CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri



Yüklə 1,57 Mb.
səhifə31/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   27   28   29   30   31   32   33   34   ...   68

TƏNQİDLƏR


Tarixi materializm nəzəriyyəsinin əsaslarını və ondan yaranan nəticələri izah etdikdən sonra, növbə onun araşdırılmasına çatır.

İlk növbədə qeyd etməliyik ki, biz burada, nə marksizmi və nə də Marksın külliyatda olan nəzəriyyələrini araşdırmaq istəyirik. Biz burada yalnız, bəhsimizin mövzusu ilə bilavasitə əlaqəli olan tarixi materializmi araşdırmaq istəyirik.

Marksın nəzəriyyələrinin təhlili onun kitablarında və yazılarında – həyatının müxtəlif dövrlərində yazıldıqları üçün ziddiyyətlərlə doludur – yer verdiyi nəzəriyyələrinin hamısının araşdırılması deməkdir. Bu iş, qərbdə müxtəlif şəxslər tərəfindən həyata keçirilmişdir.

Ancaq, marksizm və ya onun prinsiplərindən birinin təhlili isə, marksimz məktəbinin əsasları sayılan və Marksın fikrincə qüsursuz sayılan bir və ya bir neçə prinsipin araşdırılmasıdır. Yaxud bir və ya bir neçə prinsipinin – ola bilər ki, bunlar Marksın fikrincə qəti olmasın və o, bəzi əsərlərində bu prinsiplərə zidd fikirlər söyləsin – hərtərfli araşdırılması olsun.

Biz burada, Marksın qəti prinsiplərini nəzərə alaraq, yaxud həmin prinsiplərdən doğan məntiqi nəticəni nəzərə alaraq araşdırma aparırıq və məqsədimiz, Marksın öz əsərlərində buna zidd bir şey söylədiyini araşdırmaq deyil. Çünki, bizim əsas məqsədimiz tarixi materializmin analizidir.

Tarixi qəribəliklərdən biri də budur ki, özünün fəlsəfi, ictimai və iqtisadi yazılarında az-çox tarixi materializmdən bəhs edən Marks öz dövrünün bəzi tarixi hadisələrini təhlil edərkən öz üslubuna riayət etmir və ya bu məsələyə az diqqət yetirir. Niyə? Bu suala müxtəlif cavablar veriblər. Məsələ yalnız bununla bitmir. Bir çox məsələlərdə, Marksın yolu ziddiyyətli bir yoldur. Yəni onun nəzəri və əməli şəkildə marksizmdən fərqli hərəkət etdiyi nəzərə çarpır. Deməli, daha ümumi bir cavab tapmaq lazımdır.

Bəziləri bunu, onun bəzi dövrlərdə naşılığı və təcrübəsizliyi ilə əlaqələndirirlər. Ancaq bu fikir, ən azı marksist nöqteyi-nəzərindən əsassızdır. Çünki, bu gün marksizmin əsas prinsiplərindən sayılan bir çox şeylər, Marksın gənclik və orta yaş dövrünə aiddir və naşılıq adlandıranların bir çoxu – o cümlədən də, öz dövrünün tarixi hadisələrinin elmi təhlili – onun ömrünün son illərinə aiddir.

Bəziləri bu ixtilafı, onun ikili şəxsiyyətində görürlər. İddia edirlər ki, o, birtərəfdən filosof, ideoloq və məktəb yaradıcısı idi və təbii olaraq prinsipləri qüsursuz və qəti saymalı, hadisələri öz düşüncəsi ilə uyğunlaşdırmalı idi. Digər tərəfdən o, elmi ruha və şəxsiyyətə malik idi və bu da, onun hadisələrə tabe olmasını və heç bir qəti prinsipə əsaslanmasını tələb edirdi.

Bəziləri isə, Marks və marksizm arasında fərq qoyaraq iddia edirlər ki, Marks və onun fikirləri, marksizmin mərhələlərindən biridir. Marksizm əslində inkişafda olan məktəbdir. Deməli, marksizmin Marksı arxada qoyması da mümkündür. Başqa sözlə, Marksın naqis olması, marksizmin naqis olmasına dəlil ola bilməz. Ancaq onlar, marksizmin mahiyyətinin nədən ibarət olduğunu izah etmirlər. Hər hansı bir məktəbin təkamül şərti budur ki, o, sabit və ibtidai prinsiplərə malik olsun və iradlar bu prinsiplərə deyil, əməllərə aid olsun. Əks halda, bir nəzəriyyənin ləğvi ilə təkamül arasında heç bir fərq qalmayacaq. Əgər sabit və dəyişməz prinsipləri təkamülün şərti sayırıqsa, bəs nəyə görə Marksdan əvvəl olan Heygeldən, Sen Seymondan, Prudondan, ya onlar kimi sair şəxsiyyətlərdən başlamayaq və heygelizm, sen seymonizmi, və ya prudonizmi təkamül halında olan məktəb saymayaq? Bizim nəzərimizcə, Marksın ziddiyyətlərinin səbəbi budur ki, o, marksistlərin bir çoxuna nisbətən daha az marksistdir. Deyilənlərə görə o, bir qrup marksistin içində olduğu zaman, özünün əvvəlki nəzəriyyəsinə zidd olan bir nəzəriyyəni müdafiə edərkən deyib: Mən sizin qədər marksist deyiləm.

Marksın bəzi nəzəriyyələrində marksizmdən ayrılması ona görə baş verir ki, o, həqiqi mənada marksist olmaqdan daha üstün və ağıllı idi. Qətiyyətlə etiraf etmək lazımdır ki, tam mənada marksist olmaq, bir az axmaqlıq tələb edir. Bizim bəhsimizin mövzusu və marksizmin bir hissəsi olan tarixi materializm bir sıra «əsaslar» və «nəticələr»ə malikdir. Təkcə alim Marks deyil, hətta filosof və mütəfəkkir Marks da, həmişəlik bu prinsip və nəticələrə vəfalı qala bilməzdi.

İndi isə tənqid və iradlara başlayaq:


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin