (Маргарет Мюррей, 2009, s. 102-104).

III sülalə (e.ə. 2686 - 2575 və ya e.ə. 2727 - 2655 ci illər) dövrünə aid məzarlardan tapılmış bəzi rəsmlərdə avar və yelkənlə hərəkətə gətitilən qədim gəmi rəsmlərinə rast gəlinmişdir. Belə hesab edilir ki, bu tip gəmilərin uzunluğu 14-20 m, eni isə 5 m olub. Gəminin dirəyinə dar və düzbucaqlı yelkən bağlanırdı. Sükan arxası, öz növbəsində, sərt platformaya bərkidilirdi. Avarlar müasir qayıqlarda olduğu kimi idi.

Gəminin gövdəsinin diqqətlə işlənmiş akasiya qəliblərindən hazırlandığını və kövrək olduğunu nəzərə alsaq, onun bütün gövdəsinin hörülmüş kəndirlə möhkəm kəmərləndiyi ehtimal edilir (История корабля, 1986).

2000-ci ildə fransız arxeoloqu Frank Qodyonun başçılıq etdiyi komanda Misr ərazisində arxeologiya tarixində ən böyük və ən qədim gəmi qəbiristanlığı aşkar etmişdir. 12 eyni tipli gəmidən ibarət olan bu qədim donanmanın e.ə. VI-II əsrlərə aid olduğu bildirilir. Araşdırmalar gəmilərin Nil akasiyasından hazırlandığını və uzunluqlarının 26 metrə çatdığını göstərmişdir. Düz və dar gövdəyə baxmayaraq güclü bir yelkən dirəyi və möhkəm sükan sayəsində onların sahil sularında üzmək üçün tam yararlı olduqları düşünülür (Абромайт Л., 2015). A. Belovun fikrincə, bunlardan "Gəmi 17" Herodot tərəfindən təsvir olunan (Воронин Н.,2019) "baris" gəmisidir (Belov A. A., 2014).


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin