C dilində proqramlaşdırma


Ctrl+F7 kombinasiyasından istifadə edərək proqram növbəti break point



Yüklə 0,81 Mb.
səhifə22/27
tarix31.05.2022
ölçüsü0,81 Mb.
#116442
1   ...   19   20   21   22   23   24   25   26   27
c muhazire Nailə Allahverdi

Ctrl+F7 kombinasiyasından istifadə edərək proqram növbəti break point nöqtəsinə qədər yerinə yetirilir.

Dəyişənlərin qiymətlərinə baxış


Proqramın addım-addım yerinə yetirilməsi zamanı hansı operatorlar, neçə dəfə və hansı ardıcıllıqda yerinə yetirilirsə - məhz bu məlumatları əldə etmək olar. Lakin çox vaxt proqramda xətanı təyin etmək üçün bu kifayət olmur.
Proqramın icrası zamanı dəyişənlərin qiymətlərinə baxış aləti xətaların təyini üçün çox güclüvasitədir.
Əgər debugger rejimində mausun göstəricisini hər hansı bir dəyişənin üzərinə gətirilsə, dəyişənin qiyməti sol pəncərədə əks olunacaqdır.



Mövzu 11.Massivlər


Kompüterlərin əsas məqsədi böyük həcmli verilənlərin emalıdır. Çoxlu sayda verilənlərin yaddaşda yerləşdirilməsi zamanı müəyyən problemlərə rast gəlmək olur: yaddaşın hər bir xanasına ayrılıqda necə müraciət etmək olar? Hər xanaya ad verib sonra isə istifadə zamanı çaşmamaq – çətin işdir. Bu vəziyyətdən çıxmaq üçün adı xanaya yox, xanaların qrupuna verirlər. Həmin qrupda hər xana nömrələnib. Bu cürə təşkil olunmuş yaddaş sahəsi massiv adlanır.
Eni tipli, yanaşı yerləşən və eyni ada malik olan yaddaş xanaların qrupu massiv adlanır. Qrupa daxil
olan bütün xanalar unikal nömrəyə malikdir.

Massivlərlə işləyərkən üç məsələni həll etməyə bacarmaq lazımdır:



  • massiv üçün lazımı ölçüdə yaddaşınayrılması;

  • verilənlərin lazımı xanayayazılması;

  • xanadan verilənlərinoxunması.

Massivin elanı


Massivi istifadə etmək üçün onu elan etmək, yəni ona yaddaşda yer ayırmaq lazımdır. Massivə daxil olan elementlərin tipi massivin tipini müəyyən edir. Massivlər müxtəlif tipli ola bilərlər: int, float, char və s. Massivi adi dəyişənlər kimi elan edirlər. Fərq ondan ibarətdir ki, massivin adından sonra kvadrat mötərizələrin içində onun ölçüsüyazılır.

intA[10],B[20]; // 10 və 20 tam ədədlərdən ibarət A və Bmassivləri


floatC[12]; // 12 həqiqi ədəddən ibarət Cmassivi

Massivi elan edərkən fiqur mötərizələrin içində ədədləri sadalayaraq ona başlanğıc qiymətləri vermək olar.

int A[4] = { 2, 3, 12, 76 };

Əgər fiqur mötərizələrin içində massivin elementlərindən az ədəd yazılıbsa, onda qalan elementlərinin qiyməti sıfıra bərabər götürülür. Əgər siyahıda elementlərin sayından çox ədəd göstərilibsə, onda translyator səhv haqqında məlumat verəcəkdir. Məsələn,


int A[4] = {2}; // massivin axırıncı üç elementi sıfırabərabərdir


Proqramların universallığını artırmaq üçün massivin ölçüsünü konstanta (sabit ədəd) vasitəsi ilə təyin etmək məqsədə uyğundur. Bu halda proqramı başqa ölçülü massiv üçün yazmaqdan ötrü yalnız konstantanın qiymətini dəyişməyə kifayət edir.
cons int N=20; // konstanta main()
{
intA[N]; // massivin ölçüsü konstanta vasitəsi iləverilib

}

Aşağıdakı cədvəldə düz və səhv elan olunmuş massivlər göstərilmişdir:



düz

səhv

int A [20];

massivin ölçüsü
birbaşa göstərilib

int A[ ];

massivin ölçüsü
məlum deyil

const int N = 20; int A[N];

massivin ölçüsü – sabit ədəddir

int N = 20; int A [N];

massivin ölçüsü dəyişən ola bilməz


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin