Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Cerbe dəniz döyüşünə dair orta əsr xəritəsi



Yüklə 6,76 Mb.
səhifə79/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   75   76   77   78   79   80   81   82   ...   87
Cerbe dəniz döyüşünə dair orta əsr xəritəsi
Vəziyyətin gərginliyinin fərqinə varan Trablusqərb bəylərbəyi Turqut Rəis dərhal Sultan Süleymanı baş verənlər barədə məlumatlandıraraq, lazımı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırdı. Həmin dövrdə Fars körfəzində portuqallar ilə mübarizə aparmağa məcbur olan Osmanlı dövlətinin başı digər yandan da şahzadələr Səlimlə Bəyazid arasında başlayan taxt-tac uğrunda mübarizəsinə qarışmışdı. Bütün bunlara baxmayaraq, Sultan Qanunu Süleyman kapdan-i dərya Piyalə Paşaya vəziyyətə müdaxilə etməsini əmr etdi. Lazımi hazırlıqlar qısa müddətdə tamamlandı və 86 döyüş gəmisi İstanbuldan ayrılaraq, hadisə yerinə hərəkət etməyə başladı. Donanmanın tərkibinə Morada Midilli bəylərbəyi olan Kürdoğlu Muslihiddin Mustafanın və Rodos bəylərbəyi Kürdoğlu Əhmədin başçılıq etdikləri filoteliyalar da daxil edilmişdi (Guilmartin J., Keegan J., 2002, s. 133).

1560-cı ilin 7 mayında Maltaya yetişən Piyalə Paşa adaya hücumlar təşkil edib çox sayda əsir və qənimətlər əldə etdi. Ardınca Turqut Rəisin göndərdiyi kəşfiyyat dəstələri Səlib donanmasının hələ də Cerbede olduğu və Trablusqərbə hücuma hazırlaşdığı barədə məlumat gətirdi. Bundan sonra Osmanlı gəmiləri Cerbe adasına doğru üz tutdu.

Piyalə Paşa komandanlığındakı donanma mayın 11-də Cerbeyə çatdı. Xaçlılar bunu gözləmirdilər. Odur ki, panikaya qapıldılar, çünki onlar Osmanlı donanmasının ancaq yaza doğru İstanbuldan səfərə çıxa biləcəyini düşünür və o vaxta qədər Trablusqərbi ələ keçirməyi planlayırdılar.

Mayın 14-də mərkəzə Piyalə Paşa, sağ qanadda Kürdoğlu Əhməd bəy və sol qanadda da Kürdoğlu Mustafa bəy komandanlıq edirdi. Xaçlı donanması da bənzər bir düzülüşü tətbiq etdi.

Savaş qarşılıqlı top atəşləri ilə başladı. Türk artilleriyasının məqsədyönlü və sərrast atışları nəticəsində xaçlı donanmasında xaos yaratdı və gəmilərin bir çoxu məhv edildi. Piyalə Paşa, düşmənin üzərinə gedilməsini əmr etdi. Rəqibin hücuma keçdiyini görən Xuan de la Cerdan əlindəki gəmiləri iki qrupa ayırıb bir qismi ilə açıq dənizə hərəkətə başlarkən, digər qrupu sahilə yönəltdi. Belə olan halda Piyalə Paşa dənizə açılmaq istəyən qrupun üzərinə, Kürdoğlu Mustafa bəy isə quruya doğru yönəldi. Açıq dənizdə xaçlılara böyük zərbə vuran Piyalə Paşa xaçlıların bütün gəmilərini əsir aldı, ağır yaralanan Doria kiçik bir qayıqla qaçmağı bacardı. Bu zaman Kürdoğlu Mustafa bəyin başçılıq etdiyi qoşunlar sahilə yanaşmayan xaçlı gəmilərinə hücum edib onların önəmli bir qismini təsirsiz hala gətirdi. Beləcə, döyüş müsəlman türklərin qəti qələbəsi ilə nəticələndi. Bu döyüş Osmanlı tarixinin Prevezedən sonrakı ikinci böyük dəniz qələbəsi idi.

Cerbe qalasının fəthindən təxminən iki ay sonra, daha dəqiq desək, sentyabrın 27-də  Osmanlı donanması xaçlılardan ələ keçirilən 28 döyüş və 27 nəqliyyat gəmisi ilə bərabər. İstanbula döndü. Döyüşdə 5 min xristian əsir alınmışdı ki, onların aralarında Don Alvaro de Sande, general Sanieu de Levia və Sicilya donanmasının komandiri Don Xuan da var idi (Braudel F., 1995).

1565-ci ildə Osmanlı donanması Rodosdan qaçan Hospitalier cəngavərlərinin yeni bazası olan Malta adasını mühasirəyə almış, ancaq bu dəfə xüsusi uğur əldə edə bilməmişdir.

Həmin dövrdə Osmanlılar öz donanmasını büyütmək üçün bir çox tərsanə qurmuşdur. Tərsanələrin qurulması üçün zəruri olan məlzəmələr Kocaeli, Biqa, Samsun, Kastamonu və Aydından gətirilirdi (Osmanlı Denizciliğinde.., 2012). Kapdan-i dəryalara bir qayda olaraq, Cəzair bəylərbəyliyi verilirdi (Büyük Larousse, 1986, s. 3037 - 3041). Tərsanə-i Amirənin bulunduğu Qasımpaşanın məsulu donanma idi. Gelibolu, Ağ dəniz adaları və İzmirin bəzi yerləri Osmanlı kapitanlarına dirlik olaraq verilirdi (İlber Ortaylı ile Osmanlı Donanması, 2012). Bununla belə, Osmanlı donanması dənizlərdəki üstünlüyünü tədricən itirməkdə, əsas güc sahibinə isə Portuqaliya donanması çevrilməkdə idi.

Osmanlı donanmasının dirçəliş dövründən durğunluq dövrünə qədər olan tarixçəsinə qısa bir nəzər salası olsaq, aşağıdakıları qeyd etmək lazım gələcəkdir.

İlk öncə ondan başlayaq ki, Osmanlıların ilk dənizaşırı təşəbbüsü 1308-ci ildə İmralı adasının ələ keçirilməsi hesab edilir. 1323-cü ildə Mərmərə dənizinə ulaşan Osmanlı dövlətinin 1324-cü ildə Karesioğulları bəyliyinin 24 gəmidən ibarət olan yardımını aldığı, bu yardım qüvvəsinin başında Qaramürsəl bəyin durduğu məlumdur (TSK'nın resmi tarihçe sayfası, 2012). Bu donanma ilk olaraq Mərmərə dənizindəki güvenliyi təmin etməkdəydi.

1327-ci ildə Qaramürsəldə ilk tərsanə qurulmuş və ilk Osmanlı gəmiləri inşa edilmiş (Büyük Larousse, 1986, s. 3038), Osmanlı donanması iyearxik nizam-intizama tabe edilmişdir. 1324-1390 - cı illər arasında donanma komandanlarına “dərya bəyi” deyilməkde idi (DZKK.., 2012). 1337-ci ildə İzmitin ələ keçirilməsindən sonra Mərmərə dənizindəki Osmanlı hakimiyyəti qüvvətləndi, 1353-cü ildə Rumeliye keçiş asanlaşdı (Halil İnalcık, 2011).

XIV əsrdə Qaramürsəldən başqa, Edincik,  Gelibolu və İzmitdə də tərsanələr quruldu. Bunlardan en böyüyü 1401-ci ildə I Bəyazid tərəfindən qurulmuş olan Gelibolu tərsanəsi idi. Quruluş dönəmində Osmanlı donanması Çanakkale boğazını əldə tutmaq və Mərmərənin güvənliyini saxlamaq vəzifəsini daşımışdır. 1390-cı ildən etibarən, artıq qeyd edildiyi kimi, donanmanın komandanlarına “kapdan-i dərya” (kapdan paşa) deyilməyə başlandı. Bəyazid İstanbulu mühasirəyə aldığında donanmadan İstifadə etdi (Refik Özdek, II, s. 339-343), amma xaçlıların gəlməsi səbəbindən mühasirəyə son verdi. Ankara müharibəsindən sonra başlayan fitrət dövründə Osmanlı donanmasının vəziyyəti ilə bağlı əlimizdə heç bir sənəd yoxdur. Fəqət bundan sonra taxta çıxan I Mühəmməd dövründə, daha dəqiq desək, 1416-cı ildə Venesiya ilə dəniz savaşı baş verdi və bu savaş Osmanlıların məğlubiyyəti ilə bitdi, bunun ardınca sülh imzalandı (Refik Özdek, II, s. 379). II Muradın zamanında isə sözügedən məğlubiyyətin əvəzi çıxıldı, Osmanlı donanması Venesiyanı məğlub etdi. 1430-cu ildə Saloniki (Selanik) mühasirəyə alındı. Bunun üzərinə Venesiya donanması Çanakkale önlərinə geldi, baş verən dəniz müharibəsində Osmanlı donanması qalib gəldi ve bundan sonra Saloniki (Selanik) ələ keçirildi (Refik Özdek, II, s. 391-392).

1451-ci ildə taxta sahib olan II Mühəmməd İstanbulun fəthi üçün hazırlıqlara başladı, Osmanlı donanması güçlendirildi (İstanbul'un Fethi Hazırlıkları, 2012). Məhz bundan sonra Osmanlı donanmasının yüksəliş illərinə qədəm qoyuldu.

Həmin dövrdə Osmanlının bir-neçə tərsanəsi vardı. II. Mühəmmədin hakimiyyət illərində dənizlərdə bir çox səfər gerçəkləşdirildi, Trabzon, Amasra alındı, 1463-cü ildə 16 yıl sürən Osmanlı-Venesiya savaşı başladı. Geliboluda inşa edilən gəmilərlə Egedə bir-neçə bölgə və Qara dənizin şimalı nəzarət altına alındı (Büyük Larousse, 1986, VI, s. 3039; Refik Özdek, II, s. 425). 1479-cu ildə Osmanlı donanması İoniya dənizindəki  bir çox adanı ələ keçirdi. 1480-ci ildə Otranto adası Gedik Əhməd Paşanın başçılıq etdiyi donanma tərəfindən zəbt edildi. Bu adanın zəbt edilməsinnin məqsədi Venesiyanın Adriatik dənizinə sıxışdırmaq idi (Refik Özdek, III, s. 443). Fəqət Cem Sultan problemi səbəbindən  Otranto unuduldu (İlber Ortaylı ile Osmanlı Donanması, 2012).

II Bəyazid dövründə də inkişafını sürdürən Osmanlı donanması Əndəlüsdəki müsəlmanlara dəstək məqsədilə Kamal Rəisin başçılığı aldında Ağ dənizin qərbinə  açıldı və İspan donanmasına qalib gəldi. 1499-cu ildə Venesiya ilə başlayan savaş da Osmanlının qələbəsi ilə bitdi (Refik Özdek, III, s. 451-454). 

1512-ci ildə Osmanlı taxtına keçən I Səlim Məmlüklərə qarşı savaşlarda donanmadan lojistik dəstək aldı (TSK'nın resmi tarihçe sayfası, 2012; Büyük Larousse, 1986, VI; Refik Özdek, III, s. 504-505). Misirin fəthi ilə Ədviyyat yolunun Ağ dənizə çıxış nöqtəsi tam nəzarət altına alındı. 1513-cü ildə Piri Rəis çizdiği dünya xəritəsini sultana təqdim etdi padişaha sundu (DZKK.., 2012). I. Səlim Misir və Suriyanın fəthindən sonra əldəki tərsanələrin yetərsiz olduğunu düşünərək Tərsanə-i Amirəni böyütdü, tərsanə eyni zamanda 130 ədəd gəmi inşa edə biləcək bir həcmə çatdı. Ardından Süveyş, Ruscuq və Birəcikdə yeni tərsanələr quruldu. Çaylar üzərində qurulan bu tərsanələr çay donanması inşa etməkdə idi (Büyük Larousse, 1986, VI). Bu arada Barbaros Xeyrəddin Paşa  Osmanlı idarəsinə qatılmışdı ki, bu da Osmanlı dənizciliyinə müsbət təsir etməkdə idi (Virginia H. Aksan, Daniel Goffman, 2007, s. 106). 

1520-ci ildə I Səlim öldü və taxta I Süleyman keçdi. O, Belqradın fəthi üçün quru ordusunda hazırlıqlar görür, eyni zamanda Dunay çayında  çay donanması toplamaqda idi (Özdek, III, s. 507). Nəticədə şəhər ələ keçirildi.

Həmin il Piri Rəis “Kitab-i Bəhriyyə”  adında bir kitab hazırlamışdı (Piri Reis and the Book.., 2006). Kitabda Ağ dənizin bir çox incə detalları əks etdirən xəritəsi bulunmaqdadır.



1522-ci ildə Rodos adası mühasirəyə alındı, əməliyyata Qurdoğlu Müslihiddin Rəisin başçılıq etdiyi 400 gəmidən ibarət Osmanlı donanması dəstək verdi, ada ələ keçirildi (Kinross Patrick Balfour, 1977, s. 176). Növbəti il Piri Rəis cizdiği ikinci dünya xəritəsini sultana təqdim etdi (DZKK.., 2012). 1533-1534-cü illərdə Barbaros Xeyrəddin Paşa  İstanbula gəldi və kapdan-i dərya elan edildi. Osmanlı donanması daha da güçlendirildi (TSK'nın resmi tarihçe sayfası, 2012). 1538-ci Barbaros, artıq qeyd edildiyi kimi, Andrea Dorianın başçılıq etdiyi sayca çox üstün olan xaçlı donanması ilə Preveze açıqlarında qarşılaşdı və xaçlı donanmasına qalib gəldi, bircə dənə də gəmi itirməyən Osmanlı donanması çox sayda xaçlı savaş gəmisini batırdı. Osmanlının bu böyük zəfərindən sonra Osmanlı dövləti Ağ dənizin hakiminə çevrildi (Refik Özdek, III, s. 530 - 531).

1543-cü ildə Fransanın yardım istəməsi səbəbindən Barbaros Xeyrəddinin başçılığında 100-lə 160 arasında savaş gəmisindən ibarət olduğu təxmin edilən donanma səfərə çıxdı. Osmanlı əskərləri fransızlar tərəfindən təntənə ilə qarşılandı və 20 avqust 1543-cü il tarixində Nise ələ keçirildi (TSK'nın resmi tarihçe sayfası, 2012). Tulun limanı müvəqqəti olaraq Barbarosun əmrinə verildi, bölgədəki kilsələr camiyə çevrildi, Osmanlı pulu keçərli qılındı və Osmanlı əskərləri üçün iqamətgah təsis edildi (The Rise and Fall.., 2012, s. 181). 1544-cü ildə I Frankos ilə V Karl arasında sülh elan edildi və Osmanlı dəniz dəstəyinə ehtiyac qalmadı. 1546-cı ildə Barbaros Xeyrəddin öldü.

Barbarosun ölümündən sonra da Fransa - Osmanlı yardımlaşması davam etdi (İsmail Soysal, 2011). Mərakeş ilə Mostaqenem savaşına qədər uzanacaq çatışmalar başladı, Əlcəzairdə Mərakeş saldırıları püskürtüldü (Mostaganem Savaşı, 2012). Barbarosdan sonrakı dönəmdə Turqut Rəis və Piyalə Paşa Balir adalarına hücumlar təşkil etdilər və Korsika, eləcə də Trablusqərb sahilləri ələ keçirildi. 1560-cı ildə Habsburqların Şimali Afrikadakı  hakimiyyətini möhkəmləndirmək üçün çox sayda savaş gəmisindən ibarət bir xaçlı donanması təşkil edilmişdi. Xaçlı donanması Cerbe adasını mühasirəyə aldı və qala ələ keçirildi, fəqət Piyalə Paşa gözlənilinəndən çox-çox erkən gəldi və 9 may 1560-cı il tarixində müharibə başladı. Müharibədə Osmanlı donanması xaçlıların savaş nizamını parçalamağı bacardı. Dəniz müharibəsi sürərkən xaçlı donanmasının komandanı Andrea Doria qaçdı, Osmanlı donanması qalib gəldi və iyul ayında Cerbe qalası da fəth edilldi (Refik Özdek, III, s. 546-549). Bundan sonra ispan komandan Don Alvaro de Sande əsir alındı. 26 və ya 27 sentyabr 1560-cı il tarixində Osmanlı donanması İstanbula gəldi və sevinc göstəriləriylə qarşılandı (Akıncı Tunç, 2008, s. 99-100).

Sultan I Süleymanın səltənətinin son zamanlarında, daha dəqiq desək, 1565-ci ildə Maltaya Osmanlıların dəniz hücumları başladı. 29 mart 1565-ci il tarixində təqribən 180 gəmidən oluşan Osmanlı donanması silah-sursat yükləmələrini tamamladı və denizə açıldı. Osmanlı donanması Maltaya çatdıqda adada Avropanın fərqli yerlərindən gəlmiş əskər və cəngavərlər vardı. Osmanlı əskərləri quruya endi və qala mühasirəyə alındı, fəqət döyüşlər zamanı Turqut Rəis başından yaraladı və dünyasını dəyişdi. Bu səbəbdən də Sant Elmo qalası ələ keçirilsə də, diğər böyük qalalrı (Sant Mixaeld və Sant Anj) almaq mümkün olmadı. Bu arada Siciliya və Neapol krallıqları və Papalıq dövləti bir donanma təçkil edib onu adadakı xaçlıların yardımına yollamışdılar. Belə olan halda, Osmanlı donanması sentyabrda əskərlərini toplayaraq geri çəkildi və beləcə, mühasirə uğursuzluqla nəticələndi. Bu döyüşdə xaçlılar təqribən 7 min, Osmanlılarsa təqribən 30 min əskərini itirdilər (The Maltese Cross, 2006, s. 55-77). 

Maltadakı uğursuzluğa baxmayaraq, Piyalə Paşanın başçılıq etdiyi Osmanlı donanması 1566-cı ildə Genuyanın nəzarəti altında olan  Saqqız adası bir damla belə qan tökülmədən zəbt edildi və beləcə, Genuyanın Ege dənizindəki varlığı bitdi (Büyük Larousse, 1986). 

Bu hadisədən sonra taxta çıxan II Səlimin hakimiyyəti illərində, daha dəqiq desək, 1570-ci ildə Osmanlı donanması hazırlıqlarını tamamlayaraq Kiprifəth etdi (Refik Özdek, III, s. 557-560). Lakin bundan sonra yeni sultanın zəif xarakterli olması səbəbindən Osmanlı donanması bu uğurunu davam etdirə bilmədi. Belə ki, İnebahtı dəniz savaşında xaçlı donanması ilə üz-üzə gələn Osmanlı donanması çox sayda itki verdi. Bununla belə, qarşı tərəfin də itkiləri az olmadı, üstəlik də müharibədə tərəflərdən heç biri tam qələbə qazana bilməmişdi.

Osmanlı ən qısa bir zamanda itkilərin yerini doldurmağı bacardı (İlber Ortaylı ile Osmanlı Donanması, 2012) və 1574-cü ildə Tunis kapdan-i dərya Qılınc Əli Paşa tərəfindən nəzarət altına keçdi (Refik Özdek, III, s. 562).



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin