XÜLASƏ
Əhatə edİlən məsələlər
Bu qayda hər iki, rəqəmləşdirilmiş və əvvəlcədən rəqəmli formatda yaranmış materialların uzun müddət qorunub saxlanılması məsələlərini əhatə edir.
SİYASƏT
Resursların konservasiyasının məqsədi, onlardan istifadəni təmin etmək və gələcək nəslə çatdırmaqdır. Rəqəmləşdirilmiş və ya əvvəlcədən rəqəmli formatda yaradılmış materiallar aşağıdakı səbəblərə görə riskə məruz qala bilər:
Köhnəlmiş texnologiya;
İnformasiya daşıyıcılarının fiziki zədəsi;
Orijinal materialları təhlükə qarşısına qoyan dəyişikliklər;
Əvvəlcədən rəqəmli formada yaradılmış, dinamik təbiətə malik bəzi materialların müntəzəm olaraq yeniləşdirilməsi;
Veb saytın həyat dövrünün 44-100 gün ərzinə nəzərdə tutulması;
Orijinal materialların saxlanması məsələsi.
Konservasiya problemi rəqəmləşdirmə prosessinin ayrılmaz hissəsi hesab edilməlidir, çünki əksər tənqidi informasiya və metaməlumata yalnız yaranma nöqteyi-nəzərdən baxılır. Texniki strategiya kimi, təşkilati strategiya da cari proseslər üçün büdcənin, işçi heyətinin və vaxtın təmin edilməsində faydalıdır.
Dostları ilə paylaş: |