Roma hərbi gəmisi. E.ə. II əsrə aid Roma mozaikası. Karfagen Milli Muzeyi (Tunis)
Flaviy Vegetsiy Renat liburn tipli gəmilərin tikilməsindən söz açaraq belə yazır:
“Liburnlar əsasən sərv, ev və vəhşi şam və ladandan hazırlanır; onları dəmir mismarlardan çox mislə birləşdirmək daha yaxşıdır. Xərcin bir az daha çox olmasına baxmayaraq, mis daha davamlı olduğu üçün faydalıdır; axı dəmir mismarlar istidən və nəmdən əmələ gələn pasla tez korlanır, mis mismarlar suda belə əsas metal xüsusiyyətlərini saxlayırlar.
35. Liburnların tikiləcəyi ağacların ayın 15-dən 22-dək kəsilmiş olmasına xüsusi diqqət yetirmək lazımdır. Yalnız bu 8 gündə kəsilən bir ağac çürüməyə və qurdlanmaya davamlı olur, eyni ildə digər günlərdə kəsilən ağaclarsa içəridən qurdlar tərəfindən yeyilərək toza çevrilir. Bunu gəmiqayırma sənəti ilə məşğul olan inşaatçıların gündəlik təcrübəsi sübut edir. Bunu həm də dinin əmrlərindən öyrənirik, çünki dini bayramları həmişə yalnız bu günlərdə keçimək əmr olunur.
Ən yaxşısı ağacları yay günəşindən sonra, yəni iyul və avqust aylarında və payız bərabərliyi dövründə, başqa sözlə, yanvar ayına qədər kəsməkdir, çünki bu zaman onların şirələri quruyur və buna görə də ağac daha quru və möhkəm olur.
Diqqət edilməli olan əsas şey odur ki, ağac kəsildikdən sonra onun lövhələrə doğranması dərhal baş verməsin, döğranmış lövhələr də o dəqiqə tikinti yerinə göndərilməsin. Bundan çəkinmək lazımdır. Çünki onların yaxşı-yaxşı quruya bilməsi üçün uzun zamana ehtiyac var. Məsələ bundadır ki, tikintiyə cəlb edilən xam materiallar şirəsindən azad olduqdan sonra geniş çatlar verirlər. Dənizçilər üçün gəminin dənizdə çatlar verməsindən təhlükəli heç bir şey yoxdur” (Флавий Вегеций Ренат, 1940).
Dostları ilə paylaş: |