CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri


 BAZİS VƏ ÜSTQURUMUN İCBARİ UYĞUNLUĞUNUN İNKARI



Yüklə 1,57 Mb.
səhifə34/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   30   31   32   33   34   35   36   37   ...   68

3. BAZİS VƏ ÜSTQURUMUN İCBARİ UYĞUNLUĞUNUN İNKARI


Tarixi materializm nəzəriyyəsinə əsasən, cəmiyyətlərdə gərək bazis və üstqurum arasında uyğunluq olsun və bazisi tanımaqla, üstqurumu da tanıma imkanı yaransın. Həmçinin, üstqurumu tanımaqla bazisi tanıma imkanı olsun. Bazis dəyişildikdə və bu uyğunluq pozulduqda, icbari olaraq ictimai tarazlıq da pozulur, böhran başlanır və üstqurum istər-istəməz dağılır. Nə qədər ki, bazis əvvəlki formasında qalır, üstqurum da sabit və dəyişilməz qalır.

Müasir tarixi olaylar, bunun əksini sübut edir. Marks və Engels, bir sıra inqilablarla uyğun olaraq silsilə böhranların (1827-1847) ardınca bu fikrə gəldilər ki, ictimai inqilablar iqtisadi böhranların ayrılmaz və zəruri nəticəsidir.

«Marksdan Maoya qədər islahatlar» kitabı müəllifinin dili ilə desək, «Tarixin zarafatına baxın ki, 1848-ci ildən indiyə qədər inkişaf etmiş ölkələrdə, inqilabla nəticələnən heç bir iqtisadi böhrana rast gələ bilmərik. Elə Marksın öz dövründə və onun ölümündən qabaq 4 dəfə yaradıcı qüvvə, heç bir inqilab baş vermədən istehsal əlaqələri əleyhinə tüğyan edir... Sonralar C.Şumpter kimi iqtisadçılar, bu böhranları yaradıcı dağıntı adlandıracaq həddə çatdırdılar və onları iqtisadi inkişaf və tarazlığı yenidən qaytarmaq üçün qoruyucuya bənzətdilər.»

İngiltərə, Almaniya, Fransa və Amerika böyük elmi-texniki inkişafa nail oldular, kapitalizmin ən yüksək zirvəsinə çatdılar və Marksın fikrinə zidd olaraq – Marks, bu ölkələri fəhlə-proletariat inqilabın baş verəcəyi və sosialist ölkələrinə çevriləcək ilk ölkələr hesab edirdi – siyasi quruluş, hüquqi quruluş, dini və üstqurum adlandırılan sair amillər baxımından, heç bir dəyişikliyə uğramadılar. Marksın 9 ay gözlədiyi körpə, 9 ilə deyil, hətta 90 ilə də doğulmadı və heç doğulma gümanı da yoxdur.

Əlbəttə gec, ya tez bu rejimlər dağılacaqlar. Ancaq bu ölkələrdə gözlənilən inqilab, fəhlə inqilabı olmayacaq və tarixi marksist nəzəriyyəsi həqiqətə çevrilməyəcək. Həmçinin müasir sosialist rejimləri də dağılacaq və bu formada qalmayacaqlar. Ancaq gələcək rejim, qəti olaraq kapitalizm olmayacaq.

Qarşılıqlı olaraq Şərqi Avropada, Asiyada və Cənubi Amerikada bəzi ölkələr sosializmə çatdılar və hələ də, onların doğum vaxtı çatmayıb. Bu gün elə ölkələrə rast gəlirik ki, bazis baxımından eynidirlər. Lakin üstqurum baxımından, bir-birindən fərqlənirlər. İki fövqəldövlət – yəni, SSRİ və Amerika – buna ən yaxşı misaldır. Amerika ilə Yaponiya da eyni iqtisadi rejimə malikdirlər. Ancaq siyasi, dini, əxlaqi, incəsənət və s. rejimlərlə fərqlidir. Anoloji olaraq üstqurum baxımından eyni olan, lakin iqtisadi bazis cəhətdən fərqlənən ölkələr də mövcuddurlar. Bütün bunlar, «bazis və üstqurumun icbari uyğunluq prinsipinin – tarixi materializmin iddiası budur – boş şey olmasının nişanəsidir.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin